Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

TƏBİƏT  DÜŞÜNÜR
Ç
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Şeiri oxuyarkən üzərində ulduz işarəsi qoyulmuş sözləri yazıldığı kimi tələffüz edin.
2. Şeirdən nə nəticə çıxardınız? Şair bizləri nəyə dəvət edir? Müzakirə edin.
3. Necə düşünürsünüz, dağlara gəzməyə çıxanda şair niyə xalça götürməyi lazım
bilmir? Bəs su içmək üçün dolça götürmək, görəsən, niyə məsləhət deyil?
4.  Təbiətdə kamanı, tarı, qavalı nə əvəz edir ki, şair onları götürməyi lazım bilmir?  
Təbiətdə nəğmə oxuyan nəğməkar kimdir? Fikirlərinizi əsaslandırmağa çalışın.  
5. Səhərlər güzgü yerinə niyə gölə baxmaq tövsiyə olunur? İzah edə bilərsinizmi?
6. Tapmacanı oxuyun, cavabını tapın, çətinliyə düşsəniz, Çoxbilmişi köməyə çağırın.
YAŞIL  AYNA
Uşaqlar* moruqla* 
dolu 
vedrələri yerə qoyub 
sevincək 
pillələri 
yenidən 
aşağı düşdülər.
İradənin anası da onların dalınca düşürdü, özü də tez­tez deyirdi:
– Ay uşaqlar, yavaş­yavaş düşün, tələsməyin.
Uşaqlar* pilləkənləri 
düşüb 
dayandılar.
Artıq hava qaralmağa 
başlayırdı
. Göl də bir dənə də olsa, qayıq yox idi. Qa yıqların* hamısı
sahilə yan almışdı. Göl elə sakit idi ki, sanki yuxuya dalmışdı.
77
Gəl çıxax*seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım,
Gözünnən* su içək buz bulaxların*,
Lilpar olan yerdə dolça nə lazım.
kaman götürək, nə tar, nə qaval,
Orda nəğmə də var, nəğməkar da var.
Yarıp* bulutdarı* dinəndə qartal
O səsə bərabər bir səs harda var.
Torpağın ətrini fikirrəşəndə*,
İpəy
tellərinə
çiçəy
taxarsan.
Səhərrər* yadına güzgü düşəndə,
Maral baxan gölə sən də baxarsan.
...Gəlin təbiyəti* biz də düşünək,
O özü hər şeyi düşünən kimi. 
Hüseyn  Arif
Uca­uca evlərə
Salxımlara yığıram;
Pilləkənsiz çıxıram, 
Rəngləyirəm:  ağ, qara,
Günəşi damcı­damcı
Verirəm uşaqlara 
uuuu
.   
Teymur Elçin
çəmən – луг 
dolça – кружка
tel – прядь волос
SÖZLÜK
seyrə çıxmaq – прогуляться
bulağın gözü – исток родника
SÖZ EHTİYATI
nəğməkar – певец
qaval – бубен
yarmaq – здесь: рассекать
lilpar – лилия
torpağın ətri – запах земли
 Çap üçün deyil


İlkin qarşıdakı 
meşəliyi
göstərib dedi:
– İradə, bax, moruğu ordan yığmışıq.
Lalə tez 
dillən
di.
– Orda çoxlu çiyələk  də var.
Anası gölün suyundan bir ovuc götürüb
İradəyə göstərdi:
– Bir bax, gör necə də durudur. Göl lap
yaşıl aynaya oxşayır.
İlkin:
– İradə, gölün necə əmələ gəlməsini
bilirsənmi? – deyə soruşdu.
İradə çoxbilmiş adamlar kimi dilləndi:
– Vaxtilə buradan çay axırmış. Bir gün
zəlzələ olub, dağlar uçub, həmin çayın  hər tərəfini 
kəsib
. Sonra da Göygöl əmələ gəlib.
İlkin onun sözünə əlavə etdi:
– Həmin çay elə Ağsu çayıdır.
Axşam 
düşürdü
. Onlar bir az üşüdülər də. 
Tələsik
pilləkənləri çıxmağa başladılar. Həyətə
çatanda artıq hava 
qaralmışdı
.         
Xalidə Hasilova
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Mətni oxuyun, səhnələşdirin.
2. Suallara cavab verin. Hansı suala cavab tapmadınız?
1) Göldə niyə qayıq yox idi?
2) Uşaqlar moruğu haradan yığmışdılar?
3) İradənin anası gölü niyə yaşıl aynaya oxşatdı?
4) Göygöl necə əmələ gəlib?
5) Göygöl hansı dağın uçması nəticəsində yaranıb?
6) Uşaqlar niyə üşüdülər, axı onlar gəzməyə yay tətilində getmişdilər?
3. Maşınlar, fabrik və zavodlar, canlılar təbiətə külli miqdarda karbon qazı buraxır. Canlıların
tənəffüs etməsi üçün isə oksigen lazımdır. Sizcə, bəs bu  necə tənzimlənir (регулироваться)?
4. Havanın çirklənməsinin qarşısını necə almaq olar? Müzakirə edin.
5. Necə bilirsiniz, “Uşaqlar pilləkənlərlə düşürdülər “  və “Axşam düşürdü” cümlələrindən han ­
sında “düşmək” sözü əsas mənasında işlənib? Hər iki cümlədə bu sözü yaxınmənalı–sinonim söz ­
lərlə  əvəz edin və cümlələri yenidən oxuyun. Nəticə çıxarın: bu sözə çoxmənalı demək olar mı?
6. Çoxbilmiş deyir ki, “atdan düşdü, qaçaqaç düşdü, soyuqlar düşdü, həvəsdən düşdü, hörmət ­
dən düşdü, işıq düşdü, kölgə düşdü, qiyməti düşdü, yolu düşdü, yağış düşdü” birləşmələrində
“düş  mək” sözünü aşağıdakılardan hər hansı biri ilə əvəz etmək olar. Yoxlayın.
Sözlər: 
enmək, başlamaq, itirmək, yönəlmək, gəlmək, ucuzlaşmaq, yağmaq, azalmaq
78
bir ovuç – горсть
moruq – малина
vaxtilə – когда­то
ayna – стекло, зеркало
SÖZLÜK
yan almaq – причалить
yuxuya dalmaq – уснуть
axşam düşürdü – вечереет
əmələ gəlmək – образоваться
SÖZ EHTİYATI
 Çap üçün deyil


7. Çoxbilmişin dediyinə inanmaq istəmirsinizsə, 6­cı çalışmada verilmiş birləşmələrin hər
birini cümlələrdə işlədin. 
8. Moruq kolda yetişir, yoxsa ağacda? Bilmək istəyirsinizsə, şeiri oxuyun.
BÖYÜRTKƏN KOLU 
Mən böyürtkən koluyam,
Meyvə ilə doluyam.
Dəymişlərim kömür tək,
Qırmızılar köz kimi.
Üstümdəki meyvələr
Sayrışır ulduz kimi.
Tikanlar düzülsə də,
Donuma, üst­başıma.
Uşaqlar pərvanə tək
Fırlanırlar başıma.     
Rafiq  Yusifoğlu
9. Hansı kol bitkilərini tanıyırsınız? Adlarını sadalayın.
Hərdən Çoxbilmiş istəyirdi ki, dostlarına dilimizin gözəlliyini öyrətməklə yanaşı, onlara yeri
gələndə vətənimizin heyvanlar aləmi, təbii sərvətləri, gəzməli, görməli yerləri barədə də söhbət
etsin. Bu dəfə də onların  bitkiləri necə  tanımalarını yoxlamaq istədi. Bunun üçün Dənizlə bitki
aləmi barədə söhbətə başladı. Onların dialoqunu siz də rollar üzrə oxuyun.
DİALOQ
– Dəniz, deyirsən ki, güllər, çiçəklər, tərəvəzlər, kollar hamısı bitkidir. Bəs deyə bilərsənmi,
yer üzündə nə qədər bitki növü var?
– Doğrusu, unutmuşam. Deyəsən, biz onu “Həyat bilgisi”ndən oxumuşduq.
– Elədir. Alimlər yer üzündə yarım milyona yaxın bitki növü olduğunu söyləyirlər.
– Görəsən, bu bitkilərin hamısına bizim ölkəmizdə rast gəlmək olur?
– Bunu deyə bilmərəm. Doğrudur, ölkəmizin iqlimi və bitki örtüyü çox zəngindir. Ancaq inan­
mıram ki, bütün bitki  növləri bir ölkədə bitsin. Görünür, bunu öyrənmək  üçün çox oxumaq la ­
zım dır. İndi isə mənim sənə sualım var:
– Buyur, cavab verməyə hazıram.
– Yaxşı, onda de görüm, dirrik bitkilərini bostan bitkilərindən fərqləndirə bilirsən?
– Əlbəttə, bunu bilməyə nə var ki?!  Mən sayım, sən də qulaq as: qarpız, yemiş, qabaq, ona
balqabaq da deyirlər, bostan bitkiləridir. Pomidor, xiyar, badımcan, kələm, bibər, soğan, kartof,
turp, sarımsaq, müxtəlif növ göyərtilər dirrikdə yetişdirilir. Bəs sən ağac və kolları biri­birindən
ayıra bilirsən? 
– Alma, ərik, şaftalı, heyva, gavalı, armud, gilas, xurma, qoz, palıd, tut, çinar... Yenə sayım?
– Yox, yox,  lazım deyil, görürəm ki, ağacları yaxşı tanıyırsan. Deməli, kol bitkiləri haqqında
da kifayət qədər məlumatın var. Çoxbilmiş, görürəm ki, çox özündən razısan. Hər şeyi bildiyini
düşünürsən. De görüm yazda ən tez çiçəkləyən bitkilər hansılardır?
79
kömür –  уголь
böyürtkən – ежевика
dəymiş – поспевший
sayrışmaq – мерцать
köz – пылающие угли
pərvanə – ночная бабочка
tikan – шип
fırlanmaq – крутиться
üst­baş – наряд, одежда
SÖZLÜK
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə