Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə115/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   111   112   113   114   115   116   117   118   ...   208

bir neçə dəfə hırtıldamağa var qüvvələriylə səy göstərəcəklər, hərçənd

ürəklərinin dərinliklərində uğursuz yumoristə iflasına görə yazıqları gələcəkdir.

Belə natiqlər özlərini öz yerlərində hiss etməyəcəklər. Bu cür fiaskonu müşahidə

etmək məgər sizə heç vaxt nəsib olmayıb?

Ağır natiqlik sənətində dinləyiciləri gülməyə məcbur edə bilməkdən daha

mürəkkəb və daha nadir başqa heç nə yoxdur. Yumor – bədahətən olan,

individuallıqla, şəxsiyyətlə bağlı olan işdir.

Yadda saxlayın, hekayə öz-özlüyündə çox nadir hallarda gülməli olur. Hər şey

necə danışmaqdan asılıdır. Mark Tveni məşhur etmiş eyni əhvalatları danışan

yüz nəfərdən doxsan doqquzu dağıdıcı süquta uğrayardı. Linkolnun İllinoys

ştatının səkkizinci məhkəmə dairəsinin tavernalarında təkrar-təkrar danışdığı

hekayələri oxuyun – o hekayələri ki, adamlar onlara qulaq asmaq üçün uzun yol

qət edirdilər, o hekayələri ki, onları səhərə qədər dinləyir və şahidlərin sözlərinə

görə, hərdən dinləyiciləri şaqqanaq çəkib gülməyə və stullardan yıxılmağa

məcbur edirdi. Həmin hekayələri öz ailənizə hündürdən oxuyun və görün onlar

təbəssüm doğuracaqlarmı. Budur, Linkolna heyrətamiz uğur gətirən heka-

yələrdən biri. Siz onu danışmağa niyə də cəhd etməyəsiniz? Amma bunu, lütfən,

başqalarının yanında, auditoriyanın qarşısında etməyin:

“Bir dəfə gecəyə qalan və İllinoysun pis gündə olan yolları ilə evinə tələsən

yolçu yolda bərk yağışa düşür. Gecə mürəkkəb kimi qaranlıq idi. Yağış elə bərk

yağırdı ki, elə bil göylərdə bənd dağılmışdı. İldırımlar hirsli buludları sanki

dinamitlə partladırmış kimi partladırdı. Aramsız işartılar ətrafda yıxılan ağacları

işıqlandırırdı. Gurultu yolçunun qulaqlarını batırırdı. Nəhayət, bu köməksiz

adamın ömründə nə vaxtsa görüb-eşitdiklərindən daha qorxulu, daha dəhşətli

ildırım çaxdı və onu diz üstə çökdürdü. O, adətən, heç vaxt dua etməzdi, lakin indi

boğula-boğula dua edirdi: “Aman qüdrətli Tanrı, daha çox işıq və daha az səs-küy

göndər”.

Siz nadir yumor vergisi verilmiş xoşbəxt adamlardan biri ola bilərsiniz. Əgər

bu, belədirsə, onda bu vergini özünüzdə bütün vasitələrlə bəsləyib yetişdirin.

Harada çıxış etməyinizdən asılı olmayaraq, sizi hər yerdə üçqat isti

qarşılayacaqlar. Lakin sizin talantınız başqa sahələrdədirsə, onda Çonsi

M.Depyunun mantiyasını əyninizə geyməyə çalışmaq sizin tərəfinizdən ağılsızlıq

və hətta demək mümkündürsə, dövləti cinayət olardı.

Əgər sizə nə vaxtsa onun nitqlərini, Linkolnun və ya Cob Hodcesin çıxışlarını

oxumaq nəsib olarsa, onda onların hər cür əhvalatları öz dinləyicilərinə ələlxüsus

da nitqin əvvəlində nə qədər az danışdıqları sizi, görünür, heyrətləndirərdi.

Edvin Ceyms Ketell mənə danışmışdı ki, o, məzəli əhvalatları heç vaxt yalnız

gülmək xətrinə danışmırdı. Belə əhvalatlar gərək yerinə düşsün və haqqında

danışılan hansısa bir vəziyyəti illüstrasiya etsin. Yumor tortun üstündəki şirədir.

Tortun layları arasında şokolad olmalıdır, amma heç bir vəchlə tortun özü

olmamalıdır. Birləşmiş Ştatlarda ən yaxşı lektor-yumorist olan Striklend Cilliani

çıxışının birinci üç dəqiqəsi ərzində heç bir əhvalat danışmamağı özünə qayda

qoymuşdu. Əgər o, bunun öz işinə yaradığını hesab edirdisə, onda düşünürəm ki,

siz də, mən də onun nümunəsindən ibrət götürə bilərik.

Belə olan halda çıxışların başlanğıcı ağırçəkili, təmtəraqlı olmalıdırmı?

Qətiyyən heç bir halda.

downloaded from KitabYurdu.org



Əgər bunu edə bilərsinizsə, mövcud situasiya ilə və ya sizdən əvvəlki hansısa

bir natiqin qeydləri ilə bağlı yerli xarakterik xüsusiyyətlərə istinadlardan istifadə

edərək zalda gülüş doğurun. Hansısa bir uyğunsuzluğu qeyd edin. Onu şişirdin.

Bu cür zarafatlar sizə Pet və Maykdan, qayınana və ya keçi barədə köhnəlmiş

lətifələrdən qırx dəfə tez uğur gətirər.

Amma belə düşünürəm ki, şən əhvali-ruhiyyə yaratmaq üçün ən asan yol

şəxsən öz ünvanınıza etdiyiniz zarafatdır. Hansısa gülməli və ya dolaşıq

vəziyyətə düşməyinizlə bağlı özünüz haqqında nə isə danışın və bu, yumoristik

mühiti dərhal təmin edəcəkdir. Eskimoslar hətta ayağını sındıran adama da

gülürlər. Çinlilər ikinci mərtəbənin pəncərəsindən düşən və yerə çırpılıb ölən itə

də hırıldayırlar. Biz bir qədər onlardan mərhəmətliyik, amma məgər biz küləkli

havada şlyapasının dalınca qaçan, yaxud bananın qabığını tapdalayıb yıxılan

kiməsə gülümsəmirik?

Əgər uyuşmaz şeylər tutuşdurularsa, adamları, demək olar, hər kəs güldürə

bilər. Məsələn, bir jurnalist bəyanatında yazırdı ki, onun “uşaqları, döyülmüş

ətdən xörəkləri və demokratları görməyə gözü yoxdur”.

Görün Redyar Kiplinq İngiltərədə etdiyi siyasi çıxışlarından birində

dinləyicilərin gülüşünü necə ağıllı surətdə doğurmuşdu. O, hazır lətifələri

danışmır, əvəzində öz şəxsi təcrübəsini bölüşür və uyuşmazları şən-şən

tutuşdururdu:

“Hörmətli lordlar, xanım və cənablar! Cavan yaşlarımda və Hindistanda

olanda qulluq etdiyim qəzetdə mən, adətən, cinayət işlərini işıqlandırırdım. Bu,

maraqlı iş idi, çünki mən saxta pulkəsənlərlə, bədxərclərlə, qatillərlə və bu

növdən olan digər işgüzar “idmançılarla” tanış olmuşdum (gülüş). Elə olurdu ki,

mən məhkəmə zalından hesabatı tərtib edəndən sonra həbsxanada cəzalarını

çəkən dostlarıma baş çəkirdim (gülüş). Mən bir nəfəri tanıyırdım, o, qətlə görə

ömürlük həbsə məhkum olunmuşdu. Bu, ağıllı, fikirlərini yaxşı ifadə edən cavan

oğlan idi və o, mənə özünün ömür tarixi adlandırdığını danışmışdı. O demişdi:

“İnanın mənə – əgər adam vicdansız yola qədəm qoyursa, onda bir əməl öz

arxasınca digərini çəkib gətirir və bu, o vəziyyətə qədər davam edir ki, o, yenə də

düz yola çıxmaq üçün kimisə öz yolundan götürmək məcburiyyətində qalır”

(gülüş). Nazirlər kabinetinin hazırkı vəziyyətini məhz belə müəyyən etmək olar

(gülüş, təqdiredici xitablar)” .

Metropoliten Layf İnşurans kompaniyası rəhbərlərinin hər il keçirilən

banketində Uilyam Qovard Taft da eyni tərzdə yumor payını qata bilmişdi. Ən

gözəli isə bax bundan ibarətdir: o zarafat edir və eyni zamanda da dinləyicilərə

zərif kompliment söyləyirdi:

“Cənab prezident, Metropoliten Layf İnşurans kompaniyasının hörmətli

əməkdaşları!

Mən öz doğma yerlərimə təqribən doqquz ay əvvəl baş çəkmişdim və orada

banketdə ruh yüksəkliyi ilə danışan bir centlmenin çıxışını eşitdim. O dedi ki,

banket nitqlərinin söylənməsində çox böyük təcrübə yiyəsi olan bir dostu ilə

əvvəlcədən məsləhətləşib və həmin dostu ona bildirib ki, bu sayaq nitqlər üçün

ən yaxşı auditoriya – yaxşı təhsil almış, lakin dəmlənmiş ziyalılar auditoriyasıdır

(gülüş və alqışlar). Mən bu gün deməliyəm ki, sizin auditoriyanız banketdə

çıxışlar üzrə mütəxəssis üçün nə vaxtsa rastlaşdığım ən yaxşı auditoriyadır.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə