Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   84   85   86   87   88   89   90   91   ...   100

 
267 
Ağbabalı ilə son görüş 1988-ci il noyabrın 4-də Balıqlı kəndinin klubunda olmuşdu. 
Ustad s
ənətkarın  bu  məclisində  iki yüz nəfərdən  çox  adam  iştirak  etmiş,  ətraf 
k
əndlərdən də aşığın görüşünə gəlmişdilər [7]. 
Şərqi  Anadoluda  aşıq  sənətinin  inkişafında  qəhvəxanaların  təsirli rolu 
olmuşdur.  Bu  bölgədə  qış  mövsümündə  və  Ramazan gecələrində  “qəhvəxanada 
hekay
ə  anlatmaq, daima yeni-yeni səhnələr göstərən, mürəkkəb, incə  bir sənət 
göst
əricisidir. Bu, mərkəzində hekayəçi-aşığın olduğu bir tamaşadır. Hekayənin nağıl 
edilm
əsi müddətində fəal olan yalnız odur. Amma bu məclislər eyni zamanda saz və 
söz m
əclisləridir [179, 86]”. 
Çağdaş  dövrümüzdə  bu  ənənəni  Aşıq  Murad  Çobanoğlunun  yaratdığı 
“Çobanoğlu Aşıqlar Qəhvəsi” yaşatmaqdadır. “Zamanın Türkiyədəki yeganə aşıqlar 
q
əhvəsi  olma  ünvanını  daşıyan  bu  “Aşıqlar  Qəhvəsi” hələ  fəaliyyətini davam 
etdirm
əkdədir.  Sonrakı  illərdə  Ərzurum,  Sivas,  İstanbul,  Ankara  kimi  bir  çox 
şəhərimizdə də buna bənzər aşıqlar qəhvəsi açılmışdır” [200, 120]. Bu ənənə Güney 
Az
ərbaycan aşıq mühitlərində də mühafizə olunur. 
T
əbriz  aşıq  mühitində  Təbrizdə  beş,  Əhərdə  üç  [201,  39];  Urmiya  aşıq 
mühitind
ə  Xoyda üç, Urmiyada üç, Miyandapda iki [201, 113-114]; Sulduz-
Qarapapaq  aşıq  mühitində  iki [201,  161]  aşıqlar  qəhvəsinin fəaliyyət göstərdiyi 
m
əlumdur. 
Çıldırlı  Aşıq  Şenliyin  milliyyətcə  erməni  olan  Aşıq  İzani  ilə  qarşılaşıb 
deyşməsi, onu məğlub etməsi Ərdahanda qəhvəxanaların birində olmuşdu [224, 73]. 
Toy-
düyün,  nişan,  elçilik  və  digər mərasimlərin  aşıq  olmadan  keçirilməsini 
Ağbaba-Çıldır  aşıq  mühitində  təsəvvür etmək mümkün deyildir. XX əsrin 80-cı 
ill
ərinə  -  sonuncu deportasiyayadək  Ağbaba  bölgəsində  əsgərliyə  gedən və 
əsgərlikdən qayıdanların şərəfinə keçirilən şənlik məclislərinə aşıqlar dəvət olunurdu. 
Aşıq  İsgəndər  Ağbabalı,  Aşıq  Paşa,  həvəskar  aşıqlar  Aftandil  Nəbiyev, Qəzənfər 
Əhmədov və  başqaları  bu  məclislərdə  fəal  iştirak  edərdilər.  Hazırda  müxtəlif 
şənliklərdə bu ənənəni Aşıq İsgəndərin oğlu Aşıq Faxfur davam etdirir. 
Toy-
düyün  şənlikləri  aşığın  sənətkarlığını,  ifaçılıq  məharətini,  peşəkarlığını 
nümayiş etdirmək üçün ən əlverişli mərasimdir. “Kitabi-Dədə Qorqud”da xanlar xanı 


 
268 
xan Bayandırın ildə bir kərə toy edib Oğuz bəylərini qonaqlaması toy  mərasiminin 
əski adət-ənənələrlə bağlı olduğunu göstərir. Bu qədim mərasimin icrasında şübhəsiz 
ki,  aşığın  xüsusi  rolu  olmuşdur.  M.Özarslan  “Ərzurum  aşıqlıq  gələnəyi”  əsərində 
toylarda  aşıqlara  xalqın  bəslədiyi hörmət və  etibarı  nəzərdə  tutaraq  yazır:  “Doğu 
Anadolu bölg
əsi içində  aşıqlıq  sənətinin icra zəminlərindən biri olan düyünlər
aşıqların çağırdıqları, etibar gördükləri ortamlardır” [223, 90]. 
Alim bu m
əsələ ilə əlaqədar öz fikirlərini davam etdirərək yazır ki, aşıqların 
şənlik məclislərində  iştirakı haqqında ən əski məlumat Aşıq Summaninin hicri 1309-
cu ild
ə  Ərzurumun  Şəkərli kəndində  bir sünnət toyuna dəvət edilməsi ilə  bağlıdır. 
Şənlik zamanı evin damının çökməsi üzündən altmış beş nəfər həlak olmuş, toy yasa 
dönmüşdü.  Bundan  çox  təsirlənən  Aşıq  Summani  otuz  iki  bəndlik bir mənzumədə 
h
əmin hadisəni təsvir  etmişdir.  “Yetişdim”  rədifli mənzum  dastanın  başlanğıcında 
Aşıq  Summani  dəvət  aldığı  sünnət toyunda məclisdəkilərin nəşə  və  sevincini,  şux 
ovqatı  təsvir etdikdən  sonra  yığcam  epik  cizgilərlə  faciənin dəhşətlərini qələmə 
almışdır.  Uçqunun  altında  qalan  insanların  fəryadı,  sonsuz  kədər və  iztirab real 
hadis
ələrin bədii görüntüləri kimi oxucunun və  dinləyicinin  yaddaşında  dərin iz 
buraxır:  
Kimi der: “G
əlməyə iqtidarım yox”, 
Kim der: “H
əmşirəm, kimi yarım yox” 
Kimi der: “Valid
əm, can-ciyərim yox”, 
“Can qurtarın”-deyən cana yetişdim. [223, 92] 
Aşıq  Summaninin  şahidi  olduğu  hadisəni təfərrüatları  ilə  qələmə  alması 
etnoqrafik m
ərasimin müəyyən  detallarını  əks etdirməklə  yanaşı,  həm də  əhvalatın 
poetik tarixç
əsi  kimi  yadda  qalır.  Başqa  sözlə, toy və  yas mərasimləri  arasında 
yaratdığı bədii təzad aşığın yüksək sənətkarlığını göstərir. 
Ağbaba-Çıldır  aşıq  mühitində  ifa  olunan  saz  havaları  Azərbaycan  aşıq 
s
ənətinin ənənəvi musiqi repertuarını özündə cəmləşdirməklə bərabər, özünəməxsus 
saz  havacatları  ilə  də  səciyyələnir.  Mühitin  havacat  repertuarı  dairəsində  sufi 
havalarının,  nanayların  mövcud  olması,  digər mühitlərdə  ifa olunmayan saz 
havalarının Ağbaba-Çıldır bölgəsində geniş yayılması bu qədim aşıq mühitinin özəl 


 
269 
s
ənət göstəricisi kimi diqqəti çəkir. Çox təəssüf ki, həmin saz havaları vaxtında lentə 
köçürülm
ədiyindən bir qismi unudulmuş, yaddaşlardan silinmişdir. 
Aşıq  mühitlərində  ifa  olunan  bir  sıra  saz  havalarının  variantlılığı,  onların 
arasındakı  musiqi,  ritm  oxşarlığı,  melodik  yaxınlıq  və  s. səbəblər  üzündən 
Az
ərbaycan aşıq musiqisi əhatəli şəkildə öyrənilməmiş, elmi-filoloji ədəbiyyatda saz 
havası  anlayışı  ilə  kifayətlənilmişdir.  Professor  A.Ozan  (Kərimli) Azərbaycan  aşıq 
s
ənətinin  musiqi  repertuarı  ilə  bağlı  tədqiqatlarında  yazır  ki,  “araşdırmalar  aşıq 
m
əktəbləri və  coğrafi  bölgələr üzrə  aparılmalıdır,  çünki  saz  havalarının  müxtəlif 
yerl
ərdə müxtəlif adlar daşıması həllini gözləyən məsələlərdən birincisidir” [98, 80]. 
Ağbaba-Çıldır  aşıq  mühitində  musiqi  repertuarını  incələyib  araşdırmaq 
olduqca  ağrılı  bir  problemdir.  Çünki  zor  gücünə  sıradan  çıxarılmış  bu  mühitin 
Ağbaba,  Axıska,  Qızılqoç  bölgələri  işğal  olunub  digər dövlətlərin tərkibinə 
qatıldığından  mühitin  yalnız  Çıldır  hissəsində  Azərbaycan  aşıq  sənətinə  daxil olan 
saz  havaları  mühafizə  olunmuşdur. Bu mühitdə  “dəyişiklik  daha  çox  ifaçılıq 
prinsipl
ərində nəzərə çarpır” [106, 202]. 
Çağdaş  dövrümüzdə  Azərbaycanda  mühitin  musiqi  havalarının  müəyyən 
qismi Aşıq Faxfurun, Aşıq Qəzənfərin (Çorlu Məhəmmədin nəticəsi), el şairi Sultan 
Orucoğlunun  (Aşıq  Nəsibin  çolpası  Orucun  oğlu)  və  başqa  sənətkarların 
repertuarında  qorunub  saxlanmaqdadır.  Ağbaba  aşıq  havalarını  T.Qurbanov  təsnif 
etm
əyə  səy göstərmişdir.  O,  bölgə  aşıqlarının  repertuarındakı  saz  havalarını  şərti 
olaraq dörd yer
ə bölmüşdür: a) el sənətkarlarının adı ilə adlananlar; b) yer-yurd adı 
il
ə bağlı olanlar; c) etnik adla bağlı olanlar; d) nanayı saz havaları [114, 32]. Qeyd 
ed
ək ki, bölgü şərti səciyyə daşısa da, qüsurlu və natamamdır. Çünki onlarla hava bu 
t
əsnifatdan kənarda  qalır.  Məsələn, “Gözəlləmə”,  “Köşəbaşı”,  “Təcnis”, “Hicrani”, 
“Dübeyti” v
ə  s.  kimi  havaları  bölgünün  heç  bir  başlığına  aid  etmək mümükün 
deyildir. Dig
ər tərəfdən, təsnifat dar bir çevrəni əhatə etdiyindən bir növ Azərbaycan 
aşıq havalarından təcrid olunmuş əlahiddə bölgü təsirini bağışlayır.  
Ağbaba-Çıldır  aşıq  mühiti  həm də  bəstəçi bir mühit kimi özünəməxsus 
ifaçılıq-havacat  ənənələrinin zənginliyi ilə  seçilir. Azərbaycan  aşıq  sənəti daxilində 
ümumi c
əhətlər, mühitin özünəməxsus sənət keyfiyyətləri nəzərə alınmaqla Ağbaba-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə