Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə131/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   127   128   129   130   131   132   133   134   ...   208

həcmlərdə istehsal və istehlak olunan maye vardır ki, onu tonlarla ölçürlər. Sulfat

turşusu belə bir mayedir.

Biz hər gün müxtəlif şəraitdə onunla rastlaşırıq. Əgər sulfat turşusu

olmasaydı, onda sizin minik avtomobiliniz dayanar və siz yenə də “qoca

qatırdan” və kabrioletdən istifadə etməli olardınız. Məsələ bundadır ki, sulfat

turşusu kerosin və benzinin təmizlənməsində geniş istifadə olunur. Sizin

kabinetinizi, nahar stolunuzu və yataq otağına aparan yolu gecə işıqlandıran

elektrik lampaları onsuz mümkün ola bilməzdi.

Siz səhər durub vannaya suyu açanda nikelli, istehsal olunması üçün sulfat

turşusunun zəruri olduğu kranı burursunuz. O həmçinin sizin vannanızın emalı

üçün də lazımdır. Sizin sabunlandığınız sabun sulfat turşusunun köməyi ilə emal

olunmuş piy və yağlardan hazırlanıb... Əl-üz dəsmalınız siz onunla tanış

olmazdan əvvəl sulfat turşusu ilə tanış olmuşdu. Saç şotkanızın tükləri və sizin

plastmasdan olan darağınız sulfat turşusunun köməyi olmadan istehsal oluna

bilməzdi. Ülgücünüz qızdırılıb bərkidiləndən sonra, şübhəsiz ki, sulfat turşusu ilə

aşılanıb.

Siz alt paltarınızı geyinir və üst geyiminizi düymələyirsiniz. Rəngləyicilərin

istehsalçısı kimi, rəngləyicinin özü və ağardıcı da sulfat turşusundan istifadə

ediblər. Düymələri hazırlayan da öz məmulatının istehsalında, ola bilsin, ondan

istifadə edib. Dəri aşılayıcısı sulfat turşusundan sizin çəkmələrinizin dərisini

istehsal etmək üçün istifadə edib və biz həmin çəkmələri təmizləmək istəyəndə

yenə də o, bizə xidmət göstərir.

Siz səhər yeməyinə əyləşirsiniz. İstifadə etdiyiniz fincan və nəlbəki də həmin

turşunun köməyi ilə hazırlanıb. O, qızılın və digər dekorativ rənglərin

vurulmasında da istifadə olunur. Qaşığınıza, bıçağınıza və çəngəlinizə də gümüş

suyu çəkiləndə onlar sulfat turşusu ilə doldurulmuş vannaya girməli olub.

Çörəyinizin hazırlandığı buğda, çox güman, fosfat gübrələrinin köməyi ilə

yetişdirilib ki, bu gübrələrin istehsalı sulfat turşusuna əsaslanır. Əgər siz

qarabaşaqdan hazırlanmış kömbəni patka ilə yeyirsinizsə, onda bilin ki, sulfat

turşusu olmadan patkanın istehsalı da qeyri-mümkündür...

Beləliklə, sulfat turşusu bütün gün ərzində bizə hər addımda təsir göstərir.

Hara getsəniz də, siz ondan qaça bilmirsiniz. Biz onsuz döyüşə və dinclik

dövründə də yaşaya bilmirik. Ona görə də bu, qeyri-mümkün təsir bağışlayır ki,

bəşəriyyətə bu qədər lazım olan turşu orta təfəkkürlü adama belə məlum deyil...

Amma məsələ məhz bu cürdür.

Dünyanın üç əsəs maraqlı predmeti

Necə düşünürsünüz, dünyada ən maraqlı üç predmet hansıdır? Seks,

mülkiyyət və din. Birincinin köməyi ilə biz həyatı yarada bilirik, ikincinin köməyi

ilə onu qoruyub saxlayırıq, üçüncünün köməyi ilə isə həyatı o biri dünyada

davam etdirəcəyimizə ümid edirik.

Amma bizi məhz öz seksimiz, öz mülkiyyətimiz, öz dinimiz maraqlandırır.

Bizim maraqlarımız öz “mən”imizin ətrafında cəmlənib.

“Peruda vəsiyyətlərinin necə tərtib olunduğu” mövzusunda söhbət bizi

maraqlandırmır; lakin “Öz şəxsi vəsiyyətnamələrimizi necə tərtib etməli”

mövzusunda söhbətlərlə maraqlanardıq. Bizi – sırf maraqla bağlı hallar istisna

downloaded from KitabYurdu.org




edilərsə – indusların dini maraqlandırmır, lakin biz elə bir dinə çox dərindən

maraqlıyıq ki, o, bizə o biri dünyada sonsuz həzz təmin etmiş olsun.

Hazırda mərhum lord Nortkliffdən insanları nəyin maraqlandırdığını

soruşanda o, iki sözlə cavab vermişdi: “Onlar özləri”. Nortkliff nə dediyini bilirdi,

zira o, Böyük Britaniyada ən varlı qəzet mülkiyyətçisi idi.

Özünüzün nə təcəssüm etdirdiyini bilmək istəyirsinizmi? İndi biz maraqlı

mövzuya başlayırıq. Biz sizin haqqınızda danışırıq. Bax bu, sizin real təbiətinizə

güzgüdə baxmağın və sizi gerçəklikdə olduğunuz kimi görməyin üsuludur. Öz

arzularınıza göz qoyun. Biz arzu deyəndə nə nəzərdə tuturuq? Sözü professor

Ceyms Harvi Robinsona verək. Biz onun “Dərrakənin təsbiti” kitabından sitat

gətiririk:

“Hamımıza belə gəlir ki, biz ayıq olduğumuz vaxtda həmişə fikirləşirik,

əksəriyyətimiz isə bilir ki, biz yuxuda da fikirləşməkdə davam edirik, özü də

yuxuda olarkən düşüncələrimiz ayıqlıqdakı düşüncə prosesindən daha sarsaqdır.

Əgər bizi hansısa praktiki qayğılar ayırmırsa, onda biz indiki zamanda “arzular”

adlandırılanla məşğul oluruq. Bu, bizim bədahətən baş verən və sevimli düşüncə

növümüzdür. Biz fikirlərimizə öz yolu ilə getməyə izin veririk və həmin yol

ümidlərimiz və qorxularımız, bədahətən doğan arzularımız, onların həyata

keçməsi və ya qəzaya uğraması ilə müəyyən olunur; bizə nəyin xoş və nəyin xoş

gəlmədiyi, nəyi sevdiyimiz, nifrət və etiraz etdiyimizlə müəyyən olunur. Bizim

üçün bizim özümüz qədər maraqlı başqa heç nə mövcud deyildir. Bizim bütün

düşüncələrimiz, əgər biz onlara cidd-cəhdlə nəzarət etmir və yönəltmiriksə,

qaçılmaz surətdə bizim “mən”imizin ətrafında fırlanmağa başlayacaq. Bu

tendensiyanı özümüzdə və başqalarında müşahidə etmək məzəli və

kövrəldicidir. Biz nəzakət və ürəkgenişliyi ilə bu həqiqəti görməməyə səy

göstəririk, lakin onun haqqında fikirləşməyə cürət ediriksə, onda o, gözə günorta

günəşi kimi gur düşür.

Bizim arzularımız – bizim xarakterimizin əsas göstəricisidir. Onlar bizim

təbiətimizi, modifikasiyalaşmış keçmiş təcrübənin çox vaxt gizlin və unudulmuş

məlumatlarını əks etdirir... Heç şübhəsiz ki, şəxsiyyətin özünüyüksəltməsi və

özünə haqq qazandırmasının – bu, onun əsas qayğısıdır – təkidli tendensiyası

üzərində əsaslanan arzularımız bizim bütün düşüncələrimizə təsir göstərir”.

Beləliklə, yadda saxlayın ki, qarşılarında çıxış etməyə hazırlaşdığınız adamlar

onlar ev və ya xidməti problemlərlə məşğul olmayanda öz vaxtlarının əksər

hissəsini özləri barədə, həmçinin də özlərinə haqq qazandırmaq və özlərini

yüksəltmək haqqında düşüncələrə sərf edirlər. Yadda saxlayın ki, adi adam öz

aşpazının onu tərk etməsi ilə İtaliyanın Birləşmiş Ştatlara borcunu ödəməsi

problemindən çox narahat olacaq. Onu öz küt ülgücü Cənubi Amerikada baş

vermiş inqilabdan çox özündən çıxaracaq. Əgər qadının dişi ağrıdısa, bu, onu

Asiyada yarım milyon insanın həyatını aparan zəlzələdən çox ümidsizliyə qərq

edəcək. Qadın sizi daha böyük məmnunluqla o vaxt dinləyər ki, siz ona tarixdə ən

görkəmli on adam haqda yox, hansısa xoş şeylər barədə danışasınız.

Yaxşı həmsöhbət necə olmalı

Bir çox insanın pis həmsöhbət olmasının səbəbi bundan ibarətdir ki, onlar

yalnız özlərini maraqlandıran şeylər haqqında danışırlar; bu isə başqaları üçün

ölümcül qədər darıxdırıcı ola bilər. Bu prosesi əks-istiqamətdə buraxın, başqa

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə