Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə19/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

İTƏ ATARAM, YADA  SATMARAM
2­ci hissə
Tacir əl­ayağa düşüb 
yalvarış
vəziyyəti aldıqca Sonanın dizinə qüvvət*, iradəsinə 
möhkəmlik
gəlir, səsi qətiləşirdi:
– Satmıram! Satmıram, canım!
– Bu da  yüz 
qızıl
, yüzcə qızıl, keçib bizimki... 
– Nə qızıla satıram, nə də ingilisə!
Tacir Sonanın inadını çoxdan anlamışdı. Ciblərini silkələyib 
qızılı 
daha bərk cingildətdi:
– İngilis almır, ay bacı, görürsən ki, mən alıram. Öz müsəlman qardaşın.
Sona 
xalçanı
çəkib aradan yığdı və pəhləvan kimi qoltuğuna vurdu:
– Satmıram, – dedi, – vəssalam!
Xalçanın
küləyi 
soyuq 
və kəsərli silah kimi, ingilisin boz sifətinə dəydi. Mister vahiməyə
düşmüş kimi geri­geri çəkildi. Tacir onun dediyini qadına tərcümə etdi:
– Görürsən? “Hara getsə, – deyir, – onu mən alacağam”.  
Sona daha da 
acıqlandı
. İti və həyəcanlı
nəzərləri 
ilə həm 
taciri
, həm də misteri süzüb əli
ilə rədd işarəsi verdi:
– İtə ataram, yada satmaram!
Sona arxasını misterə və 
tacirə 
çevirib elə 
cəld
gedirdi ki, deyəsən, evdə yağı daşır.
Yüzlərlə 
vətəndaşın sevincli baxışları

namuslu
ananı                      .   
Halal olsun!
– 
Halal olsun
belə qadına!
O nə dayanır, nə dinir, nə  geri baxırdı. Qəlbində qaynayan vətən təəssübü və analıq qüruru
ilə başını uca tutub gedirdi.
Mir Cəlal
51
Ovcuna toxunan pullar Sonanın bütün əsəblərini titrətdi. Sonanı hirs
boğdu, üzünü ingilisə tutub dedi:
– Satmıram!
– Necə! Necə yəni!
– Satmıram, əfəndi!
Bunu dediyi ilə ovcundakı 
qızılları 
yerə səpdiyi  bir oldu. Camaatı maraq
götürdü. Tacir irəli yeriyib əlini cibinə saldı:
– Azdırsa, al, on beş olsun!
– Satmıram!
– Bu da iyirmi!
– Yorğan bilib üstümə çəkəcəyəm!
– Otuz 
qızıl
, di sözün yoxdur ki?! 
– Paltarım yoxdur, bürünəcəyəm!
– Əlli 
qızılını 
al, üstündə bir dəst paltar.
namuslu – честный
pəhləvan – богатырь
inad – настойчивость
bürünmək – закутаться
nəzər – взгляд
süzmək – здесь:  посмотреть с презрением
qətiləşmək – голос становилься
решительным
SÖZLÜK
iradə – воля
qəlb – душа
qüvvət – сила
qürur – гордость
 Çap üçün deyil


ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Mətnin sonunda buraxılmış göy boşluğun yerinə hansı sözü yazmaq daha çox
yeri nə  dü şər di?
a) yola salırdı           b) ötürürdü            c) yollayırdı            d) izləyirdi
2. Suallara cavab verin və mətnin məzmununu bu ardıcıllıqla danışın:
1) Sonanı niyə hirs boğdu?
2) Sona ingilisin verdiyi pulları niyə yerə səpdi?
3) Bu hadisə ingilisə necə təsir etdi?
4) Tacir niyə əl­ayağa düşdü?
5) Tacir xalçanın qiymətini 10 qızıldan neçə qızıla qədər qaldırdı?
6) Sonanı nə daha da acıqlandırdı?
7) Sona tacirin müraciətinə necə cavab verdi?
3. Mətni rollar üzrə oxuyun, sonra səhnələşdirin.
4. Hər iki mətni diqqətlə oxuduqdan sonra aşağıdakı suala doğru cavab verə bilərsiniz.
Sona niyə xalçanı satmadı?
a)  O, xalçanın qiymətli olduğunu başa düşdü və onu çox baha satmaq istədi. 
b) Xalça Sonaya vətən mülkünü xatırlatdı və o, bu müqəddəs aləmi sata bilmədi.
c) Tacir Sonanı aldadıb xalçanı ucuz almaq istəyirdi.      
d) Sona xalçanı ingilisin aparmasına razı ola bilmədi. 
5. Bazarda olanlar Sonaya niyə “ Halal olsun!” – dedilər? Bəs siz Sonanın hərəkətini necə
qiy mət ləndirirsiniz? Sonanın yerində olsa idiniz, siz necə hərəkət edərdiniz? Fikirlərinizi
müəllimi niz və yoldaşlarınızla bölüşdürün.
6. Mətndə işlənmiş “Halal olsun belə qadına!” cümləsində 
“halal olsun”
ifadəsini hansı sözlə
əvəz etmək olmaz?
a) Afərin!              b) Alqış!                  c) Eşq olsun!             d) Təşəkkür!
7. “İti və həyəcanlı nəzərləri ilə” birləşməsi işlənmiş cümlədə “
nəzərləri
” sözünü hansı sözlə
əvəz etmək olar?
a) gülüşləri             b) baxışları               c) gözləri                 d) hərəkəti 
8. Mətndə çəhrayı və sarı rəngdə olan sözlərə artırılan şəkilçiləri müqayisə edin. Hansı söz ­
lə  rə artırılan şəkilçilər yeni sözlər düzəldir?  Sözləri ayrı­ayrı sütunlarda kök və şəkilçilərə ayı ­
ra raq yazın və sözdüzəldici şəkilçilərin altından xətt çəkin. Bu şəkilçilərlə yeni sözlər düzəldə
bi  lərsinizmi?  Özünüzü  yoxlayın. 
52
üstünə çəkmək – накинуть на себя
əl­ayağa düşmək – забеспокоиться
möhkəmlik gəlmək – обрести силы
kəsərli – острый
vahiməyə düşmək – перепугаться
vətən təəssübü – забота о родине
başını uca tutmaq – высоко держать голову
SÖZ EHTİYATI
 Çap üçün deyil


Əziz uşaqlar, Çoxbilmiş və dostları hər il Novruz bayramında  “Kosa­kosa”
oyunu oynayırlar. Siz də bu oyunun qaydasını və sözlərini  dostunuz Çox­
bilmişdən öyrənin. “Kosa­kosa” oyununu səhnələşdirin və məktəbinizdə
keçirdiyiniz Novruz şənliyində bu tamaşa ilə çıxış edin.
KOSA–KOSA  
Bayram günlərində cavanlar meydana 
toplaşırlar
. Bir nəfər zirək,
hazırcavab oğlana 
tərsinə
kürk 
geyindirirlər

Üzünü
möh kəm  un­
layır, 
başına
uzun
motal papaq qoyurlar. Ayaqlarının altı na 
ayaq
formasında ağac sarıyırlar. Boynuna zınqırov salır, pal  tarının 
altından
qarnına yastıq 
bağ la yırlar
. Bir çömçəni qır mı zı bə zəyib əlinə verir,
qapı­qapı gəzdirib oynadaraq pay top la yırlar. Ko  sanı gəzdirənlər bu
nəğməni oxuyurlar:
Nəğmə qurtaran kimi, kosa  “kosa öldü”, – deyib, yerə
yıxılır. Bu zaman ona suallar verib cavab alırlar:
– Kosa, hardan gəlirsən? 
– Dərbənddən.
– Nə gətirmisən?
– Alma.
– Almanı neylədin?
– 
Satdım
.
– Pulunu neylədin?
– Öküz 
aldım
.
– Öküzü neylədin?
– Vurdum öldü.
Kosanın bu sözündən sonra yoldaşları
birlikdə bu nəğməni oxuyurlar:
Başın sağ olsun, kosa,
Arşın 
uzun
, bez 
qısa
,
Kəfənsiz ölməz kosa.
Bundan sonra da kosaya çoxlu 
suallar
verib cavab alır
, nəğmə oxuyurlar.
53
Ay kosa­kosa, gəlsənə,
Gəlib salam versənə, 
Çömçəni doldursana,
Kosanı yola salsana.
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram xonçası,
Hər yerdə düyün eylər.
Novruz­novruz bahara,
Güllər­güllər nübara.
Bağçamızda gül olsun,
Gül olsun, bülbül olsun.
Bal olmasın, yağ olsun,
Evdəkilər sağ olsun.
Xanım dursun ayağa,
Kosaya pay versin ağa.
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə