Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə187/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   183   184   185   186   187   188   189   190   ...   208

davam edir. Amma limon ağıllı adama çatanda o deyir: “Mən bu xoşagəlməz

haldan hansı dərsi ala bilərəm? Bu limonu mən limonada necə çevirim?”

Bütün həyatını insanın və onun həyat qüvvəsinin gizli ehtiyatlarının

öyrənilməsinə həsr etmiş məşhur psixoloq Alfred Adler bildirir ki, “insanın ən

heyrətamiz keyfiyyətlərindən biri onun mənfiləri müsbətə çevirə bilmək

qabiliyyətidir”.

Mən sizə məhz bu cür hərəkət etmiş bir tanış xanımın maraqlı və

ruhlandırıcı əhvalatını danışacağam. Onun adı Telma Tompsondur. “Müharibə

dövründə, – deyə o, mənə danışırdı, – ərimi Nyu-Meksiko ştatında Mohave

səhrasındakı hərbi təlim düşərgəsinə xidmətə təyin etmişdilər. Ondan

ayrılmamaq üçün onunla birlikdə getdim. Mən bu yerə nifrət elədim. Burada hər

şey məndə ikrah hissi doğururdu. Mən həyatımda heç vaxt bu qədər bədbəxt

olmamışdım. Ərimi Mohave səhrasında keçirilən hərbi təlimlərə göndərdilər və

mən xırdaca evdə tamamilə tək qaldım. İstilər dözülməz idi – kaktusun

kölgəsində Farengeyt üzrə 125 dərəcə. Yaxınlıqda söhbət edəcəyim bir kimsə yox

idi. Ətrafdakılar yalnız ingiliscə danışa bilməyən meksikalılar və hindular idi.

Külək aramsız əsirdi və yediyim xörəklərin hamısı və elə nəfəs aldığım havanın

özü də dolu idi qumla, qumla, qumla!

Mən o qədər bədbəxt idim, özümə o qədər yazığım gəlirdi ki, valideynlərimə

yazdım. Yazdım ki, artıq taqətim qalmayıb və mən evə qayıdıram. Yazdım ki,

bütün bunlara artıq bir dəqiqə də tab gətirə bilmirəm. Həbsxanaya düşmək

bundan yaxşıdır! Atam mənə cəmi iki sətirdən ibarət olan cavab məktubu

göndərdi. Həmin iki sətir mənim yaddaşımda həkk oldu. Onlar mənim həyatımı

tamamilə dəyişdi:

“Həbsxana barmaqlığından iki nəfər baxır.

Biri palçığı, o biri ulduzları görür”.

Bu sətirləri yenə və yenə oxuyurdum. Və öz hərəkətimə görə xəcalət çəkdim.

Mən öz vəziyyətimdə müsbət nə isə tapmağı qərara aldım. Mən ulduzları

görməyi qət elədim!

Tezliklə yerli sakinlərlə dostlaşdım və onların mənə münasibəti məni

nisbətən sakitləşdirdi. Mən onların toxunma və keramik məmulatlarına maraq

göstərəndə onlar turistlərə satmaqdan belə imtina etdikləri ən yaxşı məmu-

latlarını mənə bağışladılar. Mən möcüzəvi formalı kaktusları tanıdım: yukki və

ağacgövdəli yukki. Çəmənlik itləri haqda özüm üçün çoxlu təzə şey öyrəndim.

Səhrada günəşin qürub etməsinə tamaşa edir və milyon illərdir burada düşüb

qalmış dəniz balıqqulaqlarını axtarırdım.

Məndə bu heyrətamiz dəyişiklikləri meydana çıxaran nə idi? Mohave səhrası

dəyişməmişdi. Hindular həmin hindular idi. Mən özüm dəyişdim. Öz əqli əhvali-

ruhiyyəmi dəyişdim. Və bu minvalla mən ən işgəncəli həyəcanlarımı öz

həyatımın ən maraqlı macərasına çevirdim. Mən yeni bir dünya kəşf elədim. O,

məni həyəcanlandırır və ruhlandırırdı. Mən elə bir dərəcədə heyran qalmışdım

ki, bu haqda kitab – “Gur işıqlandırılan istehkamlar” adı altında nəşr olunan

roman yazdım. Mən özümün yaratdığım həbsxanadan boylandım və ulduzları

gördüm”.


downloaded from KitabYurdu.org


Telma Tompson, siz özünüz üçün qədim həqiqəti kəşf etmisiniz ki, bunu

yunanlar bizim eramızdan beş yüz il əvvəl öyrədirdilər: “Ən yaxşı şeyləri

düzəltmək hamısından çətindir”.

Harri Emerson Fosdik bunu iyirminci əsrdə yenidən təkrar etdi: “Xoşbəxtlik

əsas etibarilə həzz deyil, əsasən, qələbədir bu”. Bəli, çətinliklərin adlanmasının

nəticəsi kimi, öz limonlarımızı limonada çevirəndə triumfumuz kimi duyulan

qələbə.

Bir dəfə mənə Florida ştatında bir xoşbəxt fermerin evində olmaq nəsib oldu.



O hətta zəhərli limonu da limonada çevirə bilirdi. O, fermanı alanda başlanğıcda

əlacsız hala düşmüşdü. Torpağın heç nəyə yararlı olmadığı aydın oldu. Onda nə

meyvə yetişdirmək, nə də donuz saxlamaq mümkün idi. Sahədə yalnız

çətiryarpaqlı palıd ağacları bitirdi, həm də ora zınqırovlu ilanlarla dolu idi. Lakin

əvvəl-axır ona vəhy gəldi. Mənfiləri müsbətə çevirsə, onda necə? Zınqırovlu

ilanlardan fayda niyə də hasil edilməsin? Hamının heyrətinə rəğmən o, zınqırovlu

ilanların ətinin konservləşdirilməsiylə məşğul olmağa başladı. Bir neçə il əvvəl

mən onun fermasında oldum və öyrəndim ki, çoxlu turist bu, zınqırovlu ilan fer-

masını görməyə can atır. Bura hər il iyirmi min turist gəlirdi. Onun işi çi-

çəklənirdi. İlanların dişindən alınan zəhər laboratoriyalara göndərilir və

antitoksik immun zərdabının hazırlanmasında istifadə olunurdu. İlan dərisi

əfsanəvi məbləğdə pula satılırdı. Onlardan qadın tuflisi və çantaları

hazırlayırdılar. Mən zınqırovlu ilanın konservləşdirilmiş ətinin bütün dünya üzrə

müştərilərə göndərildiyini gördüm. Üzərində fermanın mənzərəsi olan açıqca

aldım və onu kəndin poçt şöbəsindən göndərdim; yeri gəlmişkən, kəndin adı

dəyişdirilib, zəhərli limonu şirin limonada çevirmiş adamın şərəfinə “Zınqırovlu

ilan” qoyulmuşdu.

Bütün Amerikanı eninə-uzununa gəzdiyimdən mənə “mənfini müsbətə

çevirməkdə öz qabiliyyətlərini” göstərən onlarla kişi və qadınla görüşmək

xoşbəxtliyi nəsib olub.

“Tanrılara qarşı on iki” kitabının müəllifi, mərhum Uilyam Bolito bunu

aşağıdakı şəkildə ifadə etmişdir:

“Həyatda ən vacib olanı öz uğurlarını maksimal istifadə etməkdən ibarət

deyil. Bunu hər bir axmaq bacarardı. Həqiqətən vacib olanı itkilərdən fayda hasil

etməyi bacarmaqdır. Bu, ağıl tələb edir; ağıllı adam və axmaq arasında fərq də elə

bundan ibarətdir”.

Bolito bu sözləri dəmiryol qəzasında ayağını itirəndən sonra demişdi. Amma

mən bir nəfər tanıyıram ki, o, hər iki ayağını itirib və bu itkini bəs deyincə

kompensasiya edə bilib. Onun adı Ben Fortsondur. Mən onunla Corciya ştatının

Atlanta şəhərində liftdə tanış olmuşam.

Mən liftə qədəm qoyanda diqqətimi hər iki ayağı olmayan şən-şən

gülümsəyən adam cəlb etdi. O, kreslo-arabacıqda liftin küncündə oturmuşdu. Lift

onun mərtəbəsində dayananda o, nəzakətlə xahiş etdi ki, liftdən diyirlənib

çıxmasına yol vermək üçün liftin o biri küncünə çəkilim. “Sizi narahat etdiyimə

görə, – dedi o, – mən elə pərişanam ki” və bunu deyəndə onun sifətini qəlb

qızdıran nurlu təbəssüm işıqlandırdı.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə