Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

45 
 
şirkətlər  1914-cü  ildə  neft  sənayemizin  aksioner  kapitalının  86  faizini,  istehsal 
edilən neftin 60 faizini öz nəzarətləri altında saxlayırdılar.  
Neft  və  neft  məhsullarının  satış  bazarının  məhdudluğunun,  sənayenin 
plansızlığının,  sistemsizliyinin  yaratdığı  böhran  cəmiyyətdəki  qarşıdurma  və 
ziddiyyətləri  durmadan  artırırdı.  Neft  sənayesinə  kredit  verilməməsi,  əmək 
şəraitinin  dözülməzliyi,  avadanlıq  və  çənlərin  çatışmazlığı,  fontanların  yaratdığı 
ekoloji fəlakətlər, əmək haqqının belə ödənilməsi üçün pul vəsaitinin çatışmazlığı, 
istehlak  bazarındakı  bahalığın  yaratdığı  kasıblıq  inqilabi  dəyişkənlik  üçün  zəmin 
sayılırdı. 
9  mart  1912-ci  il  tarixli  “Baku”  qəzetinin  56-cı  sayındakı  “H.Z.Tağıyev” 
məqaləsində  Parisdən  qayıtmış  Tağıyevin  müsahibəsindəki  səfər  təəssüratında 
özünün  fransız  faytonçusu  ilə  münaqişəsinə  münasibəti  ibrətamizdir.  Sağa 
burulmaq  əvəzinə  faytonu  səhvən  sola  döndərən  faytonçunun  kürəyinə  sərnişin 
“H.Z.Tağıyevin  çətirin  ucu  ilə  toxunmasına  dözməyən  sadə  fransızın  qəzəbi 
Hacıya  anlaşılmaz  görünür.  Tərcüməçinin  vasitəsilə  hərəkətinin  faytonçu 
tərəfindən  təhqir  kimi  qəbul  olunduğunu  anlayan  H.Z.Tağıyevin:  “Oradakı  sadə 
camaatın  məğrurluğuna  heyran  qaldım  və  anladım  ki,  mən  bizim  adamların  lap 
boynunu  da  vursam  dönüb  səcdə  etmələri  gerilikdir.  Bax  camaatımız  oradakı 
səviyyəyə  çatdıqdan  sonra,  bizdə  də  əsl  azad  həyat  olacaqdır”  (120)  fikri  bu 
insanın təbiətən maarifçi-demokrat olduğunu təsdiq edir. 
Bununla  belə  sinfi  barışmazlıq  üzərində  köklənmiş,  kapital  dünyasına  və 
dinə  qarşı  barışmaz  mövqe  tutan  ziyalılarımızla  yanaşı,  liberal  düşüncəli  Üzeyir 
bəy  Hacıbəyovlar  da  var  idi.  Özünün  peşəkar  üslubu  sayəsində  satirik-publisistik 
məqalələrini  əsasən  sənədli  personajlara  qarşı  yönəlmiş  feleyton  və  ictimai 
quruluşu tənqid edən pamflet janrında yazan Üzeyir Hacıbəyov “Sosial məsuliyyəti 
unudub  “Molla  Nəsrəddin”ə  təqlid  ilə  mollalara  sataşmağı  özünə  qalxan  edib 
qərəzi-şəxsisi olanlara ədəbsiz sözlər yazan”, özünə ədib adı qoymuşlara hiddətini: 
“Yazıq  qələm,  yazıq  oxucular,  yazıq  ədəbiyyat  ki,  tərbiyəsizlər  əlinə  düşüblər! 
Nifrət,  nifrət  olsun  müqəddəs  qələmi  qərəzi-şəxsi  aləti  edənlərə  nifrət!” 
(24.səh.233)  – deyə  kəskin  şəkildə bildirməklə bərabər, “kafe-şantanlardakı azarlı 
matişkələrə  pulu  xəzəl  kimi  səpələyərək  onlardan  öz  arvadlarına  xəstəlik  gətirən 
cavanlara”  (24.səh.426)  birbaşa  və  açıq  şəkildə  müraciət  edərək  tibbi-gigiyena 
maarifçiliyini  də  öz  üzərinə  götürürdü.  Məhz  bu  vətənpərvərlik  sayəsində 
H.Zərdabi,  M.Şahtaxtlı,  C.Məmmədquluzadə,  Ö.Nemanzadə,  Ə.Hüseynzadə, 
Ə.Ağaoğlu,  M.Rəsulzadə,  Ü.Hacıbəyov  kimi  peşəkar  jurnalist  və  naşirlər  ictimi 
fikrə  fəal  təsir  göstərərək  mətbuatın  dördüncü  hakimiyyətə  çevrilməsi  prosesində 
yaxından iştirak edirdilər. 
İki  əsrin  ayrıcından  başlayaraq  ictimai  fikri  arxasınca  apara  bilən  “Şərqi-
Rus”,  “Həyat”,  “İrşad”,  “Füyuzat”,  ”Molla  Nəsrəddin”,  “Təzə  həyat”,  “Tərəqqi”, 


46 
 
“Təkamül”,  “Həqiqət”,  “Açıq  söz”  kimi  onlarla  mətbuat  orqanları  maarifçilik 
prinsiplərinin qəti müəyyən olunmasına münbit şərait yaratdılar. 
Böyük  Sabirin  “Dindirir  əsr  bizi,  -  dinməyiriz”  şeri  milli  maarifçiliyin 
pasportuna çevrildi:  
“Dindirir əsr bizi, dinməyiriz,  
Atılan toplara diksinməyiriz; 
Əcnəbi seyrə balonlarla çıxır,  
Biz hələ avtomobil minməyiriz; 
Quş kimi göydə uçar yerdəkilər
Bizi gömmüş yerə minbərdəkilər!” (73.səh.275). 
Maarifçiliyin  parlaq  nümunəsi  olan  bu  kiçik  şerdə  xalqın  əsrdən  geri 
qaldığını  yana-yana  deyən  müəllif  “quş  kimi  göydə  uçan”  əcnəbilərin  çatdığı 
texniki  tərəqqiyə  həsəd  aparmaqla  yanaşı,  “bizi  yerə  gömən”,  geriliyimizin  əsas 
səbəbkarlarını da dəqiqliklə göstərir. 
Tərəqqiyə  tələbat  o  həddə  çatmışdı  ki,  milli  romantizmin  parlaq 
nümayəndəsi H.Cavidin “İblis” əsərində Vasifin dilindən yazdığı: 
“Turana qılıncdan daha kəskin, ulu qüvvət 
Yalnız  mədəniyyət,  mədəniyyət,  mədəniyyət”  (46.səh.211)  sözləri  də 
müəllifin maarifçi ideyalarını əks etdirirdi.  
Maarifçiliyin tənəzzülündən sonra hiss və hissiyyat elementlərini önə çəkən 
sentimentalizm  cərəyanı  yarandı.  Bu  cərəyan  sinfi  qarşıdurmalarda  fəal  mövqe 
tutmadığından  üçüncü  təbəqə  sayılan  kəndlilərin  aləminə  zidd  əxlaqa  və  idraka 
qarşı  yönəlmişdir.  İctimailiyi  deyil,  fərdiliyi  önə  çəkən  sentimentalizmin  parlaq 
nümayəndəsi olan Süleyman Sani Axundovun “Qonaqlıq” hekayəsində bol yeyib-
içmiş  bəy,  tacir,  alim,  ruhani  və  zabitin  hər  biri  məhz  özünün  dövlətin  sütunu 
olduğunu israr edir. Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkərkən bəhs təzələnir və 
onlar  arabada  taxıl  kisələri  gətirmiş  qoca  kəndliyə  üz  tuturlar.  Bu  mübahisəyə 
müdaxilə  edən  müəllif  kəndlinin  dilindən  öz  ictimai  üslubunu  təsdiq  edir:  “Ey 
ağalar  düzünü  axtarsanız  hökumətin  sütunu  biz  kəndlilərlə  o  qan-tər  içində  yük 
daşıyan  fəhlələrdir.  Biz  əkməsək,  biçməsək,  onlar  da  işləməsə  heç  bir  hökumət 
yaşaya bilməz” (8.səh.15) qənaəti sentimentalizmin təzahürünə çevrilir.  
Milli  dramaturgiya  tarixində  ötəriliyi  ilə  yadda  qalmış  sentimentalizmdən 
fərqli  olaraq  burada  ictimai  üslub  kimi  əsaslı  şəkildə  kök  salmış  romantizm  və 
maarifçilik yeni şəkildəyişmələrdə təzahür edirdi.  
XX  əsrin  əvvəllərindən  bir  sıra  mütərəqqi  dəyələr  meydana  çıxsa  da, 
cəmiyyətdəki  mövcud  feodal  düşüncə  tərzi  və  əxlaqı  ictimai  fikrin  formalaşması 
prosesini geriyə ataraq romantizmin maarifçiliklə sembioz ifadəsinə şərait yaratdı. 
Nəticədə  iki  ədəbi  cərəyanın  qovuşmasından  romantizm  daxilində  maarifçi 
təmayül  meydana  çıxdı.  Ədəbi  prosesdə  paralel  olaraq  mövcud  olan  tənqidi 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə