Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə184/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   180   181   182   183   184   185   186   187   ...   208

O, öz fəaliyyətini Minnesota ştatının kiçik Tuin-Velli kəndində müəllimlik

etməklə başladı və Cənubi-Dakota ştatının Sui-Fols şəhərində Avqustin

Kollecində jurnalistika və ədəbiyyat professoru adını qazandı. Borhild Dal orada

on üç il ərzində dərs deyib. Bundan başqa, o, qadın klublarında mühazirələr

oxuyur və ədəbi əsərlərin tənqidinə həsr olunan radio verilişlərində çıxış edirdi.

“Qəlbimin dərinliklərində, –yazır o, – mən tam kor olmaqdan həmişə qorxurdum.

Bu qorxunu adlamaq üçün özümü sərbəst aparmağa, əhvali-ruhiyyəmin şən

olmasına çalışırdım”.

1943-cü ildə, onun əlli iki yaşı olanda möcüzə baş verdi: məşhur Meyo

klinikasında cərrahi əməliyyat... İndi o, əvvəllər olduğundan qırx dəfə yaxşı

görməyə başlamışdı.

Onun qarşısında yeni və heyrətamiz dərəcədə gözəl dünya açılmışdı. İndi

hətta mətbəxdə qab-qaşıq yumaq da onun üçün çox maraqlı və cəlbedici idi.

“Mən qabları yumaq üçün kasadakı ağ sabun köpükləriylə oynayıram, – yazır o. –

Əllərimi bu köpüyə batırıram və bir ovuc sabun köpüyünü tuturam. Onları gur

işıqda nəzərdən keçirirəm və hər birində xırda göy qurşağının ləpələnən

rənglərini görürəm”.

O, mətbəx qab-qaşıq yuyanının üstündəki pəncərəyə baxanda “qara-boz

qanadlarını çırpan sərçələri gördü. Möhkəm qar yağmasına baxmayaraq, onlar

sürətlə uçurdular”.

Siz və mən özümüzə görə çox xəcalət çəkməliyik. Həyatımızın günlərinin və

illərinin hamısı gözəlliyin nağıl şahlığında keçir. Amma biz həddən artıq koruq ki,

bunu görmürük və həddən artıq toxuq ki, bundan həzz almırıq.

Əgər siz narahat olmağa son qoymaq və rahat yaşamağa başlamaq istə-

yirsinizsə, dördüncü qaydanı yerinə yetirin:

Öz uğurlarınızın hesabını aparın – uğursuzluqlarınızın yox!

On altıncı fəsil

Özünüzü tapın və özünüz olun:

yadda saxlayın ki, yer üzərində

sizin kimibaşqa bir adam yoxdur

Mən missis Edit Olreddən məktub almışam.

“Mən uşaq olanda yüksək hissiyyat və utancaqlığımla seçilirdim,

– deyə o, məktubunda bildirir. – Mənim çəkim həmişə çox olurdu, yanaqlarım isə

elə idi ki, olduğumdan da şişman görünürdüm. Anam köhnə qəlibdən idi və zənn

edirdi ki, pal-paltar gözəl olmamalıdır. O hesab edirdi ki, bütün bunlar

axmaqlıqdır. O, həmişə deyirdi: “Gen-bol paltar yaxşı geyiləcək, dar geyimlər isə

tez cırılacaq”. O, məni bu prinsipə uyğun olaraq geyindirirdi. Mən heç vaxt qonaq

getmirdim, heç bir əyləncəm yox idi. Məktəbə gedəndə təmiz havada keçirilən

oyunlarda heç vaxt iştirak etmirdim və heç idmanla da məşğul olmurdum. Mən

xəstəlik dərəcəsində utancaq idim. Mənə belə gəlirdi ki, başqalarına oxşamıram

və özümü tamamilə qeyri-cəlbedici hiss edirdim.

Böyüyəndə özümdən bir neçə yaş böyük adama ərə getdim. Amma yenə də

dəyişmədim. Ərim tərəfdən qohumlarım sakit təbiətli və özlərinə inamlı adamlar

idilər. Malik olmalı olduğum keyfiyyətlərin hamısı onlarda var idi. Mən var

qüvvəmlə çalışırdım ki, onlara oxşayım, amma heç nə alınmırdı. Onların məni

daha ünsiyyətcil etməklə bağlı cəhdlərinin hamısı buna gətirirdi ki, getdikcə daha

downloaded from KitabYurdu.org



çox özümə qapanırdım. Əsəbi oldum və hər şey məni özümdən çıxarırdı.

Dostlarımın hamısından qaçırdım. Səhhətim o qədər pisləşmişdi ki, qapının zəngi

çalınanda məni dəhşətdən titrətmə tuturdu. Özümü uğursuz qadın hesab

edirdim. Mən bunu bilirdim və qorxurdum ki, ərim də bunu duyacaq. Buna görə

də biz cəmiyyət arasında olanda özümü şən göstərməyə çalışırdım və çox vaxt bu

oyuna həddən artıq aludə olurdum. Bundan sonra isə özümü bir neçə gün

bədbəxt hiss edirdim. Nəhayət, mən elə bir sıxıntılı vəziyyətə düşdüm ki, bundan

sonra yaşamağı davam etdirməyin mənasız olduğunu zənn eləməyə başladım.

Mən artıq intihar haqqında fikirləşirdim”.

Bu bədbəxt qadının həyatını bəs nə dəyişdi? Təsadüfən deyilmiş bir söz!

“Təsadüfən deyilmiş söz, – deyə missis Olred davam edirdi, – mənim bütün

həyatımı dəyişdi. Bir dəfə qayınanam öz uşaqlarını necə tərbiyə etdiyi haqqında

danışırdı və dedi: “Nə baş verirsə versin, onlardan həmişə tələb edirdim ki, özləri

olsunlar”... Özün olmaq?.. Bu söz məni öz həyatımı yeni nöqteyi-nəzərdən dərk

etməyə məcbur elədi. Birdən mənə vəhy gəldi. Birdən başa düşdüm ki,

dərdlərimin hamısı mənə qətiyyən yaraşmayan rol oynamağa çalışmağımdan

doğur.

Davranışımı dərhal dəyişdim. Özüm olmağa başladım. Öz şəxsiyyətimi



öyrənməyə çalışırdım. Mən özümün nə təcəssüm etdirdiyimi aydınlaşdırmağa

cəhd edirdim. Məziyyətlərimi öyrəndim. Paltarın rənglərini və stilini seçməyi

öyrəndim, mənə yaraşanı geyinməyə başladım. Yeni dostlar tapdım.

Başlanğıcında böyük olmayan bir ictimai təşkilata daxil oldum və mənə məruzə

ilə çıxış etmək tapşırılanda qorxumdan əl-ayağım soyudu. Amma hər yeni

çıxışımla getdikcə daha cəsarətli olurdum. Mənə çoxlu vaxt lazım gəldi – amma

bu gün mən nə vaxtsa arzularımda təsəvvür etdiyimdən daha xoşbəxtəm. Öz

uşaqlarımı tərbiyə edəndə həmişə onlara bu cür acı təcrübə nəticəsində dərk

etdiyimi öyrədirdim: “Nə baş verirsə versin, həmişə özünüz olun!”

“Bu problem – özün olmaq istəyi – dünyanın özü qədər qocadır, – deyir

doktor Ceyms Qordon Cilki, – və insan həyatı qədər universaldır”. Özün olmağı

istəməmək bir çox nevrozların, psixozların və komplekslərin gizli səbəbi kimi

çıxış edir. Ancelo Patri uşaqların tərbiyəsi haqda on üç kitab və minlərlə qəzet

məqaləsi yazıb. O deyir: “Ən çox bədbəxt o adamdır ki, öz fiziki və psixiki

quruluşuna görə olmalı olduğu şəxsiyyətdən fərqlənən başqa kim isə və nə isə

olmaq yanğısı ilə yaşayır”.

Bu, başqa kim isə olmaq yanğısı Hollivudda daha çox adət halını alıb.

Hollivudun ən tanınmış rejissorlarından olan Sem Vud danışırdı ki, onun cavan

və şöhrətpərəst aktyorlarla ən böyük çətinlikləri həmin bu problemlə bağlı

meydana çıxırdı: onları özləri olmağa məcbur eləmək. Onların hamısı ikinci növ

Lanna Törner və ya üçüncü növlü Klark Geybl olmaq istəyirdilər. “Onların gur

individuallığı tamaşaçılara artıq məlumdur, – deyə Sem Vud yorulmaq bilmədən

təkrar edir, – və indi tamaşaçı başqa nə isə istəyir”.

“Əlvida, cənab Çips” və “Zəng kimin üçün vurur” kimi filmlərdən sonra Sem

Vud satış üzrə agent kadrları hazırlayaraq uzun illər daşınmaz əmlak ticarəti

sahəsində işlədi. O bildirir ki, eyni prinsiplər həm biznes aləminə, həm də kino

dünyasına tətbiq oluna bilər. “Əgər həmişə meymunluq eləsəniz, siz heç nəyə nail

olmayacaqsınız. Tutuquşu olmaq olmaz. Təcrübə mənə öyrədib ki, – deyir Sem

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə