Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə182/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   178   179   180   181   182   183   184   185   ...   208

B. Yadda saxlayın ki, xoşbəxtlik qazanmağın yeganə üsulu – minnətdarlıq

gözləməmək, xeyirxahlığı öz şəxsi sevincin naminə etməkdir.

C. Yadda saxlayın ki, minnətdarlıq – xasiyyətin elə bir cizgisidir ki, onu

tərbiyə etmək lazımdır. Buna görə də, əgər biz övladlarımızın qədirbilən olmasını

istəyiriksə, bunu onlara öyrətməliyik.

On beşinci fəsil

Malik olduğunuz nəyisə

milyon dollara verərdinizmi?

Harold Ebbottla mən uzun illərdir tanışam. Bir vaxtlar o, müəllimlik etdiyim

kurslarda tədris hissə müdiri olub. Bir dəfə biz Kanzas-Sitidə görüşdük və o,

məni öz avtomobilində Missuri ştatında, Beltondakı fermama gətirdi. Maşınla

getdiyimiz vaxt ondan narahatlığı adlamağa necə müvəffəq olduğunu soruşdum.

Cavabında o, heç vaxt yadımdan çıxarmayacağım bir ruhlandırıcı əhvalat danışdı.

“Mən, adətən, bərk narahat olurdum, – dedi o, – lakin 1934-cü ilin yaz

günündə bir dəfə Uebb-Sitidə Uest-Douerti küçəsi ilə gedirdim və həyəcanlarımı

həmin andaca ləğv edən mənzərə gördüm. Bu, on saniyə ərzində baş verdi.

Amma həmin on saniyə ərzində mən necə yaşamaq lazım olduğu ilə bağlı son on

ildə olduğundan daha çox şey öyrəndim. Mən Uebb-Sitidə iki ildən çox baqqal

dükanının sahibi idim. Mən təkcə yığdığım pulların hamısını itirmədim, həm də

yalnız yeddi il ərzində altından çıxa bildiyim borca düşdüm. Mağazanı bağlamaq

məcburiyyətində qaldım və Kanzas-Sitidə iş axtarmağa yollanmaq üçün bankdan

borc pul almağa getdim. Mən dərdin öldürdüyü adam kimi gedirdim. Həyata

inamımı və mübarizə aparmaq qabiliyyətimi itirmişdim. Birdən mən hər iki ayağı

olmayan bir nəfəri gördüm. O, roliklərin diyircəklərinin bərkidildiyi taxtadan

balaca arabacığın üstündə oturmuşdu. O, arabanı hər əlində tutduğu taxta

parçasının köməyi ilə irəliləyirdi. Mən onu küçəni keçəndən dərhal sonra

görmüşdüm və o, səkinin kənarında bir neçə düyüm qalxmağa çalışırdı ki, yoldan

çıxsın. O, taxta arabacığını yüngülcə əyəndə bizim gözlərimiz qəfildən rastlaşdı.

O, məni sevincli təbəssümlə salamladı. “Sabahınız xeyir, ser. Necə də gözəl

səhərdir, elə deyilmi?” – deyə o, sevinc içində dilləndi. Ona baxa-baxa mən necə

böyük xəzinənin sahibi olduğumu anladım. Mənim iki ayağım var. Mən yeriyə

bilirəm. Xəcalət çəkdim ki, özümə yazığım gəlməyə cürət etmişəm. Özümə dedim,

indi ki bu adam iki ayağı olmaya-olmaya xoşbəxt, şən və özünə inamlı ola bilir,

onda, sözsüz, mən özüm də bu cür ola bilərəm, axı mənim iki ayağım var.

Özümdə qəfildən qüvvə qabarması hiss elədim. Bu vaxta qədər bankdan borca

cəmi yüz dollar xahiş etməyə hazırlaşırdım. İndi isə bankdan iki yüz dollar xahiş

etmək qətiyyətinə gəldim. Bankın əməkdaşlarına demək istəyirdim ki, işə qəbul

olmağa cəhd etmək üçün Kanzas-Sitiyə yollanıram. İndi isə inamla bildirdim ki,

Kanzas-Sitiyə işə qəbul olmaq üçün gedirəm. Zayom aldım və işə qəbul olundum.

Hazırda mənim vanna otağımda güzgüyə hər gün səhər üzümü taraş edəndə

oxuduğum bu sözlər yapışdırılıb:

“Məni dərd öldürmüşdü, çünki mənim ayaqqabım yox idi. Lakin bu yalnız o

vaxta qədər davam etdi ki, ayaqları olmayan adamla qarşılaşdım”.

Bir dəfə mən Eddi Rikkanbakerdən – o və yoldaşları xilas olmağa heç bir

ümidin olmadığı şəraitdə xilasedici bərələrin üstündə Sakit okeanın ucu-bucağı

görünməyən ənginliklərində, dalğaların üç həftə ərzində sürüyüb apardığı

downloaded from KitabYurdu.org



vəziyyətdə hasil etdiyi ən böyük dərsin hansı olduğunu soruşdum. “Ən böyük

dərs, – dedi o, – bundan ibarətdir ki, əgər siz kifayət edəcək miqdarda içməli su

və ərzaqla təmin olunmusunuzsa, şikayət etməməlisiniz”.

“Taym” jurnalında Quadalkanal üzərində döyüşdə yaralanmış serjant

haqqında məqalə dərc olunmuşdu. Mərminin qəlpəsi onun boğazına dəymişdi,

bundan sonra ona yeddi dəfə qan köçürülmüşdü. O, kağız üzərində yazaraq

həkimdən soruşmuşdu: “Mən yaşayacağam?” Həkim cavab vermişdi: “Hə”.

Serjant başqa bir cızma-qara edib soruşur: “Mən danışa biləcəyəm?” Həkimin

cavabı bu dəfə də təsdiqedici olur. Onda yaralı kağıza bunu yazır: “Bəs, lənət

şeytana, mən nəyə görə narahat oluram?”

Siz niyə də lap elə indicə özünüzə sual verməyəsiniz: “Bəs, lənət şeytana,

mən nəyə görə narahat oluram?” Siz, çox güman, başa düşəcəksiniz ki, bunun

üçün səbəb nisbətən mənasız və əhəmiyyətsizdir.

Bizim həyati işlərimizin doxsan faizə qədəri yaxşı və düzgün, yalnız on faizə

qədəri pisdir. Əgər biz xoşbəxt olmaq istəyiriksə, bunun üçün öz diqqətimizi

yalnız yaxşının üzərində cəmləməli və pis barədə fikirləşməməliyik. Biz əgər

narahat olmaq, kədərlənmək və mədə xorasına tutulmaq istəyiriksə, onda

fikirlərimizi on faiz xoşagəlməzin üzərində cəmləməli və doxsan faiz işıqlı və

sevincliyə saymazyana yanaşmalıyıq.

“Qulliverin səyahətləri”nin müəllifi Conatan Svift ingilis ədəbiyyatında ən

ümidsiz bədbinlərdən biri idi. O, dünyaya gəldiyinə o qədər peşman idi ki, hər il

öz doğum günündə qara geyinir və oruc tuturdu. Lakin bu, ingilis ədəbiyyatında

hələ üstələnməyən pessimist öz naümidliyi içində də şənliyin və xoşbəxtliyin

qüdrətli dirçəltmə gücündən danışırdı. “Dünyada ən yaxşı təbiblər, – deyə o elan

etmişdi, – həkim Dieta, həkim Rahatlıq və həkim Şənlikdir”. Siz və mən “həkim

Şənliyin” xidmətlərindən pul-parasız hər gün və saatbasaat istifadə edə bilərik,

əgər öz diqqətimizi sahibi olduğumuz ağlasığmaz sərvətlərin üzərində

cəmləyəriksə. Onlar Əlibabanın nağıl sərvətlərindən qat-qat qiymətlidir. Siz iki

gözünüzü bir milyard dollara satardınızmı? Hər iki ayağınız üçün siz hansı

məbləği tələb edərdiniz? Bəs əlləriniz üçün? Bəs eşitmək qabiliyyətiniz üçün?

Övladlarınız sizin üçün qiymətlidirmi? Bəs ailəniz? Öz məziyyətlərinizi fikrinizdə

cəmləyin və siz anlayacaqsınız ki, malik olduğunuzu Rokfellerlərin, Fordların və

Morqanların birlikdə götürülmüş var-dövlətinə dəyişməzdiniz.

Amma biz bütün bunları qiymətləndiririkmi? Aydın məsələdir ki, yox.

Şopenqauerin dediyi kimi: “Biz malik olduğumuz haqqında nadir hallarda

fikirləşirik, amma bizdə olmayana görə həmişə narahat oluruq”. Həqiqətən də,

“malik olduğumuz haqqında nadir hallarda fikirləşmək, bizdə olmayana görə isə

həmişə narahat olmaq” meyli yer üzərində ən böyük faciədir. Bu meyil

bəşəriyyətə, çox güman, tarixdəki bütün müharibə və epidemiyalardan çox ziyan

vurub.


Dostum Con Palmer həyata bu cür münasibətin nəticəsində “diribaş

oğlandan deyingən qocaya” çevrildi və az qala öz ailə ocağını dağıtmışdı. O, bu

haqda mənə özü danışmışdı:

“Ordudan qayıdandan dərhal sonra, – dedi o, – öz işimdə işlədim. Gündüz və

gecə inadla işləyirdim. Başlanğıcda hər şey uğurlu alınırdı. Ardınca xoşagəlməz

hadisələr başlandı. İş üçün zəruri olan detal və materialları tapa bilmirdim. İşimi

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə