Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   85   86   87   88   89   90   91   92   ...   100

 
270 
Çıldır  aşıq  mühitinin  musiqi  repertuarının  təsnifatını,  fikrimizcə,  aşağıdakı  kimi 
s
əciyyələndirmək olar: 
1)
 
Repertuardakı Azərbaycan aşıq sənətinin ümumi havaları; 
2)
 
Mövcud aşıq havalarının variantları; 
3)
 
Sufi havaları; 
4)
 
Nanayı saz havaları; 
5)
 
Mühitin saz-
söz sənətkarlarının yaratdıqları orijinal havalar. 
Əlbəttə,  bu  bölgü  şərtidir. Lakin digər  aşıq  mühitlərinin də  musiqi 
repertuarının  təsnifatına  nəzər yetirsək, burada da  müəyyən  şərti prinsiplərin 
olduğunu görərik. Bu baxımdan Ağbaba-Çıldır aşıq havalarına qeyd etdiyimiz bölgü 
əsasında araşdırmaq daha məqsədəuyğundur. 
Dig
ər  aşıq  mühitləri ilə  zaman-zaman  qarşılıqlı  sənət  əlaqələri saxlayan 
Ağbaba-Çıldır aşıq mühiti Azərbaycan aşıq havalarını ana südü kimi öz repertuarına 
hopdurmuşdur.  Problemə  bu aspektdən  yanaşdıqda  “Yanıq  Kərəmi”, “Divani”, 
“Dübeyti”,  “Sarıtel”,  “Göyçəgülü” və  s.  saz  havalarının  Ağbaba-Çıldır  aşıqlarının 
repertuarında da özünə möhkəm yer tutduğunu görərik. Digər tərəfdən Ağbaba-Çıldır 
aşıq  mühitinin  lokal  coğrafi  ərazisinin,  entoqrafiyasının,  yerli  koloritinin, tarixi-
m
ədəni  şəraitinin müəyyən elementlərinin özünəməxsus çalarlarla Azərbaycan  aşıq 
havalarına əlavə olunması mühitdəki ifaçılıq ənənələrinin novatorluğunu təsdiqləyir. 
S
ənətşünas  A.O.Kərimlinin  saz  havaları  ilə  bağlı  bir  fikri  xüsusi  maraq 
d
oğurur. Müəllif yazır: “Onu da nəzərə almaq lazımdır ki, vaxtilə hər aşıq məktəbinin 
özün
əməxsus ifaçılıq səpkisi ilə yanaşı öz havalar dairəsi (toplusu da demək olar) var 
imiş  və  müxtəlif bölgələr  arasında  yaradıcılıq  əlaqələrinin müasir dövrdə 
genişlənməsinə  baxmayaraq, həmin xüsusiyyət hələ  də  özünü göstərməkdədir. 
M
ənim Aşıq İsgəndərlə 1987-ci ilədək görüşüm indiyədək eşitmədiyim “Summani”, 
“Otalı qızı”, “Dərbədəri”, “Qurdoğlu” və s. havaları lentə yazmağıma imkan verdi” 
[98, 81]. Alimin bu q
ənaəti iki cəhətdən  əlamətdardır.  Birincisi,  Azərbaycan  aşıq 
musiqisinin ümumi xüsusiyy
ətlərini öyrənmək  baxımından;  ikincisi,  hər  bir  aşıq 
mühitinin özün
əməxsus hava-havacat  repertuarının,  ifaçılıq  spesifikasının 
araşdırılmasının zəruriliynə diqqəti yönəltmək istiqamətindən əhəmiyyətlidir. 


 
271 
Ağbaba-Çıldır  aşıqlarının  repertuarında    sufi  saz  havalarının  özünəməxsus  
yeri  olmuşdur.  Bu  havalar,  Aşıq  İsgəndər  Ağbabalıdan,  sinədəftər  ağsaqqallardan 
aldığımız məlumata görə dini-ürfani səciyyə daşımış, daha çox səmavi rəqslərin icrası 
zamanı ifa olunmuşdur. Əvvəldə qeyd etdiyimiz kimi, Ağbaba-Çıldır aşıq mühitində 
vaxtil
ə  mövcud  olmuş  sufi  saz  havalarından  “Qurdoğlu”,  “Rəhmani”, “Ürfani”, 
“Ağam hey” və s. günümüzə gəlib çatmışdır. 
Maraqlıdır ki,  Ağbabada  “Qurdoğlu”  adlı mif  də  mövcuddur. Mifin sujetini 
əski təsəvvürlər, türk mifoloji düşüncəsi təşkil edir. Fikrimizcə, “Qurdoğlu” mufi ilə 
eyniadlı  saz  havası  arasında  müəyyən  bağlılıq  vardır.  Mifdə,  saz  havasında  və  bu 
havaya  uyğun  ifa  olunan  qoşqularda  tanrıya  yalvarış,  alqış-dua  elementlərinin yer 
tutması  bu  fikri  yürütmək üçün bizə  əsas verir. Heç də  təsadüfi  deyildir  ki,  Aşıq 
İsgəndər  Ağbabalı  “hər səsi,  avazı  almaz  “Qurdoğlu”  deyərkən  bu  havanın 
özün
əməxsus ifa tərzini, dini-ürfani ruhunu ifadə etməyə çalışmışdır: 
Hava-havacatdan birdi pir kimi
H
ər aşıq bacarıb çalmaz “Qurdoğlu” [23, 24]. 
Qeyd ed
ək ki, Anadoluda sufi havalar indi də  mühafizə  olunmaqdadır. 
Türkiy
ənin “Yol”, “Cem” televiziya kanallarında sufi havalarına və rəqslərinə sıx-sıx 
yer  verilir.  Folklorşünas  M.Özarslan Qars-Ərzurum və  onun  ətraflarında  yayılmış 
“Zarıncı”,  “Summani”,  “Dübeyti”,  “Cavanöldürən” və  s.  saz  havaları  arasında 
“S
əmayi”, “Dərbədəri” sufi havalarının da adını çəkir [223, 165]. 
Ağbaba-Çıldır  aşıq  havalarının  öyrənilməsi istiqamətində  önəmli 
m
əsələlərdən biri də nanayı saz havalarının araşdırılmasıdır.  
Nanayı  saz  havalarının  bu  cür  adlanması,  fikrimizcə, həmin  havaların 
nanaylarla forma, m
əzmun və ifaçılıq ənənəsi baxımından oxşarlıq təşkil etməsidir. 
Birincisi, h
əm nanayların, həm də nanayı saz havalarının özünəməxsus nəqəratı olur. 
M
əsələn, “Xınalı” nanayının nəqəratı aşağıdakı kimidir: 
Ay xınalı, xınalı, xınalı, 
S
əni ya bəy, xan alı, xınalı. [11] 
“Ota nanayı”nın nəqəratı bu cürdür: 
Nanı bala, nanı, bala, nanayı, 


 
272 
Bullam tükün sanı, bala, nanayı. [152, 61] 
İkincisi, həm nanaylar, həm də nanayı saz havaları məzmunca şən, şux ovqata 
malikdir. Üçüncüsü, nanaylar mü
əyyən mərasimlərdə, toy, bayram şənliklərində ifa 
edildiyi kimi, nanayı saz havaları da bu mərasimlərdə çalınıb-oxunur. 
Nanayı saz havalarından dövrümüzə “Ota nanayı”, “Gəlin nanayı” və “Aşıq 
Tüccarın nanayı” gəlib çatmışdır. Nanayı saz havaları haqqında folklorşünaslığımızda 
prof.H.İsmayılov,  bu  sətirlərin müəllifi  yığcam  da  olsa,  bəhs  etmişlər. Folklor 
İnstitutunun əməkdaşı T.Qurbanov “Ağbaba aşıq mühiti” adlı araşdırmasında nanayı 
saz havalarından qısaca söhbət açaraq “bu havaların yaranmasında nanayların böyük 
t
əsiri olmuşdur”-qənaəti ilə kifayətlənmişdir. 
“G
əlin  nanayı”  havasının  müəllifi bəlli deyildir. Digər  iki  nanayı  saz 
havasının müəllifləri Aşıq Nəsib (“Ota nanayı”) və Aşıq Tüccardır (“Aşıq Tüccarın 
nanayı”). 
“Ota  nanayı”  saz  havasını  Axırkələyin Ota kəndində  dağa  köçməyə  razı 
olmayan  nişanlısını  yola  gətirmək  üçün  oğlanın  xahişi  ilə  Aşıq  Nəsib  yaratmışdır. 
Aşıq Paşanın dediyinə görə, “Ay Nəsib əmi, bu havanı heç eşitməmişdim, bəs bunun 
adı  nədir?”-  deyə  çolpası  (aşığa  bələdçilik edən)  ondan  soruşanda  Aşıq  Nəsib 
demişdi: “Bunu indi yaratdım”, adı “Ota nanayı”dır. 
Bu s
ənət  faktı  göstərir  ki,  Ağbaba-Çıldır  aşıq  mühitində  improvizasiya 
prinsipl
əri,  şifahi  ənənələrlə  yanaşı  fərdi  yaradıcılıq  üslubuna  da  güclü  meyil 
olmuşdur. 
Əlbəttə, bu cür sənət hadisələri digər aşıq mühitlərində də mövcuddur. 
Ağbaba-Çıldır  aşıqlarının  ifa  repertuarında  Azərbaycan  aşıq  havalarının 
müxt
əlif  variantlarının  da özünəməxsus  yeri  olduğu  görünməkdədir. Bu sənət 
keyfiyy
əti  yalnız  Ağbaba-Çıldır  aşıq  mühiti  üçün  deyil,  ümumiyyətlə, Azərbaycan 
aşıqlığına xas olan yaradıcılıq göstəricisidir. Fikrimizcə, aşıq havalarının variantlığı 
üç mühüm s
əbəblə bağlıdır: a) aşıq sənətinin şifahi yaddaşa əsaslanması; b) ayrı-ayrı 
aşıqların,  xüsusilə  yaradıcı  aşıqların  musiqi  təfəkkürünün və  improvizasiyaçılığının 
t
əsir gücü ilə; c) milli-regional koloritin, məhəlli-coğrafi  cizgilərin  saz  havalarına 
daxil edilm
əsi ilə.  Yaradıcı  və  bəstəçi  bir  mühit  kimi  Ağbaba-Çıldır  aşıqlarının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə