Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə167/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   163   164   165   166   167   168   169   170   ...   208

tullandım. Sol əlimin nişan barmağında üzük var idi. Mən tullananda üzük

mismara ilişdi və mənim barmağım qopdu.

Mən qışqırdım. Məni dəhşət bürümüşdü. Əmin idim ki, öləcəyəm. Amma

barmağım sağalandan sonra bu barədə bir saniyə də olsun narahat olmurdum.

Bunun haqda fikirləşməyin nə faydası?.. Mən qaçılmaz olanla barışdım.

Bəzən elə olur ki, sol əlimdə yalnız dörd barmaq olduğunu heç aylarla da

xatırlamıram.

Bir neçə il əvvəl Nyu-Yorkun işgüzar binalarından birində lifti idarə edən bir

nəfərlə rastlaşdım. Fikir verdim ki, onun sol qolu biləkdən yoxdur. Sol qolunun

olmamasının onu narahat edib-etmədiyini soruşdum. O cavab verdi: “Azacıq da

olsa, mən bu haqda artıq düşünmürəm. Mən evli deyiləm və bu yalnız sapı iynəyə

keçirmək lazım olanda yadıma düşür”.

Heyrətamizdir ki, biz istənilən həyati vəziyyətlə necə tez barışırıq

– əgər biz bunu etmək məcburiyyətindəyiksə. Biz ona uyğunlaşırıq və onun

haqqında unuduruq.

Mən Hollandiyada, Amsterdamdakı on beşinci əsrin məbədinin xaraba-

lıqlarındakı yazını tez-tez xatırlayıram. Flamand dilində olan həmin yazıda

deyilir: “Bu, belədir. Bu, başqa cür ola da bilməz”.

Öz ömür yolumuzda biz dəyişdirilməsi qeyri-mümkün olan bir çox

xoşagəlməz situasiyalara düşürük. Onlar başqa cür ola da bilməz. Biz ya həmin

situasiyaları qaçılmaz kimi qəbul edə və onlara uyğunlaşa, ya da qaçılmaz olana

qarşı etiraz edə-edə öz həyatımızı məhv edə, yaxud, ola da bilsin ki, özümüzü

əsəb pozuntusu dərəcəsinə çatdıra bilərik.

Ən çox sevdiyim filosoflardan birinin – Uilyam Ceymsin müdrik məsləhətini

diqqətinizə çatdıracağam:

“Artıq baş vermişi qəbul etməyə razılaşın, – demişdi o. – Artıq baş verənlə

barışmaq – hər cür bədbəxtliklərin adlanmasına doğru birinci addımdır”.

Elizabet Konnli buna öz acı təcrübəsinin nəticəsində əmin olubdur. Bu

yaxınlarda onun aşağıdakı məktubunu almışdım: “Silahlı qüvvələrimizin Afrikada

qələbəsini Amerikanın bayram etdiyi gün, – deyilir məktubda, – Hərbi

Nazirlikdən teleqram aldım: bacım oğlu – onu dünyada hər şeydən çox sevirdim

– itkin düşüb. Tezliklə başqa, onun ölüm xəbərini çatdıran teleqram gəldi.

Dərd məni öldürmüşdü. İndiyə qədər həyatımla qane idim. Sevdiyim işim var

idi. Bacımın oğlunun tərbiyəsinə kömək edirdim. Mənim üçün o, özü ilə gəncliyə

xas olan gözəl nə varsa, bütün hər şeyi təcəssüm etdirirdi. Belə hiss edirdim ki,

səylərim üçqat mükafatlandırılıb... Və qəfildən həmin teleqram. Mənim üçün

bütün dünya uçub dağıldı. Hiss elədim ki, həyat mənim üçün mənasını itirdi.

İşimə marağım söndü, dostlarımı unutdum. Hər şeyə biganə oldum. Mən

əzazilləşdim. Bu ən əziz, qarşısında bütün həyatı açıq olan oğlan nə üçün

öldürülüb? Bununla barışa bilmirdim. Dərd məni elə bürümüşdü ki, işdən

çıxmağı, insanlardan gizlənməyi və bütün qalan ömrümü göz yaşları və dərd

içində keçirməyi qərara aldım.

İşdən çıxmağa hazırlaşarkən yazı stolumu qaydaya salırdım. Və birdən əlimə

haqqında çoxdan unutduğum məktub keçdi – öldürülmüş bacım oğlunun

məktubu. O, bu məktubu mənə bir neçə il əvvəl, anam vəfat edəndə yazmışdı.

“Əlbəttə, biz ona görə xiffət çəkəcəyik, – deyilirdi məktubda,

downloaded from KitabYurdu.org



– və xüsusilə də sən. Amma bilirəm ki, sən buna tab gətirəcəksən. Şəxsi fəlsəfən

səni dözümlü olmağa məcbur edəcək. Sənin öyrətdiyin gözəl müdrik həqiqətləri

mən heç vaxt unutmayacağam. Harada oluramsa olum, biz bir-birimizdən nə

qədər uzaqda olsaq da, həmişə yadımda olacaq ki, sən mənə gülümsəməyi və baş

verə biləcək hər şeyi mərdliklə qarşılamağı öyrətmisən”.

Bu məktubu bir neçə dəfə oxudum. Mənə belə gəlirdi ki, o, yanımda dayanıb

və mənimlə danışır. Mənə belə gəlirdi ki, o, mənə deyir: “Mənə öyrətdiklərini

özün nə üçün yerinə yetirmirsən? Nə baş versə də döz. Öz həyəcanlarını gizlət,

gülümsə və döz”.

Mən yenə işləməyə başladım. Əsəbiləşməyimə və həyatdan gileylənməyimə

son qoydum. Yenə və yenə özümə deyirdim: “Bu baş verib. Mən heç nəyi dəyişə

bilmərəm. Amma mən, onun mənə məsləhət elədiyi kimi, dözə bilərəm və

dözəcəyəm də”. Özümü büsbütün işimə həsr etdim, bütün mənəvi və fiziki

gücümü ona verdim. Əsgərlərə – kimlərin isə oğullarına və qohumlarına

məktublar yazırdım. Yaşlılar üçün axşam kurslarına yazıldım. İstəyirdim ki, yeni

maraqlarım və təzə dostlarım olsun. Həyatımın necə dəyişdiyinə inanmaq mənə

çətindir. Mən geri dönməyəcək keçmişə ağı deməyə son qoydum. İndi hər bir

günümü bacım oğlumun mənə arzuladığı kimi, sevinclə yaşayıram. Mən

həyatımla barışdım. Mən indi əvvəllər nə vaxtsa olduğundan da şən və tamhəcmli

həyat yaşayıram”.

Elizabet Konnli bizim hamımızın tez və ya gec başa düşmək məcburiyyətində

olduğumuzu – məhz bunu dərk etdi ki, biz qaçılmaz olanla barışmalı və onu

hesaba almalıyıq. “Bu, belədir. Bu, başqa cür ola da bilməz”. Bu dərsi

mənimsəmək çətin deyil. Bunu hətta taxt-tacda əyləşən padşahlara da yadda

saxlamaq lazım gəlir. Mərhum V Georq bu sözləri çərçivəyə saldırıb Bukingem

sarayında öz kitabxanasının divarından asmışdı: “Qeyri-mümkün olanı tələb

etməməyi və geri dönməyəcək nəyin isə dərdini çəkməməyi mənə öyrət”. Eyni

fikir Şopenqauer tərəfindən aşağıdakı şəkildə ifadə olunmuşdur: “Ömür

səyahətinə hazırlaşarkən kifayət edəcək qədər dözüm ehtiyatı birinci dərəcəli

əhəmiyyət kəsb edir”.

Aydındır ki, tək bircə şərait bizi nə bəxtəvər edir, nə də bədbəxt. Onlara necə

reaksiya göstərdiyimizdir vacib olanı. Hisslərimizi müəyyən edən məhz bizim

reaksiyamızdır.

Bədbəxtçiliyi və faciəni hamımız yaşaya və onların üzərində qələbə çala

bilərik, əgər biz bunu etmək məcburiyyətində qalarıqsa. Bizə belə görünə bilər

ki, bunu bacarmarıq, lakin biz daxili qüvvənin elə heyrətamiz resurslarına

malikik ki, onlar bizə, əgər bircə onları istifadə etsək, hər şeyə tab gətirməyə

kömək edəcək. Biz özümüz bunu təsəvvür etdiyimizdən güclüyük.

Mərhum But Tarkinqton

72

həmişə deyirdi: “Mən həyatın mənə sırıdığı hər



şeyə tab gətirə bilərdim, yalnız bir şeydən başqa: kor olmaq. Bu, dözə

bilməyəcəyim yeganə şeydir”.

Bir dəfə, Tarkinqtonun yaşı altmışdan çox olanda o, döşəməyə sərilmiş

xalçaya baxır. Rənglər yayılırdı. O, naxışları seçə bilmirdi. Tarkinqton

mütəxəssisə müraciət etdi. Qorxunc həqiqəti öyrənməli oldu: o, görmə

qabiliyyətini itirirdi. Onun bir gözü, demək olar, heç görmürdü, o biri gözü də

sıradan çıxmalı idi. Onun üzərinə hər şeydən çox qorxduğu uçub tökülmüşdü.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə