Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

həm də bayram şənliklərində iştirak edir, saz çalıb oxuyur.  
Ədalət saz çalanda, onun əlindəki bu alət sanki, danışır. Onun çalğısı möcüzədir. Ədalətin
çaldığı “Yanıq Kərəmi”, “Döşəmə Koroğlu”, “Orta Sarıtel”, “Misri”, “Ruhani”, “Qaraçı”
havaları adamı valeh edir. Bu havalara qulaq asmaqdan doymaq olmur.
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Aşıq Ədaləti tanıyırsınızmı? Televiziyada onun ifasını eşitmisinizmi? Azərbaycanın
başqa hansı məşhur xanəndə və aşıqlarını tanıyırsınız? Onların adlarını sayın.   
2.  Aşağıdakı suallardan hansına  mətndə cavab tapa bilmədiniz?
1) Aşıq Ədalət harada anadan olub?
2) Ədalət saz çalmağı kimdən öyrənib?
3) Ədalət hansı musiqi məktəbinə gedib?
4) Ədalət neçə yaşında artıq yaxşı saz çalırdı?
5) Aşıq Ədalət hansı xarici dövlətlərdə olub?
6) Ədalətin çaldığı hansı saz havalarına qulaq asmaqdan doymaq olmur?
3. Aşıq musiqisini sevirsinizmi? Aşıq musiqisi daha çox hansı bölgələrdə inkişaf etmişdir?
Mətndə oxuduqlarınızdan başqa, daha  hansı aşıq havalarının adını eşitmisiniz?  Araşdırma aparın.
4.  “Sarı gəlin”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm”, “Qara gilə”, “Sona bülbüllər”,
“Apardı sellər Saranı”, “Ay qız, kimin qızısan”, “Qubanın ağ alması” kimi məşhur xalq mahnı ­
la rımızdan hansını oxuya bilirsiniz? Bildiyiniz yoxdursa, tapıb öyrənin və oxuyun. 
5. Azərbaycan muğamının 2003­cü və Azərbaycan aşıq sənətinin 2009­cu ildə YUNESKO–
nun “bəşəriyyətin qeyri­maddi mədəni irsi”  siyahısına düşdüyünü bilirdinizmi? Heydər Əliyev
Fon dunun bu istiqamətdə apardığı işlərlə bağlı araşdırma aparın və danışın.
6.  Niyə ”Qarabağ Azərbaycanın musiqi akademiyasıdır,”– deyirlər?  Fikirlərinizi yoldaş la rı ­
nız la  bölüşün.
7. Üzeyir Hacıbəyov haqqında nə bilirsiniz? Dahi bəstəkar hansı operaların müəllifidir?  Bil ­
dik lərinizi  danışın.
8. “O olmasın, bu olsun”, “Arşın mal alan” kinofilmlərinə baxmısınızmı? Niyə bu filmlər belə
adlandırılıb? Baxmısınızsa, cavabı asan tapacaqsınız. Düşünün!
9. ”Koroğlu” dastanı haqqında eşitmisinizmi? Koroğlunun atlarının adını Çoxbilmiş sizə de ­
mişdi. Koroğlunun atını kim oğurlamışdı? Bunu bilmək istəyirsinizsə, dastanı tapın, həmin his ­
səni oxuyun. Çox xoşunuza gələcək.
10. Verilmiş dialoqu  rollar üzrə oxuyun və səhvləri tapın.  Bəs siz özünüz Azərbaycan dilində
belə danışanlara rast gəlmişsinizmi? Onlara nə deyərdiniz?
***
– Amma hayıf ki, mən yaxşı rusca bilmirəm. 
– Amma mən yaxşı bilirəm.
– Adama nə deyir?
– Çelovek.
– İtə nə deyir?
45
çalğı – музыка
sanki – как будто
tanınmaq – прославиться
saz havası – ашугская мелодия
valeh etmək – очаровать
şənlik – веселье, торжество
dınqıldatmaq – постукивать
bəyənmək – нравиться, одобрять
SÖZLÜK
SÖZ EHTİYATI
 Çap üçün deyil


– Sabaka.
– Gedirəm, necə deyir?
– Baydom.
– Gəlirəm?
– O da baydom.
– Onda sən məndən çox bilirsən.           
Üzeyir Hacıbəyov
11. Əziz dostlar, sizcə, milli sərvətlərimizin dəyərini kifayət qədər bilirikmi? Niyə bəzi insanlar
aşıq musiqisi səslənəndə və ya  muğam oxunanda radionu, televizoru sön dü rürlər? Belələrinə
münasibətiniz necədir? Müzakirə edin və fikrinizi açıqlayın.
Çoxbilmiş  “Göyərçin” jurnalında  maraqlı bir krossvorda rast gəldi. O  bu krossvordu sizinlə
birlikdə həll etmək qərarına gəldi. Görək xoşunuza gələcəkmi?
KROSSVORD
12. Misraların sonunda buraxılmış sözləri tapıb lazımi xanalara yazsanız,  sarı zolaqda yaz
aylarından birinin adı alınacaq.
1. Milli musiqimizdən
Xoşum gəlir yamanca.
Xəyallara dalıram,                           
Dinəndə tar,                  .
2. Dağ başında sara bax,
Üstün alan qara bax.
Düşmənin tapdağında                               
Qala bilməz                  .                           
3.Dəryazını hazırla,
Bir şey qalmayıb yaza.
Gərək biz otu biçib
Sonra da vuraq            .
13. Azərbaycanın dünya şöhrətli bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov,
Niyazi haqqında nə bilirsiniz? Araşdırma aparın və onlardan biri haqqında təqdimat hazırlayın.
46
1.      
2.
3. 
sərvət – богатство
SÖZLÜK
dəryaz – коса
sar – сарыч (птица)
xəyala dalmaq – погрузиться в воспоминания
SÖZ EHTİYATI
 Çap üçün deyil


14. Düzgün cavabı tapın: “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərinin müəllifi kimdir?
Çətinlik çəksəniz, araşdırma aparın.
a) Niyazi         b) Arif Məlikov        c) Qara Qarayev        d) Fikrət Əmirov
ÇOXBİLMİŞ  GÜLDÜRÜR  
15. Çoxbilmişin yadına yenə də Molla Nəsrəddinin bir lətifəsi düşdü. Qulaq asın, sizə də
danışsın. Sonra rollar üzrə oxuyun və səhnələşdirin.
NƏ DƏ CÜMƏ GÜNÜ   
Molla Nəsrəddin bir 
boyaqxana
dükanı açıb 
boyaqçılıq 
eləməyə başlayır. Bir gün birisi pal­
tarlıq şal gətirib deyir:
– Molla, bunu 
boya
.
– Nə rəngə boyayım?
– Elə rəngə boya ki, ondan dünyada olmasın.
– Necə yəni “dünyada olmasın?”
– Yəni nə qırmızı olsun, nə qara, nə göy, nə yaşıl, nə sarı, nə də ki ağ olsun. Aydındırmı?
– Kefin istədiyi kimi boyayaram.
– Yaxşı, nə vaxt gəlim aparım?
Elə gün gəl ki, nə şənbə olsun, nə bazar, nə bazar ertəsi, nə çərşənbə axşamı, nə çərşənbə,
nə cümə axşamı, nə də cümə.
Uşaqlar, görün bir Çoxbilmiş indi nə istəyir?!
Sevimli dostlar, sizə maraqlı bir əhvalat danışacağam. Mənim çox xoşuma gəlib, bilirəm, siz
də bəyənəcəksiniz. Əhvalata keçməzdən  əvvəl istəyirəm ki, yazıçı Mir Cəlal haqqında  sizə qısa
məlumat verim. Səbəbini özünüz sonra başa düşəcəksiniz.
Mir Cəlal Paşayev 1908­ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuşdur.
Hələ uşaq olanda atası onu Gəncəyə gətirmişdi. O, təhsilini də Gəncə şəhərində almışdır. Mir
47
boyaqxana – красильня
boyamaq – красить
paltarlıq – плательный
boyaqcılıq – профессия красильщика
SÖZLÜK
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə