Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

ÇOXBİLMİŞ ÖYRƏDİR
Sevimli dostlar, siz rus dilində danışarkən və ya yazarkən eyni bir sözü tez­tez
təkrar etmə mək üçün həmin sözə yaxınmənalı sözlərdən istifadə edirsiniz. 8­ci
tapşırığı yerinə yetirərkən gör dü nüz ki, Azərbaycan dilində də hər hansı bir mənanı
bir neçə sözlə ifadə etmək olur.  Məsələn, 
gö zəl 

qəşəng
,
yüyürmək 

qaçmaq
,
oturmaq 

əyləşmək
,
hündür 

uca
,
gödək 

qısa
,
balaca 

kiçik
,
başa düşmək 

anlamaq
...
Bir­birinə yaxın mənalar bildirən sözləri Çoxbilmiş yaxınmənalı və ya sinonim sözlər ad­
landırır. Dostunuz istəyir ki, bu sözlərin adını siz də biləsiniz. 
9. Pişiklər haqqında Çoxbilmiş çox şey bilir. İstəyir ki, onların bəzilərini siz də biləsiniz.
Oxuyun və fərqləndirilmiş sözlərə yaxınmənalı sözlər tapıb deyin.
n
Pişiklər 60 metr məsafəni normal görə bilirlər.
n
Pişiklərin iybilmə qabiliyyəti insandan 14 dəfə çoxdur
n
Pişiklər öz boylarından 5­6 dəfə hündürə asanlıqla atıla bilirlər.
n
Pişiklərin bədən temperaturu insandan fərqli olaraq
38  də rə cə yə  yaxın  olur.
n
Pişiklər öz sahiblərini sevirlər və onların əhvalını
hiss edə bilirlər. Sahibinin pis əhvalı onlara da təsir edir.
n
Pişiklərdə güclü hissiyyat olur. Bundan əlavə, onlar yaxşı
eşitmə qabiliyyətinə malikdirlər.
Pişiklərin də insanlar kimi qıdığı gəlir. İnanmırsınız? Onda özünüz yoxlayın!     
10. Mətndəki  “duydu” sözünü hansı sözlə əvəz etmək olmaz ?
a) hiss etdi                  b) başa düşdü               c) anladı              d) gördü
11. Dənizin hərəkətini necə qiymətləndirirsiniz? Qızdan razı qaldınızmı? Dənizin yerində ol­
saydınız, siz necə hərəkət edərdiniz? Fikirlərinizi açıqlayın.
İŞ CANIN CÖVHƏRİDİR
Biri vardı, biri yoxdu, bir cavan vardı. O, qocalmaqdan çox qorxurdu. Bu adam əlini ağdan
qaraya vurmurdu. Ancaq yeyib yatırdı. Ona gülüb deyirdilər:
– Əgər qocalıq* küçə ilə gəlsə, nə edərsən?
– Elə qaçaram ki, o mənim
izimə­tozuma da çata bilməz
.
– Bəs evdə oturanda gəlsə?
– Qapı­pəncərəni elə bağlayaram* ki, mənə heç yaxın düşə bilməz.
O, doğrudan da, belə edirdi. Kü çəni qaça­qaça gedirdi. Evdə olanda isə qapı və pəncərələri
bərk­bərk bağlayırdı. Hə mişə də xəstə* olurdu. Yaş isə 
öz işini gör  məkdə idi
. Onun qara saç la ­
rına dən dü şürdü. Qaməti yavaş­ya vaş əyi lir di. Qocalmaqdan qorxan adam eşitdi ki, bir dağda
qoca bir kahin yaşayır. Öz xeyirxah məslə hətlərini heç kəsdən əsirgəmir.
60
 Çap üçün deyil


– Bəs nə üçün belə qan­tərə
batıb yer 
belləyirsiniz
?
– Qocalmaqdan qorxduğum
üçün.
Adam təəccüblə kahinə baxdı.
Qoca kahin yenidən dilləndi:
– Mənim sözlərimə* təəccüb edirsən? Ataların sözünü heç zaman unutma: “İş canın cöv hə ri ­
dir”. Qocalıq ancaq tənbəlləri və ondan qorxanları* yaxalayır*. Bu dünyada yüz on il 
ömür sür ­
müşəm
. Əkmişəm, biçmişəm, 
xəstəlik
nə olduğunu bilməmişəm. 
Cavan
, elə bil, 
yuxudan ayıldı

Qoca 
kahinə diqqətlə baxdı:
– Neçə yaşınız var?
– Yüz on.
– Bəs niyə qamətiniz belə düz qalıb?
– Tarlada əyilib qalxmaqdan, 
işləməkdən
.
Gənc 
qoca 
kahinə dua edə­edə evinə qayıtdı. Həmin gündən* 
tənbəlliyin daşını at dı
. Daha
qo calmaq
dan qorxmurdu. Əkməyə­biçməyə başladı*. Həmin gündən də xəstəlik nə ol duğunu
bil mədi. 
Qocalıq 
da,  xəstəlik də ondan* qorxub 
gen gəzirdi

Əli Səmədov
61
qamət – стан
əsirgəmək – скупиться
səbirlə – терпеливо
kahin – жрец
yollanmaq – направляться
dillənmək – заговорить
tarla – поле
yaxalamaq – здесь: настигнуть
gün batanda – заход солнца
SÖZLÜK
qan­tər içində – в поте
ömür sürmək – жить, поживать
saçlarına dən düşmək – поседеть
tənbəlliyin daşını atmaq – простится с ленью
əlini ağdan qaraya vurmamaq – быть белоручкой (ничего не делать)
SÖZ EHTİYATI
O geyinib qoca kahinin ya nı ­
na yollandı. Az getdi, çox getdi,
gə lib həmin yerə çatdı. Gördü ki,
qo 
ca kahin qan­tər içində yer
bel lə yir*.
Çatıb salam verdi. Qoca
kahin onun salamını aldı. Ancaq
işin dən* ayrılmadı. Qocalmaq­
dan qor xan adam səbirlə gözlədi.
Qo ca kahin isə işləyirdi. Gün ba ­
tan da o, alnının tərini silib tar­
ladan çıx 
dı. Qocalmaqdan
qor  xan  ada mın  kahinə  ilk  sualı
belə oldu:
– Ey kahin baba, siz qocal­
maqdan qorxmursunuz?
Qoca kahin:
– Qorxuram, – dedi.
 Çap üçün deyil


ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Necə düşünürsünüz, mətnin başlığını atalar sözü hesab etmək olarmı?
2. Mətni aşağıdakı ardıcıllıq üzrə danışmaq olarmı?  Siz necə plan tərtib edərdiniz? 
1) Qocalmaqdan qorxan adam.
2) Cavanın kahinlə görüşü.
3) Kahinin cavabları.
4) Gənc adamın tənbəlliyin daşını atması.
3. Mətnin məzmununa əsasən düzgün olmayan cavabı müəyyənləşdirin. Sonra cavabları rus
dilinə tərcümə edin.
Qocalmaqdan qorxan adam nə üçün kahinin yanına yollandı?
a)  O, qocalmaqdan çox qorxurdu.    
b) Qocalmamaq üçün kahindən məsləhət almaq istəyirdi.   
c) Yavaş­yavaş onun qaməti əyilirdi, saçlarına dən düşürdü.   
d) O, kahindən  sənət öyrənmək istəyirdi.
4. Mətndəki yerinə əsasən “əlini ağdan qaraya vurmamaq” ifadəsinin məzmununa uyğun cava ­
bı göstərin.
a)  istirahət etmək       b) heç bir iş görməmək         c) dincəlmək         d)  yatmaq
5. Tapmacanı oxuyun və cavablandırın. Sizcə, cavab mətnin məzmunu ilə səsləşirmi?
Zeynal Cabbarzadə   
6. Mətnin məzmununa uyğun olmayan cavabı göstərin və rus dilinə tərcümə edin.
Gənc adam niyə tənbəlliyin daşını atdı?
a) Kahinin yüz on yaşında qədd­qamətinin düz olduğunu gözləri ilə gördü.
b) Kahin dedi ki, qocalıq ancaq tənbəlləri və ondan qorxanları yaxalayır.
c) Kahin qocalmaqdan qorxduğu üçün qan­tər içində yer belləyirdi.
d) Gənc adam utanırdı və insanların ona gülməsini istəmirdi.
7. Mətndə göy rəngdə verilmiş sözlərin bir­birinə münasibətini müəyyənləşdirin.
a) qohum sözlərdir         b) yaxınmənalı sözlərdir       c) əksmənalı sözlərdir
8. Mətndə həm “cavan”, həm də “gənc” sözündən istifadə olunub. Həmin sözlərlə bağlı 
düzgün olmayan cavabı göstərin.
a) yaxınmənalı sözlərdir                                  b) hər ikisi “qoca” sözü ilə əksmənalıdır      
c) birinin əvəzinə digərini işlətmək olar          d) antonim sözlərdir
9. Mətndə çəhrayı rənglə fərqləndirilmiş ifadələri aşağıdakı sözlərdən hansı ilə əvəz etmək olar? 
Sözlər:
yaşamaq, oyanmaq, işləməyə başlamaq, uzaqlaşmaq, artmaq, yaxınlaşa bilmək
10. Çoxbilmiş mətndə bəzi sözlərin üzərində ulduz işarəsi qoyub. Gülnaz Çoxbilmişin nə
istədiyini o saat başa düşdü və həmin sözləri dəftərinə köçürüb qarşılarında mötərizə içərisində
tələffüzünü yazmağa başladı. Siz də Gülnaza qoşulun, peşman olmazsınız!
62
Məni sevən hər kəsin
İşi çox asan olur.
O, hər işi bacaran,
Yaxşı bir insan olur.
Uşaqların çoxusu
Adımı bilir əlbət,
Tapmayan var isə
Tapsın adımı              .    
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə