Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə164/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   160   161   162   163   164   165   166   167   ...   208

Hətta Redyard Kiplinq kimi məşhur şəxsiyyət də hərdən unudurdu ki, “həyat

həddindən artıq qısadır, onu boş şeylərə israf etmək olmaz”. Və nəticədə nə baş

verdi? O və onun qaynı Vermontun tarixində ən qalmaqallı məhkəmə döyüşünə

başladılar. Onların çəkişməsi o qədər məşhurlaşdı ki, onun haqqında kitab da

yazdılar: “Redyard Kiplinqin Vermontda yaşamalı olduğu düşmənçilik”.

Həmin işin tarixçəsi təqribən belədir: Kiplinq Vermontdan olan bir qızla,

Karolina Beylstirlə evləndi. O, Vermont ştatı, Brettlboro qəsəbəsində gözəl ev

tikdirdi, orada qərarlaşdı və həyatının qalan hissəsini burada keçirməyə

hazırlaşırdı. Onun qaynı, Bitti Beylstir Kiplinqin ən yaxın dostu oldu. Onlar

birlikdə işləyir və əylənirdilər.

Sonra Kiplinq Beylstirdən torpaq sahəsi aldı. Lakin razılaşdılar ki, Beylstir

hər il gəlib bu sahədəki otu biçəcək. Bir dəfə Beylstir görür ki, Kiplinq həmin

çəmənlikdə bağ salmağı planlaşdırır. Onu hiddət götürür. Kiplinq də öz üzərində

nəzarəti itirir və beləliklə, Vermontun yaşıl dağlarında atmosfer qızışır.

Üstündən bir neçə gün keçəndən sonra Kiplinq velosipedlə gəzintiyə çıxır.

Onun qaynı atların qoşulduğu furqonla gözlənilmədən onun yolunu keçir,

nəticədə Kiplinq yıxılır. Və “ətrafınızda hamı başını itirəndə və bunda sizin

özünüzü də ittiham edəndə, əgər bacarırsınızsa, başınızı itirməyin” yazan Kiplinq

başını itirir və Beylstirin həbs olunmasını tələb edir! Ardınca qalmaqallı,

sensasiya doğuran məhkəmə prosesi başlayır. Böyük şəhərlərdən jurnalistlər

Brettlboroya axışır. Xəbər ani olaraq bütün dünyaya yayılır. Barışıq baş tutmur.

Bu inciklik Kiplinqi və onun həyat yoldaşını Amerikadakı evlərini həmişəlik tərk

etməyə məcbur edir. Boş bir şeyin üstündə nə qədər narahatlıq və acılıq! Hər şey,

göründüyü kimi, bir qucaq samana görə baş verir.

Perikl iyirmi dörd əsr əvvəl demişdi: “Kifayətdir, şəhərdaşlar. Biz boş

şeylərlə həddindən çox məşğul olduq”. Bu, doğrudur!

İndi isə sizə doktor Harri Emerson Fosdikinin mənə danışdığı ən maraqlı

əhvalatlardan birini nəql edəcəyəm. Bu əhvalatda bir meşə nəhənginin udduğu

döyüşlər və onun məğlubiyyətləri təsvir olunur.

“Koloradoda, Lonqs-Pik dağının yamacında nəhəng bir ağacın qalıqları var.

Mütəxəssislər bildirirlər ki, bu ağac dörd yüz il dayanıb durmuşdur. Kolumb Sal-

vadorda quruya ayaq basanda bu ağac kök atırdı. İngilis müstəmləkəçiləri

Plimutda öz məskənlərini yaradanda ağac yarıya qədər boy atmışdı. Öz uzun

ömrü ərzində ağac on dörd dəfə ildırıma məruz qalmışdı, onun yan-yörəsində

dörd əsrin saya-hesaba gəlməyən fırtınaları və selləri cövlan etmişdi. Amma o

duruş gətirmişdi. Lakin əvvəl-axır xırda böcək ordusu onu gəmirməyə başladı.

Həşəratlar onun qabığını gəmirir və öz əhəmiyyətsiz, lakin aramsız dişdəkləri ilə

ağacın daxili qüvvəsini tədricən sarsıdırdılar. Əsrlərin quruda bilmədiyi,

ildırımların və fırtınaların gücü çatmadığı meşə nəhəngi xırda – insanın iki

barmağı arasında asanlıqla əzə biləcəyi qədər xırda həşəratların basqını altında

yıxıldı”.

Biz hamımız həmin mübariz meşə nəhəngini xatırlatmırıqmı? Biz nadir

hallarda baş verən fırtına, sel və ildırım vurmalarını mümkün dərəcədə əlverişli

keçirə bilirik və bununla belə, öz ürəklərimizi narahatlığın xırda – iki barmaqla

əzmək mümkün olan qədər xırda böcəklərin ixtiyarına buraxırıq ki, onu didib

dağıtsınlar.

downloaded from KitabYurdu.org



Bir neçə il əvvəl mən Vayominq ştatının baş yol müfəttişi Çarlz Seyfred və

onun bir neçə dostu ilə Vayomiq ştatındakı milli parkda səyahətə çıxmışdıq. Biz

Con D.Rokfellerin parkın ərazisində yerləşən mülkünü ziyarət etməyə

hazırlaşırdıq. Lakin getdiyim avtomobil o tərəfə dönmədi, yolu itirdi və biz mülkə

başqa maşınlardan bir saat gec çatdıq. Darvazanın açarı cənab Seyfreddə idi və o,

bizi qızmar, ağcaqanadların dolu olduğu meşədə bir saat gözləmişdi.

Ağcaqanadlar o qədər quduz idilər ki, hətta müqəddəsi də dəli olmaq dərəcəsinə

çatdıra bilərdilər. Lakin onlar Çarlz Seyfredə üstün gələ bilmədilər. O, bizi

gözləyə-gözləyə ağcaqovaq ağacından bir budaq kəsmişdi və ondan fışqırıq

düzəltmişdi. Biz gəlib çıxanda o, ağcaqanadları lənətləyirdimi? Xeyr. O, şən-şən

fitləyirdi.

Mən həmin fışqırığı həyatın xırdalıqları üzərində qələbə çalmağı bacaran insan

haqqında xatirə olaraq indiyə qədər də saxlayıram.

Narahat olmaq adəti sizə ziyan vurmazdan əvvəl onu üstələmək üçün ikinci

qaydanı yerinə yetirin:

Nifrət etmək və unutmaq lazım olan boş şeylərə görə kefinizin pozulmasına

yol verməyin. Yadda saxlayın: “Həyat həddindən artıq qısadır, onu boş şeylərə

israf etmək olmaz”.

Səkkizinci fəsil

Sizin narahatliğınızın əhəmiyyətli

hissəsini qanundan kənar

qoyacaq qanun

Mənim uşaqlığım Missuri ştatında fermada keçib. Bir dəfə mən anama

albalılardan çəyirdəyi çıxartmaqda kömək edirdim ki, qəfildən ağladım. Anam

soruşdu: “Deyl, sənə nə oldu? Nəyə görə ağlayırsan?” Mən donquldadım:

“Qorxuram ki, məni diri-diri basdıralar.”

O vaxtlar mən daim narahat olurdum. Şimşək çaxanda qorxurdum ki, məni

ildırım öldürəcək. Ağır zamanlar gələndə qorxurdum ki, biz yeməyə heç nə

tapmayacağıq. Bundan qorxurdum ki, öləndən sonra cəhənnəmə düşəcəyəm.

Dəhşət içində idim ki, məndən böyük olan Sem Uayt yekə qulaqlarımı kəsəcək.

Axı o, bunu edəcəyi ilə hədələyirdi. Qorxurdum ki, qızlara qulluq etməyə cəhd

göstərərəmsə, onlar mənə güləcəklər. Qorxurdum ki, bir qız da mənə ərə getmək

istəməyəcək. Əvvəlcədən qorxurdum ki, toydan dərhal sonra öz həyat yoldaşıma

deməyə sözüm olmayacaq. Təsəvvür edirdim ki, hansısa bir kənd kilsəsində

nikahımız kəsiləcək və damı olan məxmərlə bəzədilmiş ikinəfərlik faytonda

fermamıza yollanacağıq... Narahat olurdum ki, görəsən, yolboyu öz nişanlımla

söhbət edə biləcəyəmmi? Özümü necə aparmalıyam? Sahədə kotanın dalınca

gedəndə uzun saatlar ərzində başımı belə-belə problemlərin həlli üzərində

sındırırdım.

İllər ötürdü və mənə çatdı ki, qorxularımın doxsan doqquz faizi yalançıdır və

mənim belə qorxduğum hadisələr baş vermir.

Məsələn, artıq dediyim kimi, mən şimşək çaxmasından dəlilik dərəcəsində

qorxurdum; amma indi bilirəm ki, Milli Təhlükəsizlik Şurasının məlumatlarına

görə, ildırım vurmasından ölmək şansım istənilən ildə yalnız üç yüz əlli mindən

birdir.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə