Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə169/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   165   166   167   168   169   170   171   172   ...   208

K.T.Keller utanardı. O, sadəcə olaraq, yaxşı biznesmendir. Amma o, həyatda

Epiktetin Romada on doqquz əsr əvvəl yaratdığı fəlsəfəni tətbiq edir.

“Xoşbəxtliyə çatmaq üçün yalnız bir yol mövcuddur, – deyə Epiktet romalıları

öyrədirdi, – bunun üçün bizim iradəmizə tabe olmayan şeylər barədə narahat

olmağa son qoymaq lazımdır”.

“İlahə Sara” adlandırılan Sara Bernar qaçılmaz olanla barışmaqla bağlı

heyrətamiz qabiliyyətə malik idi. O, yarım əsr ərzində dünyanın ən yaxşı

səhnələrində parlayırdı. Dörd kontinentdə onu teatrın kraliçası hesab edirdilər.

O, yer üzündə ən sevimli aktrisa idi, sonra isə onun yetmiş bir yaşı olanda və o,

pullarının hamısını itirəndə həkimi, Parisdən olan professor Potssi dedi ki,

ayağını amputasiya etmək zəruridir. Sara bir dəfə Atlantik okeanı ilə gəmidə

səyahət edərkən fırtına zamanı göyərtədə yıxılmışdı və ayağını möhkəm

zədələmişdi. Nəticədə flebit inkişaf etdi. Ayaq şişməyə başladı. Ağrı o qədər

dözülməz həddə çatırdı ki, həkim ayağın amputasiyasını təkid eləmək

məcburiyyətində qaldı. O, tez özündən çıxan, ekspansiv “ilahə Saraya” nə etmək

lazım olduğunu deməkdən qorxurdu. Əmin idi ki, bu qorxunc xəbər isteriya

partlayışını doğuracaq. Amma o səhv edirdi. Sara bir dəqiqəyə qədər ona baxdı,

sonra isə sakit səslə dedi: “Əgər belə lazımdırsa, deməli, belə lazımdır”. Bu, tale

idi.

Saranı kreslo-arabada əməliyyat otağına aparanda oğlu onun yanında idi və



ağlayırdı. O, şən-şən əlini oğluna tərəf yellətdi və qıvraq səslə dedi: “Heç yerə

getmə. Mən tez qayıdacağam”.

Əməliyyat otağına gedən Sara yolda bir vaxtlar oynadığı pyesdən səhnəni

deklamasiya etdi. Kim isə ondan bunu özünü ruhlandırmaq üçünmü etdiyini

soruşdu. Sara cavab verdi: “Yox, mən həkimləri və tibb bacılarını ruhlandırmaq

istəyirdim. Bilirdim ki, bu, onlar üçün böyük gərginlikdir”.

Əməliyyatdan sonra səhhəti qaydasına düşəndə Sara Bernar dünya

turnesinə yollandı və öz ifası ilə publikanı hələ yeddi il də məftun elədi.

“Qaçılmaz olanla hesablaşmayanda biz, – deyə Elsi MakKormik “Riders

Daycest” jurnalında dərc olunmuş məqaləsində yazırdı, – öz həyatımızı

zənginləşdirməyə imkan verən enerjini itiririk”.

Yer üzərində yaşayan insanlardan heç kim qaçılmaz olanla mübarizə

aparmaq və eyni zamanda da yeni həyat yaratmaq üçün kifayət edəcək qədər

emosionallığa və enerjiyə malik deyil. Bunu və ya o birisini seçmək zəruridir. Siz

həyatın üzərinizə aşırtdığı qaçılmaz qarlı qasırğanın təzyiqi altında ya

əyilməlisiniz, ya da onlara müqavimət göstərərək sınmalısınız!

Mən bunu Missuridəki fermamda müşahidə etmişəm. İyirmiyə qədər ağac

əkmişdim. Əvvəl onlar heyrətamiz surətdə boy atırdı. Sonra isə qarlı qasırğa

zamanı hər bir budaq qalın buz qatı ilə örtüldü. Ağırlığın altında aramla əyilmək

əvəzinə, həmin ağaclar məğrur-məğrur müqavimət göstərirdi və əvvəl-axır ağır

yükə tab gətirməyərək qırıldılar. Nəticədə onları məhv etmək lazım gəldi. Bu

ağaclar şimal meşələrinin müdrikliyinə yiyələnməmişdi. Mən Kanadanın

həmişəyaşıl meşələrində yüz millərlə məsafəni səyahət etmişəm, amma sulu

qarın və ya buzun ağırlığından qırılan bir dənə də olsun küknar və ya şam ağacı

görməmişəm. Bu həmişəyaşıl meşələr necə əyilmək, öz budaqlarını necə

sallatmaq – qaçılmaz olanla necə barışmaq lazım olduğunu bilir.

downloaded from KitabYurdu.org



Ciu-citsu ustaları öz şagirdlərinə “palıd ağacı kimi müqavimət göstərməyi

deyil, söyüd ağacı kimi əyilməyi” öyrədirlər.

Necə düşünürsünüz, niyə avtomobil şinləri belə çox zərbəyə tab gətirir və

dağılmır? Amma əvvəl elə şinlər buraxılırdı ki, onlar yolun zərbələrinə

müqavimət göstərmirdi. Onlar tezliklə parça-parça olub dağılırdı. Sonra elə şinlər

buraxmağa başladılar ki, onlar yolun zərbələrini yumşaldırdı. Bu cür şin yolun

zərbələrinə “tab gətirə” bilərdi. Əgər biz sizinlə həyatın qayalı yolunda zərbələri

və təkanları yumşaltmağı öyrənə bilsək, bu dünyada daha çox və sakit ömür

sürərik.

Əgər biz həyatın zərbələrini yumşaltmaq əvəzinə, onlara müqavimət

göstərəriksə, sizinlə və mənimlə nə baş verəcək? Əgər biz “söyüd ağacı kimi

əyilməkdən” imtina edib və inadkarcasına “palıd ağacı kimi müqavimət

göstərəriksə”, nə baş verəcək? Cavab çox sadədir. Biz çoxlu daxili konflikt

yaratmış olacağıq. Biz narahatlıq, gərginlik içərisində olacağıq və əsəblərimiz

pozulmağa başlayacaq.

Əgər biz bir az da uzağa getsək və təxəyyülümüzdə yaratdığımız uydurma

dünyaya qərq olaraq özümüzü əhatə edən amansız gerçəkliyi inkar etsək, onda

dəli olacağıq.

Müharibə dövründə milyonlarla əsgər ya qaçılmaz olanla barışmalı, ya da

əsəb pozuntularına tutulmalı idi. Mən bunu Uilyam H.Kasseliusun nümunəsində

aydın etdim. Onun Nyu-Yorkda kurslarımın məşğələlərindən birində danışdığı

əhvalat mükafata layiq görülmüşdü. Budur onun nəql etdiyi hadisə:

“Sahil mühafizə xidmətinə daxil olandan bir qədər sonra məni Atlantik

okeanı sahilində ən təhlükəli yerlərdən birinə göndərdilər. Məni partlayıcı

maddələr üzrə müfəttiş təyin etdilər. Təsəvvür edə bilərsinizmi?! Məhz məni!

Şirniyyat məmulatlarının satışı üzrə müfəttiş də olur... Minlərlə ton trotilin

üstündə dayanmaq lazım gələcəyi fikri təkcə kifayət idi ki, şirniyyat məmulatları

satıcısının damarlarında qan donsun. Öyrənmək üçün mənə yalnız ikicə gün

verdilər; və öyrəndiyim məni dəhşətə saldı. Birinci tapşırığımı heç vaxt yaddan

çıxarmayacağam. Qaranlıq, soyuq, dumanlı bir gündə mənə Nyu-Cersi ştatına,

Beyonnda Keyven-Poynt açıq pirsinə yollanmaq əmr olundu.

Mənə gəmidəki 5 №-li tryum tapşırılmışdı. Həmin tryumda beş liman

fəhləsiylə işləməli idim. Onların belləri möhkəm idi, amma partlayıcı maddələr

haqda heç nə bilmirdilər. Onlar hərəsində bir ton – bu köhnə gəmini partladıb

dağıtmaq və bizim hamımızı əcdadlarımızın yanına göndərmək üçün kifayət

edəcək qədər trotil olan fövqəlgüclü fuqas mərmilərini yükləyirdilər. Mərmilər

iki trosun köməyi ilə endirilirdi. Mən özlüyümdə elə hey təkrar edirdim: “Birdən

troslardan biri sürüşsə və ya qırılsa?” Aman Tanrı! Necə də qorxmuşdum! Məni

titrətmə tutdu. Ağzım qupquru qurudu. Dizlərim bükülürdü. Ürəyim az qala

sinəmdən çıxacaqdı. Amma heç yerə qaça bilməzdim. Bu, fərarilik olardı. Rüsvay

olardım və mənim valideynlərim də rüsvay olardılar. Ola bilsin, məni fərari kimi

güllələyərdilər. Mən qalmaq məcburiyyətində idim. Fəhlələrin bu mərmilərlə

necə saymazyana davrandıqlarına baxmaqda davam edirdim. Gəmi hər an

partlaya bilərdi. Bütün bədənimə üşütmə salan bu dəhşət artıq bir saat idi davam

edirdi. Nəhayət, köməyimə sağlam düşüncəni çağırdım. Özümü o ki var tənbeh

elədim və özümə dedim: “Tutaq ki, səni partladacaqlar? Hə, nə olsun? Fərqi

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə