Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə189/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   185   186   187   188   189   190   191   192   ...   208

İngiltərədə Çarlz Darvinin doğulduğu elə həmin gündəcə Kentukkinin

meşələrində tirlərdən tikilmiş bir evdə başqa bir uşaq dünyaya gəldi. Maneələr

ona da kömək elədi. Onun adı Linkoln – Avraam Linkoln idi. Əgər o, aristokrat

ailədə tərbiyə almış olsaydı, ardınca isə Harvardda hüquq fakültəsini bitirsəydi

və onun xoşbəxt ailə həyatı olsaydı, onda çox ola bilsin, onun qəlbinin

dərinliklərində nə Gettisberqdə əbədiləşdirdiyi təsirli sözlər, nə özünün ikinci

müddətə prezident vəzifəsinə keçdiyi gün oxuduğu müqəddəs poema –

insanların hökmdarı tərəfindən nə vaxtsa söylənmiş ən gözəl və nəcib sözlər

tapılmazdı: “Öz qəzəbimi heç kimə tuşlamadan, hamıya öz xoşniyyətli ürəyimlə

müraciət edərək...”

Harri Emerson Fosdik özünün “Məğzi görmək qabiliyyəti” kitabında deyir:

“Bir Skandinav məsəli var – “Şimal küləyi vikinqləri yaratdı” – bizlərdən çoxu

onu öz həyatının devizi etməlidir”.

Biz nədən bu qənaətə gəlmişik ki, sakit, bolluca kefli həyat, çətinliklərin və

qayğıların yoxluğu öz-özlüyündə insanları yaxşı və xoşbəxt edə bilər? Əksinə,

özünə yazığı gəlməyə adət etmiş insanlar bunu hətta yumşaq balışın üstündə

uzananda da etməkdə davam edir. Lakin bəşəriyyətin tarixində həmişə

məşhurluq və xoşbəxtlik istənilən – yaxşı, pis və ortabab – şəraitdə baş verir, bir

şərtlə, əgər insanlar üzərilərinə öz şəxsi məsuliyyətlərini götürürlərsə. Beləliklə,

“Şimal küləyi vikinqləri yaratdı”.

Biz, ehtimal edək, o qədər ruhdan düşmüşük ki, öz limonlarımızı nə vaxtsa

limonada çevirə biləcəyimizə hər cür ümidimizi itirmişik. Belə olan halda mən

sizə iki səbəb göstərəcəyəm ki, biz nə üçün bunu etmək cəhdlərimizi istənilən

halda davam etdirməliyik – bu iki səbəbə görə bizim istədiyimizə çatmaq və heç

nə itirməmək üçün hər cür imkanımız var.

Birinci səbəb: bizim uğur qazanmaq ehtimalımız var.

İkinci səbəb: hətta biz çox uğurlu olmamışıqsa da, mənfini müsbətə çevirmək

cəhdimizin öz-özlüyündə bizi geriyə boylanmağa deyil, irəliyə baxmağa məcbur

edir, mənfi fikirlərimizi müsbətləri ilə sıxışdırıb çıxarır. bu, yaradıcı enerjimizi

azad edir və bizi o qədər məşğul edəcəkdir ki, keçən və daha heç vaxt

qayıtmayanla bağlı dərd çəkməyə nə vaxtımız, nə də meylimiz olmayacaq.

Dünya miqyasında məşhur skripkaçı Ole Bull bir dəfə konsertlə Parisdə çıxış

edirdi və qəfildən onun skripkasının bir simi qırıldı. Lakin Ole Bull, sadəcə

olaraq, melodiyanı üç simlə çalıb tamamladı. “Həyat belədir, – deyir Harri

Emerson Fosdik, – o, bizi melodiyanı simin biri sıradan çıxanda üç simlə çalıb

tamamlamağa məcbur edir”.

Yalnız həyat deyil belə. Bu, həyatın özündən də böyükdür! Bu, qalib gələn

həyatdır!

Əgər mənim belə bir imkanım olsaydı, Uilyam Bolitonun bu sözlərini

bürüncün üzərində həkk etdirib əbədiləşdirə və onu ölkənin hər bir məktəbində

asardım:

“Həyatda ən vacib olanı öz uğurlarını maksimal istifadə etməkdən ibarət

deyildir. Bunu hər bir axmaq bacarardı. Həqiqətən vacib olanı itkilərdən fayda

hasil etməyi bacarmaqdır. Bu, ağıl tələb edir; ağıllı adam və axmaq arasında fərq

də elə bundan ibarətdir”.

downloaded from KitabYurdu.org




Beləliklə, özümüzdə həyata münasibətdə sizə rahatlıq gətirəcək və narahat

olmaqdan azad edəcək nöqteyi-nəzər formalaşdırmaq üçün altıncı qaydanı tətbiq

etməyə cəhd edək:

Tale sizə limon təqdim edəndə ondan limonad düzəltməyə çalışın.

On səkkizinci fəsil

Melanxoliyanı on dörd gün ərzində necə müalicə etmək olar

Mən bu kitabı yazmağa başlayaraq, “Mən narahatlığı necə adladım”

mövzusunda ən faydalı və ruhlandırıcı hekayə ilə bağlı konkurs keçirməyi qərara

aldım. Belə bir hekayəyə iki yüz dollar təklif etdim.

Konkursun üç hakimi təyin olundu: “İstern Erlayns” kompaniyasının

prezidenti Eddi Rikkenbakker, Linkoln adına Memorial Universitetin rektoru

doktor Styuart U.Makklelland və radioda siyasi icmalçı H.V.Kaltenborn. Biz çoxlu

hekayə aldıq. Bu hekayələr əksərən yaxşı olduğundan hakimlər hər hansı birinə

xüsusi üstünlük verə bilmədilər. Buna görə də biz mükafatı böldük. İndi mən sizi

onlardan biriylə tanış edəcəyəm. Onu S.R.Byorton göndərib (o, Missuri ştatı,

Sprinqfild şəhərində “Uizzer” avtomobillərinin satışı üzrə firmada işləyir).

“Doqquz yaşım olanda anamı itirdim, on iki yaşında isə atasız qaldım, –

cənab Byorton yazır. – Atam həlak oldu, anam isə on doqquz il əvvəl bir dəfə,

sadəcə olaraq, evdən çıxıb getdi və həmin vaxtdan onu heç vaxt görməmişəm.

Onun özü ilə apardığı balaca bacılarımı da daha görməmişəm. O çıxıb gedəndən

yalnız yeddi il sonra mənə məktub yazdı. Anam gedəndən üç il sonra atam

bədbəxt hadisə nəticəsində həlak oldu. O və onun tərəf-müqabili Missuri ştatının

bir kiçik şəhərciyində kafe almışdılar və atam işgüzar səfərdə olan vaxt onun

tərəf-müqabili kafeni satıb, bütün pulları götürərək yox olmuşdu. Dostlarından

biri atama teleqram göndərmişdi ki, o, təcili evə qayıtsın. Atam çox tələsirdi və

Kanzas ştatı, Salinase yaxınlığında avtomobil qəzasında həlak oldu. Onun iki

bacısı var idi. Onlar yoxsul, xəstə və qoca idilər. Buna baxmayaraq, onlar bizim

ailədən üç uşağı özlərinə götürdülər. Bircə mən və kiçik qardaşım heç kimə lazım

olmadıq. Biz şəhər hakimiyyətinin qəyyumluğunda saxlandıq. Bizi daim qorxu

təqib edirdi ki, bizimlə yetimlər kimi davranacaqlar. Tezliklə elə bu cür də oldu.

Məni müəyyən müddətə yoxsul bir ailə tərbiyəyə götürdü. Amma zəmanə ağır

idi, ailənin başçısı işini itirdi və onlar artıq məni saxlaya bilmirdilər. Sonra mən

cənab və missis Loftinlərin fermasında yaşamalı oldum. Onların ferması

şəhərdən on bir mil məsafədə yerləşirdi. cənab Loftinin yetmiş yaşı var idi və o,

yatağa pərçimlənmişdi. O, mənə öz evində yaşamağa icazə verdi və bununla ba-

həm, tələb etdi ki, yalan danışmayım, oğurluq etməyim və sözə baxım. Bu üç

vəsiyyət mənim İncilim oldu, mən onlara çox ciddi əməl edirdim. Məktəbdə

oxumağa başladım, amma artıq bir həftədən sonra evdə qaldım və balaca uşaq

kimi ağlayırdım. Uşaqlar məni ələ salır, məni böyük burnuma görə cırnadır,

deyirdilər ki, mən kütbeyinəm və məni “yetim balası” adlandırırdılar. Onların

təhqirlərini ürəyimə salırdım və həmişə onlarla dalaşmaq istəyirdim. Amma

cənab Loftinin – məni öz tərbiyəsinə götürən fermerin sözləri heç vaxt yadımdan

çıxmadı: “Həmişə yadında saxla ki, mübarizədən imtina etmək sənin üstünə

hücum edən rəqibə eyni cür cavab verməkdən daha çox mərdlik tələb edir”. Mən

dalaşmağa girişmirdim, amma bir dəfə bizim sinifdən olan oğlan məktəbin

həyətində toyuğun peyinini götürdü və onu mənim sifətimə atdı. Mən onu

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə