Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə117/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   113   114   115   116   117   118   119   120   ...   208

... Bəli, çıxış edən bunun necə baş verdiyini izah edir.

“Saterdey İvninq Post” jurnalında dərc etdirilmiş “Qanqsterlərlə birlikdə”

başlıqlı məqalə belə başlayırdı:

“Qanqsterlər həqiqətənmi təşkil olunublar? Bir qayda olaraq, hə! Necə?..”

Siz görürsünüz ki, bu bir neçə sözdə məqalənin müəllifi mövzu barədə

məlumat verdi, onun haqqında sizə nə isə danışdı və qanqsterlərin necə təşkil

olunduqları ilə bağlı sizdə maraq oyatdı. Bu çox təqdirəlayiqdir. Jurnalistlərin

oxucunun diqqətini dərhal cəlb etmək üçün istifadə etdikləri metodları

ictimaiyyət qarşısında çıxış etmək istəyən hər bir adam öyrənməlidir. Çıxışı necə

başlamaq lazım olduğu ilə bağlı siz onlardan daha çox əxz edə bilərsiniz, nəinki

çap olunmuş seçmə nitqləri öyrənməklə.

Niyə də hansısa bir əhvalatı

danışmaqla başlamayasınız?

Natiq şəxsi təəssüratları barədə danışanda bizim daha çox xoşumuza gəlir.

Rassel E.Konuell özünün “Akrlarla almaz” mühazirəsini altı min dəfədən çox

oxumuşdu və ona görə milyonlar almışdı. Bəs bu istisnasız populyar mühazirə

necə başlanır?

“1870-ci ildə biz Tiqr çayının axını ilə aşağı üzürdük. Muzdla bələdçi

tutmuşduq ki, o, bizə Persepolu, Nineviyanı və Vavilonu göstərsin...”

Və o, əhvalatı danışmağa başlayır. Diqqəti cəlb edən də məhz elə budur. Bu

cür başlanğıc, demək olar, səhvsizdir. O, çətin ki, uğursuz olsun. Hadisələr

cərəyan edir. Dinamizm alır. Biz onların arxasınca gedirik. Biz bilmək istəyirik ki,

sonra nə olacaq.

“Saterdey İvninq Post” jurnalının buraxılışlarından birində çap olunmuş iki

hekayədən götürülən başlanğıc cümlələr belə idi:

1. Revolver atəşinin kəskin şaqqıltısı sakitliyi pozdu.

2. Öz-özlüyündə trivial, lakin gətirə biləcəyi mümkün nəticələrə görə heç də

trivial olmayan insident Denverdə Monvyu mehmanxanasında iyulun birinci

həftəsində baş vermişdi. Bu hadisə Gebelin, işlər müdirinin marağını elə bir

dərəcədə oyatmışdı ki, o, baş verəni Monvyu mehmanxanasının və üstəlik də

yarım düjün digər mehmanxananın sahibi olan Stiv Faradeyə hadisədən bir neçə

gün sonra, növbəti yoxlamanı yayın ortalarında keçirmək arzusuna riayət edərək

bura gələndə danışdı.

Diqqət yetirin ki, bu cümlələr hərəkətlə zəngindir. Onlar nəyisə başlayır.

Onlar sizin marağınızı oyadır. Siz ardını oxumaq istəyirsiniz; siz daha çox

bilmək istəyirsiniz; siz orada sonra nə baş verdiyini aydınlaşdırmaq istəyirsiniz.

Hətta təzə-təzə başlayan təcrübəsiz natiq də bu fənddən istifadə edirsə və

dinləyicilərin marağını oyadırsa, bir qayda olaraq, çıxışını uğurla başlamağa nail

olur.

Hansısa bir konkret illüstrasiyadan başlayın



Ortabab auditoriyaya abstrakt bəyanatları uzun müddət ərzində dinləmək

çətindir, çox çətin. İllüstrasiyaları dinləmək asandır və özü də qat-qat asandır.

Niyə də bunlardan birindən başlamayasınız? Natiqləri buna məcbur etmək

çətindir. Mən bunu bilirəm. Mən artıq cəhd etmişəm. Onlara belə gəlir ki,

başlanğıcda bir neçə ümumi bəyanat verməlidirlər. Heç də belə deyil.

downloaded from KitabYurdu.org




Çıxışınızı illüstrasiyadan başlayın, maraq oyadın, sonra isə özünüzün ümumi

səciyyəli bəyanatlarınızla davam edin. Əgər sizə bu metodu illüstrasiya edən

nümunə lazımdırsa, onda, lütfən, altıncı fəslin başlanğıcına baxın.

İndi sizin oxuduğunuz fəslin başlanğıcında hansı metod istifadə olunmuşdu?

Hansısa bir əşyadan istifadə edin

Diqqəti cəlb etmək üçün, fikrimcə, dünyada ən asan üsul – bu, əldə nə isə

tutmaqdır ki, dinləyicilər həmin əşyanı görə bilsinlər. Hətta vəhşi təbiətli, havalı

adamlar, beşikdəki körpələr və mağazanın vitrinindəki meymunlar, eləcə də

küçədəki itlər də belə bir stimula diqqət yetirərlər. Bu üsul hərdən ən hörmətli

auditoriyanın qarşısında da uğurla istifadə oluna bilər. Məsələn, Filadelfiyadan

olan S.S.Ellis öz çıxışlarından birini baş və nişan barmaqları arasında başı

üzərində hündürdə dəmir pul tutaraq başlamışdı. Təbii ki, dinləyicilərin hamısı

ona baxmağa başladı. Onda o soruşdu: “Zalda olanlardan kiməsə səkidə belə bir

dəmir pul tapmaq nəsib olubmu? Hər şey buna dəlalət edir ki, onu tapan xoşbəxt

daşınmaz əmlak qismində çoxsaylı nemət alacaqdır. Bu adama bircə gəlmək və

həmin dəmir pulu təqdim etmək qalır...”

Sual verin

Ellisin istifadə etdiyi başlanğıcda daha bir müsbət keyfiyyət vardır. Onun

çıxışı sualdan başlanır ki, bu, auditoriyanı çıxış edənlə birlikdə fikirləşməyə,

onunla əməkdaşlıq etməyə məcbur edir. Diqqət yetirin ki, “Saterdey İvninq Post”

jurnalındakı qanqsterlər haqqında məqalə ilk üç cümlədə iki sualla başlanır:

“Qanqsterlər, həqiqətən də, təşkil olunublarmı?... Necə?” Belə bir həlledici sualın

istifadə olunması, əslində, öz dinləyicilərinizin təxəyyülünü qıcıqlandırmaq və

ona daxil olmaq üçün ən sadə və ən etibarlı metodlardan biridir. Əgər başqa

üsulların faydasız olduğu aşkar olarsa, onda bu metodu həmişə tətbiq edə

bilərsiniz.

Hansısa bir məşhur adamın

nitqindən sitatla niyə də başlamayasınız?

Hansısa bir məşhur insanın sözləri həmişə diqqəti cəlb edir, buna görə də

nitqin girişi qismində gözəl sitat hər şeydən yaxşı yarayır. Kommersiyada uğura

həsr olunmuş diskussiyanın necə başlandığı sizin xoşunuza gəlirmi?

“Cəmiyyət bizə həm pul, həm də ehtiram şəklində böyük mükafatlar bəxş

edir, bircə təbəssümdən başqa”, – deyir Elbert Habbard. – Bəs təşəbbüs nədir

belə? Mən sizə cavab verərəm: bu, insanın nəyi etmək lazımdırsa, onu etməsidir,

hərçənd bunu ondan xahiş etməmişdilər”.

Belə giriş bir neçə tərifli söz qazandı. Birinci cümlə maraq oyadır, o, bizi

çəkib aparır və biz daha çox bilmək istəyirik. Əgər natiq “Elbert Habbard”

sözlərindən sonra məharətlə pauza edirsə, onda bu, gözlənti hissini təhrik edir.

“Cəmiyyət bizə nəyə görə böyük mükafatlar bəxş edir?” – deyə biz özümüzdən

soruşuruq. Tez olun bunu bizə danışın. Biz sizinlə razılaşmaya bilərik, lakin

istənilən halda öz rəyinizi bizə bildirin. İkinci cümlə bizi dərhal məsələnin

məğzinə gətirir. Üçüncü – özü ilə sual təcəssüm etdirən cümlə dinləyicilərə

müzakirədə iştirak etməyi, fikirləşməyi, nə isə eləməyi təklif edir. Dinləyicilər isə

bunu çox sevirlər. Bu, onların çox xoşuna gəlir. Dördüncü cümlə təşəbbüs

kəlməsi üçün tərif verir... Bu cür başlanğıcdan sonra natiq nümunə qismində öz

həyatından hadisəni danışır.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə