Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə119/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   115   116   117   118   119   120   121   122   ...   208

eşitmişəm. Lakin, bununla belə, onların çıxışlarının başlanğıcı ortabab idi. Niyə?

Sözlər. Sözlər. Sözlər.

Onların quruluşunun texnikası nöqsansız idi, lakin onlarda qəlb yox idi.

Bu adamların çıxış etmək manerası onların dediklərinin zayını çıxarırdı.

Adi görünən girişin əhəmiyyəti

Aşağıda göstərilən giriş sizin necə xoşunuza gəlir, xoşunuza gəlirsə, onda

niyə?

Meri E.Riçmond Nyu-York Qadın-Seçicilər Liqasının illik toplantısına o vaxt



müraciət etmişdi ki, yetkinlik yaşına çatmayanların nikahına qarşı qanunvericilik

hazırlanırdı:

“Dünən getdiyim qatar buradan elə də uzaq olmayan şəhərdən keçəndə mən

həmin şəhərdə bir neçə il əvvəl olan toy barədə düşündüm. Bu ştatda bir çox

başqa nikahların da həmin nikah qədər tələsik və katastrofik olduğu ilə bağlı

mən onun haqqında danışmaq və həmin konkret hadisənin bir neçə təfərrüatını

göstərməklə başlamaq istəyirəm.

Bu, dekabrın 12-də baş vermişdi. Orta məktəbin on beş yaşlı qız şagirdi

qonşuluqdakı kollecdə oxuyan, yetkinlik yaşına yenicə çatan bir gənclə ilk dəfə

görüşmüşdü. Dekabrın 15-də, yəni üstündən cəmi üç gün keçəndən sonra onlar

qızın artıq on səkkiz yaşı olduğuna və buna görə də valideynlərinin icazəsinə

zərurət olmadığına and içərək, nikah üçün lisenziya əldə edə bildilər.

Bələdiyyədən bu icazə ilə çıxaraq, onlar dərhal keşişə müraciət etdilər (qız

katolik idi), lakin o, tamamilə ədalətli olaraq onların kəbinini kəsməkdən imtina

etdi. Necə oldusa, qızın anası övladının ərə getmək cəhdindən xəbər tutdu. Lakin

o, qızını axtarıb tapa bilməzdən əvvəl bu cütlüyü sülh hakimi vüsala yetişdirdi.

Adaxlı öz nişanlısını götürdü və onunla mehmanxanaya getdi ki, onlar burada iki

gün və iki gecə keçirdilər; bundan sonra isə o, qızı atdı və bir daha onun yanına

qayıtmadı”.

Bu başlanğıc şəxsən mənim çox xoşuma gəlir. Ən birinci cümlə yaxşıdır. O,

maraqlı xatirələri nəzərdə tutur və bizdə təfərrüatları eşitmək istəyi yaranır. Biz

insan həyatının maraqlı əhvalatını dinləməyə başlayırıq. Bundan başqa, o çox

həqiqətəuyğun görünür. Akademik dadı yoxdur, rəsmiyyət xatirinə danışılmayıb,

düzülüb-qoşulmayıb... “Dünən getdiyim qatar buradan elə də uzaq olmayan

şəhərdən keçəndə mən həmin şəhərdə bir neçə il əvvəl olan toy barədə

düşündüm”. Bu, təbii, sərbəst, insani səslənir. Belə təəssürat yaranır ki, bir nəfər

başqasına maraqlı əhvalat danışır. Bu, istənilən auditoriyanın xoşuna gəlir. Lakin

həddən artıq cidd-cəhdlə, əvvəlcədən düşünülmüş niyyətlə hazırlandığı nəzərə

çarpan çıxış, çox güman ki, dinləyicilərin xoşuna gəlməzdi.

Biz məharəti ört-basdır edən məharəti sevirik.

Xülasə

1. Çıxışın başlanğıcı ən çətinidir, lakin eyni zamanda da o istisnasız olaraq



vacibdir, zira həmin məqamda dinləyicilərin beyni yorğun deyil və onda

təəssürat yaratmaq nisbətən asandır.

Əgər burada təsadüflərə bel bağlasaq, onda bu, həddən artıq ciddi nəticələrə

gətirə bilər; çıxışın başlanğıcını əvvəlcədən dəqiq hazırlamaq lazımdır.

2. Giriş qısa olmalı və bir və ya iki cümlədən çox olmamalıdır. Çox vaxt,

ümumiyyətlə, onsuz da keçinmək olar.

downloaded from KitabYurdu.org



Birbaşa öz çıxışınızın məğzinə buna minimal sayda söz sərf edərək girişin.

Heç kim buna qarşı etiraz etməyəcəkdir.

3. Natiqliyə yenicə başlayanlar çıxışlarını ya yumoristik hekayədən, ya da

üzrxahlıqdan başlamağa meyillidirlər. Həm bu, həm də o biri, adətən, uğursuz

olur.

Yalnız çox az sayda adam – çox, çox, çox az sayda – gülməli lətifəni uğurla



danışa bilər. Belə cəhd auditoriyaya ləzzət vermək əvəzinə, adətən, onu çaşqın

vəziyyətə salır. Hekayələr yerinə düşməli və onlar danışmaq xətrinə

səsləndirilməməlidir. Yumor tortun üstündə şirə olmalıdır, tortun özü yox... Heç

vaxt üzrxahlıq etməyin, çünki bu, adətən, sizin dinləyicilərinizi təhqir edir və

onları əsəbiləşdirir. Nəyi danışmaq istəyirsinizsə, məhz onu da danışın, bunu tez

danışın və öz yerinizə əyləşin.

4. Natiq öz auditoriyasının diqqətini aşağıdakı üsullarla qazana bilər:

a) dinləyicilərin marağını oyatmaqla (Dikkensin “Yeni il mahnısı” kitabı ilə

bağlı halda olduğu kimi);

b) maraqlı əhvalatı adam kimi danışmaqla (məsələn, “Akrlarla almaz”

mühazirəsində olduğu kimi);

c) konkret illüstrasiyadan başlayaraq (bu kitabın altıncı fəslinin başlanğıcına

bax);

d) hansısa bir əşyanı istifadə etməklə (məsələn, onu tapana torpaq sahəsi



almaq hüququ verən dəmir pul kimi);

e) sual verməklə (məsələn: “Sizdən kim isə belə bir dəmir pulu səkidə

tapıbmı?”);

f) hansısa bir heyrətamiz sitatdan başlamaqla (məsələn, Elbert Habbardın öz

çıxışında təşəbbüsün qiyməti barədə etdiyi kimi);

g) çıxışın mövzusunun dinləyicilərin həyati maraqları ilə bağlı olduğunu

göstərməklə (məsələn, bildirərək ki, “...sizin ömrünüzün uzunluğu sizin indiki

yaşınız və səksən yaş arasındakı vaxtın üçdə ikisi qədərdir. ...Siz öz ömrünüzü

uzada bilərsiniz, əgər mütəmadi olaraq dəqiq tibbi müayinədən keçərsinizsə və

s.);


h) sarsıdıcı faktlardan başlamaqla (məsələn, “amerikalılar sivil dünyada ən

dəhşətli cinayətkarlardır” fikrini bildirməklə).

5. Öz çıxışınızı həddən artıq formal başlamayın. Üzə vurmayın ki, siz onu

həddən artıq dəqiqliklə hazırlamısınız. Çıxış sərbəst, qərəzsiz, təbii görünməlidir.

Buna indicə baş verən, yaxud indicə deyilən haqqında danışmaqla nail olmaq

mümkündür (məsələn, “Dünən getdiyim qatar buradan elə də uzaq olmayan

şəhərdən keçəndə mən bu şəhərdə bir neçə il əvvəl olan nikah barədə

düşündüm...”).

Doqquzuncu fəsil

Çıxışı necə yekunlaşdırmalı

Bilmək istəyirsinizmi ki, təcrübəli və ya təcrübəsiz olduğunuzu, məharətinizi,

yaxud vərdişlərin olmamasını nitqinizin hansı yerlərində ən çox üzə vura

bilərsiniz?

Başlanğıcda və sonluqda. Teatrda köhnə, əlbəttə, aktyorlara aid olan məsəl

mövcuddur ki, o, təqribən belə səslənir: “Aktyorların məharətini onların səhnəyə

necə çıxdıqları və oradan necə getdikləri ilə mühakimə etmək olar”.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə