Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   83   84   85   86   87   88   89   90   ...   100

 
264 
Ağbaba-Çıldır  aşıq  mühitində  bir  çox  aşıqların  həyatında  bu  cür  maraqlı 
halların baş verdiyi müşahidə olunur. Aşıq Sabit  Müdaminin babası Süleyman Usta 
“Əsli və  Kərəm”  dastanının  finalını nikbin  sonluqla  bitirmiş, əsərin qəhrəmanlarını 
bir-birin
ə qovuşdurmuşdur. Bunun da səbəbi məclisdə bir nəfərin “Əgər Aşıq Kərəm 
il
ə  Əslini bir-birinə  qovuşdursa  yüz  lirə  verəcəyəm, yox əslində  olduğu  kimi 
öldürürs
ə, alnına bir güllə  sıxacağam” -deməsi olmuşdur .  Bunu duyan Süleyman 
Usta  dastanı  xoşbəxt  sonluqla  bitirmiş,  beləliklə  özü ilə  dinləyici  arasındakı 
münasib
əti ustalıqla nizamlamışdır [180, 69]. 
Qeyd ed
ək ki, bəzi mənbələrdə bu əhvalatın Sabit Müdaminin babasının yox, 
onun  özünün  başına  gəldiyi göstərilir  [223,  98].  Aşıq  Şenliyin  sənət  şəcərəsinin 
layiqli davamçılarından olan Aşıq Murad Çobanoğlunun söylədikləri də bu baxımdan 
ibr
ətamizdir: “Qars aşıqları qəhvəsində hekayə [dastan] anlatdığım zaman Trabzonlu 
biri g
əlmiş,  arabasını  (maşını)  çəkmiş  qaraja.  İrana  yük  götürüb  dönmüş  “Bir  gün 
Qarsda aşıqları dinləyib gedim” -demişdir. Qarsa gəldiyində bayrama on gün varmış. 
Hardasa m
əni bir həftə  dinləmiş.  Ertəsi gün gedəcək,  dedi  ki,  “aşıq,  bu  hekayəni 
bitir
əcənmi? Yoxsa  mən səni öldürərəm, mən bunun sonunu alıb gedim” [223, 98]. 
Prof. E.Aslan Aşıq Şenliyin dastan ifaçılığı və dinləyici auditoriyası ilə bağlı 
olaraq  yazır:  “Şenliyin  dastan  anlatdığı  məclisdə  olmaq,  onun  anlatdığı  dastanları 
dinl
əmək önəmli bir olay sayılırdı. Şenlik dastana başladıqdan sonra məclisdə dərin 
bir s
əssizlik olurdu. Məclisdən çölə çıxmaq və ya gec gəlmək olmazdı. Dastanlarını 
içd
ən gələn bir coşquyla və həyəcanla danışırdı. Hər danışanda dastana yeni ünsürlər 
qatır, onları bəzəyir, gözəlləşdirirdi” [164, 76]. 
Bunlar Ağbaba-Çıldır aşıq mühitində saz-söz ustalarının peşəkar  ifaçılığının 
v
ə sənətkarlığının göstəricilərini işarələməklə yanaşı, eyni zamanda dastançı aşıqların  
klassik s
ənət  ənənələrinə  yüksək tələbkarlıqla,  sənətkar məsuliyyəti ilə 
yanaşdıqlarının regional-coğrafi cizgiləri kimi də maraq doğurur. 
Qeyd ed
ək  ki,  Ağbaba-Çıldır  aşıq  mühitində  dastan  ifaçılığı  son  dövrlərdə 
z
əifləsə də, 80-ci illərədək dastan ustaları əski ifa və sənətkarlıq ənənələrini mühafizə 
ed
ə  bilmişdir.  “Posoflu  Aşıq  Müdaminin  babası  Süleyman  Usta  “Kərəm ilə  Əsli” 
hekay
əsini (dastanını) qırx gecəyə söyləyirmiş. Murad Çobanoğlunun da üç, yeddi, 


 
265 
on, iyirmi bir v
ə otuz gecəlik dastanlar söylədiyi [188, 360] haqda maraqlı bilgilər 
mövcuddur. Aşıq Nəsib yeddi, on gecə dastan danışarmış. Aşıq İsgəndər Ağbabalının 
üç gec
ə “Lətif şah” dastanını nağıl etdiyinin 1970-ci illərdə şahidi olmuşuq.  
Yeri g
əlmişkən xatırlatmaq  yerinə düşər ki, Ağbaba-Çıldır aşıqlarının dastan 
repertuarı  bu  mühitin  ən qədim  ənənələrini,  yaradıcılıq  və  ifaçılıq  prinsiplərini  əks 
etdirir. Biz f
əslin  “Dastan  repertuarı” bölməsində bu barədə  ətraflı bəhs etdiyimizə 
gör
ə, burada ifaçılıq və sənətkarlıq  məsələləri ilə bağlı qısaca söhbət açmağı lazım 
bilirik. B
əllidir ki, məhəbbət  dastanları  bir  qayda  olaraq,  ustadnamələrlə  başlayıb 
duvaqqapma il
ə  bitir.  Ağbaba-Çıldır  aşıq  mühitində  də  bu  ənənə  başqa  şəkildə 
gözl
ənmişdir.  Şərqi Anadolunun, o cümlədən  Çıldır,  Qars,  Ərzurum  aşıqlarının 
ifasında  dastanlar  bir  qayda  olaraq  “döşəmə” adlanan folklor mətnləri ilə  başlanır. 
Prof.  E.Aslanın  anlatdığına  görə  Aşıq  Gülüstan  (Aşıq  Şenliyin  şagirdi)  ustadının 
dastanlarını  aşağıdakı  döşəmə  ilə  başlayırdı.  “Eşqi  ixtilaf,  zövq  edək söhbət, seyri 
m
əşqulat,  vəsfi hekayət, izzət  iltifatnan,  haqqı  payınıza  ifadə  edim ki, göz ilə 
görm
əmişik. Amma bizdən əvvəlki ustadlardan dildən eşidib belə bəlləmişik” [164, 
417]. 
Aşıq  Hasanın  (XVII  əsrin sonu, XVIII əsrin  əvvəli)  “Qars  dastanı”  adlı 
m
ənzum dastanına prof. Ş.Elçinin qələmə aldığı döşəmə əxlaqi-fəlsəfi mahiyyəti ilə 
D
ədə Qorqudun kəlamlarını xatırladır: “İştə belə ağalar, bəylər, ərgənin boş xəyalını 
evlinin xoş ağlı endi. Haqq sözə axan su durur, hər kəs uyarını bulur. Qısa boyu çəkib 
uzatmaq olmaz, çirkini geydirib b
əzətmək olmaz. Ustadlar döşəməyi üç demişlər, bal 
il
ə qaymaq yemişlər. Biz də bunu deyək üç, düşmənimiz olsun puç” [190, 454]. 
Müşahidə  etdiklərimizdən bu qənaətə  gəlmək  olar  ki,    Çıldır  aşıqlarının 
ifaçılığındakı bu ənənə Anadolu aşıq sənətinin təsiri nəticəsində olmuşdur. 
Az
ərbaycan  aşıq  sənətində  olduğu  kimi,  Ağbaba-Çıldır  aşıq  mühitində 
keçmişdə dastan gecələri, yığıncaqlar bir qayda olaraq ağa, bəy evlərində, xanlarda 
[karvansaralarda] keçirilmişdir. Aşıq Şenliyin Gölədə Murad ağanın, İrəvanda Mehdi 
ağanın, Aşıq Nəsibin Axırkələyin Sağamoy kəndində Alı ağanın, Gümrüdə Əliqulu 
ağanın,  İbişdə  Hacı  Abbas  oğlunun  evində  bir qayda olaraq məclis keçirməsi 
m
əlumdur.  


 
266 
Ağbaba-Çıldır  bölgəsində  Qars,  Gümrü,  Ərzurum  və  digər  şəhərlərdə  çoxlu 
sayda xanlar/hanlar (karvansaralar) olmuşdur. XX əsrin 60-70-ci illərinədək fəaliyyət 
göst
ərən xanlar, əsasən ticarət məqsədilə  ətraf kəndlərdən  şəhərə  gələn kəndlilərə 
xidm
ət  üçün  tikilmiş  böyük  binalar  idi.  Texnikanın  inkişaf  etmədiyi bir dövrdə 
istehsal olunan m
əhsulu,  satlıq  qoyun-quzu və  mal-qaranı,  qoşqu  heyvanlarını 
yandakı  tövlələrdə  saxlayan, özləri isə  qonaq  otaqlarında  gecələyən kəndlilər 
vaxtlarını  mənalı  keçirmək  üçün  burada  aşıqlara  qulaq  asır,  məclis aparan saz-söz 
s
ənətkarlarına hörmət və ehtiramlarını ifadə edirdilər. “Bu xanların hamısı öncəliklə 
şəhərin ticarətində, bununla bərabər böyük əksəriyyəti  aşıqlıq  gələnəyinin 
formalaşma  və  inkişafında,  gələnəyin icra məkanı  olmaları  baxımından  önəmli rol 
oynamışdır” [223, 75]. Ərzurumda Mavi xan, Hacılar xanı, Öməroğlu xanı, Gümrüdə 
R
əhim  ağanın  xanı,  Papaqçı  xanı  və  digər  xanlarda  ağır  məclislər  keçirilmişdir. 
Yaşlılardan  aldığımız  məlumatlara görə, Gümrüdə  Türk məhəlləsinin  yaxınlığında 
yerl
əşən xan 1960-cı  illərədək fəaliyyət göstərmişdir.  Gümrüdəki  xanlarda  Aşıq 
Əbdülün,  Aşıq  Nəsibin,  Aşıq  Məhərrəmin tez-tez məclis keçirmələri  haqqında 
m
əlumatlar mövcuddur. Bu cür məclislərin keçirilməsində,  “aşıq  ədəbiyyatının 
formalaşmasında hanların və karvansarayların rolu olmuşdur” [171, 36]. 
Dövr d
əyişdikcə, cəmiyyətdə  baş  verən ictimai-siyasi və  tarixi-mədəni 
prosesl
ər aşıq repertuarına, ifaçılıq sənətinə də təsir göstərmişdir. İri şəhərlərdə xanlar 
sıradan çıxdıqca aşıq məclisləri, əsasən qəhvəxana və çayxanalarda keçirilmişdir. Bu 
ənənə Şərqi Anadoluda indi də yaşamaqdadır. “XVII-XVIII yüzilliklərdə göründüyü 
kimi  İstanbul  Tavukbazarında  bunların  Lonçaları  (ticarətçilər  lojası),  eşikağaları 
olurdu. B
əylər, paşalar deyil, vəzirlər, padşahlar belə onlara iltifat edirdilər.  
İstanbulda  sonralar,  Səmai Qəhvələri  adını  alacaq  olan  Aşıq  Qəhvələri 
Türkiy
ə  imperatorluğunun  hər yerində  saz  şairlərinə  qonaq və  məskən olurdu. Hər 
çeşid  törə  və  gələnəkləri  qurulmuş  olan  bu  qəhvələrdə  saz və  sözdən anlayan 
dinl
əyicilər olur, gələn müsafir şairlər ağırlanırdı” [200, 119]. 
Ağbabada aşıq məclisləri keçən əsrin 60-cı illərinin əvvəllərinədək bir qayda 
olaraq  şəxsi evlərdə  -  geniş  və  hündür  otaqlarda  keçirilirdi.  Sonrakı  dövrlərdə  bu 
m
əclislər kənd mədəniyyət evlərində və klublarda keçirilməyə başladı. Aşıq İsgəndər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə