Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə179/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   175   176   177   178   179   180   181   182   ...   208

Sizi və məni kimsə nə alçalda, nə də bezdirə bilər, əgər bircə özümüz buna

yol verməriksə. Taxta və daşlar mənim sümüklərimi sındıra bilər. Amma sözlər

məni heç vaxt yaralaya bilməz. Bəşəriyyət əsrlər ərzində İsa Məsih kimi öz

düşmənlərinə kin saxlamayan adamların qarşısında səcdə edib. Mən Kanadadakı

Casperovski Milli Parkına tez-tez gedir və burada alman əsgərləri onu

güllələyəndə ölümü müqəddəsliklə qarşılayan ingilis tibb bacısı, Edit Keyvellin

şərəfinə adlandırılmış, qərb dünyasında ən mənzərəli dağlardan həzz alırdım. Bu

hadisə 1915-ci il oktyabrın 12-də baş vermişdi. Onun cinayəti nədən ibarət idi?

O, Belçikada yaşayırdı və yaralı fransız və ingilis əsgərlərini öz evində gizlədir,

yedirdir və müalicə edir, sonra isə onları Hollandiyaya yola salırdı. Həmin

oktyabr səhərində ingilis keşişi onu ölümə hazırlamaq üçün Brüsseldəki hərbi

həbsxanada kamerasına gələndə Edit Keyvell iki cümlə dedi ki, onlar bürünc və

qranit üzərində həkk olunaraq əbədiləşdirilib: “Mən başa düşürəm ki, patriotizm

– hələ hər şey demək deyil. Məndə kimsəyə qarşı nə nifrət, nə də kin olmalıdır”.

Dörd ildən sonra onun nəşi İngiltərəyə gətirildi və Vestminster abbatlığında

memorial mərasim keçirildi. Hazırda qranit heykəl Londonda Milli Portret

Qalereyasının qarşısında durur – İngiltərənin ölməz qadın qəhrəmanlarından

birinin heykəli.

“Mən başa düşürəm ki, patriotizm – hələ hər şey deyildir. Məndə kimsəyə

qarşı nə nifrət, nə də kin olmalıdır”.

Öz düşmənlərini bağışlamağı və unutmağı, yəqin ki, öyrənmək olar; bunun

üçün hansı isə bir vacib ali işə aludə olmaq lazımdır. Onda həyatda rast

gəldiyimiz təhqirlər və düşmənçilik heç bir əhəmiyyət kəsb etməyəcək, çünki

bizim yadımızda yalnız öz işimiz olacaqdır.

Epiktetin nəzərinə on doqquz əsr əvvəl çarpmışdı ki, biz, adətən, nə əkiriksə,

onun məhsulunu yığırıq və tale nə üçünsə bizi həmişə öz bədxah işlərimizin

bahasını ödəməyə məcbur edir. “Son nəticədə, – demişdi Epiktet, – hər bir adam

öz cinayətlərinin bahasını ödəyəcəkdir. Bunu yadda saxlayan adam heç kimə

hirslənməyəcək, heç kimdən narazı olmayacaq, heç kimi danlamayacaq, heç kimə

nifrət etməyəcək”.

Amerikanın tarixində heç bir dövlət xadimi, çox güman, Linkoln qədər

təhqirlərə, nifrətə və yalana məruz qalmamışdı. Amma Linkoln, Qrendonun

klassik bioqrafiyasına görə, “heç vaxt adamlar haqqında özünün onlardan

xoşunun gəlib-gəlmədiyi əsasında mühakimə yürütməzdi. Əgər hansısa bir

tədbiri həyata keçirmək lazım gələrdisə, o, bunu hətta öz düşməninə də, əgər

həmin adam bu iş üçün yararlı idisə, tapşıra bilərdi. Əgər kimsə ona böhtan atır

və ya onunla kobudluqla rəftar edirdisə, bununla belə, nəzərdə tutulan vəzifə

üçün ən yaxşı namizəd idisə, onda Linkoln onu tərəddüdsüz təyin edirdi, sanki

həmin adam onun dostu idi... Mən düşünmürəm ki, o, nə vaxtsa adamı özünün

düşməni olduğuna və ya ondan xoşu gəlmədiyinə görə vəzifəsindən çıxarmış

olsun”.

Linkoln hərdən ittihamlara və təhqirlərə öz hökumətində yüksək postlar



tutan adamlar: Makklennan, Syuard, Stenton və Çeys tərəfindən məruz qalırdı.

Amma Qrendonun, vəkilin sözlərinə görə, Linkoln hesab edirdi ki, adamın nəyisə

etdiyinə və ya etmədiyinə görə heç bircə nəfəri də tərifləmək, yaxud tənbeh

etmək lazım deyil, çünki “hamımız bizi əhatə edən mühitin şərtlərinin, şəraitinin,

downloaded from KitabYurdu.org



təhsilin, mənimsənilmiş vərdişlərin və irsən gələn cizgilərin təsirinə bu və ya

digər dərəcədə məruz qalırıq. Məhz bu faktorlar insanı formalaşdırır və onu necə

varsa, o cür və həmişəlik qalacağı kimi edir”.

Ola bilsin ki, Linkoln haqlı idi. Əgər öz düşmənlərimizə irsən keçən səciyyəvi

fiziki, psixiki və emosional cəhətləri biz də miras almış olsaydıq və əgər həyat

bizimlə də onlarla olduğu kimi rəftar etmiş olsaydı, biz də onlar etdiyi kimi

hərəkət edərdik. Biz, çox güman, özümüzü başqa cür apara bilməzdik. Klarens

Darrou dəfələrlə dediyi kimi: “Hər şeyi bilmək – hər şeyi başa düşmək deməkdir

və bu nə ittihamlar, nə də mühakimə üçün yer qoyur. Buna görə də öz

düşmənlərimizə nifrət etmək əvəzinə, gəlin onlara yazığımız gəlsin və Tanrıya

buna görə şükür edək ki, həyat bizi onlar kimi etməyib. Öz düşmənlərimizi

mühakimə etmək və onlardan qisas almaq əvəzinə, onlara anlaqlı yanaşaq,

hallarına acıyaq, kömək etməyə və hər şeyi keçməyə hazır olduğumuzu büruzə

verək və onlar üçün dua edək”.

Beləliklə, sizə ruhi sakitlik və xoşbəxtlik gətirən əqli əhvali-ruhiyyəni

özünüzdə formalaşdırmaq üçün ikinci qaydanı yadda saxlayın:

Öz düşmənlərinizlə haqq-hesab çəkməyə heç vaxt çalışmayın, çünki bununla

özünüzə onlara olduğundan qat-qat çox ziyan vurmuş olacaqsınız. Gəlin general

Eyzenhauer kimi hərəkət edək: xoşunuza gəlməyən adamlar haqqında heç vaxt

bir dəqiqə belə fikirləşməyin.

On dördüncü fəsil

Bunu edərsinizsə, naşükürlüyə görə

heç vaxt həyəcanlanmayacaqsınız

Bu yaxınlarda mən Texasda narazılıqdan özündən çıxmış bir adamla tanış

oldum. Məni xəbərdar etmişdilər ki, onunla görüşəndən on beş dəqiqə sonra o,

mənə öz qəzəbinin səbəbləri haqqında mütləq danışacaq. Elə belə də oldu.

Onun narazılıq etdiyi hadisə on bir ay əvvəl baş vermişdi, amma o,

qəzəbindən hələ də özünə yer tapa bilmirdi. O, başqa heç nə barədə danışa

bilmirdi. Bu adam öz otuz dörd əməkdaşına on min dollar məbləğində yeni il

mükafatı vermişdi – onlardan hər biri təqribən üç yüz dollar almışdı. Və biri də

ona təşəkkür etməmişdi. “Mən indi çox təəssüflənirəm ki, – o, acı-acı gileylənirdi,

– onlara heç olmasa bir sent vermişəm!”

“Hirsli adam, – deyir Konfutsi, – həmişə zəhərlə doludur”. Bu adamın içi

zəhərlə o qədər dolu idi ki, ona ürəkdən yazığım gəldi. Onun altmışa yaxın yaşı

var idi. Bizim vaxtımızda sığorta kompaniyaları hər birimizin ömrünün axırına

təqribən nə qədər qaldığını hesablayıblar. Onların hesablamalarına görə, biz

indiki yaşımız və səksən yaş arasındakı fərqin üçdə ikisindən bir qədər çox

yaşayacağıq. Beləliklə, bu adamın bəxti gətirərsə, təqribən on dörd və ya on beş il

ömrü qalıb. Amma o, ömrünün axırına qalan bu azsaylı illərin, demək olar, birini

geri qaytarılması qeyri-mümkün olan hadisə ilə bağlı incikliyə və narazılığa sərf

edib. Mənim ona yazığım gəldi.

Narazılıq etmək və özünə yazığı gəlməkdən həzz almaq yerinə, o, hərəkətinin

nə üçün layiqli qiymət almadığını özündən soruşa bilərdi. Bəlkə o, öz

əməkdaşlarının əməkhaqqısını kəsir və onları iş vaxtından çox işləməyə məcbur

edirdi? Mümkündür ki, onlar Yeni il mükafatını hədiyyə kimi qəbul etməyib, onu

qazandıqları əməkhaqqı hesab ediblər. O bəlkə həddən artıq sərt və təkəbbürlü

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə