Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

– Yaxşı, onda de görüm, heyvan deyəndə hansı 
canlılar 
başa dü ­
şülür?
– Bilirəm ki, heyvanlar dənizdə, meşədə, dağda, hətta torpağın
altında yaşayırlar*. Axı heyvanların qrupları çoxdur, hansını sa ­
yım?!
– Səncə, arı və ya hörümçəyə heyvan demək olarmı?
– Bunlar bir­birinə oxşasa da, ayrı­ayrı canlılardır*. Cücülər altı,
hörümçəklər isə səkkiz ayaqlı heyvanlardır. Mən bilirəm ki, bir çox
dostlarımız qurbağaları timsah və ya tısbağadan fərqləndirmirlər.
Eləcə də yarasanı quş, balina və delfini 
balıq
hesab edirlər.
– Deməli, sən onda 
bunların
ayrı­ayrı qrupa daxil olduğunu da
bilirsən? Afərin, Dəniz! Daha mənim sənə sözüm yoxdur! Bəlkə,
onda bu bildiklərini deyəsən, 
bilməyənlər
də eşitsinlər.
– Mən bilirəm ki, milçək, arı, kəpənək, parabüzən cücüdür. Əq ­
rəb, hörümçək, dediyim kimi, bunlardan fərqlənir*. Balıqları dostlarımız yaxşı tanıyır və fayda ­
sını da bilirlər. Qurbağalar isə həm suda, həm də quruda 
yaşadıqları 
üçün 
onlara 
suda­quruda
yaşayanlar deyirlər. Tısbağa, timsah, ilan və kərtənkələlər sürünənlərdir. 
Quşların da növləri çoxdur. İstəyirəm ki, dostlarımız sevdikləri pinqvinin 
quşlara 
aid
edildiyini də 
unutmasınlar
. Onu da 
bilsinlər
ki, delfin və balina, yarasa və siçan da  inək, pələng,
fil və meymun kimi məməli heyvanlardır.
– Çox sağ ol, Dəniz, sən dostlarımıza heyvanlar aləmi barədə geniş məlumat verdin. İnanıram
ki, dostlarımızı heyvanlar aləmi barədə yeni bilgilər əldə etməyə 
həvəsləndirdin

– Çoxbilmiş, sən də sağ ol, bunları dostlarımızın çoxu bilir, bilməyənlər də 
səndən
soruşub
öyrənəcəklər.
10. Dialoqu rollar üzrə oxuyun və göy rənglə fərqləndirilmiş sözlərin düzgün tələffüzünə
diqqət yetirin.  
11. Tapmacanı oxuyun, cavabını tapın. 
Zeynal Cabbarzadə 
12. Tapmacada göy rəngdə verilmiş sözlərin bir­birinə münasibətini müəyyənləşdirin. Özü ­
nüz dən də belə misallar deyin. Misalları rus dili ilə müqayisə edin.         
13. Dialoqda üzərində ulduz işarəsi qoyulmuş sözlər quruluşuna görə  necə sözlərdir?
a) sadə                       b) düzəltmə                        c) mürəkkəb
69
Boynum 
uzundur
,
Bədənim 
gödək
,
Gözlərim iri,
Qulaqlarım şək.
Görübsünüzmü?
Məni bir dəfə?
Tapın adımı
Nədir?    
uuuuuu
cücü – насекомое
əqrəb – скорпион 
kərtənkələ – ящерица
timsah – крокодил
yarasa – летучая мышь
parabüzən – божья коровка
sürünən – пресмыкающиеся
heyvanlar aləmi – мир
животных, фауна
SÖZLÜK__Çap_üçün_deyil__TAĞI_ƏMİDƏN_ÖYRƏNDİKLƏRİM_ÇOXBİLMİŞ_DÜŞÜNDÜRÜR'>SÖZLÜK
 Çap üçün deyil


TAĞI ƏMİDƏN 
ÖYRƏNDİKLƏRİM
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Çoxbilmişdən eşitdikləriniz əsasında quşların həyatı və yaşayışları barədə danışın. 
2. Aşağıdakı cümlələrdə  “oturmaq” sözü hansı sözün əvəzində işlənmişdir? Necə
bilirsiniz, bu cümlələrdə “oturmaq” sözü eyni, yoxsa fərqli mənalar bildirir?
70
Mən əvvəllərdə quş ların adlarını, növ lərini, 
ya şa yış larını

xasiy ­
yət lərini
bil məz dim.  Ça la ğan  ilə  quzğuna  fərq  qoy mazdım.  Onları
mənə öy rə dən Tağı əmi oldu. Göyün üzün də bir qara nöqtə kimi gö rü ­
nən quşu mənə göstərərək de yərdi:
– Bax, o göy üzündə süzən quş qaraquşdur. Ova çıxıbdır.
– Tağı əmi, o yuxarıda quş yoxdur. O, nəyi ov edə cək dir? – deyə
soruşduqda
:
– Onun ovu yerdədir. Alıcı quşların 
gözləri  
çox iti olar. Onlar yerdə
siçan kimi xırda bir heyvanın hərəkət etməyini 
görərlər
. İn di o qaraquş
da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçma ğı nı gördükdə, ildırım
kimi şığıyıb caynağına alacaqdır. Sonra bir uca dağın başında 
otu­
rub
yeyəcəkdir, – deyə Tağı əmi mənə cavab verərdi.
Mən 
qaraquş
, quzğun, çalağan, 
qızılquş
, qırğı, yapalaq, bay quş,
sar kimi 
ətyeyən
vəhşi quşları Tağı əminin vasitəsilə ta 
nı 
dım.
Alacəhrə
, şeyda bülbül, 
sarıköynək

baltadimdik
kimi oxu yan bağ
quşlarını
təbiətin özündə gördüm.  Turac, qırqovul, kəklik, çil bil ­
dir çin  kimi ov quşlarını məktəbdə şəkildən yox, hələ uşaq ikən
təbiətin
özündə, Tağı əminin vasitəsilə gördüm, öyrəndim.  Onun
müəllimlik vəzifəsi bir bunlarla bitmirdi. Ət ra fımızda gördüyüm
şeylərin 
adlarını
, onlarda əmələ gələn dəyişiklikləri yenə də
ondan öy rəndim.                         
Süleyman Sani Axundov
yaşayış – житье
qaraquş – орел
şığımaq – налететь
caynaq – когти
təbiətin özündə –  в самой природе
SÖZLÜK
süzmək – здесь: парить
fərq qoymaq – различать
alıcı quş – хищная птица
əmələ gəlmək – возникать, происходить
SÖZ EHTİYATI
Çoxbilmiş quşlar, heyvanlar haqqında çox şey bilir. O, öyrəndiklərindən
sizə də danışmaq is tə yir, qulaq asın, öyrənin.
 Çap üçün deyil


1) Sərçə tut ağacının başında oturmuşdu. 
2) Qaraquş bir uca dağın başında oturub ovladığı dovşanı yeyirdi.
3. Yanıltmacı oxuyun və tərcümə edin.
Ağacdələn ağacı dəldi
Ağaca gələndən.
Dələnin də acığı gəldi
Ağacdələndən.              
Teymur Elçin
ÇOXBİLMİŞ  ÖYRƏDİR
Uşaqlar, öyrəndiniz ki, sözlər quruluşuna görə həm də mürəkkəb olur. Yəqin,
bil mək istəyirsiniz ki, mürəkkəb sözlər necə sözlərdir? Siz belə sözləri tanıyırsınız
və nitqinizdə onlardan yeri gələndə istifadə edirsiniz. 
Mürəkkəb sözlərə aid Çoxbilmişin verdiyi misalları (qızılgül, ağacdələn, qartopu,
tu tuquşu, tez­tez) yadınıza salın. Diqqət yetirsəniz, onların  iki ayrı­ayrı sözün birləş ­
mə sindən əmələ gəl di yini görəcəksiniz: qızılgül = qızıl +gül, ağacdələn = ağac + dələn, qartopu
= qar + topu, gecə–gün düz = gecə +gündüz ...  İndi, yəqin ki,  “Çoxbilmiş” sözünün hansı söz ­
lər dən əmələ gəldiyini siz özünüz asanlıqla müəyyən edə bilərsiniz. Elədirmi?
4. Quşlar barədə Çoxbilmişin danışdığı mətndə bir neçə mürəkkəb söz işlənmişdir. Çox ­
bilmişin izahını başa düşdünüzsə, həmin sözləri tapın. Onların  hansı sözlərin va sitəsilə və necə
əmələ gəldiyini izah etməyə çalışın.
5. Ətyeyən quşları tanıyırdınızmı? Çoxbilmişdən hansı ətyeyən vəhşi quşların adlarını öyrəndiniz?
6. Qaraquş, quzğun, çalağan, qızılquş, qırğı, yapalaq, bayquş niyə ətyeyən quşlar hesab olu ­
nur? Onlar nə ilə qidalanır?
7.  Turac, qırqovul, kəklik, çil bildirçin niyə ovlanır? Bu barədə danışın.
8. Çoxbilmişin adını çəkmədiyi başqa hansı quş adlarını saya bilərsiniz? Quşların faydası
haqqında bildiklərinizi danışın.
9. Tapmacanı oxuyun və cavabını deyin. Bəzi uşaqlar ondan qorxurlar.
Siz də  
uuuuuuuu
­dən qorxursunuzmu?  
Ayağı beldən uca,   
Hoppanır uça­uça.
Ziyan verər əkinə,
Deyin görək adı nə? 
10. 
uuuuuuuu
əkinə necə zərər vurur? Bu barədə eşitmisinizmi?
71
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə