Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə196/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   192   193   194   195   196   197   198   199   ...   208

Çox illər bundan əvvəl aşkar etdim ki, adamlara məni tənqid etmələrinə

mane ola bilməsəm də, bundan vacib olan bir şey edə bilərəm: ədalətsiz tənqidə

reaksiya verib-verməyəcəyimi müəyyən edə bilərəm.

Birbaşa deyim: mən təkid etmirəm ki, istənilən tənqidə etinasız yanaşmaq

lazımdır. Mən bundan uzağam. Mən yalnız ədalətsiz tənqidə etinasız yanaşmağın

zəruriliyindən danışıram. Bir dəfə mən Eleonora Ruzveltdən onun ədalətsiz

tənqidə necə reaksiya verdiyini soruşdum. Onun qismətinə bu cür tənqidin az

düşmədiyini isə Tanrı bilir. Onun sadiq dostu və barışmaz düşməni, hər şeydən

göründüyü kimi, Ağ Evdə nə vaxtsa yaşamış istənilən başqa qadından çox olub.

O danışdı ki, cavanlığında xəstəlik dərəcəsində utancaq olub və adamların nə

deyəcəyindən həmişə qorxub. Tənqiddən elə qorxurdu ki, məsləhət üçün öz

xalasına, Teodor Ruzveltin bacısına müraciət etmişdi. Eleonora ona dedi: “Bay

xala, mən filan cür hərəkət etmək istəyirəm. Amma qorxuram ki, məni mühakimə

edələr”.


Teddi Ruzveltin bacısı onun gözünün içinə baxdı və dedi: “Əgər qəlbində

düzgün hərəkət etdiyinə əminsənsə, adamların nə deyəcəkləriylə bağlı heç vaxt

narahat olma”. Eleonora Ruzvelt mənə dedi ki, bu məsləhət onun üçün üstündən

çox illər keçəndən, o, Ağ Evə gəlib çıxandan sonra Hibraltar qayası oldu. O, mənə

dedi ki, hər cür tənqiddən yaxa qurtarmağın yeganə üsulu – bu, Drezden

farforundan düzəldilmiş heykəlciyə oxşamaq və rəfdə durmaqdır. “Öz ürəyinin

səsi ilə hərəkət elə – nə cür hərəkət etsən də, səni onsuz da mühakimə edəcəklər.

Əgər sən bunu etsən, səni lənətləyəcəklər və sən bunu etməsən, yenə

lənətləyəcəklər”. Onun verdiyi məsləhət bax belə idi.

Mərhum Metyu S.Braş Amerika Beynəlxalq Korporasiyasının prezidenti

olanda mən ondan tənqidə qarşı həssas olub-olmadığını soruşdum. O, mənə

bunları dedi: “Bəli, cavanlığımda mən tənqidə çox ağrılı münasibət göstərirdim. O

vaxt coşqunluqla arzulayırdım ki, təşkilatımızın əməkdaşlarının hamısı məni

kamil insan kimi tanısın. Onlar bunu ifadə etməyəndə həyəcanlanırdım. Mənə

qarşı birinci çıxış edənlə, adətən, xoş münasibətlər qurmağa çalışırdım; amma

onunla münasibət qurmaq faktının özü başqa bir əməkdaşda qəzəb doğururdu.

Mən onunla da xoş münasibət qurmağa çalışırdım ki, bu öz növbəsində

digərlərinin narazılığını meydana çıxarırdı. Nəhayət, əmin oldum ki, məni tənqid

edənləri, incik salanları nə qədər çox yola gətirməyə və onlarla xoş münasibət

qurmağa çalışıramsa, bir o qədər çox düşmən qazanıram. Əvvəl-axır özümə

dedim: “Əgər sən kütlədən yuxarı qalxmısansa, səni mühakimə edəcəklər. Buna

adət etməlisən”. Bu, mənə çox kömək etdi. O vaxtdan gücüm çatan hər şeyi

etməyi özümə bir qayda elədim, sonra isə öz köhnə çətirimi açırdım ki, o, məni

ədalətsiz tənqid yağışından qorusun və yağış damlaları yaxalığımın arxasına

düşməsin”.

Dimo Teylor bir az da uzağa getmişdi: o imkan verdi ki, tənqid yağışı onun

yaxalığının arxasına düşsün, ardınca isə ictimaiyyət qarşısında buna görə

doyunca güldü. O, Nyu-York filarmoniya-simfonik orkestrinin bazar günləri

verilən konsertləri arasında radioda veriliş aparanda ona hansısa bir qadının onu

“yalançı, xain, ilan və kəmağıl” adlandırdığı məktubu çatdırılmışdı.

Növbəti həftə radio ilə çıxış edərkən cənab Teylor həmin məktubu radio ilə

milyonlarla adama oxudu. O, “İnsanlar və musiqi haqqında” kitabında danışır ki,

downloaded from KitabYurdu.org



bir neçə gündən sonra elə həmin qadından bir məktub da alır. Bu dəfə qadın

Teylorun həmişəlik yalançı, xain, ilan və kəmağıl qalacağına möhkəm əminliyini

ifadə etmişdi. “Məndə şübhə var ki, – cənab Teylor əlavə edir, – bu qadın onun

məktubu ilə bağlı radioverilişdə danışdıqlarıma heç bir diqqət yetirməyib”.

Tənqidə məruz qalanda özünü belə aparan adamlara biz qeyri-ixtiyari olaraq

heyran qalırıq. Təmkinini itirməməyinə, öz tarazlığını saxlamasına və yumor

hissinə heyran qalırıq.

Prinstonda bir qrup tələbənin qarşısında çıxış edən Çarlz Şvab etiraf etdi ki,

həyatının ən mühüm dərslərindən birini o, poladtökmə zavodunda işləyən bir

qoca almandan almışdır. Bir dəfə alman hərbi mövzu ilə əlaqədar başqa

fəhlələrlə qızğın mübahisəyə girişir və onlar onu çaya tullayırlar. “O, mənim

kabinetimə daxil olanda, – cənab Şvab danışırdı,

– büsbütün islanmışdı və palçıq içində idi. Ondan onu çaya tullayan adamlara nə

dediyini soruşdum, o isə cavab verdi: “Mən yalnız gülürdüm””.

Mister Şvab qoca almanın sözlərini öz devizi elədi: “Yalnız gül”.

Bu deviz ələlxüsus da siz ədalətsiz mühakimənin qurbanı olanda faydalı olur.

Sizə cavab verərkən kobudluq edənə borclu qalmamaq olar, lakin “yalnız gülən”

adama nə demək olar.

Linkoln şiddətli tənqidçilərinə cavab verməyə cəhd etməyin ağılsızlıq

olduğunu başa düşməsəydi, Vətəndaş müharibəsinin gərginliyinə, çətin ki, tab

gətirə bilərdi. O, nəhayət, dedi: “Əgər mən üzərimə edilən hücumların hamısını

oxumağa cəhd etsəydim – onları oxumaq barədə hələ heç danışmıram – onda

başqa nə ilə isə məşğul olmaq mümkün olmazdı. Mən gücüm çatan hər şeyi –

mütləq şəkildə hər şeyi edirəm və axıradək də bu cür fəaliyyət göstərmək

niyyətindəyəm. Əgər son əlverişli olarsa, onda mənə qarşı həmlələrin hamısı heç

bir əhəmiyyət kəsb etməyəcək. Əgər məni məğlubiyyət gözləyirsə, onda mənim

haqlı olduğuma and içən on mələk də heç nəyi dəyişə bilməyəcək”.

Beləliklə, əgər sizi və məni ədalətsiz olaraq mühakimə edirlərsə, ikinci

qaydanı yadda saxlamaq lazımdır:

Gücünüz çatan hər şeyi edin. Ardınca isə öz köhnə çətirinizi açın ki, o, sizi

tənqid yağışından müdafiə etsin. Və onda soyuq damcılar yaxalığınızın arxasına

düşməyəcək.

İyirmi birinci fəsil

Etdiyim axmaq hərəkətlər

Öz şəxsi arxivimdə “EAH” indeksli qovluqlar saxlayıram – bu ixtisar “etdiyim

axmaq hərəkətlər” deməkdir. Həmin qovluqlarda öz şəxsi günahım ucbatından

yol verdiyim axmaq hərəkətlərim haqda qeydlərimi saxlayıram. Hərdən bu xatirə

qeydlərini öz katibəmə diktə edirəm, amma bəzən onlar o qədər intim və o qədər

axmaqdır ki, onları diktə etməyə də utanıram və onları öz əlimlə yazıram.

On beş il əvvəl “EAH” başlıqlı qovluqlara daxil etdiyim tənqidi qeydləri hətta

indi də yadıma sala bilərəm. Əgər mən öz qarşımda tamamilə vicdanlı olsaydım,

axmaqlıqlarımın təsvir olunduğu qovluqlar artıq çoxdan sökülüb-dağılardı. Odur

ki, mənim padşah Saulun on iki əsrdən də əvvəl dediyi sözləri təkrar etməyə tam

haqqım vardır: “Ağılsız hərəkət edirdim mən və lap çox günah etmişəm”.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə