Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

– Dəniz, məni çətinliyə salmaq istəyirsən?  Bu ki çox asan sualdır! Bütün dostlarımız bilir ki, yazda
ən tez zoğal və alça çiçəkləyir. Yəqin, bilirsən ki, ən gec isə nar çiçək açır. Daha sözün yoxdur ki?
– Nə sözüm olacaq! Çoxbilmiş adını sənə nahaqdan verməyiblər ki!
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Çoxbilmişlə Dənizin dialoqunu davam etdirin. 
2. Meşəbəyinin (лесничий) vəzifəsi nədir? 
3. Yaşadığınız ərazidə hansı bağ bitkiləri yetişir? Sadalayın və soruşub öyrənin.
4. Meşədə bitən ağac və kollara aid misallar deyə bilərsinizmi?
5. Deyin görək, Lənkəran, Quba, Göyçay, Ordubad, Abşeron, Zaqatala hansı mey və ­
lə ri ilə tanınır?
6. Fındıq, qoz, əzgil, zoğal bağlarda da yetişdirilir. Bəs onlar, əsasən, harada bitir?
7. Hansı quru meyvələri tanıyırsınız? Quru meyvələr daha çox Azərbaycanın hansı bölgəsində
yetişir? Bu barədə danışın.
8. Görək Çoxbilmişin dediyi tapmacanın cavabını kim daha tez tapacaq?
9. Bağınızda hansı meyvə ağacları var və onlara necə qulluq edirsiniz?
10. Meyvələrin faydası haqqında bildiklərinizi danışın.
11. Çoxbilmişlə Dənizin dialoqunun bir hissəsini rus dilinə tərcümə edərək rollar üzrə səsləndirin.
ÇOXBİLMİŞ GÜLDÜRÜR
12. Lətifələri oxuyun və Çoxbilmişlə birlikdə gülün.
– Ata, gəlmişəm səninlə yatam!
– Tək yatmaqdan qorxursan?
– Yox, yaxşı yuxular görürdüm, istədim ki, sən də görəsən.
– Nə görürdün?
– Görürdüm, mənə velosiped almısan.
****
Bir gün Molla Nəsrəddin dayanıb adamlarla söhbət edirmiş. Bir nəfər Mollaya deyir:
– Molla dayı, ora bax, bir qazan aş aparırlar!
– Mənə nə?
– Necə yəni “mənə nə”?  Aşı sizə aparırlar axı!
– Onda sənə nə?!
80
Dağlarında bahar, yaz,
Əriməyən qar olur.
Bağlarında min cürə
Meyvə olur, bar olur.
Çoxdur çayı, çəltiyi,
Portağalı, limonu.
Uşaqlar, fikirləşin,
Görək kim tapar onu? 
uuuuuuuu
SÖZLÜK'>Zeynal Cabbarzadə
dirrik – огород
iqlim – климат
bitki örtüyü – растительный покров
zoğal – кизил
tərəvəz – овощ
kifayət qədər – достаточно
SÖZLÜK
çəltik – неочищенный от шелухи рис
bar – плод
portağal – апельсин
SÖZLÜK
 Çap üçün deyil


TƏBİİ SƏRVƏTLƏRİMİZ
Neçə­neçə əsrlər bundan qabaq Yunanıstanın Delfa adlı bir yerində yunanlar gördülər ki, bir
çoban heyvanları otardıqdan sonra özünü çox qəribə aparır. Həmin çəmənlikdən keçən adamlar
isə sərxoş kimi olur, az qala dilləri tutulurdu. Yunanlar qərara gəldilər ki, bu yerlərdə “Ruh”lar
gəzişir. Sonralar məlum oldu ki, onların “Ruh” adlandırdığı naməlum qüvvə qaz imiş.
Qaz əsasən yerin altında olur. Onu qaz kəmərləri vasitəsilə min kilometrlərlə uzaqlara aparmaq
olur. İndi qazdan  sənayedə, məişətdə, müxtəlif istehsal sahələrində geniş  istifadə olunur. Qazdan
yanacaq kimi istifadə meşələrin qırılmasının qarşısını alır. Daha mənzillər odunla yox, qazla
qızdırılır.  Hətta soyuducular, istixanalar, bəzi  maşınlar da qazla işləyir.                                     
Ölkəmizdə Xəzər dənizindən neftlə bərabər, 
qaz
da çıxarılır. Xəzər dənizi qaz ehtiyatları ilə
ol duqca 
zəngindir
. Azəri, Günəşli, Çıraq, Şahdəniz  yataqlarından milyonlarla kub metr qaz çı ­
xa rılır. İndi  Azərbaycanın ən ucqar kəndləri də qazla təchiz olunur. 
Azərbaycan həm də qazı ixrac edir. Azərbaycan  qazı  kəmərlər vasitəsilə Türkiyəyə, Gürcüs­
tana, Avropa ölkələrinə göndərilir. Qazdan əldə edilən gəlir Vətənimizin* çiçəklənməsinə sərf
olunur. Yeni­yeni körpülər salınır, 
yol
lar çəkilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları
tikilir. Necə deyərlər, maddi sərvətlərimiz mədəniyyətimizin inkişafına, təbliğinə yönəldilir. 
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Suallara cavab verin və mətnin məzmununu danışın.
1) Çoban heyvanları otardıqdan sonra niyə özünü qəribə aparırdı?
2) Həmin çəmənlikdən keçən adamlar niyə sərxoş kimi olurdular?
3) Azərbaycan hansı ölkələrə qaz ixrac edir?
4) Qazdan hansı sahələrdə istifadə olunur?
5) Azərbaycanda qaz hansı yataqlardan çıxarılır?
6) Qazdan əldə edilən gəlir hansı sahələrin inkişafına yönəldilir?
2. Qazın faydası haqqında danışın. Evinizdə qazdan istifadə edirsinizmi?
3. Qazla necə davranmalı olduğunuzu bilirsinizmi? Bu barədə danışın. Unutmayın ki, qaz
həm də çox təhlükəlidir. O, bir çox partlayışların və yanğınların törədicisidir. Qazdan istifadə
za manı hər hansı bir diqqətsizlik  böyük faciələrə yol aça bilər. 
81
qüvvə – сила
sərxoş – пьяный
yanacaq – горючее
naməlum– неизвестный
məişət – быт
istixana – теплица
qəribə – странный
sənaye – промышленность
yataq – залежи
ucqar – окраинный
maddi – материальный
ixrac etmək – экспортировать
SÖZLÜK
dili tutulmaq – отнялся язык
sərf olunmaq – использоваться
mədəniyyət ocaqları – центры культуры
təbliğ etmək – пропогандировать
təchiz olunmaq – быть обеспеченным
qarşısını almaq – предпринимать
SÖZ EHTİYATI
təhlükəli – опасный
partlayış – взрыв
faciə – трагедия
SÖZLÜK
davranmaq – вести себя
törədici – производящий
yol açmaq – открыть дорогу
SÖZ EHTİYATI
 Çap üçün deyil


4. Tapmacaları oxuyun, aralarındakı ortaq cəhəti tapın. Onu niyə atlaza oxşadırlar?
5*. Azərbaycanda küləkdən və günəşdən  elektrik enerjisi alındığı barədə məlumatınız varmı?
Bunun ekologiyanın qorunmasına faydası barədə bildiklərinizi danışın.
6*. Qazdan istifadə ətraf aləmin qorunmasında hansı cəhətdən faydalıdır? 
7. Kəmərin nə olduğunu, yəqin ki, bilirsiniz. Necə düşünürsünüz, “qaz kəmərləri” birləş mə ­
sin dəki “kəmər” sözünə çoxmənalı söz demək olarmı? Fikrinizi əsaslandırmağa çalışın.   
8. Mətndə bir yerdə “vətən” sözü böyük hərflə yazılıb. Çoxbilmiş deyir ki, burada səhv var.
Çoxbilmiş düzmü deyir? Fikirlərinizi əsaslandırın. 
9. Mətndəki çəhrayı rəngdə olan sözlərlə omonimlik təşkil edən sözləri deyin, mənasını izah
edin. Həmin sözləri rus dilinə tərcümə edin.
10. Mətndə yaşıl rəngdə verilmiş sözü aşağıdakılardan hansı ilə əvəz etmək olar?
a) varlı                 b) dövlətli               c)  bol                   d) çox gözəl
DÜNYAMIZI 
BƏZƏYƏK
Rafiq Yusifoğlu  
82
Ala atlaz,
Yaşıl atlaz.
Qayçı kəsməz,
İynə batmaz.    
uuuu
Əynində atlaz,
Dənizdə batmaz.   
uuuu
Qupquru
səhraların
Gözlərinə ağ salaq.
Qolumuzu çırmayıb
Ağac əkək, bağ salaq.
Boz
çöllər 
meyvəli
bağ,
Səhralar meşə olsun.
Dünyamızın bəzəyi
Nərgiz, bənövşə olsun.
Yurdumun torpağına,
Daşına sığal çəkək.
Körpəcə
fidanların
Başına sığal çəkək.
Ətirli
çəmənlərdən
Arılar bal daşısın.
Mehriban
dünyamızda
Hamı xoşbəxt yaşasın.
Yamaclara, düzlərə
Yağış xalı toxusun.
Çiçəkli
budaqlarda
Quşlar nəğmə oxusun. 
əynində atlaz – на нём атлас
ala – пятнистый
SÖZLÜK
xalı – ковер
fidan – саженец
yamac – отрог
qupquru – совершено сухой
SÖZLÜK
bağ salmaq – разбить сад
sığal çəkmək – гладит по голове
qolunu çırmamaq – засучит рукава
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə