Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   2   3   4   5   6   7   8   9   ...   68


 
uyqulamaqda  idi.  “Qacar  Yasası”na  görə  vəliəhdin  sadəcə,  atası  deyil,  anası  da 
Qacar  soyundan  olmalı  idi.  Məhəmmədəlinin  atası  Qacar  soylu  olmadığı  üçün 
vəliəhd olma şansı yox idi. 
Baba  Xanın  ikinci  oğlu  Abbas  Mirzə  idi.  Abbas  Mirzənin  anası  Qacar 
soyunun  Dollu  boyundan  idi.  Dollu  boyu  Ağaməhəmməd  Xanın  iqtidara 
yüksəlməsinə  yardım  etmişdi.  Ağaməhəmməd  Xan  Qacar,  bu  soydan  olan  Asiya 
xanımı  qardaşı  oğlu  Baba  Xanla  evləndirmişdi.  İmperatorluq  mirasını  bu  qadının 
doğuracağı  çocuğa  buraxmaq  istəyirdi.  Toy  günü  padşah  özü  gəlinin  dəvəsinin 
cilovunu  çəkmişdi.  Qacar  törəsinə  görə  gəlin  gəldiyi  evin  ocağının  daşını  öpməli 
idi. Bütün bu mərasim boyu padşah gəlinə yoldaşlıq etmişdi. 
Bəzi  rəvayətlərə  görə  Ağaməhəmməd  Xan  Qacar,  Dollu  Asiyanı,  hətta 
mövcud  vəliəhd  Baba  Xanın  anasından  da  daha  artıq  dəyərləndirirmiş.  Zəif 
bünyəsi olan Dollu Asiya, Baba Xana iki oğul doğduqdan sonra vəfat etmişdir. 
Asiyanın  doğduğu  ilk  çocuq  Abbas  Mirzə  idi.  Abbas  Mirzə  hələ  südəmər 
çocuqkən  Ağaməhəmməd  Xanın  iradəsi  üzərinə  fərzi  vəliəhd  olaraq  duyurulmuş 
və ta çocuq yaşlarından Naib-ül Səltənə (səltənətin varisi) kimi tanınmışdır. 
Abbas Mirzə dörd yaşında ikən bilinməz bir xəstəliyə yaxalanır. Bu xəstəlik 
onun  vücudunu  çox  etkiləyir.  Çocuğun  müalicəsi  üçün  Ağaməhəmməd  Xan 
ölkənin ən ünlü həkimlərini saraya çağırtdırır. Belə anlaşılır ki, həkimlərin müalicə 
edə bilmədikləri bu bilinməz xəstəlik  Abbas Mirzənin  yetkinlik çağında öz-özünə 
sağalmışdır. Ya da Qaspar Druvilin (Gaspard Drouville) dediyi kimi Abbas Mirzə 
ağır  idmanlar  və  bədən  eyitimi  yoluyla  bu  xəstəliyi  yenməyi  başarmışdır.  14-25 
yaşları arasında Şahzadə onu tanıyan bütün çevrəsini cismən güclü olan bir insan 
kimi  etkiləmişdi.  Bu  yaşlarında  çəkilmiş  rəsmlər  də  onun  yaraşıqlı,  görüntülü  və 
güclü olduğunu göstərməkdədir. Ancaq 30 yaşından sonra əski xəstəliyi təkrar baş 
qaldırmağa  başlayır.  İngilis  cərrah  Karmek,  Abbas  Mirzənin  sümük  (kəmik) 
xəstəliyinə yaxalandığını sezmişdir. 
Abbas  Mirzə  yeddi  yaşından  etibarən  süvarilik,  ox  atma,  qılınc  və  güləş 
kimi bir çox savaş fənlərini öyrənməyə başlamışdı. Yeni təsis edilmiş Tehran, ağ 
torpaqdan  yapılmış  qala  divarları  ilə  səciyyələnirdi.  Abbas  Mirzə  və  qardaşları 
səkkiz  yaşlarına  qədər  Tehrandan  başqa  bir  şəhər  görməmişdilər.  Hər  kəs  belə 
düşünürdü  ki,  Ağaməhəmməd  Xan  Qacar  tərəfindən  tərcih  edilən  Abbas  Mirzə, 
özündən  bir  neçə  həftə  böyük  olan  ögey  qardaşı  Məhəmmədəli  (Dövlət  Şahı)  ilə 
iqtidar  və  vəliəhdlik  uğrunda  savaşacaqdır.  Hər  iki  şahzadənin  həm  açıq,  həm  də 
gizlin  dostları  var  idi.  Məhəmmədəlinin  yandaşları  Abbas  Mirzənin  xəstəliyini 
daima  anımsataraq  Ağaməhəmməd  Xan  Qacarı  etkiləyib,  onu  Abbas  Mirzə 
haqqında  verdiyi  Naib-ül  Səltənəlik  qərarından  vaz  keçirməyə  çalışırdılar. 
Məhəmmədəli,  Abbas  Mirzə  qədər  yaraşıqlı  və  etkiləyici  olmasa  da  özbək 
anasından  iri  sümükləri  irs  olaraq  daşıyırdı.  Məhəmmədəli  beş  yaşında  süvariliyi 
öyrənmiş,  təkbaşına  at  üstündə  oturub  dövr  edirdi.  Beş  yaşında  ikən  işlərini 
gərəyincə yapmayan bəzi xidmətçiləri padşahsayağı cəzalandırmışdı. 



 
1797-ci ilin baharında Ağaməhəmməd Xan Gürcüstana hücum etmək üçün 
hazırlıq işlərinə başladı. İmperatriça Yekaterina yenicə ölmüşdü və Ağaməhəmməd 
Xan  düşünürdü  ki,  onun  varisi  olan  Birinci  Pavel  Qafqazlarla  ciddi 
ilgilənməkdədir.  Bu  üzdən  də  Ağaməhəmməd  Xana  görə  Qarabağ  xanlarının 
dərsini  vermə  zamanı  gəlmişdi.  Ağaməhəmməd  Xan,  Qarabağ  və  Xəzəryanı 
xanlıqları  özünə  tabe  edib,  vergi  almaq  fikrində  idi.  Bu  xanlıqlar  aşağıdakılardı: 
Dərbənd, Quba, Şirvan, Gəncə, Bakı, Qarabağ. 
Ağaməhəmməd  Xan  casusları  vasitəsi  ilə  Gürcüstanda  hökm  sürən 
Baqratiyon  Şahzadələrindən  birisi  ilə  gizlincə  ilişki  qurmuş,  onu  Gürcüstanın 
elbayı (valisi) edəcəyi haqda vədlərdə bulunmuşdu. 
Qarabağ  xanları  arasında  İbrahim  Xəlil  Xan  özünü  bağımsız  bir  ölkənin 
sultanı  kimi  aparırdı.  Qacarlara  qarşı  için-için  nifrət  etməsinə  baxmayaraq, 
məcburən və siyasət icabı qızlarından biri olan Ağabacı xanımı Baba Xana vermək 
zorunda  qalmışdı.  Fətəli ilə  Ağabacı arasında  evlilik çox  maraqlı olmuşdur.  Özəl 
bir  şahlıq  tərzi  ilə  Qarabağdan  Tehrana  gəlin  gətirilən  Ağabacı  xanım  bəy 
tərəfindən sevilməmişdir. Ağabacı xanım sonuna qədər bakirə qalsa da Baba Xanı 
gerçək bir sevgi ilə sevdiyi söylənilir. Bu xanım sonralar Qacar dövləti ilə Qarabağ 
xanlığı arasında münasibətlərin yaxşılaşması üçün çox işlər görmüşdü. 
Ağaməhəmməd Xan Şuşanı ələ keçirmək istəyirdi, çünkü bu üs (qərargah)  
vasitəsi ilə rusların bulunduğu Dərbəndi rahatca ələ keçirib, dəniz tərəfindən daima 
təhdid  edilən  Bakını  da  kontrol  altına  ala  bilərdi.  Əgər  yay  fəslində  savaş 
Ağaməhəmməd  Xanın  istəyi  və  planları  doğrultusunda  yürüsə  idi,  qış  fəslini 
Qarabağda  keçirməyi  düşünürdü.  Bu  səbəbdən  də  Abbas  Mirzəni  də  özü  ilə 
bərabər  apardı.  Çünkü  onu  yanında  bulundurmaqdan  xoşlanırdı.  Digər  tərəfdən, 
ona  savaş  fənləri  və  tekniklərini  öyrətmək  istəyirdi.  Naib-ül  Səltənə  Abbas 
Mirzədən  başqa  Məhəmmədqulu  Mirzə  adında  digər  bir  şahzadə  də  bu  səfərdə 
Ağaməhəmməd  Xana  eşlik  edirdi.  Ağaməhəmməd  Xanın  savaş  yoldaşı  və  yaxın 
əqrəbası  olan  Pirqulu  Xan,  Padşah  tərəfindən  bu  çocuqları  qorumaq  üçün 
görəvləndirilmişdi. 
Həyatında  ilk  kəz  olaraq  Abbas  Mirzə  Azərbaycana  ziyarət  edir  və  bu 
ölkənin  sevimli  baharının  heyranı  olurdu.  Sanki  gizlin  bir  güc  Abbas  Mirzənin 
yazqı  və  taleyinin  Azərbaycana  əbədiyyən  bağlandığını  onun  könül  qulağına 
pıçıldayırdı.  Beləcə,  Abbas  Mirzənin  Azərbaycan  sevdası  macərası  bu  torpağı 
çocuqluq  yaşlarında  qarış-qarış  gəzərək  başlayacaq  və  bütün  ruhunu,  vücudunu 
saracaqdı. Tehranda heç bir zaman çay görməyən Abbas Mirzə qarların əriməsi ilə 
çılğınca axan Araz çayının heyranı olmuşdu.  Sonralar ruslarla savaşarkən məğlub 
olan  Abbas  Mirzə  içini  və  dərdini  batılı  danışmanlarına  açacaqdı  ki,  nədən 
sevdiyim  Araz  çayı  yurdumun  bölünmüşlüyünün  rəmzi  olmalıdır?!  Arax  çayına 
olan  Abbas  Mirzənin  heyranlığı  ömrünün  sonuna  qədər  onu  tərk  etmədi.  Bəlkə 
bunun  yurdsevərlik  duyğusunun  ötəsində  başqa  bir  səbəbi  də  ola  bilər,  bəlkə  də 
Araz çayı Abbas Mirzənin həyatında gördüyü ilk böyük çay olaraq onun çocuqluq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə