Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə166/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   162   163   164   165   166   167   168   169   ...   208

“Böyük ədədlər qanununa görə, bu baş verməyəcək” – bu ifadə mənim

narahatlığımın doxsan faizini ləğv etdi və “son iyirmi ilimi ən sevincli

gözləntilərimi də üstələyən sakit və bəxtəvər həyat yaşamağıma imkan verdi”.

Mən geri, ötüb-keçən onilliklərə boylananda başa düşürəm ki, narahatlığımın

əksər hissəsi təxəyyülümdə yaranırdı. Cim Qrant da mənə danışmışdı ki, bu halı o

da yaşayıb. O, Nyu-Yorkda “Ceyms A.Qrant” firmasının mülkiyyətçisidir. Onun

firması Floridadan portağal və qreypfrutun topdansatışı üzrə məşğuldur. Cim

Qrant Floridadan bir dəfəyə on-onbeş vaqon meyvə göndərilməsini təşkil edir. O,

mənə danışmışdı ki, adətən, özünü bu cür fikirlərlə didib parçalayırdı: “Birdən

qatar qəzaya uğrayarsa? Meyvələrimin hamısı dağılarsa, onda necə? Bəs birdən

qatar keçəndə körpü uçarsa?” Meyvələr, əlbəttə, sığorta olunmuşdu. Lakin Qrant

buna görə narahat olurdu ki, əgər meyvələr vaxtında çatdırılmasa, öz satış

bazarını itirəcək. O, elə narahat olurdu ki, özündə mədə xorasının olmasından

şübhələnməyə başladı və həkimə müraciət etdi. Həkim Qrantda pozulmuş

əsəblərdən başqa heç bir xəstəlik tapmadı. “Birdən mənə vəhy gəldi, – deyə o

danışırdı, – və özümə sual verməyə başladım. Özümə dedim: “Qulaq as, Cim

Qrant, bütün bu illər ərzində neçə vaqon meyvə çatdırmısan?” Cavab belə idi:

“İyirmi beş minə yaxın”. Ardınca özümə ikinci sual verdim: “Qəzalar üzündən

neçə vaqon ziyan çəkib?” Cavab belə idi: “Ola bilsin ki, beş”. Onda özümə dedim:

“İyirmi beş min vaqondan vur-tut beşi? Sən bilirsən bu nə deməkdir? Beş minin

birə nisbəti kimidir! Başqa sözlə, öz təcrübənə əsaslanan böyük ədədlər

qanununa görə, sənin vaqonlarının ziyan çəkə biləcəyi şansı beş minin birə

nisbətindədir. Belədirsə, nəyə görə narahat olmalısan?”

Sonra özümə dedim: “Bəs axı körpü uça bilər!” Onda özümdən soruşdum:

“Doğrudan, körpünün uçması səbəbindən sən neçə vaqon itirmisən?” Cavab belə

idi: “Birini də itirməmişəm”. Onda özümə dedim: “Yəni, doğrudanmı, sən heç vaxt

uçmayacaq körpüyə görə özünü mədə xorası halına sala biləcəyindən xəcalət

çəkmirsən? Dəmiryol qəzasına gəlincə isə, şanslar beş minə qarşı bir

nisbətindədir!”

Bütün bunlara bu şəkildə baxdıqdan sonra özümü nə qədər axmaqcasına

apardığımı başa düşdüm. Elə həmin andaca narahat olmağa son qoyacağımı və

həmişə böyük ədədlər qanununu tətbiq edəcəyimi qət elədim. Həmin vaxtdan

etibarən mədə xoramı tamamilə yaddan çıxartdım”.

El Smit Nyu-York ştatının qubernatoru olanda onun öz siyasi rəqiblərinin

həmlələrini necə dəf etdiyini özüm eşitmişəm və o, buna bu sözləri təkrar edə-

edə müvəffəq olurdu: “Gəlin faktları öyrənək... gəlin faktları öyrənək”. Ardınca o,

faktları göstərməyə başlayırdı. Gələn dəfə, əgər siz və ya mən baş verə biləcək

hansısa bir hadisə ilə bağlı narahat olanda müdrik qoca El Smitin dediklərinə

əməl edək: gəlin faktları öyrənək və öz işgəncəli narahatlığımız üçün bəhanənin,

əgər o, ümumiyyətlə varsa, olub-olmadığını qət edək. Frederik C.Malstedt özünün

artıq qəbirdə uzandığından vahimələnərək qorxduğu vaxt məhz elə bu cür

hərəkət etmişdi. O, Nyu-Yorkda yaşlılar üçün kurslarımda məşğul olduğu

zamanlarda mənə bax bunu danışmışdı:

“1944-cü il iyunun əvvəlində Omaha-Biçin yaxınlığında təkadamlıq səngərdə

idim. Mən 999 nömrəli rabitə rotasında xidmət edirdim və biz Normandiyada

səngərlərimizi lap yenicə qazımışdıq. Mən bu təkadamlıq səngərə baxanda

downloaded from KitabYurdu.org



(səngər torpaqda dördbucaq formalı çala kimi idi) özümə dedim: “Məzara

oxşayır”. Ora girib uzananda və yuxuya getməyə çalışanda mənə belə gəldi ki,

həqiqətən də, məzardayam. Qeyri-ixtiyari olaraq fikirləşdim: “Bura, çox güman,

elə doğrudan da, mənim qəbrimdir”. Səhər saat 11-də bombardmançı

təyyarələrin həmlələri başlandı və üstümüzə mərmilər töküldü. Qorxudan taxta

kimi keyimişdim. Birinci iki və ya üç gecəni ümumiyyətlə yata bilmirdim.

Dördüncü, ya da beşinci gecə üçün mən, demək olar, əsəb şoku vəziyyətində

idim. Başa düşdüm ki, nə isə eləmək lazımdır, əks-təqdirdə, dəli olacağam. Onda

özümə xatırlatdım ki, beş gecə keçib, mən isə hələ də sağam və bölməmizdə hamı

sağ idi. Yalnız iki nəfər yaralanmışdı, o da alman mərmilərindən yox, öz zenit top-

larımızın atdığı mərmilərin qəlpələrindən. Mən narahat olmağa son qoymağı və

nə isə konstruktiv bir işlə məşğul olmağı qət etdim. Öz səngərimin üstündə məni

zenit mərmilərinin qəlpələrindən müdafiə etməli olan ağacdan qalın örtük

düzəltdim. Bölməmizin həddən böyük sahə tutduğu barədə fikirləşdim. Özümə

dedim ki, bu dərin, ensiz təkadamlıq səngərdə yalnız birbaşa dəyən mərmidən

həlak olmaq mümkündür və hesabladım ki, mərminin birbaşa mənim üstümə

düşməsi şansı hətta on minin birə nisbətindən də az təşkil edir. İki gecəni bu

sayaq fikirləşə-fikirləşə, nəhayət, sakitləşdim və hətta bombardman vaxtında da

yatırdım!”

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı böyük ədədlər qanununun

statistik məlumatlarını dənizçilərin döyüş ruhunu yüksəltmək üçün istifadə

edirdi. Keçmiş matroslardan biri mənə danışmışdı ki, o və yoldaşları

yüksəkaktanlı yanacaq daşıyan tankerə göndəriləndə bərk qorxuya düş-

müşdülər. Onlar hamısı əmin idi ki, anbarlarında yüksəkaktanlı yanacaq olan

tankerə torpedo dəyərsə, gəmi partlayacaq və hamısı həmin andaca o dünyalıq

olacaqdır.

Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığının ixtiyarında başqa

məlumatlar var idi; dəqiq məlumatlar təqdim olunmuşdu ki, onlara görə, torpedo

dəyən hər yüz tankerdən altmışı suyun üzündə qalırdı; batan qırx tankerdən

yalnız beşi on dəqiqədən az vaxt ərzində suyun altına getmişdi. Bu o demək idi ki,

ekipajın gəmini tərk etməyə vaxtı var idi. Bu həmçinin də itkilərin fövqəladə

dərəcədə əhəmiyyətsiz olduğu demək idi. Bu, döyüş ruhunun möhkəmlənməsinə

kömək etdimi? “Böyük ədədlər qanununu bilmək məni əsəb sarsıntısından xilas

etdi, – deyə bu əhvalatı mənə danışan adam, Klayd U.Maas bildirdi. – Bütün

komanda özünü daha yaxşı hiss etdi.

Biz bilirdik ki, şansımız var və böyük ədədlər qanununa görə, biz, çox güman,

ölməyəcəyik”.

Narahat olmaq vərdişi sizə ziyan gətirməzdən əvvəl onu üstələmək üçün

üçüncü qaydanı tətbiq edin:

Faktları öyrənin. Özünüzdən soruşun: “Narahat olduğum hadisənin, böyük

ədədlər qanununa görə, nə vaxtsa baş verə biləcəyi şansı nə qədərdir?”

Doqquzuncu fəsil

Qaçılmaz olanla hesablaşın

Mən balaca olanda bir dəfə uşaqlarla Missurinin şimal-qərbində yaşayış

olmayan bir köhnə taxta evin çardağında oynayırdım. Çardaqdan aşağı enəndə

hansısa bir məqamda ayaqlarımı pəncərəaltının üstünə qoydum, sonra isə yerə

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə