Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə19/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

39 
 
inciyib  kənara  çəkilmiş  mühərrirlərimiz  yenə  də  qəzet  başına  toplandılar. 
Dərdlərimiz müzakirə olunur, halımızı təsair edirlər” (15.səh.182). 
Maarifçiliyi  əldə  dəstəvuz  tutaraq  xalq  yolunda  min  bir  zəhmət  çəkmiş 
görkəmli  publisistlərimiz  arasında  dahi  bəstəkarımız  Üzeyir  bəy  Hacıbəyovun  da 
xüsusi  yeri  vardır.  Ü.Hacıbəyov  “İrşad”  qəzetinin  23  fevral  1907-ci  il  32-ci 
sayındakı “Təəssüflər olsun” məqaləsində yazır: “Lənət olsun o günə ki, maarif və 
mədəniyyət qapıları bizim üzümüzə bağlanıb bizi cəhalət və vəhşaniyyət vadisində 
sərgərdan  qoydu.  Və  lənət  olsun  bu  uzun  zamana  ki,  bu  tulani  mürurilə  bizim 
içimizdən  millət,  camaat  qəhrəmanı  olacaq  bir  dahi  çıxara  bilmədi.  Bir  dahi  ki, 
həqiqi  ömür  sürmək  üçün,  qabağımızı  kəsib  duran  sədləri  nisü  nabüd  eədəcək 
qədər  qüvvəti  mənəviyyəyə  və  cismaniyyəyə  malik  olub  bizi  zülami-cəhalətdən 
nuri-maarifə tuş edə biləydi!” (24.səh.69). 
27  noyabr  1907-ci  ildə  M.F.Axundovun  qoyduğu  bünövrə  üzərində 
maarifçiliyin  binasını  ucaltmış  H.Zərdabinin  ölümü  onun  davamçılarını  qüssəyə 
qərq  etdi.  Həsən  bəyin  dəfn  mərasimində  özünün  natiqlik  məharətini  də  nümayiş 
etdirən Əhməd bəy  Ağaoğlunun çıxışını nəzərdən  keçirək:  “Ey ali ruh! Şimdi sən 
gedirsən  ata-babalarımızın,  əcdadlarımızın  hüzuruna!  Onlara  bizdən  salam  yetirib 
də bizim bu şikayətimizi de: ey əcdad, ey babalar! Bizə nə gün qoydunuz?! Bizə nə 
növ  irs  qoydunuz  getdiniz?  Məmləkətimiz  xərabə,  vilayətlərimiz  viranə!  Cümlə 
millətlər  arasında  xar,  zəlil,  məzlum,  əhvalımız  pozğun!  Gündən-günə  tənəzzül 
edib,  günü-gündən  puç  və  zay  olmaqdayız.  Əlan  işimiz,  sənətimiz  oğurluq, 
quldurluq, bir-birimizin canına, malına, irzi-namusuna qəsd etmək imiş! Eh kaş nə 
biz olaydıq, nə böylə irs” (32.səh.225). Həsən bəyin digər davamçısı, sonralar dini 
mahiyyətli  “İttihad”  partiyasından  parlament  üzvü  olarkən  sovetlərin  gəlişinə  səs 
vermiş  doktor  Qarabəy  Qarabəyovun:  “Həsən  bəyin  Bakıda  qəzetə  çıxardığı 
zamanlar  öylə  bir  vaxt  idi  ki,  onda  yerin  sacınını  üç  qəpiyə  almaq  mümkün  idi. 
Neft  yerləri  demək  olar  ki,  müftə  paylanırdı.  Həsən  bəy  istəsəydi  indi  Bakının 
kapitalistlərindən  ola  bilərdi.  Lakin  o,  bunu  eləmədi.  Dünya  malına  göz  dikmədi. 
Ancaq  camaət  dərdinə  qaldı.  Axırda  da  quru  taxta  üstə  vəfat  edib  öz  əhli-əyalına 
heç  bir  şey  qoymadı”  (32.səh.227)  –  sözləri  bu  böyük  maarifçinin  ictimai 
mövqeyinin portretini yaradır. 
Görkəmli maarifçimiz Həsən bəy Zərdabinin vəfatı bütün ziyalılarımızı eyni 
dərəcədə  sarsıtmışdı.  H.Vəzirov  29  noyabr  1907-ci  il  “Tazə  həyat”  qəzetinin  1-ci 
sayında  bir  gün  əvvəl  vəfat  etmiş  Həsən  bəy  Zərdabiyə  həsr  etdiyi  nekroloqda 
yazır: “Bizi düşündürən, bizi ağladan, bu növ ürəgi, dili, əfalı, məsli bir, qorxusuz, 
açıq-açığına deyən millət mücahidinin qaib olmasıdır” (86.səh.199). 
“İrşad”  qəzetinin  2  dekabr  1907-ci  il  122-ci  sayında  çap  olunmuş 
Məhəmməd Əmin Rəsulzadənin dəfn mərasimində çıxışındakı “Bizdə rəis yoxdur. 
Bizim  rəislərimiz  camaəti  bu  cəlladların  əlindən  qurtarmalıdır.  Bu  xilaslıq  da 


40 
 
camaətin öz əli ilə gərək olsun. Başqa yol yoxdur. Camaət özü öz azadlığına gərək 
çalışsın.  Rəislərə  yalvarmaq,  onlardan  mərhəmət  istəməklə  onun  halına  heç  bir 
fayda  olmaz.  Çün  həmişə  qoyun  nə  qədər  xırıldasa,  nə  qədər  nalə  iltica  etsə  də, 
qəssab  onun  bu  naləsinə  baxmaz  (...).  Dəyərki,  camaət  öz  haqq  və  ixtiyarını,  öz 
bacarıq  və  gücünü  bilsin.  O  zaman  heç  kəs  onu  sıxıntı  altında  saxlaya  bilməz. 
Camaəti  ayıltmaq,  onu  dərrakəli  etmək  üçün  nə  lazımdır?  -    maarif,  maarif, 
maarif!” (70.səh.151) – cümlələri “parçalanmış və talan olan millət” yolunda məşəl 
kimi  yanan  müəllifin  inqilabi  coşğunluğunu,  siyasi  səviyyəsini  və  maarifçilik 
yanğısını  nümayiş  etdirir.  “İrşad”  qəzetində  Ə.Ağaoğlunun  yaratdığı  sağlam 
mühitdə, ideyası uğrunda  varından-yoxundan  keçməyə  hazır olan M.Ə.Rəsulzadə 
ilə yanaşı, digər maarifçilərimiz də xalqın mənafeyi üçün yorulmadan çalışırdılar. 
Təəssüflə qeyd edək ki, 17 dekabr 1905-ci ildən başlayaraq Ə.Hüseynzadə, 
N.Nərimanov,  Ü.Hacıbəyov,  Ö.F.Nemanzadə,  Q.Qarabəyov,  S.S.Axundov  kimi 
qələm  sahiblərinin  çıxış  etdikləri  “İrşad”  qəzeti  özünün  rəhbəri  Ə.Ağaoğlunun 
bütün  səylərinə  baxmayaraq  20  iyun  1907-ci  ildə  fəaliyyətini  dayandırmalı  oldu. 
29 aprel 1907-ci il “İrşad”ın 79-cu sayında qəzeti qorumaq naminə çar məmurları 
ilə  dil  tapmaq  istəyən  Ə.Ağaoğlu  yazırdı:  “  “İrşad”  nə  istəyir?  “İrşad”ın  xahişi 
budurmu  ki,  müsəlmanlar  da  hökumət  əleyhinə  qiyam  edib  bomba,  güllə  istemal 
etsinlər!  ...Xeyir,  bizim  qəsdimiz  bu  deyil.  Bizim  məsləkimizdə  bomba,  güllə 
yoxdur” (3). 
Tədqiqatçı  Mir  Abbas  Aslanovun  yazdığı  kimi:  “Təqribən  dörd  aylıq 
fasilədən  sonra  noyabrın  17-də  “İrşad”ın  116-cı  nömrəsi  çıxdı  və  qəzet  nəşrini 
davam  etdirdi.  Ancaq  indi  “İrşad”  daha  həmin  qəzet  deyildi;  ədəbi  qüvvələri  də, 
ideya  məzmunu  da  dəyişmişdi”  (10.səh.25).  1908-ci  ildə  baş  redaktor  kimi 
“İrşad”ın son 46-57-ci saylarını özünün müavini və  məsul katibi Ü.Hacıbəyov ilə 
birgə  nəşr  etmiş  M.Ə.Rəsulzadə,  irticanın  təzyiqi  ilə  bu  demokratik  nəşrin 
fəaliyyətini  dayandırdıqdan  sonra  peşəkar  siyasətə  keçərək  “Müsavat”  partiyasını 
ərsəyə gətirməyə başladı. 
Hələ  1904-cü  ilin  sonunda  əqidə  dostları  M.H.Hacınski  və  Mirhəsən 
Mövsümovla  RSDFP  Bakı  komitəsi  nəzdində  “Hümmət”  müsəlman  sosial-
demokrat  təşkilatını  yaradan  və  eyni  adlı  qəzet  nəşr  edən  M.Ə.Rəsulzadə  bu 
ideyaları “İrşad”a gətirərək həmin dövrdə sosial fikirlərlə yanaşı, Ə.Hüseynzadənin 
yaratdığı türkçülük zəminində milli özünüdərketmə prinsiplərini də önə çəkdi. 
Onun  5  dekabr  1908-ci  ildə  tamaşaya  qoyulan,  müstəqillik  amallarına 
xidmət edən “Qaranlıqda işıqlar” pyesi milli dirçəliş ideyalarının istiqlal hərəkatına 
tətbiqini əks etdirirdi. Çarizm irticasına qarşı  yönəlmiş sosial plakat janrında olan 
bu  əsər  müstəqillik  mövzusunun  ilk  qaranquşu  oldu.  Həmin  il  müəllifin  yazdığı 
“Nagəhan bəla” pyesi də melodrama janrında olub sosial problemləri əks etdirsə də, 
məğzində müstəqillik ideyası dayanırdı. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə