Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə114/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   110   111   112   113   114   115   116   117   ...   208

10. Zalı maksimal işıqlandırın. Elə dayanın ki, işıq düz sizin üzünüzə düşsün

və dinləyicilər sifətinizdəki ifadələrin hamısını görə bilsinlər.

11. Hansısa mebel predmetlərinin arxasında dayanmayın. Stolları və stulları

bir tərəfə çəkin. Səhnəni çox vaxt dolduran əşyaları və zir-zibili yığışdırın.

12. Əgər səhnədə dəvət olunmuş qonaqlar əyləşiblərsə, onda onlar, dəqiq ki,

vaxtaşırı hərəkət edəcəklər və onlar hər dəfə azacıq da olsa hərəkət edəndə

mütləq sizin dinləyicilərinizin diqqətini cəlb yayındıracaqlar.

Auditoriya hərəkət edən istənilən əşyaya, heyvana və ya adama baxmaq

təhrikinə müqavimət göstərə bilmir. Buna görə də özünüz üçün çətinlik və

konkurensiya yaratmağınız nəyinizə gərəkdir?

Səkkizinci fəsil

Çıxışı necə başlamalı

Bir dəfə mən Şimali-Qərb Universitetinin keçmiş rektoru, doktor Linna

Harold Haudan bu sahədə öz çoxillik təcrübəsinə əsaslanaraq natiq üçün ən vacib

nəyi hesab etdiyini soruşdum. Bir dəqiqə susandan sonra o cavab verdi: “Diqqəti

özünə dərhal cəlb edən maraqlı, qəribə başlanğıc”. O, öz çıxışını nə ilə başlamalı

və yekunlaşdırmalı olduğunu, demək olar ki, əvvəlcədən planlaşdırırdı. Eyni şeyi

Con Brayt, Qladston, Vebster, Linkoln edirdi. Sağlam düşüncəli və təcrübəli

natiqlərin faktiki olaraq hamısı eynilə bu cür hərəkət edirdi.

Bəs yenicə başlayan? Nadir hallarda. Planlaşdırma vaxt alır, ağılın güc

verməsini və iradənin cəmlənməsini tələb edir. Beyinin işi – bu, əzablı prosesdir.

Tomas Edison öz emalatxanalarının divarlarında üzərində Coşua Reynoldsa

məxsus olan bu sözlər yazılmış lövhəciklər bərkitmişdi: “Düşüncə prosesiylə

bağlı olan çətinliklərdən qaçmaq üçün insanın əl atmadığı elə bir fənd yoxdur”.

Yenicə başlayan natiq məqamında ilham gələcəyinə ümid edir və nəticədə

bəlli olur ki, ona çoxsaylı çala və gölməçə olan yolla getmək lazım gəlir.

Miskin qulluqçuluqdan Britaniya imperiyasında ən varlı və nüfuzlu qəzet

mülkiyyətçisinə qədər yol keçən mərhum lord Nortkliff deyirdi ki, Paskalın

aşağıda göstərilən üç sözü (ingiliscədə) ona uğur qazanmaqda əvvəllər

oxuduqlarının hamısından çox kömək etmişdir:

“Öncədən görmək – idarə etmək deməkdir”.

Siz öz çıxışınızı planlaşdıranda həmin möhtəşəm deviz stolunuzun üstündə

olmalıdır. Beyniniz dincəlmiş halda olanda nədən başlayacağınızı öncədən

görməyə çalışın ki, səsləndirəcəyiniz hər bir sözü dərk edəsiniz. Bütün hər şey

qurtarandan sonra özünüz haqda – onu artıq heç nəyin silə bilməyəcəyi vaxt –

necə təəssürat qoyacağınızı öncədən görməyə cəhd edin.

Hələ Aristotelin dövründən bu mövzuda yazılan kitablarda nitqin üç hissəyə

bölündüyü göstərilirdi: giriş, nitqin özü və yekun. Lap elə yaxın keçmişə qədər

giriş öz astagəlliyi ilə çox vaxt – və bunu özünə qıymaq olardı – kabrioletdə

gəzintiyə bənzəyirdi. Bu halda natiq xəbərləri bildirir və eyni zamanda da

dinləyiciləri əyləndirirdi. O, yüz il əvvəl çox vaxt cəmiyyətdəki indiki zamanda

qəzet, jurnal, radio, televiziya, telefon, kinoteatrın doldurduğu boşluğu

doldururdu.

Lakin situasiya radikal surətdə dəyişmişdir. Dünyanı yenidən qurublar.

İxtiralar son yüz ildə həyatı Valtasardan və Novaxudonasordan

47

başlayaraq



bütün dövrlərdə edildiyindən çox dəyişdirib. Avtomobil, təyyarə, radio, televiziya

downloaded from KitabYurdu.org




sayəsində biz daha sürətlə gedirik və natiq zəmanənin bu səbirsiz tempindən

geri qalmamalıdır. Əgər siz girişdən başlamaq istəyirsinizsə, onda mənə inanın

ki, giriş afişa kimi qısa olmalıdır. Adi müasir auditoriyanın xoşuna bax bu gələrdi:

“Sizin deməyə sözünüz var? Yaxşı. Ancaq bacardıqca tez və bacardıqca

bərbəzəksiz. Heç bir ritorika! Bizə tezcə faktları çatdırın və öz yerinizə əyləşin”.

Vudro Vilson sualtı müharibə ilə bağlı ultimatum barədə çox vacib məsələ ilə

əlaqədar konqres qarşısında çıxış edəndə öz çıxışının mövzusunu elan etdi və

auditoriyasının diqqətini bu məsələ üzərində yalnız aşağıda göstəriləcək sözlərin

köməyi ilə cəmləşdirdi: “Bizim ölkəmizin xarici siyasət münasibətlərində elə bir

situasiya əmələ gəlmişdir ki, onun haqqında sizə səmimi surətdə danışmaq

mənim birbaşa vəzifə borcumdur”.

Çarlz Şvab Nyu-Yorkda Pensilvaniya klubunda çıxış edərkən artıq ikinci

cümlədən məsələnin məğzinə keçdi: “Hazırda Amerika vətəndaşlarının

beynindəki əsas məsələ aşağıdakı sualdır: işgüzar fəallıqda bu gün mövcud olan

zəifləmə necə başa düşülməlidir və bizi gələcəkdə nə gözləyir? Şəxsən mən

nikbin köklənmişəm...”

“Neşnl Keş Recister” kompaniyasının kommersiya direktoru çıxışlarının

birində öz əməkdaşlarına belə müraciət etmişdi. Onun nitqinin girişində cəmi üç

cümlə var idi və onları dinləmək asan idi; çünki onlar enerji və perspektivlə dolu

idi: “Sizin aranızda sifariş alanlar gərək, nəzərdə tutulduğu kimi, bizim fabrikin

borusundan tüstü çıxmasının qeydinə qalsınlar. Axırıncı iki yay ayı ərzində bizim

borudan çıxan tüstünün həcmi ətraf peyzaja kölgə salmaq üçün edəcək qədər

olmayıb.

İndi, ağır günlər arxada qalanda və işgüzar fəallığın bərpa olunması

mövsümü başlayanda biz sizə qısa, lakin qəti xahişlə müraciət edirik: biz

bacardıqca çox tüstü istəyirik”.

Təcrübəsiz natiqlərə öz çıxışlarının girişində bu dərəcədə tərifli sürət

yığmaq və yığcamlığa çatmaq müyəssər olurmu? Təcrübəsiz və kvalifikasiyasız

natiqlər öz çıxışlarını iki uğursuz yoldan biri ilə başlayırlar. Gəlin onları müzakirə

edək.


Çıxışınızın əvvəlində, necə deyərlər,

gülməli əhvalat danışmaqdan ehtiyatlanın

Natiqliyə yenicə başlayan hansısa təəssüfə layiq səbəblər üzündən tez-tez

belə zənn edir ki, o gərək dildən zirək ola. O, öz təbiəti etibarilə ensiklopediya

kimi ciddi, yumor hissindən tamamilə məhrum adam da ola bilər. Bununla belə,

o, çıxışını başlayan məqamda ona Mark Tvenin ruhundan vəhy gəldiyini təsəvvür

edir. Ona görə də o, çıxışını, ələlxüsus da əgər o, dəvətli nahardan sonra çıxış

etməli olursa, gülməli əhvalat danışmaqla başlamağa can atır. Bəs nə baş verir?

İyirmiyə qarşı bir qoymaq olar ki, bu, yenicə peyda olan nağılbazın danışdığı və

hekayət etmək manerası lüğət kimi ağır olacaqdır.

Onun hekayəti dəqiq ki, uğurlu olmayacaq. Ölməz Hamletin ölməz sözləri ilə

ifadə etsək, onun “miskin və kütbeyin” olduğu bəlli olacaqdır.

Əgər hekayətçi öz yerləri üçün haqq ödəmiş olan dinləyicilərin qarşısında bir

neçə belə səhvə yol verərsə, onu fitə basmağa başlayarlar və zalda o, öz ünvanına

xoşagəlməz sözlər eşitməli olacaqdır. Lakin dinləyicilər, adətən, natiqə simpatiya

ilə yanaşırlar və buna görə də onlar sırf filantropik mülahizələrdən çıxış edərək

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə