Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə123/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   119   120   121   122   123   124   125   126   ...   208

İlin fəsilləri gələcək və gedəcək,

Hər şey solur, bildiyiniz kimi, vaxtı gələndə.

Bir şey var, amma daim şeh təki çiçəklənir və təravətlidir –

Bu, mənim sizə sevgim və bağlılığımdır”.

Bu kiçik şeir Harri Loderin şəxsiyyətinə tam uyğundur və şübhəsiz ki, onun

bütün çıxışı ilə həmahəng səslənir. Buna görə də konkret halda o, gözəl idi. Əgər

“Rotari” klubunun hansısa bir başqa üzvü həmin şeiri özünün təmtəraqlı nitqinin

sonunda istifadə etmiş olsaydı, onda bu, o qədər qeyri-təbii görünərdi ki, demək

olar, gülünc olardı. İctimaiyyət qarşısında çıxış etmək sənətini mən nə qədər çox

tədris edirəmsə, həyatın bütün halları üçün düzgün olacaq ümumi qaydaları

verməyin qeyri-mümkün olduğunu bir o qədər aydın başa düşür və daha canlı

dərk edirəm. Axı müzakirə predmetindən, vaxtdan və hadisənin baş verdiyi

yerdən, elə insanın özündən də çox şey asılıdır.

Hər bir kəs, müqəddəs Pavel dediyi kimi, öz xilasını həyata keçirməlidir.

Azad peşə sahibi olan bir nəfərin Nyu-Yorkdan getməsiylə bağlı verilən vida

naharında qonaq qismində iştirak etmişdim. Natiqlər bir-birinin ardınca ayağa

qalxır, şəhərdən gedən dostlarını vəsf edir və fəaliyyətinin yeni sahəsində ona

uğurlar diləyirdilər. Bir düjünə yaxın çıxış edilmişdi, lakin onlardan yalnız biri

yaddaqalan şəkildə tamamlandı. Bu məhz elə şeirlə tamamlanan çıxış idi. Çıxış

edən şəhərdən gedənə tərəf döndü və hisslə dolu səslə dedi: “Hə, indi isə

görüşənədək, mən sənə özümə arzulaya biləcəyim bütün hər şeyi diləyirəm!

Mən əlimi Şərq əhli sayaq ürəyim üstə qoyuram:

Qoy Allah sənə yar olsun.

Sən harada olsan, hara gedib çıxsan da,

Qoy orada Allahın gözəl palmaları yetişsin,

Zəhmətli gündüzlər və dincəldiyin gecələr sənə

Qoy Allahın xeyir-duasını gətirsin.

Mən əlimi Şərq əhli sayaq ürəyim üstə qoyuram:

Qoy Allah sənə yar olsun.

Bruklindəki L.A.D. Motors korporasiyasının vitse-prezidenti C.A.Ebbot öz

təşkilatının qulluqçuları qarşısında sadiqlik və əməkdaşlıqla bağlı çıxış edirdi. O,

öz çıxışını Kiplinqin “Cəngəlliklərin ikinci kitabı” əsərindən cingiltili sətirlərlə

bitirdi:

Bu da sizin üçün Cəngəlliklər Qanunu –

Və o, göy qübbəsi tək dəyişməzdir.

Canavar onu sayanadək sağdır;

Qanunu pozan Canavar öləcəkdir.

Lianatək, sarmaşıqtək hər iki tərəfə sarılır Qanun:

Canavar kimi yaşamaqdadır Dəstənin gücü,

Canavarın gücü – doğma Dəstədir”.

Əgər siz şəhərinizdəki kitabxanaya gedərsinizsə və kitabxanaçıya

deyərsinizsə ki, filan-filan mövzu ilə bağlı çıxış hazırlayırsınız və bu, yaxud başqa

bir ideyanı ifadə etmək üçün poetik sitat axtarırsınız, onda Bartlettin “Tanış sitat”

tipli hansısa bir məlumat kitabından sizin üçün, ola bilsin ki, oxşar nəsə tapmış

olarlar.

İncildən gətirilən sitatın qüvvəsi

downloaded from KitabYurdu.org



Əgər siz öz çıxışınızda Müqəddəs Kitabdan sitat gətirə bilərsinizsə, onda

sizin bəxtiniz gətirəcək. Yerinə düşən halda İncildən gətirilən sitat çox vaxt dərin

təsir göstərir. Məşhur maliyyəçi Frenk Vanderlip bu metodu müttəfiqlərin

Birləşmiş Ştatlara ödəməli olduqları borca həsr olunmuş çıxışının sonluğunda

istifadə etmişdi:

“Əgər biz öz tələbimizin, hərfi mənada, yerinə yetirilməsini təkid etmiş olsaq,

onda o, dəqiq ki, yerinə yetirilməmiş olacaqdır. Əgər biz eqoistik mülahizələrdən

çıxış edərək təkid etsək, onda biz pul yox, nifrət alarıq. Əgər biz genişürəkli olsaq

– müdrikcəsinə genişürəkli – onda borclar bizə qaytarıla bilər və bununla

edəcəyimiz xeyirxahlıq bizim üçün maddi cəhətdən, bizim itirə biləcəyimiz başqa

nə iləsə müqayisədə daha böyük demək olacaqdır.

“Zira öz həyatını xilas etmək istəyən onu itirəcək, lakin öz həyatını mənə və

Müqəddəs Kitaba görə itirən onu xilas edəcəkdir”.

Kulminasiya

Kulminasiya özü ilə çıxışın başa çatdırılmasının populyar üsulunu təcəssüm

etdirir. Onu həyata keçirmək çox vaxt çətin olur və o, bütün natiqlər və bütün

mövzular üçün heç də həmişə yerinə düşən sonluq olmur. Lakin o, yaxşı yerinə

yetirilibsə, parlaq təəssürat qoyur. O, hər cümlə ilə daha da güclənərək zirvəyə

çatır. Kulminasiya üçün yaxşı nümunə kimi mükafatla təltif olunan və üçüncü

fəsildə göstərilən Filadelfiya haqqında çıxışın sonluğunu göstərmək olar.

Linkoln kulminasiyanı Niaqara şəlaləsi haqqında mühazirələr üçün öz

qeydlərini hazırlayarkən istifadə etmişdi. Diqqət yetirin ki, hər növbəti müqayisə

əvvəlkindən daha güclüdür və o, Niaqaranın yaşını Kolumbun, Məsihin, Moiseyin

(Musa peyğəmbər), Adəmin (Adəm peyğəmbər) və b. dövrü ilə müqayisə

etməklə kulminasiya effektinə necə nail olur:

“Bu, yaddaşda sonsuz keçmişi oyadır. Kolumb ilk dəfə bizim kontinenti

axtaranda, Məsih xaçın üstündə əzab çəkəndə, Moisey İsraili Qırmızı dənizdən

keçirəndə, bundan da çox, hətta Adəm ilk dəfə Tanrının əli ilə yaradılmış olanda

– o vaxt indi olduğu kimi burada Niaqara şəlaləsi nərildəyirdi. Nəsli kəsilmiş,

sümükləri Amerikanın təpələrini dolduran tarixəqədərki nəhənglərin gözləri

Niaqaraya biz ona indi baxdığımız kimi baxırdı. İnsanların birinci qəbiləsinin

müasiri və ilk insandan yaşlı olan Niaqara bu gün on min il əvvəl olduğu kimi

güclü və təravətlidir. Nəsli çoxdan kəsilən, nə vaxtsa mövcud olduqlarını yalnız

çox iri sümük qalıqları təsdiq edən mamontlar və mastodontlar da bütün bu uzun

dövr ərzində bircə saniyə belə dayanmayan və axını heç vaxt qurumayan, heç

vaxt donmayan, heç vaxt dincəlməyən Niaqaraya baxıblar”.

Tussen-Luvertyure haqqında çıxışında Uendell Fillips eynilə belə bir fənddən

istifadə etmişdi. Onun çıxışının sonluğu aşağıda verilir. Bu hissə ictimaiyyət

qarşısında edilən çıxışlara həsr olunmuş kitablarda tez-tez iqtibas gətirilir.

Onda enerji və həyat qüvvəsi hiss olunur. O, bizim praktiki əsrimiz üçün

həddən artıq bərbəzəkli olmasına baxmayaraq, maraqlı təsir bağışlayır. Bu çıxış

əlli il bundan əvvəl yazılmışdı. Con Braun və Tussen-Luvertyura ilə bağlı – “əlli il

sonra, həqiqət öz sözünü alanda” deməklə – verdiyi proqnozunda Uendell

Fillipsin nə qədər haqlı olmadığını qeyd etmək maraqlıdır. Görünür, tarixin

gərdişini öncədən görmək gələn il birjada qiymətlərin və ya donuz salasının

neçəyə olacağını əvvəlcədən deməkdən asan deyilmiş.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə