Azer-dili 4s Derslik 2017 Layout 1


 Aşağıdakı şeiri oxuyun və “Ərköyün”ün hərəkətinə qiymət verin. ƏRKÖYÜN



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə23/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

1. Aşağıdakı şeiri oxuyun və “Ərköyün”ün hərəkətinə qiymət verin.
ƏRKÖYÜN
Baxın ona, beşincidir,
Gəl ki hamını incidir.
Deyir:–Ana, su tök gülə,
Köynəyimi tap, ütülə.
Tez ol, nənə, süz çayımı,
Yır­yığış et çarpayımı.
Ayaqqabım hanı, deyin?!
Gəzin
, tapın, təmizləyin!
Çöl­bayırı
qar bürüyüb,
Alın beli, cəld kürüyün!
Çantamı kim götürəcək,
Məktəbə kim ötürəcək?!
Baxın ona, beşincidir,
Gəl ki hamını incidir. 
Qəşəm İsabəyli
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
2.  Ərköyünlüyü necə başa düşürsünüz? Bəzi uşaqlar niyə ərköyün olurlar? 
Müzakirə edin və fikirlərinizi əsaslandırın.
3.  Siz də ərköyünlük edirsinizmi? Yoldaşlarınız, tanıdığınız başqa  uşaqlar
içərisində ər kö yün  lük edənlər varmı?  Bu barədə danışın.
4. Yanıltmacı oxuyun, [y] səsinin düzgün tələffüzünə diqqət yetirin.
Yasəmən yavaş­yavaş yasəmənin yanına yaxınlaşdı. Yasəmənin yarpaqları yanğından yan ­
mış  dı. Yasəmən yandığını yana­yana Yasəmənə anlatdı. Yasəmənin yasəmənin yarpaqlarına ya ­
man* yazığı gəldi. Yasəməni yandıranları yaxşı­yaxşı yamanladı*.Yasəmən yanıqlı­yanıqlı ya ğışa
yal vardı. Yağış yağdı. Yasəmənin yarpaqları  yenə yaşıllaşdı. 
5.* Necə bilirsiniz, yanıltmacda üzərində ulduz işarəsi qoyulmuş sözləri omonim hesab etmək
olarmı? Həmin sözlərin sinonimlərini tapib deyin.
6. Şeirdə göy rəngdə verilmiş sözləri hansı sözlərlə əvəz etmək olar?
63
ərköyün – избалованный
incitmək – обижать
kürümək – соскребать
ötürmək – провожать
SÖZLÜK__Çap_üçün_deyil__7.'>SÖZLÜK
yanğın – пожар
yamanlamaq – злословить
yanıqlı­yanıqlı – горестно
SÖZLÜK
 Çap üçün deyil


7. Əziz uşaqlar, dostunuz Çoxbilmiş sizin dondurmanı çox sevdiyinizi  bilir. Ona görə də bu
məlumatla sizi tanış etmək istəyir. Oxuyun və rus dilinə tərcümə edin. 
DONDURMA NECƏ YARANIB... 
Əvvəllər adamlar ancaq yayda don­
durma ye yər di  lər. İndi isə onu bütün il
boyu yeyirlər. Şərq öl kə lə rində əvvəllər
dondurmanı vafli stəkanlarda ye   yirdilər.
Tədqiqatçı Marko Polonun dondur­
madan o qədər xo şu gəlir ki, o, dondurma ­
nın reseptini özü ilə İta 
li 
ya 
ya aparır.
Ora dan da dondurma Fran saya gəlir,  ta ­
nın  mış adamların əlində və ye mək rasio­
nunda məş 
 
hurlaşır. Onlar dondurmanın
reseptini sadə adamlardan gizləyir, onla ra
bildirmək istəmirdilər. An caq bir müd dət ­
dən sonra onun sirri açıldı. Sonra don dur ­
ma nın resepti Amerikaya gedib çıxdı.
Dondurma zavodu ilk dəfə 1851­ci ildə Meri lend ştatında Baltimorda fəaliyyətə başlayıb.
Dondurma qaymaq, süd, süd məmulatları qarışığından düzəldilir. Ona hərdən yumurta da qatılır.
Dadlı olması üçün vanil, şokolad, fındıq və başqa meyvələr əlavə edilir.
Bax beləcə yaranıb ən çox xoşladığımız dondurma...
8. Əziz dostlar, Çoxbilmiş deyir ki, bəzi uşaqlar dondurma alarkən onun təzə olub­olmadığına
fikir vermirlər. Amma bu, çox təhlükəlidir. Dondurma alarkən hökmən onun üzərindəki saxlama
müddətinə diqqətlə baxmaq lazımdır. Vaxtı keçmiş dondurmada insan orqanizmi üçün zərərli
maddələr olur ki, bunlar da bir çox xəstəliklər əmələ gətirir. Ehtiyatlı olun və özünüzü xəstəlik­
lərdən qoruyun! 
9. Uşaqlar, həyətdə, parklarda, bulvarda gəzərkən Çoxbilmiş bəzi dostlarının dondurmanın
ka  ğızını hara gəldi tulladığını öz gözləri ilə görüb. Siz necə, dondurma yeyərkən onun ka ğı ­
zını, ya xud çöplərini yerə atanları görmüsünüzmü? Belələrinə münasibətiniz necədir?  Ne cə
dü  şü nür sünüz, hərə yerə bir şey atsa, onda bəs təbiəti kim qoruyacaq? Qruplara bölünün və
mövzunu müzakirə edib fikirlərinizi təqdim edin.
10. İnternetdən istifadə edirsinizmi? İnternet vasitəsilə oxuduğunuz maraqlı məlumatlardan
yoldaşlarınıza da danışın.      
64
təhlükəli– опасный
hökmən – обязательно
saxlama müddəti – срок хранения
hara gəldi – куда попало
zərərli maddələr – вредные вещества
ehtiyatlı olmaq – быть осторожным
SÖZLÜK
məmulat – изделия
fəaliyyətə başlamaq – действовать
SÖZLÜK
 Çap üçün deyil


ÜMUMİLƏŞDİRİCİ DƏRS
SÖZ SİZİNKİDİR 
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Şeirdəki sualı qruplar şəklində müzakirə edin və gəldiyiniz nəticəni təqdim edin. 
2. Şeirin məzmununu danışın. Sonra həmin məzmun əsasında ifadə yazın. Yaz dıq ­
la rınızı əvvəlcə parta yoldaşlarınıza, sonra isə müəlliminizə göstərin.
3. Aşağıdakı cümlələrdə “süzmək” sözünü hansı sözlərlə əvəz etsəniz, cümlələrin
mə nası  dəyişməz?
1) Tez ol, nənə, süz çayımı,
Yır­yığış et çarpayımı.
2) Sona iti və həyəcanlı nəzərləri ilə misteri süzüb əli ilə rədd işarəsi verdi.     
3) Bax, o göy üzündə süzən quş qaraquşdur
4. Aşağıdakı cümlələrdə yazılışı ilə deyilişi eyni, ancaq müxtəlif  mənalar bildirən sözləri ta ­
pıb səsləndirin. Həmin sözlər necə adlanır?
1) Nənəm inəyi sağıb sağ tərəfdəki ağaca bağladı. 2) Dostları onu sağ tapdıqlarına görə çox
sevinirdilər. 3) Daha balaca top onun xoşuna gəlmirdi, axı o, futbolçu olmaq istəyirdi. 4)  Şəhid qəhrə­
manın şərəfinə toplardan yaylım atəşi açıldı. 5) Uruz qırx igidini özü ilə götürdü. 6) Bərbər balaca
Toğrulun saçını qırxdı. 7) Cəmilə hələ üzməyi bacarmırdı. 8) Süsən çəməndəki çiçəklərdən üzüb
qoxladı, sonra  onlardan çələng düzəltdi. 9) Şəms tez əllərini, üzünü yudu,  paltarını dəyişib çantasını
yığışdırdı. 10) Atan qocalmış, mənim də belim bükülmüşdür. Beli götür, ağacların dibini bellə!
65
Xumar tənəffüs vaxtı
Koridorda
gəzərkən,
Təzə, qırmızı rəngli
Bir qələm tapdı yerdən.
Qələmi 
axtarırdı
Bu zaman üç kiçik qız.
Xumar əsla dinmədi
Baxdı çox etinasız.
Söylədi öz­özünə:
Qələmi versəm əgər,
Onda bütün 
uşaqlar
Məni oğru 
bilərlər
.
Nə itərsə məktəbdə,
Yapışarlar yaxamdan
.
Bu sirri heç kəsə mən
Bildirmərəm heç zaman.
İndi söz sizinkidir,
Cavab verin, uşaqlar:
Deyin, düzmü düşünür
Bizim 
məktəbli 
Xumar? 
Tofiq Mütəllibov
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə