Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə165/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   161   162   163   164   165   166   167   168   ...   208

Diri-diri basdırılacağımla bağlı qorxu bundan da sarsaq imiş: heç on milyon

nəfərdən də birinin diri-diri basdırıla biləcəyini təsəvvür eləmək qeyri-

mümkündür; axı mən bunun başıma gələ biləcəyinə görə həm də ağlayırdım. Hər

səkkiz nəfərdən biri xərçəngdən ölür. İndi ki mən nəyə görə isə narahat olmağa

meyilli idimsə, ildırım vuraraq öləcəyimdən və ya diri-diri basdırılacağımdan

çox, xərçəngdən öləcəyimdən qorxmalı idim.

Tamamilə aydındır ki, bu cür söhbət gənclik və cavanlıq üçün səciyyəvi olan

haldan gedir. Lakin yaşlı adamların da həyəcanlandıqlarının əksəriyyəti, demək

olar, eynilə absurddur. Biz öz narahatlıqlarımızın onda doqquzunu dərhal

kənarlaşdıra bilərdik, əgər qorxularımızın böyük ədədlər qanununa uyğun

olaraq, özünü doğruldub-doğrultmadığını müəyyən etmək üçün kifayət edəcək

müddət ərzində narahat olmaya bilsəydik.

Londonda yerləşən dünyanın ən məşhur sığorta kompaniyası “Lloyd”

insanların çox nadir hallarda baş verə biləcəklərlə bağlı narahat olmaq meyilləri

üzərində milyonlar qazanıb. Bu kompaniya ona müraciət edən adamlarla mərc

qoşur ki, onları narahat edən bədbəxtliklər heç vaxt baş verməyəcək. Amma

firma bunu mərc qoşmaq adlandırmır. O, bunu sığortalamaq adlandırır. Lakin,

əslində, onlar böyük ədədlər qanunundan çıxış edərək, həqiqətən də, mərc

qoşurlar.

Bu nəhəng sığorta şirkəti artıq iki yüz ildir çiçəklənir. Və əgər insanın təbiəti

dəyişməsə, kompaniya böyük ədədlər qanununa uyğun olaraq, heç də bizim

təsəvvür etdiyimiz kimi, elə də tez-tez baş verməyən çəkmələri və gəmiləri

bədbəxt hadisələrdən sığortalamaqda davam edərək hələ əlli əsr də mövcud

olacaq və çiçəklənəcək. Əgər biz böyük ədədlər qanunu ilə tanış olarıqsa, onda

aşkar edəcəyimiz faktlar bizi tez-tez sarsıdacaqdır. Məsələn, əgər bilsəydim ki,

növbəti beş il ərzində mənə Gettisberq yaxınlığında baş verən döyüş kimi bir

qanlı döyüşdə iştirak etmək lazım gələcək, dəhşətə gələrdim. Vəsiyyətnaməmi

yazar və bu fani dünyadakı işlərimin hamısını qaydaya salardım. Fikirləşərdim:

“Çox güman, bu döyüşdən sağ çıxa bilməyəcəyəm və buna görə də qalan bir neçə

ili bacardıqca yaxşı yaşamalıyam”. Lakin böyük ədədlər qanununa uyğun olaraq,

faktlar deyir ki, dinc dövrdə əlli yaşından əlli beş yaşına qədər yaşamağa cəhd

etmək elə Gettisberq yaxınlığındakı döyüşdə iştirak etmək qədər təhlükəli və

ölümcüldür. Mən aşağıdakını nəzərdə tuturam: dinc dövrdə əlli yaşından əlli beş

yaşına qədər insanların hər min nəfərindən ölənlərin sayının nisbəti Gettisberq

yaxınlığında döyüşən 163 000 əsgərdən hər min nəfəri arasında həlak olanların

sayı nisbəti qədərdir.

Bu kitabın bir neçə fəslini Ceyms Simpsonun Kanadada Qayalıq Dağlardakı

Bou gölünün sahilində yerləşən Nam-Ti-Taxedəki ovçu evində yazmışam. Bir

dəfə yayda orada San-Fransiskodan olan cənab və xanım Herbert H.Selincerlə

tanış oldum. Sakit, yumşaqürəkli xanım Selincer məndə özü haqqında maraqlı bir

qadın təəssüratı yaratdı. Necə oldusa, bir dəfə axşam yanan budaqların alovunun

necə uğuldadığına qulaq asanda ondan həyatında nə vaxtsa narahat olub-

olmadığını soruşdum. “Bir neçə dəfə, – deyə o cavab verdi. – Narahatlıq az qala

mənim həyatımı puç etmişdi. Onu adlamağı öyrənənə qədər həyatım on bir il

ərzində özümün yaratdığım cəhənnəm olub. Mən əsəbi və tez özümdən çıxan

idim. Ağlasığmaz gərginlik içində yaşayırdım. Olurdu ki, yaşadığım San-Mateodan

downloaded from KitabYurdu.org



bazarlıq eləmək üçün hər həftə San-Fransiskoya gəlirdim. Mağazaları gəzdiyim

vaxt ərzində özümü tamamilə ümidsiz vəziyyətə salırdım: “Birdən ütünü

söndürmək yadımdan çıxıb? Bəlkə evimiz od tutub yanıb. Birdən qulluqçu qadın

qaçıb gedib və uşaqlar tək qalıb. Birdən uşaqlar velosiped sürməyə gedib və

onları maşın vurub?” Bazarlığın ən qızğın vaxtında elə həyəcanlanırdım ki, məni

soyuq tər basırdı. Özümü dərhal avtobusa çatdırır və hər şeyin qaydasında oldu-

ğuna əmin olmaq üçün evə şütüyürdüm. Qəribə deyil ki, birinci nikahım fəlakətlə

başa çatdı.

İkinci ərim hüquqşünasdır. O, analitik təfəkkür tərzli sakit insandır. O, heç

vaxt heç nəyə görə narahat olmur. Mən gərgin və həyəcanlı olanda o, adətən,

deyir: “Toxtaq ol. Gəl vəziyyəti götür-qoy edək... Sən indi, əslində, nədən

narahatsan? Gəl böyük ədədlər qanununu tətbiq edək və baxaq bu baş verə

bilərmi?”

Məsələn, yadımdadır ki, biz bir dəfə avtomobillə Nyu-Meksiko ştatının

Albukerke qəsəbəsindən Karlsbad mağaralarına doğru torpaq yolla gedirdik və

qəfildən fırtına ilə dəhşətli leysan başladı. Avtomobil gah sürüşür, gah da təkərlər

yerində boş-boşuna fırlanırdı. Biz onu idarə edə bilmirdik. Əmin idim ki, biz

yolun kənarlarındakı kanallardan birinə sürüşüb düşəcəyik. Amma ərim elə hey

təkrar edirdi: “Mən çox asta sürürəm. Çox güman, heç nə baş verməməlidir. Hətta

əgər maşın sürüşüb kanala düşsə də, biz, böyük ədədlər qanununa görə, ziyan

çəkməyəcəyik”. Onun sakitliyi və əminliyi mənə də sirayət etdi.

Bir dəfə biz Kanadada Qayalıqlar arasındakı Tunen dərəsinə səyahətə

yollanmışdıq. Orada başımıza belə bir hadisə gəldi. Gecə dəniz səviyyəsindən

yeddi min fut yüksəklikdə çadırları qurduq. Birdən fırtına qalxdı. Külək bizim

çadırımızı parça-parça edə bilərdi. Çadırlar troslarla taxta döşəməyə

bərkidilmişdi. Üstdəki çadır birdən yelləndi və titrədi, biz küləyin vıyıltısını

eşitdik. Hər dəqiqə mənə belə gəlirdi ki, çadır indicə qırılacaq və havaya uçacaq.

Dəhşətdən özümdə deyildim. Amma ərim yenə və yenə təkrar edirdi: “Qulaq as,

əzizim, biz “Bryuster” firmasının bələdçiləriylə birlikdə səyahət edirik. Belə

çadırlar bu dağlarda artıq altmış ildir ki, qurulur. Və bizim çadırımız burada neçə

mövsümdür ki, qoyulur. İndiyə qədər onu külək qoparmayıb və böyük ədədlər

qanununa görə, onu bu gecə də qoparmayacaq; amma bu baş verərsə də, biz

başqa bir çadırda özümüzə yer tapa biləcəyik. Odur ki, toxtaq ol və sakitləş...”

Mən onun məsləhətinə əməl etdim və həmin gecənin qalan hissəsini möhkəm

yatdım.

Kaliforniyanın bizim yaşadığımız hissəsini bir neçə il əvvəl poliomielit



epidemiyası bürümüşdü. Əvvəlki vaxtlarda mən bundan isterikaya düşərdim.

Lakin ərim məni toxtaq olmağa inandırdı. Biz ixtiyarımızda olan bütün ehtiyat

tədbirlərini gördük. Biz uşaqlarımıza adamların çox olduğu yerlərə getməyə

icazə vermirdik, onları məktəbə və kinoya buraxmırdıq.

Səhiyyə şöbəsinin məlumatları ilə tanış olduqda gördük ki, Kaliforniyanın

tarixində baş verən ən ağır poliomielit epidemiyasının vaxtında bütün ştatda

cəmi 1835 uşaq ziyan çəkmişdi. Adətən, olan rəqəm isə 200 və ya 300 təşkil

edirdi. Bu rəqəmlər dəhşətə gətirsə də, biz, bununla belə, hesab edirdik ki, böyük

ədədlər qanununa görə, istənilən uşağın epidemiyanın qurbanı ola bilməsi şansı

elə də böyük deyildir.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə