Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

33 
 
olaraq  satirik  gülüş  və  məzhəkə  mövqeyindən  yanaşılması  əsas  məqsəd  oldu.  Bu 
mühüm  işə  başlayarkən  maddi  problemdən  olduqca  narahat  olan  Mirzə  Cəlil 
yazırdı:  “Pul  məsələsi  bizim  boş  cibimiz  üçün  ən  ağır  məsələ  idi.  Məcmuənin 
karikaturalarını  çəkdirmək  üçün  pul  lazım  idi.  Bunu  bir  növ  həll  etdik  ki, 
möhtərəm  nəqqaşımız  Şmerlinq  qabaqkı  nömrənin  şəkillərinin  zəhmət  haqqını 
nisyə çəkməyə razı oldu” (55.səh.64). 
Vətəndaşlıq  ağrısı  ilə  çətin  işə  başlayan  Mirzə  Cəlil  dövrün  ən  ağır  sosial 
yükünün  mənəvi  daşıyıcısı  olmağa  hazır  idi.  1906-07-ci  illərdə  milyonçu 
Tağıyevin maliyyəsi ilə “Füyuzat” jurnalının 32 sayını çıxarmış digər ziyalımız Əli 
bəy  Hüseynzadə  “Molla  Nəsrəddin”  məcmuəsini  belə  dəyərləndirir:  “...bu  qədər 
qəmli  bir  zamanda  belə  bir  məzhəkə  məcmuəsinin  çıxması  qəribə  görünsə  də, 
diqqətlə  nəzərdən  keçirildikdə  görünür  ki,  bu  məzhəkə  ancaq  zahiri  olub  daxildə 
axan göz yaşlarını gizlədir” (124). 
Məcmuə  kəskin,  barışmaz  ziddiyyəti  əks  etdirən  satira  janrını 
formalaşdırmaqla  yanaşı,  maarifçilik  funksiyası  daşımaqla  özünün  əsas  ictimai-
siyasi platformasını  müəyyən etdi. Maarifçilik  funksiyasını üzərinə götürən jurnal 
müasir  dildə  desək  geniş  mənada  sosial  reklamla  məşğul  oldu.  “Molla 
Nəsrəddin”in  tədqiqatçısı,  professor  Ə.M.Mirəhmədovun  yazdığı  kimi:  “Deməli, 
obıvatelin  fəal  vətəndaşa  çevrilməsinə  kömək  etmək,  camaata  poçtun  “sirrini” 
açmaq, savadsıza əlifba öyrətmək, məktəbə lağ eləyəni skamyada oturtmaq, dərviş 
nağılından  xoşlananı  teatra  çəkmək,  çuxaya  öyrəşənə  kostyum  geyindirmək  kimi 
işlərdən  başlamış,  azadlıq  və  tərəqqi  yolunu  göstərməyənədək  böyük,  geniş  bir 
proqram  həyata  keçirilməli  idi.  Sadədən  mürəkkəbə,  məişətdən  siyasətə  “Molla 
Nəsrəddin”  bu  yolu  seçmişdi”  (59.səh.253-254).  Odur  ki,  ilk  sayından 
populyarlaşan məcmuə mətbuat bazarında görünməmiş uğur qazandı. 
Sağlam  biznes  faktoru  üzərində  qurulan  mətbuat  bazarı  ictimai  fikri 
formalaşdıra  bilən  demokratik  mətbuatın  yaranmasında  mühüm  rol  oynayırdı. 
Digər tərəfdən isə müxtəlif dövlətlərin marağına dolayı yolla olsa belə xidmət edən 
mətbuat  orqanları  sağlam  bazar  rəqabətinə  davam  gətirə  bilmirdi.  Milli 
burjuaziyanın  dirçəlişi  fonunda  mətbuat  bazarının  biznes  faktoru  üzərində 
qurulması milli maraqların önə keçməsinə şərait yaratdı. Məhz belə şəraitdə ciddi 
mətbuat  kimi  özünü  təsdiq  etmiş  “Şərqi-Rus”un  mühafizəkarlığı  onun  imicinə 
mənfi təsir göstərdiyindən qəzet tədricən iflasa uğradı. 
Bir  müddət  qəzetlə  əməkdaşlıq  etmiş  Mirzə  Cəlilin  tərcümeyi-halı 
timsalındakı  “Xatiratım”da  “Şərqi-Rus”un  daxili  mühiti,  abi-həvanı  dəqiq  təsvir 
edilmişdir:  “O  ki  qaldı  siyasi  məsələlərə,  bu  barədə  dilim  lal  olsun:  haman  əsrin 
sansorunun tələbatı o qədər səxt idi ki, siyasət nədir ki, siyasətin qorxusundan “s” 
hərfini  yazmağa cürət eləməzdik” (54.səh.82). “Şərqi-Rus”un iflası  səbəblərini də 
Mirzə Cəlil bu yazıda göstərmişdir: “Qafqazda müsəlmanlar içində türkcə qəzet tək 


34 
 
bir  “Şərqi-Rus”  idi.  Bu  da  ki  məlumdur,  Tiflisdə  bina  olmuşdu  və  orada  da 
çıxmaqda  idi.  Bakı  şəhəri,  o  milyonlu  və  mədənli  Bakı  şəhəri    öz  qəhrəman 
yazıçıları  ilə,  öz  Əhməd  bəy  Ağayev,  Əli  bəy  Hüseynzadə,  Haşım  bəy  Vəzirov, 
Məhəmməd  Əmin  Rəsulzadə,  doktor  Qarabəy  Qarabəyov,  şair  Müznib,  Hacı 
İbrahim  Qasımov,  Cəfər  Bünyadzadə  və  qeyri  bunlar  kimi  əqli-qələmləri  ilə 
uzaqdan  Tiflisə  baxıb  onun  gündəlik  “Şərqi-Rus”  qəzetinə  həsəd  aparırdılar” 
(54.səh.145). 
Ana dilli yeganə qəzeti xilas etmək məqsədi güdən Əhməd bəy Ağaoğlunun 
“Şərqi-Rus”  qəzetinin  rəhbərliyinə  şərikliyi  maddi  çətinlikləri  həll  etsə  də,  digər 
etik-psixoloji  problemlər  yaradırdı.  Ən  azı  müasir  islamizm  ideyasının  yaradıcısı 
sayılan  Əhməd  bəy  Ağaoğlunun  dinin  elmiliyini  belə  təhlil  edən  məqalələrinə 
qəzet səhifələrində yer verilməsi M.Şahtaxtlı imicinə zərbə vurmaya bilməzdi. 
Ömər  Faiq  Nemanzadənin  (1872-1950)  “Şərqi-Rus”  qəzetinin  (23  may 
1904-cü  il)  60-cı  sayındakı  “Əhməd  bəy  Ağayev”  məqaləsində  göstərdiyi  kimi: 
“Sarbon  Universitetinin  məzunu,  Bakıda  nəşr  edilən  “Kaspi”  qəzetinin  ən 
yorulmaz,  ötgün  qələmli,  məlumatlı  mühərriri”  (62.səh.49)  Əhməd  bəy  Ağaoğlu 
yeni  ziyalı  zümrə  arasında  daha  geniş  populyarlıq  qazanmaqla  yanaşı,  milli 
burjuaziya  sinfinin  öndə  gedənləri  ilə  də  yaxın  münasibət  saxlayırdı.  Əhməd  bəy 
Ağaoğlunun həmyerlisi, onu yaxından tanıyan Y.V.Çəmənzəminli 11 fevral 1936-
cı  ildə  yazdığı  “Həyatımın  20  ili”  adlı  xatirələrində  onun  maarifçiliyini  qeyd 
etməklə  yanaşı,  şəxsi-psixoloji  portretini  də  yaratmışdır:  “Əhməd  bəy  olan 
məclisdə  heç  bir  mövhum  fikirlərə  yer  qalmırdı.  Camaat  Əhməd  bəyin  Fransada 
təhsil aldığını bilirdi, ona “firəng Əhməd bəy” deyərdilər. İslam və türk tarixinə hər 
kəsdən  artıq  vaqif  idi.  Məclisdə  danışanda  heç  bir  molla  cəsarət  edib  onun 
fikirlərinə qarşı çıxa bilmirdi. Əhməd bəy sərt və əsəbi adam idi, bilxassə bəylərin 
qudurğanlığına  dözə  bilməzdi,  onlarla  bir  məclisdə  qarşı-qarşıya  gəldimi,  həmişə 
dalaşar,  həmişə  tapancasını  hazır  saxlayardı.  Bəylər  də  ona  qarşı  intriqalar 
çevirərdilər,  bir  gün  onu  təhqir  etmək  üçün  klubdan  şapkasını  və  paltosunu 
oğurlamışdılar, evinə başı açıq dönməyə məcbur olmuşdu. 
1896-cı ildə Əhməd bəy Şuşada türk hissəsində birinci olaraq qiraətxana və 
kitabxana təşkil etdi, o biri il Bakıya getdikdə bu müəssisə qapandı” (15.səh.287). 
Sonralar,  1918-19-cu  illərdə,  Cümhuriyyət  dövründə  Y.V.Çəmənzəminli 
qələmə aldığı proqram xüsusiyyətli “Milli və mədəni işlərimiz” məqaləsində kitab 
nəşrinin  maarifçilikdə  oynadığı  rolu  yüksək  qiymətləndirərək    yazırdı:  “Hansı 
yolda  qənaət  olunsa,  nəşriyyat  üçün  gərək  qənaət  olunmasın.  Çünki  bu  günlər 
basılan  kitablar  kəsilən  pullardan  qiymətlidir.  Bir  çox  pullar  var  ki,  onlar  sərf 
olunur  və  əməli  nəticələr  də  vermir.  Nəşriyyata  xərclənənlər  millət  üçün  böyük 
sərmayələr vücuda gətirir” (16.səh.45). 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə