Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə170/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   166   167   168   169   170   171   172   173   ...   208

nədir? Bu, asan ölmək üsulu olacaq. Xərçəngdən ölməkdən qat-qat yaxşıdır.

Axmaq olma. Onsuz da əbədi yaşamayacaqsan ki! Sən bu tapşırığı yerinə yetir-

məlisən – əks-təqdirdə, səni güllələyəcəklər. Hələ bəlli deyil ki, hansı daha

yaxşıdır”.

Bu sayaq bir neçə saat öz-özümlə danışdım və yüngüllük hiss elədim.

Nəhayət, özümü qaçılmaz olan situasiya ilə barışmağa məcbur edərək

narahatlığımı və qorxularımı adladım.

Mən bu dərsi heç vaxt unutmayacağam. İndinin özündə də mən dəyişdirmək

iqtidarında olmadığım nəyə görə isə narahat olmağa meyilli olanda çiyinlərimi

çəkir və deyirəm: “Bu haqda fikirləşmə”. Və təsəvvür edin ki, bu, öz işini görür –

hətta şirniyyat məmulatları satıcısı üçün də”.

Ura! Eşq olsun comərd şirniyyat məmulatları satıcısına!

İsa Məsihin çarmıxa çəkilməsindən sonra bəşəriyyətin tarixində ən məşhur

və faciəvi ölüm Sokratın ölümü hesab olunur. Hətta on min əsrdən sonra da

insanlar onun Platon tərəfindən çox kövrək şəkildə qələmə alınmış ölümünü

heyranlıqla oxuyacaqlar – bu, dünya ədəbiyyatının ən həyəcanlandırıcı və gözəl

əsərlərindən biridir. Ayaqyalın qoca Sokratın paxıllığını çəkən bəzi Afina

vətəndaşları ona qarşı yalançı ittihamlar irəli sürmüşdülər. Onu mühakimə

etdilər və ölüm hökmü kəsdilər. Sokrata dostyana münasibət göstərən həbsxana

gözətçisi içində zəhər olan piyaləni ona verərkən dedi: “Çalış ki, qaçılmaz olanı

asanlıqla qəbul edəsən”. Sokrat elə bu cür də etdi. O, ölümü, demək olar, ilahi

sakitlik və ləyaqətlə qarşıladı.

“Çalış ki, qaçılmaz olanı asanlıqla qəbul edəsən”. Bu sözlər bizim eramızdan

399 il əvvəl deyilmişdi. Lakin bizim qoca, daima həyəcanlı dünyamız indi bu

sözlərə əvvəllər nə vaxtsa olduğundan daha çox möhtacdır:

“Çalışın ki, qaçılmaz olanı asanlıqla qəbul edəsiniz”.

Narahat olmaq vərdişi sizə ziyan vurmazdan əvvəl onu üstələmək üçün

dördüncü qaydanı yerinə yetirin:

Qaçılmaz olanla hesablaşın.

Onuncu fəsil

Öz narahatlığınıza

“məhdudedici” quraşdırın

Siz fond birjasında pul qazanmağın necə mümkün olduğunu bilmək

istəyərdinizmi? Əlbəttə, bunu milyonlarla başqa adam da öyrənmək istəyərdi;

əgər mən cavabı bilsəydim, bu kitabın qiyməti göylərə qalxardı. Amma ağıllı bir

ideya mövcuddur ki, işləri yaxşı gedən bəzi işbazlar ondan istifadə edirlər. Bu

əhvalatı mənə Çarlz Roberts, kapital qoyuluşları üzrə konsultant danışmışdı.

“Texasdan birinci dəfə Nyu-Yorka gələndə məndə dostlarımın verdiyi iyirmi

min dollar var idi. Mən həmin pulları fond birjasına yatırmalı idim. Mənə belə

gəlirdi ki, – deyə o davam etdi, – fond birjasında “giriş” və “çıxış”ların hamısını

bilirəm. Lakin mən hər bir senti itirdim. Doğrudur, bəzi alğı-satqılar mənə böyük

gəlir gətirmişdi; lakin əvvəl-axır pulların hamısını itirdim”.

“Əgər öz pullarımı itirmiş olsaydım, bu qədər məyus olmazdım, – deyə cənab

Roberts izah edirdi, – amma mən dostlarımın pullarını itirdiyimə görə dəhşətli

sarsıntı içində idim, hərçənd onlar hərtərəfli təmin olunmuş adamlar idi. Bizim

işimiz bu qədər uğursuz alınandan sonra onlarla görüşməyə qorxurdum. Amma

downloaded from KitabYurdu.org



təəccübümə rəğmən onlar nəinki incidilər, hətta onların islah olunmayacaq

nikbin olduqları bəlli oldu.

Bilirdim ki, uğurdan və başqa adamların rəyindən əhəmiyyətli dərəcədə asılı

vəziyyətdə olduğum halda, bəxtəbəxt hərəkət etmişəm. H.İ.Fillips ifadə etdiyi

kimi, mən “birjada şayiələr üzrə oynayırdım”. Səhvlərimi təhlil etməyə başladım

və qət etdim ki, birja əməliyyatları ilə yenə də məşğul olmazdan əvvəl birja ilə

bağlı olan hər şeyi çox dəqiq öyrənməliyəm. Bunun üstünə düşdüm və birjada ən

görkəmli oyunçulardan biri – Berton S.Kasla tanış oldum. Ondan çox şeyi öyrənə

biləcəyimə əmin idim. Çünki o, hər il uğur müşayiət edən birja oyunçusu

reputasiyasını çoxdan qazanmışdı. Bilirdim ki, onun uğuru, sadəcə olaraq, bəxt

gətirmək məsələsi deyildir.

O, birjada keçmiş alış-verişlərimlə bağlı mənə bir neçə sual verdi. Ardınca o,

mənə birja əməliyyatlarında ən vacib prinsipi izah elədi. O dedi: “Mən iştirak

etdiyim istənilən birja əməliyyatına “itkilər məhdudedicisi” qoyuram. Əgər mən,

məsələn, bir ədədi 50 dollar olan səhm dəsti alıramsa, dərhal 45 dollar

məbləğində “itki məhdudedicisi” qoyuram. Bu, aşağıdakı deməkdir: əgər həmin

səhmlərin birinin qiyməti birjada 5 bənd aşağı düşərsə, onda onlar avtomatik

surətdə satılacaq. Bu minvalla itkilər beş bəndlə məhdudlaşmış olacaqdır.

“Hər şeydən əvvəl, – deyə qocaman maestro davam edirdi, – birjada işlərinizi

ağılla təşkil etməlisiniz və onda gəliriniz orta hesabla təqribən on, iyirmi beş və

ya hətta əlli bənd təşkil edəcək. Deməli, öz itkilərinizi beş bəndlə

məhdudlaşdıraraq girişdiyiniz əməliyyatların yarıdan çoxunda səhv edə və

bununla belə, çoxlu pul götürə bilərsiniz”.

Mən bu prinsipi dərhal mənimsədim və həmin vaxtdan onu daim istifadə

edirəm. Bu minvalla müştərilərim və özüm minlərcə dollara qənaət edə bilmişik.

Bir müddətdən sonra başa düşdüm ki, “itkilərin məhdudedicisi” prinsipini

yalnız fond birjasında deyil, həyatın digər sferalarında da istifadə etmək olar.

Mən “məhdudedicini” keçirməli olduğum istənilən xoşagəlməz hallar və

incikliklər üçün qoymağa başladım. Bu prinsip möcüzəli şəkildə təsir göstərirdi.

Məsələn, biz dostumla səhər yeməyini birlikdə yemək üçün tez-tez

vədələşirdik. Amma o, nadir hallarda vaxtında gəlirdi. Əvvəlki dövrlərdə buna

görə səhər yeməyinə ayrılan vaxtın yarısını həyəcan keçirirdim, dostum da,

nəhayət, bundan sonra gəlib çıxırdı. Əvvəl-axır ona öz həyəcanlanmam üçün

qoyduğum “məhdudedici” barədə danışdım. Ona dedim: “Qulaq as, Bill, səni

gözləmək üçün “məhdudedicim” düz on dəqiqə təşkil edir. Əgər sən on

dəqiqədən çox geciksən, səhər yeməyi ilə bağlı razılığımız tamamilə ləğv olunur

və mən çıxıb gedəcəyəm”.

Qüdrətli Tanrı! Əgər öz peşmançılığıma, özümü doğrultmağa can atmaq

səylərimə, öz təəssüflərimə, öz əqli və emosional gərilmələrimə “məhdudedici”

qoymaq bir neçə il əvvəl mənim ağlıma gəlmiş olsaydı! Niyə məndə sağlam

düşüncə bəs etməyib ki, öz ruhi sakitliyimi hədələyən hər bir situasiyanı

qiymətləndirim və özümə deyim: “Qulaq as, Deyl Karnegi, bununla bağlı düz bu

qədər narahat olmağa dəyər və bundan azacıq da çox yox”. Mən niyə bunu

etməmişəm?

Amma mən sağlam düşüncəmi heç olmasa bir dəfə işə saldığıma görə özümü

tərifləməliyəm.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə