Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə121/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   117   118   119   120   121   122   123   124   ...   208

daha toxunularsa və bu, bizim təbiətimizin ilahi başlanğıcı sayəsində mütləq baş

verəcəkdir – öz səsini İttifaqın xoruna qoşacaqdır”.

Natiqliyə yenicə başlayan özündə çıxışının yekunlaşdırılmasının zəruriliyi ilə

bağlı düzgün hissi necə formalaşdırmalıdır? Mexaniki qaydaların köməyi ilə?

Xeyr. İncəsənətlə bağlı olduğu kimi, bu da həddən artıq incə işdir. Bu, altıncı

hissə çevrilməlidir, demək olar, intuisiya olmalıdır. Əgər natiq çıxışının harmonik

olaraq və sənət baxımından yekunlaşdığını hiss etmirsə, onda o, buna nail ola

biləcəyinə necə bel bağlayır?

Amma belə bir hissi özündə inkişaf etdirmək mümkündür və bunu görkəmli

natiqlərin istifadə etdikləri metodları öyrənməklə etmək olar. Budur, məsələn,

Uels şahzadəsinin Torontoda İmper klubunda çıxışının sonluğu:

“Qorxuram ki, cənablar, mən özümü saxlaya bilmədim və özüm haqqında

həddən çox danışdım. Lakin mən Kanadada sizin qarşınızda çıxış etmək şərəfi

göstərilən bu böyük auditoriyada özümün vəsiyyətim və bununla bağlı olan

məsuliyyətlə əlaqədar düşündüklərimi sizinlə bölüşmək istəyirdim. Mən sizi

yalnız bunda əmin edə bilərəm ki, bu böyük məsuliyyətə və sizin etibarınıza layiq

olmağa həmişə can atacağam”.

Bu çıxışı hətta kor adam da eşitmiş olsaydı, onun başa çatdığını hiss edərdi.

O, ucu heç yerə bağlanmayan kəndir kimi havadan asılı qalmadı, çıxış yekunlaşdı

və tamamlandı.

Məşhur Harri Emerson Fosdik Cenevrədə Müqəddəs Pyotr məbədində

Millətlər Liqasının VI Assambleyası açılandan sonra çıxış edirdi. O, çıxışı üçün bu

mövzunu seçmişdi: “Əlinə qılınc alan hər kəs həmin qılıncla da məhv olacaqdır”.

Onun öz moizəsini necə gözəl, təmtəraqla və qüvvə ilə yekunlaşdırdığına diqqət

yetirin:

“Biz İsa Məsihi və müharibəni barışdıra bilmərik – məsələnin mahiyyəti bax

bundadır. Xristianların vicdanını bu gün məhz bu problem narahat etməlidir.

Müharibə bəşəriyyətin yoluxduğu ən qorxunc və dağıdıcı ictimai günahdır; o,

bütövlükdə və tamamilə qeyri-xristian mənşəlidir; öz metodlarında və

nəticələrində o, Məsihin inkar etdiklərinin hamısını ehtiva edir və müharibə

onun nəzərdə tutduğu demək ola bilməz. Müharibə Tanrı və insan haqqında

istənilən xristian doktrinasının ən qəti, yer üzündəki ateist-nəzəriyyəçilərin

hamısının nə vaxtsa düşünüb tapa biləcəkləri ən qəti inkarı deməkdir. Əgər

xristian kilsəsi bizim zəmanəmizin bu ən böyük mənəvi probleminin həllini öz

üzərinə götürmüş olsaydı, yaxşı olardı və yaxşı olardı ki, o, yenə də bizim

əcdadlarımızın vaxtında olduğu kimi bu müasir dünyanın bütpərəstliyinə qarşı

aydın üsul işləyib hazırlamış olaydı və döyüşən tərəfləri dəstəkləməkdən imtina

edərək tanrı şahlığını millətçiliyin üstünə qoymuş və dünyanı sülhə çağırmış

olaydı. Bu, patriotluğun inkarı yox, əksinə, onun apofeozu demək olardı.

Bu gün burada, bu hündür və qonaqpərvər tavanın altında mən, amerikalı, öz

hökumətimin adından danışa bilmərəm. Lakin mən amerikalı və xristian olaraq

milyonlarla öz həmvətənim adından deyirəm və sizin möhtəşəm, bizim

inandığımız, adına dua etdiyimiz, iştirak etmədiyimizə görə dərindən məyus

olduğumuz işinizdə sizə layiq olduğunuz uğurları diləyirəm. Biz elə həmin

məqsədə – sülh üçün yaradılan dünyaya nail olmaq naminə çoxsaylı üsullarla

mübarizə aparırıq. Hələ indiyə qədər uğrunda mübarizə aparmağına bu qədər

downloaded from KitabYurdu.org



cəhd olmamışdı. Müharibə bəşəriyyətin nə vaxtsa qarşısında durduğu ən

qorxunc bəladır. Mənəviyyat şahlığında tanrı qanunu, fizika şahlığındakı ümum-

dünya cəzbetmə qanunu kimi heç bir adam, heç bir xalq bunu istisna etmir:

“qılıncdan yapışan hər kəs həmin qılıncla da məhv olacaqdır”.

Lakin çıxış sonluqları ilə bağlı bu nümunələr Linkolnun prezidentlik postuna

ikinci dəfə keçdiyi vaxt onun çıxışının sonluğunu xarakterizə edən, səs tonları və

orqan sədalarına bənzəyən musiqisiz tamamlanmamış olardı. Oksford

Universitetinin fəxri rektoru, mərhum qraf Kerzon Keddltonski bildirmişdi ki,

Linkolnun çıxışı “bəşəriyyətin şöhrətini və sərvətini artırır... natiqlik sənətinin ən

saf qızılıdır, bundan da çox, demək olar, İlahidən gələn gözəl nitqdir”:

“Biz sevgi ilə ümid edir və qızğınlıqla göylər qarşısında dua edirik ki, bu

dəhşətli müharibə bəlası bacardıqca tez qurtarsın. Lakin əgər Tanrı müharibənin

iki yüz əlli illik məşəqqətli əmək sayəsində toplanan sərvətlərin hamısı məhv

olana qədər və qamçı zərbəsindən çıxan hər bir damla qanın bahasının, hələ üç

min il əvvəl deyildiyi kimi, qılıncla endirilən zərbədən çıxan qanla ödənəcəyi

vaxta qədər davam etməsini buyurursa, biz ələlxüsus deməliyik ki, “Tanrının

mühakiməsi düzgün və ədalətlidir”.

Öz kinimizi heç kimə qarşı çevirmədən, hamıya tərəf şəfqət qəlbiylə üz

tutaraq, haqlı işdə – Tanrı bizə özünün haqlı olduğunu görmək imkanı verəndə

möhkəm olaraq gəlin bizim qarşımızda duran məsələni həll etməyə can ataq:

ölkənin yaralarını sarıyaq, döyüşün məşəqqətlərini çəkənlərin və başını

qoyanların, dul qadınların və yetim uşaqların qeydinə qalaq – hər şeyi edək ki,

bizim aramızda olduğu kimi, bütün xalqların arasında da ədalətli və möhkəm

sülhə nail olunmasına kömək etmiş olaq”.

Siz indicə, mənim fikrimcə, fani varlığın dili ilə söylənmiş ən parlaq nitq

sonluğunu oxudunuz...

Siz mənim qiymətimlə razısınızmı? Siz hansı nitqdə bundan çox humanistlik,

bundan çox sevgi, bundan çox dərdəşəriklik tapa bilərdiniz?

“Gettisberq nitqi nəcib olsa da, – deyir Uilyam E.Barton yazdığı “Avraam

Linkolnun həyatı” kitabında, – bu çıxışı daha yüksək nəciblik səviyyəsinə çatır...

Bu, Avraam Linkolnun ən görkəmli çıxışıdır və onun intellektual və ruhi

qüvvəsinin çox yüksək səviyyədə olduğunu əks etdirir”.

“O, müqəddəs poemaya bənzəyirdi, – yazırdı Karl Şults. – Amerikanın heç bir

prezidenti Amerika xalqına heç vaxt bu cür sözlər deməyib. Amerikanın heç vaxt

belə prezidenti olmayıb ki, o, ürəyinin dərinliklərində bu cür sözlər tapa bilmiş

olsun”.


Amma siz, çox güman, Vaşinqtonda prezident və ya Ottavada, yaxud

Kanberrada baş nazir kimi ölməz nitqlər söyləməyə hazırlaşmırsınız. Sizin

qarşınızda ictimai fəaliyyətlə məşğul olan bir qrup adamın qarşısında edəcəyiniz

adi çıxışı necə yekunlaşdırmaq problemi duracaqdır. Bəs siz bunu necə

edəcəksiniz? Gəlin bir az fikirləşək.

Gəlin bəzi faydalı təklifləri işləyib hazırlamağa çalışaq.

Öz çıxışınızın əsas müddəalarının xülasəsini verin

Hətta qısa üç və ya beş dəqiqəlik çıxışda belə natiq elə çox məsələyə toxuna

bilər ki, sonda dinləyicilər onun nitqinin əsas müddəalarını tam aydın təsəvvür

edə bilməyəcəklər. Amma bunu natiqlərin yalnız çox azı başa düşür. Onlar yanlış

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə