Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə161/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   157   158   159   160   161   162   163   164   ...   208

adladığını danışmışdı. Ola bilsin, siz onun həyat tarixçəsini oxumusunuz. Bu,

“Mən macəralarla qohum oldum” adlandırılıb. Əgər hansısa bir qadın

macəralarla qohum olubsa da, bu məhz elə odur. Martin Conson onunla Ousonun

on altı yaşı olanda evlənmişdi. Martin xanımını Kanzas ştatının Çanuta şəhərinin

səkilərindən Borneonun vəhşi cəngəlliklərinin cığırlarına köçürtdü. Kanzasdan

olan bu cütlük Asiya və Afrikanın nəsli yer üzərindən silinmək üzrə olan vəhşi

heyvanları haqqında filmlər çəkə-çəkə dörddəbir əsr ərzində bütün dünyanı

gəzmişdi. Doqquz il əvvəl onlar Amerikaya qayıtdılar və mühazirə və

kinofilmlərlə ölkə üzrə səyahətə çıxdılar. Onlar Denverdən təyyarə ilə qalxdılar,

okean sahilində yerə enməli idilər. Lakin təyyarə dağa çırpıldı. Martin Conson

həmin məqamdaca həlak oldu. Həkimlər Ousaya dedilər ki, o, yataqdan heç vaxt

qalxmayacaq. Amma onlar Ousa Consonu tanımırdılar. Üç aydan sonra o, əlil

arabasında hərəkət edir və çox böyük auditoriyaların qarşısında mühazirələrlə

çıxış edirdi. Həqiqətən də, o, yüzdən çox mühazirə oxumuşdu və hamısını da əlil

arabasında otura-otura. Mən ondan bunu nə üçün etdiyini soruşanda Ousa cavab

verdi: “Bunu ona görə edirdim ki, qüssə və narahatlıq üçün vaxtım qalmasın”.

Ousa Conson Tennisonun bir əsrə yaxın bundan əvvəl vəsf etdiyi həqiqəti

aşkar etmişdi: “Mən özümü fəaliyyətdə itirməliyəm, əks-təqdirdə, xiffət məni

qurudacaqdır”.

Admiral Berd eyni həqiqəti Cənub qütbünü örtən nəhəng buz çanağının

altında, beş ay ərzində tam tənhalıqda yaşadığı vaxt kəşf etmişdi. Bu buz çanağı

təbiətin ən qədim sirlərini özündə gizlədir və ABŞ ilə Avropanın ərazisi birlikdə

götürülərsə, ondan böyük olan naməlum kontinenti örtür. Admiral Berd beş ayını

tamamilə tək orada keçirmişdi. Ətrafdakı yüzlərlə mil məsafədə bir canlı belə yox

idi. Soyuq o qədər qatı idi ki, qarşıdan əsən külək onun sifətinə vuranda o,

buraxdığı nəfəsin necə donduğunu və kristallaşdığını eşidirdi. Yazdığı “Təkcə

mən” kitabında admiral Berd əbədi, insanın qəlbini parçalayan zülmətdə

keçirdiyi beş ay haqqında müfəssəl bəhs edir. Günlər də gecələr olduğu kimi

qaranlıq idi. Dəli olmamaq üçün özünü daim məşğul etməli idi.

“Axşam, – deyə o yazır, – fənəri üfləyib söndürməzdən əvvəl, adətim üzrə,

sabah üçün öz işlərimi bölüşdürürdüm. Məsələn, xilas tonelinin təmizlənməsi

üçün özümə bir saat, küləyin yığdığı qar topalarının təmizlənməsinə yarım saat,

bir saat yanacaq dolu dəmir çəlləklərin qoyulması, bir saat ərzaq üçün tonelin

divarlarında kitab rəflərinin kəsilməsi, adamları və yük daşımaq üçün nəzərdə

tutulan kirşənin dağılmış xizəyinin təmirinə iki saat vaxt... təyin edirdim”.

“Vaxtı bu cür bölüşdürmək ixtiyarında olmaq, – o xatırlayırdı, – əla idi. Bu,

mənə özüm üzərində istisnasız nəzarət ixtiyarını qazanmağa imkan verdi...” Və

əlavə edir: “Bunsuz günlər məqsədsiz keçərdi, məqsədsiz həyat isə bir

qanunauyğunluq olaraq şəxsiyyətin deqradasiyasına gətirir”.

Sonuncu ifadəyə diqqət yetirək: “Məqsədsiz həyat bir qanunauyğunluq

olaraq şəxsiyyətin deqradasiyasına gətirir”.

Əgər siz və mən nədənsə narahatıqsa, gəlin köhnə-qədim müalicə vasitəsi –

iş haqqında xatırlayaq. Harvardda klinik səhiyyə üzrə keçmiş professor, mərhum

doktor Riçard S.Kebot kimi nüfuz sahibi bu haqda danışırdı. “İnsanların həyatının

mənası nədədir” kitabında o yazırdı: “Həkim olanda mən insanların üzərində

hakim kəsilən şübhələr, tərəddüdlər və qorxunun meydana çıxardığı “ən əziz” –

downloaded from KitabYurdu.org



ruhun iflicindən əziyyət çəkən çox-çox insanı əməyin necə sağaltdığını sevinclə

müşahidə edirdim... Öz işimizin bizə verdiyi mərdlik – bu, Emersonun bütün

dövrlər üçün şöhrətləndirdiyi, özünün özünə etibarıdır, demək olar ki”.

Əgər biz məşğul deyiliksə, oturur və qüssə çəkiriksə, onda bizə Çarlz

Darvinin, adətən, “qüssə ruhları” adlandırdığı varlıqların bütöv qoşunları baş

çəkir. Bu ruhlar – bizim qəlblərimizi səhralığa çevirən və bizim fəaliyyət

göstərmək qabiliyyətimizi və iradəmizin gücünü məhv edən, əzəldən kinli

cırtdanlar kimi tanınan varlıqlardan başqa bir şey deyil.

Mən Nyu-Yorkda bir işgüzar adam tanıyıram ki, o, bu işlə çox ciddi məşğul

olması sayəsində həmin cırtdanlara qalib gəlmişdi və onun əsəbiləşmək və

həyatdan gileylənmək üçün vaxtı qalmırdı. Onun adı Tremper Lonqmendir. Bu

adamın kontoru Uoll-Stritdə yerləşir. O, mənim yaşlılar üçün kurslarımın

dinləyicisi idi. Onun narahat olmaq vərdişinə üstün gəlməklə bağlı əhvalatı mənə

o qədər maraqlı və təəssüratlandırıcı göründü ki, onu məşğələlərdən sonra

restoranda birlikdə şam yeməyinə dəvət elədim. Biz, demək olar, səhərə qədər

oturduq. O, mənə öz həyatının tarixçəsini danışdı:

“On səkkiz il əvvəl o qədər narahat idim ki, məndə yuxusuzluq baş

qaldırmışdı. Mən daim gərginlikdə idim, həmişə hirslənir və əsəbiləşirdim. Əsəb

pozuntusu astanasında idim.

Narahat olmaq üçün səbəblərim var idi. Mən Nyu-Yorkda yerləşən “Frut ənd

Ekstrakt” firmasının xəzinədarı idim. Biz həcmi bir qallon olan şüşə bankalara

qablaşdırılan çiyələk ticarətinə yarım milyon dollar yatırmışdıq. İyirmi il ərzində

bu bankaları dondurma istehsal edən firmalara satırdıq. Ticarətimiz

gözlənilmədən dayandı, çünki “Neşnl Dyeeri” və “Bordens” kimi iri firmalar

dondurma istehsalını kəskin artırmağa başladılar və pula, həmçinin də vaxta

qənaət etmək məqsədilə çəlləklərə qablaşdırılan çiyələk almağa başladılar.

Bizim itkimiz yalnız milyon yarım dollara aldığımız giləmeyvəni sata

bilməməklə məhdudlaşmırdı, biz həm də əlavə çiyələk partiyası almaq üçün

milyon dollar qiymətində kontrakt da bağlamışdıq. Həmin kontrakt yaxın on iki

ay ərzində qüvvədə idi. Banklardan artıq üç yüz əlli min dollar borc almışdıq. Biz

nə borcu qaytara, nə də borcun qaytarılma müddətini uzada bilirdik. Qəribə

deyildi ki, mən bərk narahatlıq içində idim.

Kaliforniya ştatına, bizim firmanın yerləşdiyi Uotsonvill şəhərinə cumdum.

Firmanın prezidentini inandırmağa çalışdım ki, şərait dəyişib və bizi tam müflis

olmaq gözləyir. O, buna inanmaqdan imtina edirdi. O hesab edirdi ki, bizim

uğursuzluqlarımızın günahkarı – məhsulu sata bilməyən Nyu-York kontorudur.

Onu çiyələyin bankalara qablaşdırılmasının dayandırılmasına və bizim

ehtiyatımızın hamısını San-Fransiskoda təzə giləmeyvə bazarında satmağa

inandırmaq üçün mən bir neçə gün sərf etdim. Bu, problemimizi, demək olar,

bütünlüklə həll elədi. Mən narahat olmağıma gərək dərhal son qoyaydım, lakin

bu artıq özümdən asılı deyildi. Narahat olmaq – bu, vərdişdir və buna artıq adət

etmişdim.

Nyu-Yorka qayıdandan sonra istənilən səbəbə görə narahat olmağa başla-

dım: İtaliyadan aldığımız albalılara görə, Havay adalarında alınan ananaslara

görə və s. Büsbütün gərginləşmişdim, əsəbi olmuşdum, yata bilmirdim. Artıq

dediyim kimi, məni əsəb pozuntusu hədələyirdi.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə