Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə194/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   190   191   192   193   194   195   196   197   ...   208

b. Yadda saxlayın ki, xoşbəxtlik tapmağın yeganə üsulu – minnətdarlıq

gözləməmək, mərhəmətli işləri bundan aldığınız sevinc naminə etməkdir.

c. Unutmayın, minnətdarlıq – insan xarakterinin tərbiyənin nəticəsi olan

cəhətidir; buna görə də, əgər övladlarınızın qədirbilən olmaqlarını istəyirsinizsə,

bunu onlara öyrədin.

Qayda 4: Öz uğurlarınızın hesabını aparın, uğursuzluqlarınızın yox!

Qayda 5: Başqalarını təqlid etməyin. Özünüzü tapın və özünüz qalın, axı

“paxıllıq – cahillikdirsə, təqlidetmə – özünəqəsddir”.

Qayda 6: Tale sizə limon qismət edəndə ondan limonad düzəltməyə çalışın.

Qayda 7: Başqalarına azacıq da olsa xoşbəxtlik gətirməyə çalışmaqla öz

uğursuzluqlarınızı yadınızdan çıxarın. “Başqalarına mərhəmət etməklə ilk

növbədə özünüzə kömək edirsiniz”.

75 R.Emerson. Esse. H.Toro “Uolden və ya meşədə həyat”. M., 1986, səh. 160-

161


76 La joie de vivre (fr.) – həyatın sevinci

77 Skuns – qəhvəyi və ya qara rəngli qiymətli xəzi olan kiçik heyvan

78 “Kral Lir”, d. 1, səh. 4, B.Pasternakın tərcüməsi

79 Kompilyasiya – müstəqil tədqiqat aparılmadan başqalarının əsərlərindən

istifadə etmək yolu ilə düzülüb-qoşulan iş

80 R.Emerson. Esse. H.Toro. “Uoldeya və ya meşədə həyat”. M., 1986, səh.

133

81 Yunq Karl Qustav (1875–1961) – isveçrəli psixoloq və psixiatr



82 V.Şekspir. “Makbet”, hər. V, səh. 5, tərc. Y.Koorneyevin

V Hissə

TƏNQİDƏ GÖRƏ NARAHATLIQDAN ÖZÜNÜ NECƏ QORUMALI

On doqquzuncu fəsil

Yadda saxlayın ki, heç kim heç vaxt ölmüş iti vurmur

1929-cu ildə Amerikada təhsil sahəsinin xadimləri arasında görünməmiş

sensasiya doğuran bir hadisə baş verdi. Alimlər bütün ölkədən Çikaqoya

cumdular ki, bu hadisənin şahidi olsunlar. Bundan bir neçə il əvvəl cavan oğlan

(onun adı Robert Hatçins idi) ofisiant, meşəçi, repititor, zivə ipləri satıcısı işləyə-

işləyə özünə Yel Universitetinə yol açmışdı. İndi, onun universitetdə fəaliyyətinin

başlanğıcından cəmi səkkiz il keçməmiş o, Amerikanın əhəmiyyətinə görə

dördüncü universitetinin – Çikaqo Universitetinin rektoru vəzifəsinə keçirdi.

Onun neçə yaşı var? Otuz. Ağlasığmazdır! Yaşlı professorlar başlarını

bulayırdılar. Elm dünyasında yeni “vunderkind” ətrafında ehtiraslar təlatümə

gəldi. Onu hər tərəfdən tənqid edirdilər. Ona mümkün olan hər şeyi irad

downloaded from KitabYurdu.org



tuturdular – o çox cavandır, təcrübəsizdir, onun təhsillə bağlı ideyaları sarsaqdır.

Onun üzərinə hücumlarda hətta qəzetlər də iştirak etdilər.

Hatçinsin universitetin rektoru vəzifəsinə keçdiyi gün onun dostu, Robert

Meynard Hatçins-ataya dedi: “Bugünkü qəzetin baş məqaləsində oğlunuza qarşı

həmlələri oxuyanda sarsılmışdım”.

“Hə, – deyə ata Hatçins cavab verdi, – belə başa düşmək olar ki, bu,

qəddarlıqdır, lakin yadda saxlayın, heç kim heç vaxt ölmüş iti vurmur”.

Həqiqətən də, insan nə qədər əhəmiyyətlidirsə, onu təhqir edən adamlar bir

o qədər çox həzz alırlar. Uels şahzadəsi, sonralar kral VIII Eduard (bunun ardınca

isə Vindzor hersoqu) qeyri-ixtiyari olaraq bunu öz təcrübəsində sınamışdı. Bir

vaxtlar o, Devonşirdə Dartmut Kollecində oxuyurdu. Bu kollec Annapolisdəki

Hərbi Dəniz Akademiyasına müvafiqdir. Şahzadənin on dördə yaxın yaşı var idi.

Necə oldusa, dəniz zabitlərindən biri onu ağlayan gördü və nə baş verdiyini

soruşdu. Əvvəl oğlan heç nə demək istəmirdi, amma tezliklə etiraf elədi. Bəlli

oldu ki, qardemarinlər

83

onu döyüblərmiş. Kollecin kommodoru onları yanına



çağırtdırdı və ilk növbədə izah etdi ki, şahzadə şikayət etməyib, amma onların ələ

salınmaq üçün obyekt qismində niyə məhz şahzadəni seçdiklərini özü üçün ayırd

etmək istədiyini bildirdi.

Qardemarinlər bir müddət əzilib-büzülür, dilləri topuq vurur və

anlaşılmayan nə isə donquldayırdılar. Amma əvvəl-axır etiraf etdilər. Onlar

gələcəkdə kral donanmasında komandan və kapitan olanda cavanlıqlarında kralı

əzişdirdiklərini danışacaqlarını təsəvvür edirdilər.

Beləliklə, üzərinizə hücumlar edəndə və ya ədalətsiz tənqid edəndə, yadda

saxlayın, bu, çox vaxt ona görə edilir ki, sizi təhqir edənə özünün əhəmiyyət kəsb

etdiyini duymaq imkanı verir. Çox vaxt bu, ona dəlalət edir ki, siz nəyəsə nail

olmusunuz və diqqət qazanmısınız. Bir çox adamlar özündən daha təhsilli və

daha çox uğur qazanmış insanları təhqir etməklə qəddar məmnunluq hissi

keçirirlər. Məsələn, bu fəsli yazanda mən bir qadından “Nicat Ordusu”nun əsasını

qoymuş general Uilyam Butu ifşa edən məktub aldım. Radioda verilişdə general

Butu tərif edən çıxış etmişdim. Bəs həmin qadın mənə nə yazmışdı? O, general

Butu yoxsullara yardım etmək məqsədilə yığdığı səkkiz milyon dolları oğurla-

maqda ittiham edirdi. Bu ittiham, əlbəttə, cəfəng idi. Amma həmin qadın həqiqətə

can atmırdı. O, özündən xeyli yüksəkdə olan adama böhtan atmaqdan kin-

küdurətli ləzzət alırdı. Mən onun böhtan dolu məktubunu zibil zənbilinə atdım və

qüdrətli Tanrıya təşəkkür etdim ki, o, mənim həyat yoldaşım deyil. Mən onun

məktubundan general But haqqında heç nə öyrənmədim, amma onun özü barədə

çox şey bildim. Şopenqauer çox illər bundan əvvəl demişdi: “Alçaq qəlbli insanlar

dahi adamların hərəkətində çatışmazlıq və ehtiyatsızlıq tapanda çox böyük

məmnunluq duyurlar”.

Yel Universitetinin keçmiş rektorunu, çətin ki, alçaq qəlbli adam hesab etmək

mümkün olsun. Lakin Timoti Duayt ABŞ prezidenti postuna namizəd olan

adamın üzərinə həmlələrlə çıxış edərək ləzzət alırdı. Yel Universitetinin rektoru

xəbərdarlıq edirdi ki, əgər bu adamı prezident seçərlərsə, “biz həyat

yoldaşlarımızın və qızlarımızın qanuniləşdirilmiş fahişəliyin qurbanı olacaqlarını

görəcəyik. Onlar soyuqqanlılıqla namussuz ediləcək, qəlbləri niyyətli olaraq

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə