Az ərbaycan Respublikası Sə hiyy ə Nazirliyi kollegiyasının 29 mart 2010 -cu IL tarixli


EPO  ilə  müalicənin  effektivliyinə  təsir  edən  proqnostik



Yüklə 331,06 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix30.04.2018
ölçüsü331,06 Kb.
#40450
1   2   3   4   5   6   7   8   9   10   11

 

27 


EPO  ilə  müalicənin  effektivliyinə  təsir  edən  proqnostik 

faktorlar.  EPO-nun  istifadəsinin  uyğunluğu  haqda  əsaslandırılmış 

qərarların  qəbul  edilməsi  məqsədi  ilə  müalicənin  effektivliyinə  təsir 

edən proqnostik faktorların təyin edilməsi vacibdir. 

Əvvəllər  EPO-nun 

qan 

zərdabında 



başlanğıc  (bazal) 

konsentrasiyasına    böyük  diqqət  verilirdi.  Bu  kriteriyanın  istifadəsi 

ona əsaslanmışdır ki, endo EPO çatışmazlığı olan anemiyalı xəstələr 

rEPO-ya  daha  yaxşı  cavab  verməlidirlər,  nəinki  anemiyalı,  lakin 

adekvat  EPO  hasili  olan  xəstələr.  Bu  fərziyyə  bütün  tədqiqatçılar 

tərəfindən təsdiq edilməmişdir və buna görə də, rEPO ilə müalicənin 

proqnozunun  universal  üsulu  ola  bilməmişdir.  ASH⁄ASCO  2007 

konsensusuna  müvafiq  olaraq,  endo  EPO-nun  miqdarının  təyini 

yalnız  MDS  xəstələrində  tələb  olunur  (effektivliyi  əvvəlcədən 

deməyə imkan verir). 

rEPO istifadəsinin effektivliyini proqnozlaşdırmağa imkan verən 

bir  neçə  model  işlənib  hazırlanmışdır.  Bu  modellərin  əsasında  iki 

kriteriya  durur:  endo  EPO-nun  səviyyəsinin  anemiyanın  dərəcəsinə 

uyğunsuzluğu  və  rEPO  istifadəsinin  ilkin  mərhələlərində  ilk 

terapevtik  effektlərin  qiymətləndirilməsi.  rEPO-ya  adekvat  cavab 

M/Q  nisbəti  ilə  təyin  edilir,  burada  M  –  qan  zərdabında  EPO-nun 

müşahidə olunan səviyyəsi, Q – EPO-nun hipotetik artmış səviyyəsi, 

hansı ki, anemiyanın bu dərəcəsində güman oluna bilər. Əgər xəstədə 

M/Q  0,9-dan  çoxdursa,  çox  güman  ki,  rEPO-nun  istifadəsi  qeyri-

effektiv olacaq, bu da ÇM və QHL xəstələrində böyük çoxmərkəzli 

tədqiqatlarla  sübut  edilmişdir.  M/Q<0,9  nisbəti  olan  60-80% 

xəstələrdə rEPO-ya cavab alınmışdır, M/Q>0,9 nisbətində isə  yalnız 

10-41% xəstədə cavab qeyd olunmuşdur. 

İlkin  terapevtik  cavabın  əlamətlərinin  qiymətləndirilməsinə 

əsaslanan  modeldə  effektivlik  kriteriyası  qismində  retikulositlərin 

miqdarının  artması  istifadə  olunur.  Əgər  müalicədən  iki  həftə  sonra 

(paralel  olaraq  kimyəvi  terapiya  alan  xəstələr  üçün  dörd  həftə) 

xəstədə  retikulositlərin  sayı  40 000/ml  və  daha  çox  artırsa,  o  zaman 

yüksək əminliklə rEPO istifadəsinin effektivliyini proqnozlaşdırmaq 

olar. Əgər birinci 4 həftə ərzində xəstədə Hb-nin səviyyəsinin 10 q/l 

və daha çox qalxması müşahidə edilirsə, bu əminlik daha çox artır.  

rEPO ilə terapiyadan bir-iki həftə sonra qan zərdabında həll olan 

trasferrinin  səviyyəsinin  kifayət  qədər  qalxması  proqnozun  əlverişli 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

28 


faktoru sayılır. Əgər konkret xəstədə bu proqnostik faktoru EPO-nun 

ilkin  səviyyəsi  ilə  birgə  nəzərə  alsaq,  proqnozun  dəqiqliyi  88%-ə 

çatır. 

Proqnostik  faktorların  hərtərəfli  təhlilinin  aparılması  zamanı 



müəyyən  edilmişdir  ki,  Hb>5  q/l  və  EPO-nun  ilkin  səviyyəsinin 

<100  v⁄ml  daxil  olduğu  kombinə  olunmuş  göstərici  rEPO 

istifadəsinin  effektivliyini  ≥95%  dəqiqliklə  proqnozlaşdırmağa 

imkan verir. 

İki  həftə  müalicədən  sonra  zərdab  EPO-sunun,  ferritin  və 

dəmirin, eləcə də, C reaktiv zülalın artması da sümük iliyinin rEPO-

ya müsbət cavab reaksiyası ilə korrelyasiya edir.  

Əgər  endo  EPO-nun  miqdarı  məlum  deyilsə,  müalicənin  ilkin 

mərhələsində  Hb-nin  konsentrasiyasının  artması  və  ferritinin  <400 

nq/ml  ilkin  səviyyəsi  daxil  olan  kombinə  edilmiş  göstəricidən 

istifadə etmək olar, bu da dəqiq proqnoz verməyə imkan yaradır.  

Hipoxrom  eritrositlərin  miqdarı  <5%,  retikulositlər  >50 000/ml, 

zərdab  ferritininin  100  nq/ml-dən  və  transferrinin  doymasının      

20%-dən az olmaması da rEPO terapiya üçün əlverişlidir. 

MDS-li  xəstələrdə  rEPO-ya  cavab  reaksiyası  haqda  fikir 

söyləmək cəhdləri göstərdi ki, proqnostik faktorlar nə yaşa, nə cinsə, 

MDS diaqnozunun qoyulduğu və ya hemotransfuziyaların başlandığı 

vaxta aid deyil. Bu kateqoriyalı xəstələrdə daha qiymətli proqnostik 

faktor  –  endo  EPO-nun  ilkin  konsentrasiyasıdır.  rEPO-ya  cavab 

reaksiyası  qan  zərdabında  EPO-nun  səviyyəsi  ≤500  BV/l  olduqda 

daha  dəqiqdir.  rEPO  ilə  müalicəyə  daha  çox  cavab  verən  MDS-li 

xəstələrin  fərqləndirici  əlamətləri  aşağıdakılardır:  döş  sümüyü 

punktatının 

göstəricilərinə 

əsasən 


blastoz 

<5%, 

eritroid 

hüceyrələrinin kifayət qədər həcmi və normal kariotip.  

HEMOBLASTOZLARIN MÜXTƏLĠF FORMALARINDA 

ANEMĠYALARIN MÜALĠCƏ XÜSUSĠYYƏTLƏRĠ 

Yuxarıda  hemoblastozlar  zamanı  anemiyaların  müalicəsinə  dair 

ümumi tövsiyələr verilmişdir. Aşağıda isə hemoblastozların müxtəlif 

formalarında 

meydana 

çıxan 


anemiyaların 

müalicəsindən 

danışılacaq. 

Mieloid  leykozlar  zamanı  anemiyaların  müalicəsi.  Mieloid 

şişlər  –  XML  və  XiMF  zamanı  rEPO-nun  effektiv  istifadəsi  haqda 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

29 


tək-tək  işlər  mövcuddur.  Bu  xəstəliklər  zamanı  inkişaf  edən 

anemiyanın patogenezində əsas faktor şiş hüceyrələri tərəfindən ifraz 

edilən sitokinlərlə endo EPO və reseptorlarının supressiyasıdır. Belə 

tədqiqatların  sayı  azdır,  görünür  bu  da  bədxassəli  prosesin  güman 

edilən riski ilə bağlıdır. 

Mieloid  leykozlar  zamanı  rEPO-nun  istifadəsində  ilk  müsbət 

nəticələr  XX  yüzilliyin  90-cı  illərinin  əvvəllərində  alınmışdır.  EPO-

terapiyanın  hemotransfuziyalardan    aşkar    üstünlüyü    sonrakı  

tədqiqatların    nəticələri    ilə    sübut  edilmişdir.  Nəticələr  göstərdi  ki, 

XiMF  zamanı  anemiyalı  xəstələrin  55%-də  rEPO-nun  istifadəsi 

müsbət cavab almağa imkan verir. 

XLL  zamanı  anemiyanın  müalicəsi.  XLL  zamanı  autoimmun 

sitopeniyaların  səviyyəsi  ümumi  əhalidə  olduğundan  çoxdur.  İstilik 

autoimmun  hemolitik  anemiyası  (AİHA),  immun  trombositopeniya 

(İTP)  və  parsial  qırmızı  hüceyrəli  aplaziya  4-40%,  1-2%  və  <1% 

səviyyəsinə  müvafiq  baş  verir.  Bu  fəsadlar  xüsusilə  xəstəliyin 

yayılmış  mərhələsi  olan  xəstələrdə  diaqnoz  qoyulan  zaman, 

xəstəliyin gedişi boyu müəyyən edilə bilər.  

Bir neçə tədqiqat AİHA ilə purin analoqları ilə müalicə arasında 

əlaqə  olduğunu  təsdiq  edir.  İstilik  AİHA  aşkar  edilən  xəstələri 

idiopatik  AİHA-lı  xəstələrin  müalicəsində  istifadə  edilən 

protokollarla müalicə etmək tövsiyə edilir (C).  

Purin  analoqları  ilə  terapiyadan  sonra  inkişaf  edən  autoimmun 

sitopeniyalar  çox  zaman  ciddi  olur  və  ölümlə  nəticələnə  bilər. 

Postfludarabin  AİHA  inkişaf  edən  xəstələrin  böyük  əksəriyyətində 

fludarabinin  təkrar  qəbulu  zamanı  hemolizin  residiv  verməsi  qeyd 

olunmuşdur.  Siklosporin  A  almış  az  sayda  xəstələrdə  fludarabinlə 

təkrar terapiyanın müvəffəqiyyətlə aparılması barədə məlumatlar yer 

almışdır.  Purin  analoqları  ilə  əlaqədar  əvvəllər  immun  sitopeniya 

inkişaf  etmiş  xəstələrə  purin  analoqları  ilə  təkrar  müalicə  məsləhət 

görülmür (B).  

Purin analoqları ilə müalicə ilə bağlı hemolizsiz, düz antiqlobulin 

testlərinin  müsbət  olduğu  xəstələrdə  AİHA  riski  məlum  deyildir. 

Hemoliz  bütün  hallarda  baş  verməsə  də,  purin  analoqları  ehtiyatla, 

hemoqlobinin  səviyyəsinin  və  düz  antiqlobulin  testinin  müntəzəm 

nəzarəti ilə istifadə edilməlidir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 331,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə