Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   30   31   32   33   34   35   36   37   38

c) dovşan çox tənbəl idi.
d) dovşan yerindən gec tərpənmişdi.
4. Nağılın məzmununa əsasən düzgün olmayan cavabları səsləndirin.
Dovşan yarışda ona görə məğlub oldu ki,
A) tısbağa çox ağıllı idi, dovşanı aldatmışdı.
B) o, xəstələnmişdi, yaxşı qaça bilmirdi.
c) o özündən çox razı idi, otluqda o yan­bu yana diyirlənir, tısbağaya  gülürdü.
d) lovğalar başqalarının gücünü düzgün qiymətləndirə bilmirlər.
5. Nağıldakı boşluqların yerinə hansı sözləri artırdınız? Onları bir daha səsləndirin. 
6. “Öz mindiyini saymır” məsəlini eşitməmiş olmazsınız. Dostunuz Çoxbilmiş bu məsəlin də
necə yarandığı ilə sizi tanış etmək istəyir. Oxuyun və bilməyənlərə də danışın.
ƏRƏB  VƏ  DƏVƏ
Bir ərəbin 10 dəvəsi 
vardı
. Birini 
minib
doqquzunu 
qabağına
salıb gedirdi. Ərəb dəvələrini
sayıb gördü ki, doqquzdur. Amma mindiyini saymadı. 
Fikirləşdi 
ki, dəvənin birini 
itirib
. Aşağı
düşüb*
hər tərəfi axtardı. Bir əlamət görməyib 
yenidən
saydı. Gördü ki, dəvə ondur. Yenə dəvəyə
mindi. Bir qədər yol 
gedəndən
sonra dəvələrini saydı. Yenə gördü ki, doqquzdur. Yenə 
aşağı
düşüb hər tərəfi
axtardı
. Bir 
əlamət
görmədi. Təkrar sa yan da gördü ki, ondur. Dedi ki, mən
dəvəyə minəndə dəvənin biri 
yox olur
*. 
Yaxşısı
budur, yolu 
piyada
gedim, təki dəvə 
itməsin*
.
7. “Ərəb və dəvə” mətnini rus dilinə tərcümə edin.
8. Mətndə göy rəngdə verilmiş sözlərdən ikisinin üzərində ulduz işarəsi qoyulmuşdur. Onları
bir­birinin yerində işlətmək olarmı? Bəs göy rəngdəki digər sözləri  hansı sözlərlə əvəz edə
bilərsiniz? Özünüzü yoxlayın.
9. Mətndə yaşıl rəngdə verilmiş sözlərdən birinin üzərində ulduz işarəsi qoyulmuşdur. Çox­
bilmiş deyir ki, şəkillərə baxaraq bu sözün bir neçə mənada işləndiyini özünüz müəyyən edə
bilərsiniz. 
100
Nərgiz   –  – .
 Çap üçün deyil


10. Cümlələri oxuyun və Azərbaycan dilinin  spesifik səslərinin düzgün tələffüzünə diqqət
yetirərək təkrar edin. Hansı spesifik səsə rast gəlmədiniz? Həmin səsə aid özünüz misallar deyin.
Cəmilə əlində qırmızı papağı təəccüblə meymunlara baxırdı. Birdən meymun əlini uzadıb
Cəmilədən papağı almaq istədi. Toğrul tez Cəmilənin qolundan tutub özünə tərəf çəkdi.
Meymun qəzəblə Toğrula baxdı və qəfəsin içində atılıb­düşməyə başladı.
Göyün üzündə qara buludlar göründü. Bir azdan yağış yağmağa başladı. Yağış getdikcə şid­
dətləndi. Su uşaqların papaqlarından süzülüb tökülürdü. Birdən meymun Gülgəzə baxıb adam
kimi gülməyə başladı. Meymun əllərini dizlərinə vurur, atıla­atıla gülürdü. Uşaqlar dönüb Gül­
gəzə baxdılar.
101
Ağacın kölgəsi  –  – .
Nigarım gözünə gün  – .
Qələm Zəhranın  –  – .
Ata  –  – .
Cəlal  –  – .
Altun  –  – .
 Çap üçün deyil


ÜMUMİLƏŞDİRİCİ  DƏRS 
QARI VƏ BUZOV
Biri 
var
dı,  biri yoxdu, bir qarı
nənənin ceyran gözlü, maral du­
ruşlu, qaşqa bir buzovu vardı. 
Şax­
talı
bir qış günündə qarı nənə
bu zovunu 
sulamağa
apardı. Buzov
buzun üstünə çıxan kimi ayağı* sü ­
rüş dü, yerə yıxıldı. Qarı çox ça lış ­
dı, 
əlləşdi
, buzovu birtəhər yer dən
qaldırdı. Qarı nənə 
hirs ləndi

üzünü buza tutub dedi:
– Ay buz, sən nə 
güclüsən
?
Buz qarı nənəyə belə 
cavab
verdi
:
–  Yox, qarı nənə!  Mən güclü
ol saydım, günəş məni əridib 
suya döndərməzdi
.  
Qarı nənə 
üz
ünü günəşə 
tut
ub dedi:
– Ay günəş, sən nə yaman  güclü imişsən ?
Günəş dedi:
–  Yox, qarı nənə!  Mən 
güclü
olsaydım, qara bulud mənim 
qabağımı kəsməzdi
.
Qarı nənə üzünü buluda tutub dedi:
– Ay bulud, sən nə yaman  güclü imişsən ?
– Qarı nənə!  – Bulud cavab verdi. – Mən güclü olsaydım, sularım 
yağış 
olub yerə yağmazdı.
Qarı nənə 
yağ
ışdan soruşdu:
– Ay yağış, sən nə yaman  güclü imişsən ?
Yağış 
dilləndi
:
Elə deyil, qarı nənə! Mən güclü olsaydım, torpaq məni özünə çəkməzdi.
Qarı nənə üzünü* torpağa tutub* dedi:
– Ay torpaq, sən nə yaman  güclü imişsən ?
– Yox, qarı nənə! – Torpaq  söylədi. – Mən güclü olsaydım, ağaclar, 
gül
lər, çiçəklər, otlar
mənim şirəmi sora bilməzdilər.
Qarı yavaş­yavaş 
çəmənliyə
çatdı və üzünü otlara, çiçəklərə tutub soruşdu:
– Ay otlar, ay çiçəklər, siz nə yaman  güclü imişsiniz ?
Otlar, çiçəklər başlarını* qaldırıb qarı nənəyə baxdılar. Hündür, enliyarpaq bir ot qarı nənəyə
belə cavab verdi:
– Yox, qarı nənə! Biz güclü olsaydıq, ceyran 
biz
i yeməzdi.
Qarı nənə ceyranı tapıb ondan soruşdu:
– A ceyran, sən nə yaman güclü imişsən ?
Ceyran 
dilə gəldi
:
– Qarı nənə! Mən güclü deyiləm. Güclü olsaydım, 
canavar 
məni yeyə bilməzdi.
Qarı nənə canavarın qabağını kəsib ondan xəbər aldı:
– A canavar, sən nə yaman  güclü imişsən ?
Canavar uzaqdan gələn bir 
kəndlini
qarıya göstərib dedi: 
– Yox, qarı nənə! Mən güclü olsaydım, bax o gələn adam məni vura bilməzdi. 
102
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə