Aydın Dadaşov



Yüklə 0,57 Mb.

səhifə5/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   64

11 
 
iclasında  çıxış  edən  “H.Z.Tağıyev  sadə  bir  dildə  dedi:  “Hökumətdən  şikayət 
edirəm.  Qoymurlar  ki,  fabrikanın  malını özüm camaata  satım. Bezin arşınını xam 
arşını ilə beş manatdan alıb kənarda on yeddi manata satırlar. İçində olduğunuz bu 
bina  mənimdir.  Qız  məktəbinə  vermişəm.  Burada  gərək  qızlarımız  oxusun. 
Hökumət binanı əlimdən aldı, idarə elədi” (81, səh.38). 
Cümhuriyyət  dövründə  Təhlükəsizlik  İdarəsinin  rəisi  olmuş  Nağı  bəy 
Keykurun (Şeyxzamanlının) H.Z.Tağıyevin xeyriyyəçiliyi barədə yazdıqları maraq 
doğurur:  “Bir  gün  məşhur  türkçü  İsmayıl  bəy  Qaspralı  Bakıya  gəlir  və  Hacını 
ziyarət  edir.  Söhbət  əsnasında  İsmayıl  bəy  Krımın  Baxçasarayındakı  hər 
nüsxəsində “Dildə, fikirdə, işdə birlik” ideyasını yayan “Tərcüman” adlı qəzetinin 
az oxunduğundan, abunəçilərinin az olduğundan şikayətlənir. Bakıda  nəşr olunan 
qəzet və jurnallara daim yardım göstərən  Hacı ertəsi gün katibinə: “Qafqazın şəhər 
və kəndlərini gəzərsən, nə qədər türkcə oxuyan varsa isim və ünvanlarını qeyd edib 
mənə  təqdim  edərsən”  –  deyir.    Bu  iş  başa  çatdıqdan  sonra  Hacı  ödənişlə 
abunəçilərin isim və ünvanlarını da Qaspralıya göndərir. Bu vəziyyət illərlə davam 
edir.  Sonralar  qəzet  alanlara  məlum  olur  ki,  abunə  pulu  Hacı  Zeynalabdin 
tərəfindən  ödənilirmiş”  (83.səh.156).  Nağı  bəyin  yazdığı  kimi  Azərbaycan  xalqı 
istiqlalına  qovuşduqdan,  mərkəz  Gəncədən  Bakıya  köçdükdən  sonra,  Fətəli  xan 
Xoyskini  ziyarət  edib:  “Əgər  hökumətinizə  pul  lazım  olarsa,  bütün  var-dövlətim 
sizin  ixtiyarınızdadır”  xitabını  edən,  Cümhuriyyətin  ikinci  ilində  Dövlət 
Universitetinin açılışında  isə  öz  çıxışında  “Əziz qardaşlarım,  mən Bakıda  bir çox 
məktəblərin  açılışında  iştirak  etmişəm.  Bakıda  universitet  açılmasını  çox  arzu 
edirdim.  Nə  yaxşı  ki,  ulu  Tanrım  məni  məyus  etmədi,  öz  dövlətimizi  qurduq  və 
Bakıda universitet açdıq. Mənim də bu ürfan ocağında bir hikmətim olsun deyə bu 
binanı  universitetə  hədiyyə  edirəm”  (83.səh.158)  –  deyən  Tağıyev  qlobal 
maarifçiliyini  daim  davam  etdirsə  də,  qız  məktəbinin  idarəyə  çevrilməsini 
maarifçilik  tarixində  müstəsna  işlər  görmüş  Cümhuriyyət  hökumətinə  bağışlaya 
bilməmişdi. 
Müsəlmanlara  və  türklərə  mürtəce  münasibət  göstərən  çarizm  siyasətinin 
ayrı-seçkiliyi  nəticəsində  dövlət  və  hərbi  işlərdə  azəri  türklərinə  etimad 
göstərilməməsi,  sünni-şiə  məzhəblərinin  qarşılaşdırılması  hər  zaman  gündəmdə 
dururdu. 
XIX  əsrin  ikinci  yarısında  neft  sənayesinin  yaratdığı  ictimai-siyasi  və 
mədəni  mühit  Bakıda  kütləvi  informasiya  vasitələrinin,  xüsusilə  də  qəzetlərin 
yaranma  zərurətini  meydana  çıxardı.  “Kavkaz”  qəzetinin  1868-ci  il  5-ci  sayında 
oxuyuruq: “Bakıda çap və qəzet nəşri həvəsində olanlar vardır. Ticarət qəzeti çap 
etdirmək istəyənlərin sayı ədəbi qəzet həvəskarlarından daha çoxdur” (127). 
Axundovun təsiri ilə Həsən bəy Zərdabinin (1832-1907) yaratdığı, mətbuat 
tariximizin  başlanğıcı  olan  “Əkinçi”  (1875-1877)  qəzetinin  maarifçi-demokrat 


12 
 
yönümünü  təsdiq  etməsi  fərəhləndirici  haldır.  Milli  mətbuatımızın  banisi  Həsən 
bəy  Zərdabi  nəşrinə  hazırlaşdığı  “Əkinçi”  qəzetinin  çapına  icazə  almaq  üçün  12 
aprel  1873-cü  ildə  Bakı  qubernatoruna  yazırdı:  “Quba  mülkədarı  general  mayor 
Abdulla ağa Bakıxanov mənə Bakı şəhərində tatar dilində pulsuz olaraq qəzet nəşr 
etmək  məqsədilə  mətbəə  açmaqdan  ötrü  1000  manat  pul  verir.  Bu  təsadüfdən 
istifadə edərək,  mən aşağıdakı şərtlər əsasında qəzet  nəşr etməyi qərara almışam” 
(161). 
Göründüyü  kimi,  Həsən  bəy  ilk  öncə  gələcək  qəzetin  maliyyə  mənbəyini 
rəsmi  idarəyə  açıqlayır  və  bundan  sonra  şərtləri  göstərir.  Həsən  bəy  Zərdabi  satış 
probleminə də öncədən ciddi yanaşırdı. O, 1873-cü ildə M.F.Axundova göndərdiyi 
məktubunda  yazırdı:  “Mənim  nəşrinə  başlamaq  istədiyim  qəzetlə  əməkdaşlıq 
etmək  istədiyinizi  bildirirsiniz.  Mütəşəkkirəm,  ancaq  bədbəxtlikdən  hələ  bu 
vaxtacan  icazəni  ala  bilməmişəm.  Sizin  baron  bu  barədə  nə  fikirləşir  bilmirəm. 
Amma  mənə elə gəlir ki, qəzetə  münasibəti  yaxşı deyil. Nə isə  falçılıq eləməyək, 
görək nə olur. Qəzetin nəşri haqqında olacaq elanı sizə göndərirəm ki, yayılmasına 
kömək  edəsiniz”  (5.səh.315).  Cavabında  Axundov  belə  yazır:  “Mənə  göndərilən 
elanlardan on dənəsini xahişimə əsasən buradakı İran konsulu cənabları qəbul etdi. 
Beləliklə,  on  nəfər  abunəçinin  pulunu  oradan  alacaqsınız.  Qalan  on  beş  elana 
gəlincə,  onlar  hələlik  məndədir.  Mən  nəzərdə  tutmuşam  ki,  savadlı  tanışlarıma 
təsadüf  etdikcə,  bu  elanlardan  onlara  təqdim  edərək  sizin  qəzetinizə  abunəçi 
olmalarını xahiş edim” (5.səh.243). 
 Moskvada  Petrovsko-Razumovskaya  Akademiyasında  təhsil  alan  Nəcəf 
bəy Vəzirov (1854-1926) “Əkinçi” qəzetinə abunəçilərin yığılması üçün böyük səy 
göstərirdi. Halbuki, orada Nəcəf bəyin maliyyə vəziyyəti olduqca ağır idi. Sonralar 
özünün  yazdığı  kimi:  “Havası  soyuq  Moskvada  üstümə  örtəcək  bir  yorğanım  da 
yox  idi.  Gecə  üstümə  dünya  malından  təkcə  gümanım  gələn,  bircə  palasımı 
çəkərdim.  Bu  palas  da,  mənim  hali-pərişanım  kimi  bir  halda  idi...  Əgər  bu  palas 
indi əlimə keçərsə, çox baha qiymətə alardım” (87.səh.401). O palas yəqin ki, tarix 
muzeyimizin ən dəyərli eksponatlarından birinə çevrilərdi.  
Təkcə  nəşrinin  icazəsinə  üç  il  vaxt  sərf  etdikdən  sonra  nəhayət,  böyük 
zəhmət bahasına Həsən bəy 400 nəfərlik abunəçi yığmağa nail olur. Onun 22 iyul, 
1875-ci  ildə  “Əkinçi”  qəzeti  işıq  üzü  gördü.  Nəcəf  bəy  Moskvada  qəzetin 
yayılması  üçün  fədakarlıqla  çalışırdı.  O,  “mənim  sevimli,  əziz  müəllimim  Həsən 
bəy!”  –  deyə  yazırdı:  “Qəzetin  ilk  iki  nömrəsini  aldım  ...  hərçənd  çətin  olsa  da, 
burada  abunəçilər  taparam”  (92).  Xalqı  tərəqqiyə  səsləyən  bu  qəzetin  davamlı 
olaraq  işıq  üzü  görməsi  üçün  ziyalılarımızın  səyi  göz  qabağındadır.  Qəzetin  ilk 
sayındakı iqtisadiyyat mövzusundakı məqalə alış-verişə dair vergi ilə bağlı dövlət 
qərarlarını  araşdırır  və  bu  xüsusda  dəyərli  məsləhətlər  verir:    “Bir  neçə  ildir  ki, 
Rusiya dövlətinə tabe olmuşuq və bu çağadək bizim ticarətimiz qədim sayaq olan 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə