Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə171/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   167   168   169   170   171   172   173   174   ...   208

Bu, həyatımın ciddi məqamında – arzularım, gələcəklə bağlı planlarım və

uzun illərin zəhməti kart evi kimi uçub dağılan vaxt baş vermişdi. Məsələ belə

olmuşdu. Yaşım otuzdan bir qədər çox olanda həyatımı romanların

yaradılmasına həsr etmək qərarına gəldim. Mən ikinci Frenk Norris və ya Cek

London, və ya Tomas Qardi olmağa hazırlaşırdım. Yazıçı olmaqla bağlı qərarım o

qədər ciddi idi ki, iki il Avropada yaşadım. Orada mən dollarla ucuz yaşaya

bilərdim. Çünki Birinci Dünya müharibəsindən sonra Avropada daim pul

islahatları keçirilir və qarşısıalınmaz şəkildə pul çap olunurdu. Həyatımın əsas

əsəri üzərində işləyə-işləyə orada iki il vaxt keçirdim. Onu “Qarlı qasırğa”

adlandırdım. Əsərin adı yerinə düşürdü, çünki naşirlər yaratdığımı elə bir buz

soyuqluğu ilə qəbul etdilər ki, bunu yalnız Dakota düzənliklərini cənginə alan

qarlı qasırğa meydana çıxara bilərdi. Ədəbi agentim əsərimin heç nəyə

yaramadığını və məndə yazıçı vergisinin olmadığını mənə deyəndə az qala

ürəyim dayanmışdı. Elə bir vəziyyətdə idim ki, sanki o, başıma dəyənəklə vur-

muşdu. Keyimişdim. Lakin başa düşdüm ki, həyat yollarının kəsişməsinə gəlib

çıxmışam və fövqəladə dərəcədə vacib qərar qəbul etməliyəm. Bəs nə etmə-

liyəm? Hansı yolu seçməliyəm? Keyimiş vəziyyətdən çıxana qədər həftələr keçdi.

Həmin dövdə şəxsi narahatlığa “məhdudedici” qoymağın mümkün olduğu barədə

heç bir anlayışım da yox idi. Amma geriyə boylanaraq başa düşürəm ki, o vaxt

mən məhz elə bunu etmişdim. Mən həmin romanı yazmaq üçün son qüvvəmi də

qoyduğum iki ilin üzərindən xətt çəkdim və bunu tamamilə düzgün olaraq nəcib

eksperiment kimi qiymətləndirdim, ardınca da öz həyatımı dəyişməyi qərara

aldım. Mən yenə də yaşlılar üçün kurslarda müəllimlik etməyə, boş vaxtlarımda

isə görkəmli adamların bioqrafiyasını və maarifləndirici xarakterli, indi əlinizdə

tutduğunuza bənzər kitablar yazmağa başladım.

Bu qərarı qəbul etməyimlə qəlbimdə sevinc duyurammı? Qəlbimdə sevinc?

İndi mən bu haqda fikirləşəndə hər dəfə sevincimdən küçədə rəqs etmək

istəyirəm. Düzünü deyə bilərəm ki, ikinci Tomas Qardo olmadığıma görə, lap elə

həmin vaxtdan bu yana nəinki bir gün, bircə saat belə olsa peşman olmamışam.

Yüz il bundan əvvəl günlərin birində gecənin bir aləmində Uolden gölünün

sahilindəki meşədə bayquş vahiməli-vahiməli ulayanda Henri Toro qaz lələyini

əldəqayırma mürəkkəbə batırdı və gündəliyində yazdı: “Şeyin qiyməti – bu,

mənim ömür adlandırdığımın elə bir miqdarıdır ki, onu həmin şeyə bir dəfəyə və

ya uzun müddət ərzində dəyişmək tələb olunur”.

Başqa sözlə, biz – hansısa bir şey üçün onun ömrümüzə başa gələn

bahasından çox haqq ödəyəndə axmaqlıq edirik.

Amma Hilbert və Sallivan məhz elə bu cür hərəkət edirdilər. Onlar şən şeirlər

və mahnılar yaza bilirdilər. Lakin onların öz həyatlarına şənlik gətirmək

qabiliyyətləri tamamilə yox idi. Onlar bütün dünyanı valeh edən gözəl

operettalar yaratmışdılar: “Səbir”, “Uşaq önlüyü”, “Mikado”. Amma onlar öz

xarakterlərini idarə edə bilmirdilər. Onlar öz həyatlarını boş şeylərə görə,

məsələn, xalçanın qiymətiylə bağlı zəhərləyirdilər! Sallivan teatr üçün xalça

sifariş etmişdi və onlar onu almışdılar. Hilbert xalçanın qiymətini görəndə

əsəbdən özündən çıxmışdı. Onlar bir-birini məhkəməyə verdilər və bundan

sonra ömürlərində bir dəfə də olsun bir-biriləriylə kəlmə kəsmədilər. Sallivan

onların birgə əsəri üçün musiqini bəstələyəndə o, bunu Hilbertə poçtla

downloaded from KitabYurdu.org



göndərirdi, Hilbert isə musiqinin sözlərini yazaraq bağlamanı poçtla Sallivana

göndərirdi. Bir dəfə onların ikisini də teatrda “bis”ə dəvət etmişdilər. Onlar

səhnənin əks tərəflərində dayanmışdılar və bir-birilərini görməmək üçün

müxtəlif tərəflərə baxa-baxa tamaşaçılara baş əyirdilər. Öz incikliklərinin üzərinə

Linkoln kimi “məhdudedici” qoymağa onların sağlam düşüncələri çatmırdı.

Vətəndaş müharibəsi dövründə bir dəfə Linkolnun dostları onun ən qatı

düşmənlərini rüsvayçılıq ittihamı ilə damğalayanda o demişdi: “Sizdə mənim

düşmənlərimə şəxsi hiddət məndə olandan çoxdur. Ola bilsin, məndə o çox azdır,

amma mən heç vaxt hesab etməmişəm ki, o özünü doğruldur. İnsanın buna vaxtı

yoxdur ki, ömrünün yarısını umu-küsülərə sərf etsin. Əgər mənim

düşmənlərimdən kim isə mənə qarşı çıxış etməyə son qoyarsa, mən onu

keçmişiylə heç vaxt günahlandırmaram”.

Çox təəssüf olsun ki, Linkolnun hər şeyi keçmək bacarığı mənim qoca Edit

xalama xas deyildi. O və Frenk dayı girov qoyulmuş fermada yaşayırdılar, torpağı

alaq basmışdı, məhsuldar deyildi, sahədə çoxlu kanal var idi. Xalam və dayım çox

əziyyət çəkirdilər, onlar hər bir sentə qənaət etməli olurdular. Amma Edit xala

kasıb evlərini bəzəmək üçün pərdə və digər şeyləri almağı sevirdi. O, bu xırda-

para dəbdəbə əşyalarını Missuri ştatının Meri-Vill şəhərində Den Eversola

məxsus olan parça dükanından alırdı. Borclar Frenk dayını narahat edirdi. O bir

fermer olaraq artmaqda olan borc hesablarından bərk qorxurdu və dayım Den

Eversoldan gizli şəkildə xahiş elədi ki, həyat yoldaşına borca heç nə satmasın.

Bunu biləndə Edit xala özündən çıxdı. Və o, hadisə baş verəndən, demək olar, əlli

il sonra da bu səbəbdən özündən çıxmaqda davam edirdi. Onun bu hadisəni necə

danışdığını mən bir deyil, dəfələrlə eşitmişdim. Onu axırıncı dəfə görəndə onun

artıq səksənə yaxın yaşı var idi. Ona dedim: “Edit xala, Frenk dayı sizi alçaltmaqla

düzgün iş görməmişdi, amma sizə belə gəlmirmi ki, bu baş verəndən, demək olar,

əlli il sonra onun hərəkətindən şikayətlənmək pisdir”. (Lakin sözlərim ona təsir

etmədi. Eyni müvəffəqiyyətlə mən Aya da müraciət edə bilərdim.)

Əsəbiliyi və kinliliyi Edit xalaya baha başa gəldi. O, ruhi sakitliyini itirmişdi.

Bencamin Franklinin yeddi yaşı olanda o, yetmiş il yadında saxladığı səhvə

yol vermişdi. O, yeddi yaşlı uşaq olanda fışqırığının olması üçün ürəyi gedirdi. O,

oyuncaq mağazasına elə bir coşqun vəziyyətdə girir ki, fışqırığın heç qiymətini də

soruşmadan dəmir-dümür pullarının hamısını piştaxtanın üstünə tökür. “Sonra

mən evə getdim, – deyə o, üstündən yetmiş il keçəndən sonra dostuna yazırdı, –

və fışqırığımla hədsiz dərəcədə lovğalana-lovğalana bütün evi fit səsinə

bürüdüm”. Amma böyük qardaşları və bacıları onun fışqırıq üçün qiymətindən

qat-qat çox ödədiyini biləndə balacanı amansızcasına ələ salmağa başladılar.

“Hirsimdən ağlayırdım”, – deyə Franklin xatırlayır.

Üstündən çox-çox illər keçəndən, Franklin məşhur şəxs və ABŞ-ın Fransada

səfiri olandan sonra o, fışqırıq üçün artıq pul verdiyini hələ də yadında saxlayırdı

və bu əhvalat ona “fışqırığın verdiyi ləzzətdən çox kədər gətirirdi”.

Lakin əvvəl-axır bu, elə də baha başa gəlməyən hadisə onun həyatında

faydalı dərs oldu. “Mən yaşa dolanda, – o danışırdı, – cəmiyyət arasında olanda və

insanların hərəkətlərini müşahidə edəndə öz fışqırıqları üçün həddən böyük

qiymət ödəmiş olan çoxlarına, lap çoxlarına rast gəlirdim. Qısaca deyilərsə, bu

qənaətə gəldim ki, bəşəriyyətin bədbəxtliklərinin əksəriyyəti bu və ya digər

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə