Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə35/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   30   31   32   33   34   35   36   37   38

– Dünyada ən şirin şey nədir?
– Mənim arılarımın balı. – Varlı cavab verir.
– Yox! – Kiçik 
dillənir
. – Ən şirin şey yuxudur.
– Düzdür. – Hakim deyir. –  Bəs ən 
zəhmətkeş
kimdir?
– Kim çoxlu pul yığa bilirsə o. – Varlı cavab verir.
– Xeyr! Dünyada
paxıl*
adam kimi zəhmətkeş yoxdu. O, gecə­gündüz yatmır ki, görsün kimə
paxıllıq*
eləyə bilər.
– Düzdür! – Hakim deyir. – Bəs ən bədbəxt adam kimdir?
– O mənəm. Ona görə ki, ən yaxşı inəyimi qardaşıma vermişəm! – Varlı 
qışqırdı
.
– Yox! – Deyə kasıb güldü. – Bədbəxt o adamdır ki, o, hakimin qarşısında 
etiraf etmir
ki,
qar daşına südlü inək yox, dəri verib.
Hakim dedi:
– Ey kasıb, sən 
düzgün 
cavab verdin. İnək sənindi. 
Latış xalq nağılı. Tərcümə: Q. İsabəyli
1. Nağılı oxuyun və suallar əsasında məzmununu danışın.
1) Kasıb qardaş nə üçün varlı qardaşın qapısına getmişdi?
2) Varlı qardaş nə üçün öz inəyini qardaşına verdi?
3) Varlı qardaş inəyi verdiyinə niyə peşman oldu?
97
soraq – весть
məhkəmə – суд
paxıllıq – зависть
bədbəxt – несчастный
zəhmətkeş – труженник
SÖZLÜK
tələb etmək – требовать
etiraf etmək – признаваться
ölüm ayağında – при смерти
şərt kəsmək – заключить пари
ömrünü başa vurmaq – дожить
SÖZ EHTİYATI
 Çap üçün deyil


4) Varlı qardaş niyə inəyin özünü yox, dərisini istəyir?
5) Qardaşlar niyə razılığa gələ bilmirlər?
6) Hakim məsələni necə həll edir?
2. Nağıldan çıxardığınız nəticə barəsində yoldaşlarınızdan biri ilə dialoqa girin.
3. Hakimin qərarı ilə razılaşırsınızmı?  Hakim nə üçün kasıb qardaşı haqlı saydı? Fikirlərinizi
əsaslandırın.
4. Bu məsələdə hakim siz olsaydınız, kimin haqlı, kimin haqsız olduğunu  hansı üsullarla
müəyyən edərdiniz və qərarınız necə olardı? Fikirlərinizi açıqlayın.
5. Sinif yoldaşlarınızın, dostlarınızın köməyə ehtiyacı olduqda, onlara kömək edirsinizmi?  
6.*  Atalar sözlərini oxuyun. Bu atalar sözlərindən hansı nağılın məzmununa daha çox 
uyğun gəlir?
ATALAR SÖZÜ – AĞLIN  GÖZÜ
7. “Dünya” sözünə yaxınmənalı olan sözləri səsləndirin.
a) sülh                   b) aləm                   c) cahan                 d) kainat  
8. “Varlı qışqırdı” cümləsində hansı sözdən istifadə daha çox yerinə düşür?  
a) səsləndi             b) bağırdı                c) çığırdı                d) hirsləndi
9. Nağılda yaşıl rəngdə verilmiş sözlərdən ikisinin üstündə ulduz işarəsi qoyulub. Çoxbilmiş
deyir ki, siz bu sözlərə yaxınmənalı sözlər tapmaqda çətinlik çəkəcəksiniz. Belədir, ya yox?
10*. Nağılda göy rəngdə verilmiş ifadələri bir sözlə əvəz edib, cümlələri oxuyun. Hansı variant
daha çox  xoşunuza gəldi?
11. Mətnin məzmununa əsasən düzgün olmayan cavabları səsləndirin.
Varlı qardaş öz inəyini ona görə kasıb qardaşına verdi ki,
a) o, qardaşının kasıb olmasını istəmirdi.
b) inək xəstə idi və ona elə gəlirdi ki, inək öləcək.
c) o, qardaşını çox sevirdi və ona kömək etmək istəyirdi.
d) qardaşlar çox mehriban idilər.
12*. Nağılda işlənmiş atalar sözünü tapıb söyləyin və mənasını izah etməyə çalışın.
Əziz uşaqlar, Çoxbilmiş sizə yeni bir nağıl danışmaq istəyir. Amma gərək  əvvəlcə onun dediyi
tapmacaların cavabını tapasınız. Oxuyun və cavablandırın. Xoşunuza gəlməsə, yenilərini öyrənin.
Altı daşdı, daş deyil,                                    Diki çıxanda ildırım,
Üstü daşdı, daş deyil,                                   Enəndə dəyirmi qoz.
Heyvan kimi otlayır,                                     
uuuuuu
Heyvana yoldaş deyil.
uuuuuuu
98
Yalan ayaq tutar, yeriməz.
Yalançını mənzilinədək qov.
Yalan söz üz qızardar.
Yalan doğrunun quludur.
Artıq tamah daş yarar,
Daş qayıdıb baş yarar. 
dik – подъем
dəyirmi – круглый
SÖZLÜK
 Çap üçün deyil


Tısbağa bir az 
fikirləşdi 
və razılaşdı.
Onlar səbəti meyvə ilə doldurub hün dür təpənin başına qoydular,
özləri isə ça yın sahilinə qayıtdılar.
– 
Qaçırıq! 
– 
deyərək
dovşan 
qışqırdı
. O bilirdi ki, tısbağadan çox
yeyin
qaçır. Tısbağa da bilirdi ki, dovşana çatmaq olmaz. Lakin
yenə də o, 
təpəyə 
çıxmaq üçün var 
qüvvəsini 
toplamışdı.
Gopçuya yeyin ayaqlar da kömək edə bilməz.
DOVŞAN VƏ TISBAĞA
Bir gün dovşan çayın 
kənarında
tısbağaya rast gəldi və ona dedi:
– Gəl səninlə qaçaraq 
ötüşək
. Qalibə bir səbət dəymiş meyvə mükafat təyin edək. Həmin
səbəti 
hündür
təpənin başına qo yaq. Kim ona birinci çatsa,                də o yesin.
Dovşan isə 
gülməkdən
özünü saxlaya bilmir, otun üzərində o yan­bu yana diyirlənirdi. Nə ha ­
yət, özünə gələn dovşan gördü ki, tısbağa hündür                 çatmaq üzrədir. Dovşan var qüvvəsi
ilə 
yuxarı qalx mağa
başladı. Lakin dovşan 
gecikdi
. O, təpənin zirvəsinə çatanda               artıq
şirəli meyvələri ye yir di.                                                                                                                       
Mərakeş nağılı
ATALAR SÖZÜ – AĞLIN  GÖZÜ
1. Nağıldan nə nəticə çıxardınız? Müzakirə edin.
2. Suallar ətrafında nağılın məzmununu danışın.
1) Dovşan yeyin qaçır, yoxsa tısbağa?
2) Yarışın qalibini necə bir mükafat gözləyirdi?
3) Yarışın şərtləri necə idi?
4) Yarış başlayandan sonra dovşan necə hərəkət etdi?
5) Dovşan nə zaman hərəkətə gəldi?
6) Necə oldu ki, tısbağa təpənin başına dovşandan tez çatdı?
3. Mətnin məzmununa əsasən düzgün cavabı səsləndirin.
Tısbağa ona görə yarışı uddu ki,
a) o var qüvvəsini toplamışdı və dayanmadan məqsədinə doğru gedirdi.
b) o, dovşandan bərk qaçırdı.
99
ötüşmək – соревноваться
SÖZLÜK
var qüvvəsini toplamaq – собраться с силами 
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə