Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə3/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   2   3   4   5   6   7   8   9   ...   234

9

gigiyena  institutunun  rəhbəri  olmuşlar.  1945-ci  ildən  assistent 

kimi  fəaliyyətə  başlayan Tağı  Ələkbər  oğlu Tağızadə  ömrünün 

sonuna qədər kafedrada çalışmışdır.

Professor  İ.Axundovun  faciəli  vəfatından  sonra  kafedraya 

1952-ci ildən 1964-cü ilə qədər professor Pyotr Petroviç Popov 

rəhbərlik  etmişdir.  O,  kafedra  müdiri  olmaqla  yanaşı,  eyni  z a-

man da Malyariya və Tropik təbabət institutunun direktoru vəzi-

fəsini daşımışdır. Bu dövrdə kafedrada 2 assistent – T.Tağızadə 

və Ə.S.Mərdanlı, həmçinin 2 aspirant – R.Ə.Bayramova və Ş.N .

Həsənov işlə miş dir. Ə.Mərdanlı sonralar kafedranın do senti o l-

muş və ömrünün sonuna qədər kafedrada işləmişdir. Ş.Həsə nov 

sonralar  epidemiologiya  kafedrasının  baş  müəllimi,  dosenti  və 

yoluxucu  xəstəliklər  kafedrasının  dosenti  olmuşdur.  R.Bayra-

mova isə ATU-nun mikrobilogiya və immunologiya kafedrasının 

pro fesso ru olmuşdur.

1964-cü ildən 1992-ci ilə qədər kafedraya əməkdar elm xa -

dimi,  professor  T.Tağızadə  rəhbərlik  etmişdir.  O,  1964-cü  ildə 

dok torluq dissertasiyası müdafiə etmiş, 1965-ci ildə professor e l mi 

adını almış, bütün ömrü boyu ATU-nun epidemiologiya kafedra-

sında işləmişdir. Müxtəlif illərdə (1962–1966, 1981) Azərbaycan 

SSR Səhiyyə Na zir liyinin ET Tibbi Parazitologiya və Tropik T ə-

babət  İnstitutunun  di rek toru  olmuşdur.  Elmi-tədqiqatları  əsa sən 

leptospiroz, malyariya, helmintozlar və salmanelloz xəstə li yi nin 

müalicə  və  profilaktikasına  həsr  edilmişdir.  Azərbaycan  SSR 

Epidemioloqlar, Mikrobioloqlar və Pa  ra  zi to loq  lar Elmi c ə miy  yə-

ti nin sədri olmuşdur (1974-cü ildən). T.Ə.Tağızadə “S ə hiy yə əla-

çısı” döş nişanı (1954), “Şərəf nişanı” ordeni və medallarla təltif 

edilmiş,  1981-ci  ildə  “Əmək dar  elm  xadimi”  fəxri  adına  layiq 

g örülmüşdür.

T.Tağızadənin təşəbbüsü sayəsində epidemiologiya fənninin, 

di gər respublikalarda olduğu kimi, müalicə-profilaktika, pediat-

riya, sto ma tologiya fakültələrində də tədrisinə nail olunmuşdur.

Professor T.Tağızadə  kafedranın  maddi-texniki  bazasını  g e-

nişlən dirməklə yanaşı, tədrisin keyfiyyətinin yüksəldilməsinə və 

kadr ha zırlığına da xüsusi diqqət yetirmişdir. Hazırda kafedranın 

elmi dərəcəsi olan əməkdaşlarının əksəriyyəti onun yetir mə lə ri-



10

dir. Professor T.Ta ğızadənin rəhbərliyi altında 11 doktorluq, 27 

n a mi zədlik disser ta siyası müdafiə edilmişdir. Tibb elm ləri dok-

torları İbadulla Əliağa oğlu Ağayev və Məhərrəm Zül füqar oğlu 

Niftullayev hazırda kafed rada öz fəaliyyətlərini davam etdirirlər. 

Biologiya elmləri doktoru F.P.Ələkbərov ömrünün sonuna qədər 

kafedranın pro fes soru vəzifəsində işləmişdir.

Kafedra  yarandığı  ilk  günlərdən  tədris  işi  ilə  yanaşı,  elmi-

təd  qi qat  işinə  də  geniş  yer  ayırmışdır.  Elmi  işlərin  əsas  isti qa-

mət ləri  res publikamızın  ölkə  patologiyası  və  səhiyyənin  aktual 

problemləri nə zərə alınmaqla planlaşdırılır. Belə ki, ka  fedra təş-

kil olunan ilk illərdə malyariya, qayıdan yatalaq, dəri leyş ma ni-

ozu, pappataçi qız dır ması kimi xəstəliklərin epidemiologiyasının 

öyrənilməsinə  geniş  yer  ve ri lirdisə,  sonralar  T.Tağız a dənin  rəh-

bər liyi  altında  leptospiroz  prob le mi nin  hər tərəfli  öyrə nil məsinə 

dair silsilə elmi-tədqiqat işləri apa rıl mışdı. Alınan elmi nailiy yət-

lər  nəticəsində  kafedranın  nəzdində  təşkil  olunmuş  lep to s piroz 

labo ratoriyası keçmiş Zaqafqaziya və Orta Asi ya Respublikaları 

üçün metodik mərkəz kimi qəbul olunmuşdu.

Epidemiologiya kafedrasına 1992-ci ildən Əməkdar elm x a-

dimi, Əməkdar müəllim, professor İbadulla Əliağa oğlu Ağayev 

rəhbərlik edir. 




11

Vətən Epidemioloqları

Axundov  İsmayıl  Əbdulxalıq  oğlu  –  08.12.1897-ci  ildə 

Şama xıda  anadan  olmuş,  22.03.1952-ci  ildə  Moskva  şəhərində 

faciəli  şəkildə  vəfat  etmişdir.  Görkəmli  epidemioloq,  parazito-

loq, tibb elmləri doktoru (1937), professor (1939). İ.Ə.Axundov 

1920-ci  ildə  Azərbaycan  Demokratik  Res pub likası  tərəfindən 

Almaniyaya  Münhen  universitetinin  tibb  fa kül təsinə  təhsil  a l-

mağa göndərilmiş və 1925-ci ildə oranı əla qiy mətlərlə bitirmiş-

dir. 1925–1928-ci illərdə Hamburq tropik insti tutunda professor 

Martininin  yanında  assistent  vəzifəsində  çalış mış dır.  1928-ci 

il də vətənə qayıtmış, Azərbaycan tropik institu tun da e n to moloji 

şöbəsinin  müdiri  kimi  fəaliyyətə  başlamışdır.  1929–1946-cı  i l-

lərdə Tropik institutda şöbə müdiri, eyni zamanda ATİ-nin ölkə 

patologiyası kafedrasının dosenti (1931-1942), Ba kı tropik stan-

siyasının direktoru (1934-1939), Həkimləri Təkmil ləş dirmə İns-

titutunda  tropik  xəstəlikləri  kafedrasının  müdiri  (1939–1940), 

Səhiyyə Nazirliyinin malyariya ilə mübarizə şöbə si nin rəisi v ə-

zi  fəsində çalışmışdır (1943–1952). 1941-ci ildən 1943-cü ilə q ə-

dər Zaqafqaziya hərbi dairəsinin baş epidemioloqu olmu ş dur.

1943-cü  ildə  N.Nərimanov  adına ADTİ-nin  epidemiologiya 

kafedrasını  yaratmış  və  ömrünün  sonuna  qədər  (1952)  orada 

müdir olmuşdur. Əsas tədqiqat işləri malyariyanın epidemio lo gi-

ya  sına,  kimyəvi  profilaktikasına  və  keçiricilərin  biologiyasına, 

eko  lo gi yasına,  faunasına  və  yayılmasının  öyrənilməsinə  həsr 

olun   muş dur.  O,  bu  sahəyə  40-dan  artıq  elmi  məqalə  və  1  m o-

noq rafiya  həsr  etmişdir.  Onun  əməyi  dövlət  tərəfindən  yüksək 

qiy mətləndirilmiş, “Şərəf nişanı” ordeni, “Qafqazın müda fiə sinə 

görə”, “Almaniya üzərində qələbə”, “Vətən müharibəsi illə rində 

şərəfli  əməyə  görə”  medalları,  “SSRİ  Səhiyyə  Əlaçısı”  döş 

nişanı,  SSRİ  və Azərbaycan  SSR  Səhiyyə  nazirliklərinin  fəxri 

fərmanları ilə təltif edilmişdir.



Pyotr  Pyotroviç  Popov  –  27.06.1888-ci  ildə  Peterburqda 

anadan olmuş, 11.07.1964-cü ildə Moskva şəhərində dünyasını 

dəyişmişdir.  Görkəmli  epidemioloq,  parazitoloq,  əməkdar  elm 

x adimi (1949), tibb elmləri doktoru (1926), professor(1930).




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə