Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə190/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   186   187   188   189   190   191   192   193   ...   208

yarımcan olana qədər döydüm və iki dost qazandım. Onlar dedilər ki, o, buna

layiq idi.

Bir dəfə missis Loftin mənə papaq almışdı, onunla çox qürrələnirdim. Yuxarı

sinifdə oxuyan qızlardan biri papağı başımdan qapdı və onu su ilə doldurdu.

Papaq tamamilə xarab olmuşdu. Qız dedi ki, papağı “mənim toyuq beynimin

cızbız olmaması üçün mis alnımı islatmaqdan ötrü” su ilə doldurub.

Məktəbdə heç vaxt ağlamırdım, amma evdə göz yaşları məni boğurdu. Və

onda missis Loftin mənə həyəcanlarımın hamısını yox edən və düşmənlərimi

dostlarıma çevirən bir məsləhət verdi: “Ralf, əgər sən uşaqlarla maraqlansan və

onlar üçün nə isə faydalı və xoş bir şey eləməyə çalışsan, onlar səni heç vaxt

cırnatmayacaq və “yetim balası” adlandırmayacaqlar”. Mən onun məsləhətinə

əməl etdim. Mən cidd-cəhdlə məşğul olurdum və tezliklə ən yaxşı şagird oldum.

Amma heç kim mənim paxıllığımı çəkmirdi, çünki var gücümlə başqa uşaqlara

kömək eləməyə çalışırdım.

Mən bir neçə oğlana ifadə və inşa yazmaqda kömək edirdim. Onlardan bir

neçəsi üçün məruzələrini büsbütün mən yazırdım. Bizim sinfin şagirdlərindən

biri öz valideynlərinə deməyə utanırdı ki, mən ona kömək edirəm. Buna görə də,

bir qayda olaraq, o, bizə gələndə anasına deyirdi ki, opossum ovlamağa gedir.

Bəzən də o, cənab Loftinin fermasına gəlir, öz itlərini sarayda bağlayır və mən

ona dərslərinə hazırlaşmaqda kömək edirdim. Bir şagird üçün kitabların icmalını

yazırdım və bir neçə axşamı bir qıza riyaziyyat üzrə kömək etmişdim.

Bizim qonşuluğumuzda iki ölüm hadisəsi baş verdi. İki qoca fermer vəfat

etdi, bir qadını isə əri atıb getdi. Mən dörd ailədə yeganə kişi qaldım. Bu dul

qadınlara iki il kömək etdim. Məktəbə gedəndə və evə qayıdanda onların

fermasına baş çəkir, onlar üçün odun doğrayır, inəkləri sağır, heyvanlara su

içirdir və yemləyirdim. İndi ətrafımda hamı mənə xeyir-dua edir və heç kim məni

söymürdü. Məni hər yerdə dost kimi qəbul edirdilər. Donanmada xidmətdən

sonra evə qayıdanda onlar öz hisslərini əyani şəkildə ifadə etdilər. Evə

qayıtdığım elə birinci gündəcə mənə baş çəkməyə iki yüz nəfərdən çox fermer

gəldi. Onlardan bəziləri səksən milə yaxın məsafə qət etmişdi və məni görəndə

onların sevinci tamamilə səmimi idi. Mən az narahat olurdum, çünki başqa

adamlara kömək etməyə səy göstərərək daim məşğul idim. Və bu, mənə böyük

xoşbəxtlik gətirirdi. Budur, artıq on üç ildir heç kim məni “yetim balası”

adlandırmır”.

Mister Byortona eşq olsun! O, dostları necə qazanmaq lazım olduğunu bilir!

O həm də narahatlığı necə adlamaq və həyatdan necə zövq almağı bacarır.

Vaşinqton ştatı, Sietl şəhərindən olan mərhum doktor Frenk Lup eynilə bu

cür hərəkət edirdi. O, iyirmi il ərzində əlil idi. Artrit. Amma “Sietl Star” qəzetinin

müxbiri Styuart Uithaus mənə yazırdı: “Mən doktor Lupdan dəfələrlə müsahibə

almışam; və bu cür qeyri-eqoistik, özü də həyatdan hər şeyi alan qeyri-eqoistik

adamla ömrümdə heç vaxt rastlaşmamışam”.

Necə ola bilərdi ki, yatağa pərçimlənmiş əlil “həyatdan hər şeyi ala bilirdi?!”

Sizə bunun cavabını deməyə iki imkan verirəm. O, daim həyatından gileylənir və

hamını mühakimə edirdi? Yox... O özünə yazığı gəlməkdən həzz alır və ətrafında

olanların hamısından özünə diqqət göstərməyi tələb edirdi? Yox. Yenə də doğru

deyil. O, həyatın sevincini bunun sayəsində dərk elədi ki, Uels şahzadəsinin

downloaded from KitabYurdu.org



gerbində həkk edilmiş alman dilində olan yazını öz devizi etdi: “İch dien” – “Mən

xidmət edirəm”. Doktor Lup başqa əlillərin familiyalarını və ünvanlarını öyrənir

və ümidverici məktublarla həm onları, həm də özünü ruhlandırırdı. O hətta

əlillərin məktublaşma klubunu yaratmışdı və onları bir-birinə məktub yazmağa

sövq edirdi. O, əvvəl-axır “Qapanmışlar Cəmiyyəti” adlandırılan milli təşkilat

yaratdı.


Yataqda uzana-uzana o, ildə min dörd yüzə yaxın məktub yazır və minlərlə

əlilə sevinc bəxş edir, xarici dünyadan təcrid olunmuş əlillər üçün

radioqəbuledici və kitab əldə edirdi.

Doktor Lupla bir çox başqa adamların arasında əsas fərq nədədir? Yalnız

bircə şeydə: onlardan fərqli olaraq, doktor Lupun qəlbi ali məqsəd, nəcib işin

nuru ilə işıqlandırılıb. O, Şounun ifadə etdiyi kimi, “onu xoşbəxt etməyə özünü

həsr eləmək istəməyən dünyadan şikayətlənən, xəstəliklərin və incikliklərin

eqosentrik yumağı olmaq” əvəzinə, həyatının özündən qat-qat əhəmiyyətli olan

ideyaya tabe olduğunu dərk etməkdən sevinirdi.

Məşhur psixiatrın qələmi altından çıxan, mənə oxumaq nəsib olmuş ən

heyrətamiz fikir bax budur. Bu müddəa Alfred Adler tərəfindən irəli

sürülmüşdür. O, melanxoliyadan əziyyət çəkən pasientlərinə, adətən, deyirdi:

“Siz əgər bu reseptə riayət edərsinizsə, on dörd gün ərzində müalicə oluna

bilərsiniz: hər gün kimin isə xoşuna gələcək bir işi necə edə biləcəyinizi

fikirləşməyə çalışın”.

Bu, həqiqətdən də, o qədər uzaq müddəa kimi səslənir ki, mən doktor

Adlerin çox gözəl “Həyat sizin üçün nə demək olmalıdır” kitabından təqribən iki

səhifəni sitat gətirməklə onu izah etməyi özümə borc bilirəm (yeri gəlmişkən,

sizə həm də bu kitabı oxumağı məsləhət görürəm).

“Melanxoliya, – deyə Adler “Həyat sizin üçün nə demək olmalıdır” kitabında

yazır, – ətrafdakılara qarşı yönəlmiş, pusquda duran qəzəb və qınaq kimidir,

hərçənd pasient özünü – özünə qulluq göstərilməsini, özünə qarşı simpatiyanı və

özünə dəstəyi təmin eləmək naminə – yalnız öz günahına görə sıxıntı keçirən

adam kimi qələmə verir. Pasientin ilk xatirələri təqribən bu cür olur:

“Yadımdadır, mən taxtda uzanmaq istəyirdim, amma orada qardaşım uzanmışdı.

Mən elə haray-həşir saldım ki, o, yerindən qalxmağa məcbur oldu”.

Melanxoliklər özlərinin qisasını almaq üçün çox vaxt intihar etməyə meyilli

olurlar və həkimin qeydinə qalmalı olduğu birinci növbəli iş onlara intihar etmək

üçün bəhanə verməməkdən ibarətdir. Şəxsən mən ümumi gərginliyi zəiflətmək

üçün müalicədə ilk qayda olaraq təklif edirəm: “O şeyi ki istəmirsiniz, onu heç

vaxt etməyin”. Bu çox təvazökar görünür, lakin hesab edirəm ki, bu, bütövlükdə

problemin məğzinə toxunur. Əgər melanxolikə istədiyi hər şeyi eləmək imkanı

verilərsə, onda o axı kimi ittiham edə biləcəkdir? O, nəyə görə qisas almalıdır?

“Əgər siz teatra getmək istəyirsinizsə, – deyirlər melanxolikə, – və ya istirahətə

yollanmaq könlünüzdən keçirsə, bu cür də edin. Əgər yolda hiss etsəniz ki, bunu

artıq istəmirsiniz, onda bunu etməyin”. Bu, kiminsə düşə biləcəyi ən yaxşı

vəziyyətdir. Bu, pasientin öz üstünlüyünü təsbit etmək niyyətini tamamilə qane

edir. O, Tanrı kimidir və ürəyi istəyən hər şeyi edə bilər. Digər tərəfdən, bu, onun

həyat stilinə çox asan daxil olur. O, dominant təşkil etmək və başqalarını ittiham

eləmək istəyir, amma əgər onlar onunla razılaşırlarsa, onda onların üzərində

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə