Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə32/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

7*. Mətndə göy rəngdə verilmiş ifadələri  hansı sözlərlə əvəz etmək olar? Tapdığınız sözlərlə
cümlələri yenidən oxuyun. Bu cümlələri siz yazsaydınız, hansı variantı seçərdiniz? 
8. Suallar əsasında mətnin məzmununu danışın, sonra ifadə yazın.
1) Sərçə meşəni niyə çox sevirdi?
2) Meşənin yandığını sərçə nə vaxt gördü?
3) Meşənin yandığını görən meşəbəyi nə edirdi?
4) Sərçə yanğını söndürmək üçün nə etdi?
5) Meşəbəyinin sualına sərçə necə cavab verdi?
6) Meşəbəyi nə vaxt rahat nəfəs aldı?
7) Meşəbəyi üzünü sərçəyə tutub insanlara nə dedi?
9. Əziz uşaqlar, mətndən nə nəticə çıxardınız? Hər birimiz bir sərçə qədər ana təbiətə diqqət,
qayğı göstəririkmi? Meşəbəyi nədən narazıdır? Mövzunu müzakirə edin və fikirlərinizi açıqlayın.
10. Sevimli dostlar, Çoxbilmiş deyir ki, Süsən gülünün sizə sözü var. Şeiri oxuyun, görün bu
çiçək sizdən nə xahiş edir? Rus dilində bu çiçəyin adını deyin, bilmirsinizsə, öyrənin.
SÜSƏN GÜLÜ 
Xanımana Əlibəyli
11. Süsən gülünün xahişini yerinə yetirin. Həyətiniz yoxdursa, gül, çiçək əkə bilmirsinizsə,
sinif otağınızda dibçək gülləri saxlayın və onlara qulluq edin. Siz təbiəti sevin, o sizi qoruyacaq!
88
Bağçaya gedən yolun
Kənarında bitmişəm.
Elə bilməyin kolun
Arasında itmişəm.
Güllərim hər rəng olur,
Ətirli, qəşəng olur.
Gör necə boy atmışam,
Gəlib sizə çatmışam.
Gülüm ipəyə oxşar,
Yarpağım lələklərə.
Ay sağ olun, uşaqlar,
Su səpdiniz ləklərə.
Küsən deyiləm özüm,
Sevmirəm də küsəni.
Sizə budur ki, sözüm,
Unutmayın süsəni. 
 Çap üçün deyil


89
Nənə nağıl danışır:
Bir gün 
balaca
* cırtdan...
– 
Dünən
onu danışdın,
Yoxsa çıxıb yadından.
– 
Deyim
Buratinodan?
– 
Söyləmisən
, ay nənə.
– Onda 
göyçək
Fatmadan
Danışım
bu gün sənə.
– Onu əzbər bilirəm...
– Bəs “Tıq­tıq xanım” necə?
– Yoxsa 
yadından çıxıb
,
Danışdın dünən 
gecə
.
– Sənə divdən danışım,
Dişləri qaya kimi,
İstəsə qalxa bilər
Ulduza, aya kimi...
Nəvə 
qəh­qəh çəkərək
,
Deyir: 
güldürdün
yaman
Div də kosmonavt olub
Söylə görək, nənəcan?
– Bir gün Qırmızıpapaq...
– Saxla, 
saxla
, ay nənə,
Demisən üç gün qabaq...
Sualları  
tükənmir
Bu 
balaca* nəvənin
.
İndi deyəcəksən ki,
Qanadı var dəvənin.
– Uçan xalçadan deyim?
– Heç elə də şey olar?!
Nənəni çaşdırıbdır
Bu 
sorğular

suallar
.
Köhnə
nağıllarını
Dinləyən
yox, yozan yox.
Axı necə desin ki,
Daha nağıl yazan yox.        
Tofiq  Mütəllibov
NAĞIL­MAĞIL BİLMƏRƏM, 
BİLSƏM DƏ, SÖYLƏMƏRƏM...
yozmaq – толковать
çaşdırmaq – запутывать
SÖZLÜK
tükənmək – иссякать
qəh­qəh çəkmək – громко смеяться
SÖZ EHTİYATI
AXI NECƏ DESİN Kİ...
 Çap üçün deyil


1. Nağılı rollar üzrə oxuyun və  səhnələşdirin.
2. Şeirdə haqqında söhbət gedən nağılların adlarını sadalayın.
3.  Çoxbilmiş deyir ki, dostlarımız şeirdə adı çəkilən nağılların hamısını bilirlər. Bu nağılları
balaca olanda si zə nənələriniz, analarınız danışıb. Bəs özünüz hansı nağılları oxumusunuz? Ad­
larını sayın.
4. “Göyçək Fatma” nağılını tapıb oxuyun, peşman olmazsınız. Çox maraqlıdır.
5. “Ovçu Pirim” və “Məlikməmməd” nağıllarını oxusanız, sehrli qüvvələrlə,  yeni nağıl qəhrə­
manları ilə tanış olarsınız. Amma bir az tələsin! Çoxbilmiş deyirdi ki, Günay kitabxanadan
“Azərbaycan nağılları” kitabını götürmək istəyir: Günayı qabaqlayın!
6. Çoxbilmiş deyirdi ki, dostlarımızın hamısı Azərbaycan nağıllarının necə başlandığını bilir­
lər. Əgər belədirsə, düzgün cavabı səsləndirin.
a) Az getdi, üz getdi, dərə­təpə düz getdi, iynə yarım yol getdi ...
b) Biri var idi (vardı), biri yox idi (yoxdu), bir  ... 
c) Dərələrdən sel kimi, təpələrdən yel kimi ...
7. Nağıl danışan nağılı bitirərkən hansı sözləri deyir? Bunu siz də bilirsiniz, tez deyin!
a) Sözümüzü burda qurtaraq, sabah yeni nağıl danışarıq.      
b) Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl danışanın.
c) Deyəsən, nağılımız çox uzun oldu, yoruldunuz, hələlik bəsdir.
8. Nağıl danışan qulaq asanları daha da maraqlandırmaq üçün aşağıdakı sözlərdən hansıları
işlədir? Azərbaycan dilində nağıl oxumusunuzsa, biləcəksiniz.
1) Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində...
2) Nağıl­mağıl bilmərəm, bilsəm də, söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə, 
qabırğalarını sökərəm...
3) ... Az getdi, üz getdi, dərə­təpə, düz getdi, iynə yarım yol getdi, gəlib axırda...   
... Dərələrdən sel kimi, təpələrdən yel kimi ...
... Qırx gün, qırx gecə yol getdi,  gəlib axırda...
4) Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl danışanın...
9. Sevimli dostlar, Çoxbilmiş bunları sizin yadınıza salır ki, nağıl oxuyanda bunlara da fikir
verəsiniz! Bəs rus nağıllarında belə sözlərə rast gəlmisiniz?
10. Şeirdə yaşıl rəngdə verilmiş sözləri  hansı sözlərlə əvəz etmək olar? Həmin sözlərlə cümlə ­
lə ri yenidən oxuyun. Hər iki variantı rus dilinə tərcümə edin. Bu sözlər rus dilində də yaxınmənalı
ola bilirmi? Özünüzdən yaxınmənalı sözlər işlənmiş cümlələr deyin və rus dilinə tərcümə edin.
11*. Dostunuz Çoxbilmiş şeirdəki “balaca” sözünün üzərində ulduz işarəsi qoyub.
Bilmək istəyir ki, şeirdəki “balaca nəvə” birləşməsində bu sözü onunla yaxınmənalı olan aşağı­
dakı sözlərin hamısı ilə əvəz etmək olarmı? Əgər olmazsa, səbəbini izah etməyə çalışın.
a) kiçik           b) xırda             c) narın             d) azyaşlı           e) yüngülvari
ÇOXBİLMİŞİN SİRRİ
** Məsələni həll etmək üçün Çoxbilmişin məsləhətinə qulaq asın: yaxınmənalı
sözlərin hər biri özü  də çoxmənalı olduqda,  heç də həmişə onları bir­birinin
əvəzində işlətmək olmur. Axı “balaca” sözü:  1) həcmə – balaca qazan, 2) ölçüyə –
balaca otaq,  3) yaşa – balaca qardaş, 4) boya – balaca uşaq, 5) miqdara – balaca iş
və s. aid ola bilər. Bunun üçün həmin sözlərin cümlədəki yerinə və mənasına fikir
vermək lazımdır. Məsələn, “balaca boy” birləşməsində bu sözü cümlədəki yerinə görə “gödək”,
“alçaq” sözlərindən biri ilə əvəz edə bildiyiniz halda, onu “azyaşlı, yüngülvari” sözləri ilə əvəz
edə bilməzsiniz... Unutmayın!
90
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə