Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə141/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   137   138   139   140   141   142   143   144   ...   208

Himalayın buzlu zirvəsi kimi soyuqdur.

İlan kimi soyuqdur.

Tısbağa kimi soyuqdur – Riçard Kemberlend.

Qar topası kimi soyuqdur – Allan Kanningem.

Duz kimi soyuqdur – Ceyms Hyunker.

Torpaq soxulcanı kimi soyuqdur – Moris Meterlink.

... kimi soyuqdur.

Payız yağışı kimi soyuqdur.

Soyuqluq ideyasında öz fərdi müqayisələriniz barədə həvəsiniz çatana qədər

fikirləşin. Özünəməxsus olmağa mərdliyiniz çatsın. Onları burada yazın.

Elə soyuqdur ki, elə bil...

Elə soyuqdur ki, elə bil...

Elə soyuqdur ki, elə bil...

Bir dəfə mən Ketlin Norisdən stili necə yaxşılaşdırmaq mümkün olduğunu

soruşdum. “Klassikləri, prozaikləri və şairləri oxumaqla, – deyə o cavab verdi, –

və öz əsərlərinizdən sürtülmüş cümlələrin və dişlərdə ilişib qalan ifadələrin

tənqidi əsasda atılması yolu ilə”.

Bir jurnalın redaktoru mənə dedi ki, o dərc olunmaq üçün göndərilən

hekayədə iki və ya üç banal ifadə tapanda onu oxumağa vaxtını itirmədən geri,

müəllifə göndərir, çünki onun əlavə etdiyi kimi, orijinal ifadə etməyi bacarmayan

adam təfəkkür tərzində də az orijinallıq üzə çıxara bilər.

Xülasə


1. Bizdə insanlarla kontaktın yalnız dörd metodu var. Bizim haqqımızda nə

etdiyimiz, xarici görkəmimiz, bizim nə dediyimiz və bunu necə dediyimizin

əsasında mühakimə yürüdürlər. İstifadə etdiyimiz danışıq dili ilə bizi necə tez-tez

qiymətləndirirlər? Çarlz U.Eliott əsrin üçdəbiri ərzində Harvard Universitetinin

rektoru olandan sonra bildirmişdi: “Kişilərin və qadınların zəruri təhsilinin bir

hissəsi kimi mən yalnız bir mənəvi qazancı etiraf edirəm. Mən doğma dilin dəqiq

və incə seçimlə istifadə olunmasını nəzərdə tuturam”.

2. Sizin nitq maneranız dost-tanış dairənizə daxil olan adamlarla ünsiyyət

maneranızı əhəmiyyətli dərəcədə əks etdirir. Buna görə də Linkolndan nümunə

götürün və ədəbiyyat korifeyləriylə dostlaşın. Onun etdiyi kimi, axşam

saatlarınızı Şekspirin və poeziyanın başqa böyük şairlərini və ustalarını

oxumaqla keçirin. Bunu edin və beyniniz nəzərə çarpmadan, lakin qaçılmaz

surətdə zənginləşəcək və nitq maneranız hansısa bir dərəcədə sizin

kompanyonlarınızın manerasını və şöhrətini əks etdirəcəkdir.

3. “Mən qəzetlərdən onları Tasit və Fukididaya, Nyuton və Evklidə dəyişərək

imtina etdim, – deyə Tomas Cefferson yazırdı. – Və özümü xeyli daha bəxtəvər

hiss edirəm”. Onun nümunəsini niyə də təkrarlamayaq? Qəzetləri oxumağı

tamamilə dayandırmaq lazım deyil. Lakin onların gözdən keçirilməsinə indi

olduğundan iki dəfə az vaxt sərf edin. Bu minvalla qənaət edəcəyiniz vaxtı

hansısa ciddi kitabların mütaliəsinə sərf edin.

Hər kitabdan iyirmi və ya otuz səhifə qoparın, onları cibinizdə gəzdirin və

gün ərzində boş vaxtınızdan istifadə edərək onları oxuyun.

downloaded from KitabYurdu.org



4. Yazı stolunuzun üstündə olan lüğətlə oxuyun. Tanış olmayan sözləri

axtarın. Bu sözləri nə iləsə bağlı istifadə etməyə çalışın ki, onu öz yaddaşınızda

həkk edə biləsiniz.

5. İstifadə etdiyiniz sözlərin mənşəyini öyrənin. Həmin sözlərin tarixçəsi heç

də darıxdırıcı deyildir; heç quru da deyil və bəzən elə olur ki, onların romantika

ilə dolu olduğu bəlli olur.

6. Sürtülmüş və çeynənmiş sözlərdən, ifadələrdən istifadə etməyin. Öz fikir-

lərinizi ifadə edəndə dəqiq olun. Rojenin “Sözlərin xəzinəsi” lüğətini daim öz yazı

stolunuzun üstündə saxlayın. Onu tez-tez açın. Sizin gözlərinizi oxşayan hər şeyi

təkcə “gözəl” sözü ilə adlandırmayın. Siz öz fikrinizi daha dəqiq və daha təravətli

şəkildə ifadə edə bilərsiniz, əgər “gözəl” sözünə hansısa sinonimləri tətbiq

edərsinizsə, məsələn: eleqant, qeyri-adi, xoşagələn, simpatiyalı, stilli, ecazkar,

məftunedici, rəngarəng, dəbdəbəli, əla və ilaxir.

7. Məsələn, “xiyar kimi soyuq” – buna bənzər sürtük müqayisələr istifadə

etməyin. Təravətli misallara can atın, şəxsən özünüzə məxsus olan müqayisələr

yaradın. Özünəməxsus olmağa mərdliyiniz çatsın.

27 Dinamik ataksiya – əzələlərin hərəkəti arasında ahəngin pozulması

28 Sine qua non (lat. “conditio sine qua non” ifadəsindən ixt.) – mütləq şərt

29 Kuper Piter (1791–1883) – amerikalı sahibkar və filantrop, 1879-cu ildə

Nyu-Yorkda fəhlələri ümumsavad fənləri üzrə hazırlaşdırmaq üçün Kuper

İttifaqını təşkil etmişdi.

30 Dağüstü moizə – Matfeydən Yevangeliyada deyilir ki, İsa Məsih bu

moizəni (b.e. 30-cu illərə yaxın) dağın ətəyində öz şagirdlərinə və camaat

kütləsinə söyləyibdir. Matfey İsa Məsihin təlimini beş hissəyə bölür, Dağüstü

moizə onlardan birincisidir və İsa Məsihin əsas etibarilə mənəvi təlimini əks

etdirir.


31 “Tamaşaçı” (“The Spectator”) – C.Addisonun və R.Stilin – erkən ingilis

maarifçiliyi epoxasının məşhur jurnalistləri – nəşr etdirdikləri mənəvi-satirik

jurnal. 1711-ci ilin martından 1712-ci ilin dekabrına qədər nəşr edilib.

32 Pastva – bir kilsəyə mənsub olan dindarlar

33 Sufrajizm – XX əsrin əvvəllərində İngiltərədə kişilərlə bərabər qadınlara

seçki hüququnun verilməsini tələb edən qadın hərəkatı

34 Messa – kilsədə ibadət zamanı çalınan musiqi

35 Eyni səsləndiyi üçün Merilend ştatı nəzərdə tutulur.

36 Cənubi Karolina ştatı nəzərdə tutulur.

37 Şimali Karolina ştatı nəzərdə tutulur.

38 Rod-Aylend ştatı nəzərdə tutulur.

39 Polip – bağırsağı boşluqlular sinfindən olan xırda dəniz heyvanı

40 Xrizalida – sürfə (həşəratların)

41 Cum grano salis (lat.) – “duzlu”, ironiyalı

42 Elokvensiya – bəlağət, fəsahət (nitqdə)

43 Affektar – süni olaraq həyəcanlı

44 “Şirin ət” – boğaz uru və mədəaltı vəziləri

45 Summum bonum (lat.) – ali nemət

46 Qrattan Henri (1746–1820) – ingilis hökumətinə qarşı İrlandiya liberal

müxalifətinin lideri

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə