Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə126/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   122   123   124   125   126   127   128   129   ...   208

Dinləyiciləriniz və ya dinləyiciniz üçün yad olan predmet haqqında

danışanda məgər əminsiniz ki, xalq müəllimi başa düşdüyündən daha yaxşı başa

düşüləcəksiniz?

Çətin ki. Bəs nə etmək olar? O, eynilə bu cür vəziyyətlə üzləşəndə nə etmişdi?

O, bunu mümkün olanlardan ən sadə və təbii üsulla etdi: o, adamların bilmədiyini

onların bildikləriylə müqayisə etməklə izah etdi. Tanrı dərgahı... Bu, nəyə

oxşayır? Fələstinin savadsız kəndliləri bunu necə başa düşə bilərdilər? Buna görə

də Məsih onu kəndlilərə artıq bəlli olan əşyalar və təzahürlərin köməyi ilə təsvir

edirdi:

“Tanrı dərgahı acıtma kimidir ki, qadın onu üç ölçü una qatsa da, indiyədək



hamısı qıcqırmayıb...

Və Tanrı dərgahı yaxşı mirvariləri axtaran tacir kimidir... Bir də Tanrı

dərgahı dənizə atılan tor kimidir...”

Bu, aydın idi və bunu onlar dərk edə bilərdilər. Dinləyicilərin arasında evdar

qadınlar var idi ki, onlar acıtmanı hər həftə istifadə edirdilər; balıqçılar var idi ki,

toru dənizə hər gün atırdılar; tacirlər mirvari ilə iş görürdülər.

Bəs David (Daud peyğəmbər) İeqovanın hamiliyini və sevgi mərhəmətini

necə izah etmişdi?

“Tanrı – mənim rahibimdir! Mən heç nəyə möhtac olmayacağam: o, məni

paxlalı bitkilərlə saxlayır və məni sakit suların yanına aparır”.

Bu, demək olar, barsız ölkədə paxlalı bitkilər... davarın içə bildiyi su

– çobançılıq edən xalqlar belə sözləri başa düşə bilərdi.

Budur, həmin prinsipin tətbiq olunması ilə bağlı kifayət qədər əyani və

müəyyən mənada məzəli nümunə. Bir neçə missioner İncili Ekvatorial Afrikanın

yaxınlığında yaşayan bir qəbilənin dialektinə tərcümə edirdi.

Onlar belə bir cümlə ilə rastlaşdılar: “Sənin günahların al-qırmızı olsa da,

onlar qar kimi ağ olacaqlar”. Onlar bu cümləni necə tərcümə etməli idilər? Hərfi

mənada? Bu, mənasız və absurd olardı. “Bu yerlilərə” fevral ayının sübh vaxtında

səkiləri heç vaxt qardan təmizləmək lazım gəlməmişdi. Onların dillərində heç

mənası qar demək olan söz də yox idi. Onlar qarla qatran arasındakı fərqi də

anlaya bilməzdilər; lakin əvəzində onlar kokos palmasına dəfələrlə

dırmaşmışdılar və nahar üçün ağacdan yerə kokos qozaları vurub salırdılar. Buna

görə də missionerlər tanınmayanı tanış olanla müqayisə etdilər və həmin

cümləni bu cür tərcümə elədilər: “Sənin günahların al-qırmızı olsa da, onlar

kokos qozasının içi kimi ağ olacaqlar”.

Bu şəraitdə həmin işi bundan yaxşı etmək, çətin ki, mümkün olaydı, doğru

deyilmi?

Missuri ştatının Uorrensburqdakı müəllim kollecində mən Alyaska haqqında

danışan bir lektoru dinləmişdim. Çıxışının bir çox yeri dinləyicilər üçün aydın və

maraqlı olmamışdı, çünki o, həmin afrikalı missionerlərdən fərqli olaraq, nəzərə

almamışdı ki, dinləyicilərin anlaya biləcəkləri sözlərlə danışmaq lazımdır.

Məsələn, o, bizə məlumat verdi ki, Alyaskanın əhalisi 64 356 nəfər, ərazisi isə

590 804 kvadrat mil təşkil edir.

Yarım milyon kvadrat mil – adi adam üçün bu nə deməkdir? Çox az. O,

kvadrat mil kateqoriyaları ilə düşünməyə adət etməyib.

downloaded from KitabYurdu.org




Bu deyilən onun təsəvvüründə heç bir mənzərə canlandırmır. O, 500 min

kvadrat mil ərazinin Men və ya Texas ştatının ərazisinə təqribən bərabər olub-

olmadığını bilmir. İndi isə natiqin verdiyi məlumatı belə təsəvvür edək ki,

Alyaskanın və onun adalarının sahil xətti ekvator xəttindən uzundur və onun

ərazisinin sahəsi Vermont, Nyu-Gempşir, Men, Massaçusets, Rod-Aylend,

Konnektikut, Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Delaver, Merilend, Qərbi

Virginiya, Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida, Missisipi və Tennesi

ştatlarının birlikdə götürülmüş sahəsindən böyükdür.

Məgər bu, iştirakçıların hamısında Alyaskanın ərazisinin böyüklüyü ilə bağlı

kifayət qədər aydın təsəvvür yaratmazdımı?

O bildirmişdi ki, Alyaskanın əhalisi 64 356 nəfər təşkil edir. Əhalinin

siyahıyaalınması ilə bağlı rəqəmləri bəlkə də on adamdan biri heç bir dəqiqə belə

yadda saxlamır. Niyə? Ona görə ki “altmış dörd min üç yüz əlli altı” ədədinin

səsləndirilməsi o qədər də aydın təsəvvür yaratmır, yalnız sahil qumunda

yazılmış sözlər kimi qeyri-müəyyən və qeyri-səlis təəssürat qoyur.

Diqqətin növbəti dalğası onları tamamilə yuyub aparır. Əhalinin sayı barədə

məlumatı adamlara daha yaxşı tanış olanla əlaqəli surətdə demək məgər daha

ağıllı olmazdımı? Məsələn, dinləyicilərin yaşadıqları Missuri ştatındakı kiçik

şəhərin yaxınlığında Sent-Cozef şəhəri var. Onların bir çoxu Sent-Cozefdə olub,

Alyaskanın əhalisinin sayı isə o vaxt Sent-Cozefin əhalisindən on min nəfər az idi.

Alyaska haqda lektorun çıxış etdiyi şəhərlə əlaqəli şəkildə danışmaq daha da

yaxşı olardı. O əgər aşağıdakı kimi desəydi, qat-qat aydın olardı: “Alyaska Missuri

ştatından səkkiz dəfə böyükdür, lakin eyni zamanda da onun əhalisi burada,

Uorrensburq şəhərində yaşayan sakinlərin sayından cəmi on üç dəfə çoxdur”.

Aşağıda göstərilən “a” və ya “b” nümunələrində hansı müddəa daha

aydındır?

a) Bizə ən yaxında olan ulduz otuz beş trilyon mil məsafədə yerləşir.

b) Dəqiqədə bir mil sürətlə gedən qatar Yerə ən yaxın ulduza qırx səkkiz

milyon ilə çatardı; həmin ulduzda əgər mahnı oxusaydılar və səs Yerə çata

bilsəydi, bunun üçün üç milyon səkkiz yüz min il vaxt tələb olunardı. Əgər həmin

ulduzla Yerin arasında hörümçək toru çəkilmiş olsaydı, onun çəkisi beş yüz ton

olardı.


a) Dünyanın ən böyük kilsəsi olan Müqəddəs Pyotr məbədinin uzunluğu iki

yüz otuz iki yard və eni üç yüz altmış dörd futdur.

b) Onun hündürlüyü təqribən Vaşinqtondakı Kapitoli binası boyda üst-üstə

qoyulmuş iki binanın hündürlüyü qədərdir.

Ser Oliver Lodc hazırlığı olmayan auditoriyaya atomun nə boyda olduğunu

və təbiətini izah edərkən bu metoddan müvəffəqiyyətlə istifadə etmişdi. Onun

Avropada bir qrup dinləyiciyə bir damla suda olan atomların sayının Aralıq

dənizində olan su damlalarının sayı qədər olduğu barədə danışdığını mən

eşitmişəm, onun dinləyicilərinin bir çoxu isə Hibraltardan Süveyş kanalına qədər

bir həftədən çox səyahətdə idi. Söhbətin predmetinin daha da aydın başa

düşülməsi üçün o dedi ki, bir damla suda olan atomların sayı bütün planetimizdə

olan ot saçaqlarının sayı qədərdir.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə