Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə193/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   189   190   191   192   193   194   195   196   ...   208

gəzdirən adam görəndə mütləq dayanır və heyranlığımı ifadə edirəm. Bir qədər

qabağa keçib geri boylanıram və çox vaxt görürəm ki, həmin adam itini sığallayır.

İtin gözəlliyinə valeh olmağım onun itə sevgisini bir az da gücləndirir.

Bir dəfə İngiltərədə çox böyük və ağıllı ovçarkası olan bir çobanla rastlaşdım.

Mən itin gözəlliyindən həzz alırdım və bunu çobana dedim. Ondan iti necə

tərbiyə etdiyi barədə danışmağı xahiş elədim. Çobandan müəyyən məsafəyə

uzaqlaşanda və çiynim üstündən geri boylanaraq baxanda gördüm ki, it arxa

pəncələri üstə qalxıb, qabaq pəncələrini çobanın çiyninə qoyub, o isə iti nəvazişlə

sığallayır. Çobana və itinə maraq göstərməyim onu xoşbəxt etmişdi. Mən eləcə də

iti və özümü xoşbəxt etdim”.

Yükdaşıyana əlini sıxmaqla minnətdarlığını bildirən, qızmar gündə od kimi

yanan mətbəxdə işləyən aşpazların halına acıdığını ifadə edən, küçədə tanımadığı

insanlara, onların itlərinə heyran olduğunu deyən bir şəxsin qaraqabaq və

narahat adam olduğunu təsəvvür edə bilərsinizmi? Belə bir adamın psixiatrın

köməyinə ehtiyacı varmı? Aydın məsələdir ki, xeyr. Çin məsəlində deyilir:

“Qızılgüllər bağışlayan əldən həmişə onların ətri gəlir”.

Əgər siz kişi xeylağısınızsa, aşağıdakı abzasın üstündən keçin. O, sizi

maraqlandırmayacaq. Bu abzasda narahatlıqdan başını itirmiş bədbəxt bir qızın

bir neçə cavan oğlanın ürəyini necə fəth edə bildiyindən bəhs olunur. Onların

hamısı ona ərə getmək təklifi etmişdi. İndi həmin qız nənə olub. Bir neçə il əvvəl

mən onun əri ilə birlikdə yaşadıqları evdə olmuşdum. Mən onların şəhərində

mühazirə ilə çıxış etməli idim. Növbəti gün o, məni avtomobilində dəmiryol

stansiyasına apardı. Mən burada Nyu-Yorka gedəcək qatara oturmağa

hazırlaşırdım. Biz əlli milə qədər məsafə qət etdik və yolda bizim aramızda

dostları necə qazanmaq barədə söhbət açıldı. Yol yoldaşım xanım dedi: “Mister

Karnegi, mən sizə nə isə danışmağa hazırlaşıram. Bunu hələ heç kimə etiraf

etməmişəm, hətta öz ərimə də”. Amma öz aramızdır, bu hekayət sizin üçün, çox

güman ki, maraqlı olmayacaq.

“Uşaqlığımın və gəncliyimin faciəsi, – dedi o, – yoxsulluq idi. Biz heç vaxt

mənim dairəmdən olan qızların ailələri kimi qəbullar təşkil edə bilmirdik. Mənim

heç vaxt effektli paltarlarım olmayıb. Mən eyni bir paltarı uzun müddət

geyinirdim, hətta böyüyüb onlar əynimə olmayana qədər. Onlar əynimə pis

otururdu və köhnə dəbli idi. Özümü o qədər alçaldılmış hiss edir və o qədər

utanırdım ki, gecələr çox vaxt ağlayırdım. Nəhayət, son dərəcə əlacsız vəziyyətdə

olduğum vaxt mənə vəhy gəldi. Mən tədbirlərdə öz kavalerlərimdən keçdikləri

kəşməkəşlərdən, həyata baxışlarından və gələcək üçün planlarından

danışmalarını xahiş etdim. Bu sualları ona görə vermirdim ki, onların cavabları

məni bərk maraqlandırırdı. Xeyr. Mən bunu yalnız onların diqqətini əynimdəki

köhnə dəbli paltardan yayındırmaq üçün edirdim. Amma qəribə bir şey baş

verdi: bu cavan oğlanların özləri haqda danışdıqlarını mən nə qədər çox

dinləyirdimsə və onların həyatları ilə bağlı nə qədər çox öyrənirdimsə, onlarla

söhbət etmək mənə bir o qədər maraqlı olurdu. Məni maraq özünə o qədər

çəkirdi ki, çox vaxt əyin-başım özümün də yadımdan çıxırdı. Lakin qazancım

bircə bu oldu: yaxşı dinləyici olduğuma və cavan oğlanları özləri haqda danış-

mağa şirnikləndirdiyimə görə onlar özlərini xoşbəxt hiss edirdilər. Beləliklə, mən

downloaded from KitabYurdu.org




həmyaşıdlarım olan qızların arasında tədricən ən böyük uğurun sahibi oldum və

cavan oğlanların üçü mənə ona ərə getməyi təklif etdi”.

(Qızlar, cavan oğlanların ürəklərini fəth etməyi öyrənin!)

Bu fəsli oxuyanlardan bəziləri, çox güman, deyəcəklər: “Ətrafdakı adamlara

münasibətdə maraqla bağlı bütün bu çərənləmə – büsbütün cəfəngiyatdır!

Mənasız sayıqlamalardır! Bunların heç biri mənə yaramır! Mənə pul qazanmaq

lazımdır ki, pul kisəm boş olmasın. Mən həyatdan hər bir kamı almaq

niyyətindəyəm – özü də indi, içi boş olandan içində heç nə olmayana töküb-

boşaltmaq cəhənnəm olsun!”

Nə etmək, əgər fikriniz belədirsə, sizin buna haqqınız var, lakin siz

haqlısınızsa, belə olan təqdirdə, dahi filosoflar və din mürşidlərinin hamısı: İsa

Məsih, Konfutsi, Budda, Platon, Aristotel, Sokrat, Müqəddəs Fransisk bəşəriyyətin

yazılı tarixinin lap başlanğıcından dərin səhv edirlərmiş. Amma söhbət dini fikir

dühalarının təlimlərindən gedəcəyi halda siz ikrahla güləcəyinizdən məsləhət

üçün gəlin ateistlərə müraciət edək. Gəlin məsləhət üçün müraciət edək

“iyirminci əsrin ən məşhur ateisti” Teodor Drayzerə. Drayzer dinlərin hamısını

onların nağıl olduğunu bildirərək məsxərəyə qoyurdu və hesab edirdi ki, həyat –

bu, “axmağın öz eşitdiyini danışdığı povestdir: onda söz və ehtiras çoxdur,

olmayan bircə mənadır”

82

. Bununla belə, Drayzer İsa Məsihin bir vəsiyyətinə –



başqalarına xidmət etmək vəsiyyətinə heyran idi. “O (insan), özü üçün ayrılmış

qısa yol kəsiyində heç olmasa hansısa bir sevinc dadmaq üçün, – deyir Drayzer, –

fikirləşməli, yalnız özünün deyil, həm də başqalarının vəziyyətini necə

yaxşılaşdırmaqla bağlı planlar qurmalıdır, çünki onun sevinci – özünün

başqalarının sevincinə nə qədər şad olduğundan və başqalarının onun

sevincindən nə qədər şad olduqlarından asılıdır”.

Əgər biz – Drayzerin təkid etdiyi kimi – “başqalarının vəziyyətini

yaxşılaşdırmağa” hazırlaşırıqsa, onda tələsməliyik. Vaxt gedir. “Bu yoldan mən

yalnız bir dəfə keçəcəyəm. Qoy onda mən elə indi hansı isə bir layiqli iş görüm və

xeyirxahlıq göstərim. Qoy mən bunu etməyi təxirə salmayım və məqamı əldən

buraxmayım, zira bu yoldan mən bir daha heç vaxt keçməyəcəyəm”.

Odur ki, əgər siz narahatlıqdan yaxa qurtarmaq və ruhi sakitlik əldə etmək

istəyirsinizsə, yeddinci qaydanı yerinə yetirin:

Ətrafınızda olanlara münasibətdə marağınızı göstərməklə özünüz barədə

hər şeyi yaddan çıxarın. Hər gün kiminsə çöhrəsində sevincli təbəssüm

doğuracaq mərhəmətli bir iş görün.

Xülasə

Qayda 1: Öz beyninizi sakitlik, mərdlik, sağlamlıq və ümid haqda fikirlərlə



doldurun, axı “bizim həyatımız – bizim onun haqqında nə fikirləşdiyimizdir”.

Qayda 2: Heç vaxt öz düşmənlərinizlə haqq-hesab çəkməyə çalışmayın, çünki

bununla özünüzə onlardan qat-qat çox ziyan vuracaqsınız. General Eyzenhauer

kimi hərəkət edin: sevmədiyiniz adamlar haqda heç bir dəqiqə də fikirləşməyin.

Qayda 3:

a. Qədirbilməzliyə görə fikir eləmək əvəzinə, buna hazır olun. Yadda saxlayın

ki, İsa Məsih bir gündə on cüzamlı xəstəni sağaltdı və onlardan yalnız biri ona

təşəkkür elədi. Bəs siz niyə Məsihin aldığından çox təşəkkür gözləyirsiniz?

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə