Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə118/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   114   115   116   117   118   119   120   121   ...   208

Öz çıxışınızın mövzusunu dinləyicilərinizin həyati əhəmiyyət kəsb edən

maraqları ilə əlaqələndirin

Nitqinizə auditoriyanın maraqlarına toxunan hansısa bir qeyddən başlayın.

Bu, çıxışı başlamağın ən yaxşı üsullarından biridir. O, mütləq diqqəti cəlb

edəcəkdir. Bizə bilavasitə və güclü surətdə dəxli olan məsələlərdə həmişə çox

maraqlıyıq.

Bu, vur-tut sağlam təfəkkürdür, doğru deyilmi? Bununla belə, bu üsul son

dərəcə nadir hallarda tətbiq olunur. Məsələn, mən bir çıxışçının mütəmadi tibbi

müayinələrdən keçməyin zəruriliyinə həsr olunan nitqi necə başladığını

eşitmişdim. O, öz çıxışına necə başlamışdı? O, nitqini insanın ömrünün

uzadılması məsələləriylə məşğul olan institut haqqında danışmaqla başlamışdı.

O, həmin institutun necə təşkil olunduğu və nə kimi xidmətlər göstərdiyindən

danışırdı. Boş şeydir! Bizim dinləyicilərimiz hansısa kompaniyaların harada və

necə fəaliyyət göstərdiyi məsələsinə azacıq da olsa maraq göstərmirlər. Bəli, bu,

doğrudur, lakin dinləyicilər özlərində çox dərin və əbədi maraqlıdırlar.

Bu mühüm faktor niyə də etiraf olunmasın? Həmin kompaniyanın

dinləyicilər üçün həyati əhəmiyyət kəsb etməsi niyə də nümayiş etdirilməsin?

Məsələn, niyə də belə başlanmasın: “Sığorta kompaniyaları tərəfindən işlənib

hazırlanan cədvəllərə uyğun olaraq, ömrünüzün uzunluğunun nə qədər olduğu

sizə məlumdurmu? Həyatın sığortalanması sahəsində statistikaçıların bildirdiyi

kimi, ömrünüzün uzunluğu sizin indiki yaşınızla səksən yaş arasındakı vaxtın

üçdə iki hissəsini təşkil edir.

Məsələn, əgər indi sizin otuz beş yaşınız varsa, onda sizin indiki sinniniz və

səksən yaş arasında fərq qırx beş il təşkil edir. Siz həmin müddətin üçdə ikisini,

yəni daha otuz il yaşayacağınızı gözləyə bilərsiniz... Bu, kifayətdirmi? Xeyr, xeyr,

biz hamımız bundan çox yaşamaq istəyirik. Bununla belə, yuxarıda haqqında

danışılan cədvəllər milyonlarla hadisənin əsasında tərtib olunubdur. Biz sizinlə

onu təkzib etməyə ümid edə bilərikmi? Bəli, bilərik, əgər zəruri ehtiyat tədbirləri

görəriksə və bu istiqamətdə ən birinci addım ciddi tibbi müayinədən keçmək

olmalıdır...”

Bu halda əgər biz mütəmadi tibbi müayinədən keçməyin nə üçün zəruri

olduğunu xırdalıqlarına qədər izah etsək, onda dinləyici ona bu cür xidmətlər

göstərmək üçün yaradılmış hansısa bir müəssisə ilə maraqlana bilər. Lakin bu

cür müəssisə barədə danışmaqdan başlamaq katastrofik səhv olardı.

Başqa nümunəni götürək. Bir çıxış edənin öz nitqini meşələri qoruyub

saxlamağın zəruriliyi ilə başladığını eşitmişdim. O, təqribən belə danışırdı:

“Biz, amerikalılar, öz milli sərvətlərimizlə fəxr etməliyik...”

Bu cür girişdən sonra o, meşələrimizi vəhşicəsinə tar-mar etdiyimizi sübut

eləməyə başladı. Lakin başlanğıc uğursuz idi, çox ümumi idi, çox yayğın idi. O,

dinləyicilərin bu məsələnin özləri üçün vacib əhəmiyyət daşıdığını hiss

eləmələrindən ötrü heç nə etmədi. Dinləyicilərin arasında nəşriyyat işçisi var idi.

Meşələrin məhv edilməsi onun işi üçün nə isə konkret bir şey deməkdir.

Dinləyicilərin arasında bank sahibi var idi.

Meşələrin məhv edilməsi ona da təsir göstərəcək, söhbət, əlbəttə ki, ümumi

firavanlıqdan gedir... və sair və ilaxir. Yaxşı, bəs onda çıxış aşağıdakı kimi niyə də

başlanmasın: “Haqqında danışmağa hazırlaşdığım məsələnin sizin – cənab Epplbi

downloaded from KitabYurdu.org



və sizin – cənab Sol, biznesinizə dəxli var. Belə götürülərsə, bu məsələ müəyyən

dərəcədə həm ərzağın qiymətinə, həm də mənzil haqlarının səviyyəsinə təsir

göstərəcəkdir. O, bizim hamımızın rifahına və çiçəklənməsinə toxunur”.

Bu, bizim meşələrimizin qorunub saxlanması probleminin vacibliyinin

şişirdilməsi demək olacaqdırmı? Xeyr, mən belə düşünmürəm. Bu cür başlanğıc

yalnız Elbert Habbard tərəfindən deyilmiş prinsipə cavab vermiş olardı ki, buna

uyğun olaraq, “mənzərəni əhatəli çəkmək və mövzunu elə bir şəkildə təqdim

etmək lazımdır ki, o diqqəti cəlb etmiş olsun”.

Sarsıdıcı faktların cəzbetmə qüvvəsi

“Yaxşı jurnal məqaləsi, – deyə tanınmış dövri nəşrlərdən birinin əsasını

qoyan S.S.Maklyur bildirir, – bu, sarsıntılar silsiləsidir”.

Onlar bizi silkələyir, bizi qamarlayır və diqqət tələb edirlər. Budur bir neçə

nümunə. Baltimordan olan N.D.Ballantayn radionun möcüzəli xüsusiyyətlərinə

həsr olunmuş çıxışını aşağıdakı sözlərlə başlamışdı:

“Başa düşürsünüzmü ki, Nyu-Yorkda pəncərə şüşəsinin üstündə hərəkət

edən milçəyin addımlarının səsi radio ilə ötürülə bilər və bu səs Mərkəzi

Afrikada Niaqara şəlaləsi kimi guruldayacaqdır?”

Nyu-Yorkda Harri C.Cons kompaniyasının prezidenti Harri C.Cons

cinayətkarlığa həsr olunmuş çıxışını belə başlamışdı: “Birləşmiş Ştatlar Ali

Məhkəməsinin keçmiş baş hakimi Uilyam Houard Taft bir dəfə bəyan etmişdi ki,

bizdə cinayət hüququnun necə həyata keçirildiyi – bu, sivilizasiya üçün

rüsvayçılıqdır”.

Bu cür başlanğıc özündə ikiqat fayda daşıyır: yurisprudensiya sahəsində

nüfuzlu şəxsin göstərilən ifadəsi özü müstəqil qiymətə malikdir və üstəlik də o

diqqəti cəlb edir.

Filadelfiyada “Nikbinlər klubu”nun keçmiş prezidenti cinayətkarlıq prob-

lemlərinə həsr olunmuş nitqini diqqəti cəlb edən aşağıdakı bəyanatlarla

başlamışdı:

“Amerikalılar dünyada ən dəhşətli cinayətkarlardır. Bunun deyilməsi nə

qədər sarsıdıcı olsa da, bu, gerçəkliyə müvafiqdir. Klivlenddə, Ohayo ştatında

Londonla müqayisədə, əhalinin sayı nəzərə alınmaqla altı dəfə çox qətl və yüz

yetmiş dəfə çox qarət hadisəsi baş verir. Klivlenddə hər il qarət olunan və ya

qarət məqsədilə hücuma məruz qalan adamların sayı bütün İngiltərə, Şotlandiya

və Uelsdə birlikdə götürüləndən çoxdur. Sent-Luisdə hər il bütün İngiltərə və

Uelsdə olduğundan çox adam qətlə yetirilir. Nyu-Yorkda qeydə alınan qətllərin

sayı Fransada, Almaniyada, İtaliyada, yaxud Britaniya adalarında törədilənlərdən

qat-qat çoxdur. Kədərli həqiqət bundan ibarətdir ki, cinayətkar cəza daşımır.

Əgər siz qətl törətmisinizsə, yüzdəbirindən də az şans mövcuddur ki, sizi buna

görə nə vaxtsa edam etmiş olsunlar. Dinc sakin olaraq sizin xərçəng

xəstəliyindən ölmək şansınız, əgər siz adam güllələmiş olarsınızsa, dar ağacından

asılmaqdan on dəfə çoxdur”.

Bu cür başlanğıcı uğurlu hesab etmək olar, çünki Gibbons bu sözləri zəruri

olan qüvvə və ciddiliklə səsləndirmişdi. Bu sözlər yaşayırdı, onlar nəfəs alırdı.

Amma mən kursların başqa dinləyicilərinin cinayətkarlıqla bağlı problemlərə

həsr olunmuş nitqlərini təqribən analoji illüstrasiyalarla başladıqlarını da

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə