Azer-dili 4s Derslik 2017 Layout 1


Bə mənim əlimdə papka yox idi?  – Yox. Azacıq fikrə getdi: – Yəqin, maşında qoymuşam. –  Bə



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə15/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

– 

mənim əlimdə papka yox idi? 
– Yox.
Azacıq fikrə getdi:
– Yəqin, maşında qoymuşam.
– 

indi neyləyəcəksən?
– Heç nə. 
Beynimi qurdalayıb
təzədən* yazacam.
11. Çoxbilmişin danışdığı lətifəni  səhnələşdirin. Şair və yazıçının danışığında onların Qazax
rayonundan olduğunu göstərən xüsusiyyətlərə fikir verin.
ÜMUMİLƏŞDİRİCİ DƏRS
1. Şair Məmməd İsmayılın “Vətən” şeirindən verilmiş  bəndi oxuyun və əzbərləyin. Şeirdən
çı  xardığınız  nəticəni  söyləyin.
2. “Vətəni sevmək üçün nə lazımdır?” sualı ətrafında müzakirəyə qoşulun.
3. “Dost­düşmən” sözləri barədə cavablardan biri doğrudur.
a) yaxınmənalı sözlərdir       b) əksmənalı sözlərdir       c) çoxmənalı sözlərdir
4.  20 Yanvar hadisələri ilə bağlı araşdırma aparın və məlumat toplayın. Topladığınız məlumat­
lar əsasında  “Şəhidlər ölmür” başlıqlı mətn tərtib edin.
5. Atalar sözünü oxuyun. Bülbülün söz lə rin dən
çıxardığınız nəticə əsasında danışın. 
Bülbülü saldılar qızıl qəfəsə, dedi:
“Ay vətən, ay vətən!”,
Buraxdılar, qondu tikan koluna, dedi:
“Can vətən, can vətən!”
6. Çoxbilmiş  Hüseyn Ariflə bağlı danışdığı lə ­
ti fədə dörd sözün üzərində ulduz işarəsi qoyub.
Ya man Çoxbilmişdi ha! Görəsən, yenə də nəyi ay ­
dınlaşdırmanızı istəyir? Diqqətli olsanız, Çoxbil ­
mi  şə uduzmazsınız, o hələ sizi yaxşı tanımır!!!
39
Dostu bu dünyada seçib taparlar,
Dost­düşmən seçilər, Vətən seçilməz.
Qayanı yonarlar, dağı çaparlar,
Dağ­qaya kiçilər, Vətən kiçilməz!.
seçmək – выбирать
qaya – скала
yonmaq– гранить
çapmaq– рубить
SÖZLÜK
baməzə – шутник
itburnu – шиповник
yemişan – боярышник
qantəpər – головчатка
sarıçiçək – тысячелистник
SÖZLÜK
mafraqlaşmaq – слабеть
fikrə getmək – задуматься
dərdinin əlacı – исцеление
başına fırlanmaq – обхаживать
təbiət vurğunu – влюбленный в природу
beynini qurdalamaq– рыться в памяти
SÖZ EHTİYATI
 Çap üçün deyil


7. Deyə bilərsinizmi, Vətənə niyə çox zaman “ANA VƏTƏN” deyirlər? Fikirlərinizi
əsaslandırmağa çalışın.
8*. Göy zolaqların yerinə uyğun gələn sözləri artırıb aşağıdakı mətni oxuyun. Mətndən nə
nəticə çıxardınız?  İfadə yazmağa hazırlaşın. 
ANANIN SƏSİ
Ana Cavanşiri çağırtdırdı. El
başçılarının 
yanında dedi:
– Atan 
qocalmış
, mənim də belim bükülmüşdür. Sən bu gündən qalxan və qılınc götür. Budur,
minlərlə igid vətən uğrunda 
döyüşə
gedir. Sən də onlara qoşul, hökmdar oğlu olduğunu unut.
Bircə şeyi yadında saxla. Vətən fəlakət qarşısındadır, onu xilas etmək lazımdır. Düşmənin üstünə
bir əsgər kimi get, qalib bir aslan kimi qayıt... Anan          xoşbəxt görmək istəyir.            qar    şı­
sından qaçsan, bu yurda dönmə. O zaman mən            sənə halal etmərəm. Sən arxadan 
yaralansan
,
Azərbaycan qızlarına sənin yaranı sarımağı məsləhət görmərəm. Düşməni yurdumuzdan qov­
mamış geri dönmə.
Cavanşir 
vüqarla
başını qaldırdı və yaxına gəlib ananın titrək, zərif          öpdü:
– Arxayın ol, ana, mən vətən oğluyam!
– Cavanşir bizim sərkərdəmizdir!..
– Cavanşirə uğurlar olsun! – deyə el başçılarının 
əzəmətli
səsi gurladı...
– Sizə uğurlar olsun! – deyə  ana zərif əllərini qaldırıb onlara xeyir­dua verdi.
Yusif  Şirvan
9. Şeiri oxuyun. Əsgərin fikirləri ilə razısınızmı?  
ƏSGƏRƏM
Oqtay Rza
40
Adımın mənasını
Öyrədib nənəm mənə;
Ömür boyu borcluyam
Ana yurda, Vətənə.
Xalam hərdən deyir ki,
Sən balaca qoçaqsan;
Böyüyəndə tanınmış
General olacaqsan.
Babamdan eşitmişəm:
İgidlər alqışlanır;
Generallığın yolu
Əsgərlikdən başlanır. 
fəlakət – беда
qalib – победитель
hökmdar – правитель
vüqarla – гордо
titrək – дрожащий
sərkərdə – полководец
gurlamaq – греметь
əzəmətli – величественный
yaralanmaq – получить ранение
SÖZLÜK
qalxan – щит
xeyir­dua vermək – благословить
beli bükülmək – постареть
aslan kimi – сильный как лев
SÖZ EHTİYATI
 Çap üçün deyil


Sevimli dostlar! VƏTƏN – bizik, bizim varlığımızdır, mənəvi dəyərlərimizdir: dilimiz,
sazımız­sözümüz,  nəğməmiz­bayatımız, kökümüz­soyumuzdur!–demişdik. Dəyərlərimizi qo­
rumasaq, yaşatmasaq, onları itirə bilərik. O zaman isə milli kimliyimizi itirmiş olarıq. Odur ki,
hər birimiz  mənəvi dəyərlərimizi tanımalı, onun qədrini bilməli, lazım gələndə onu müdafiə et­
məyi bacarmalıyıq!
1. Sevimli şairimiz Bəxtiyar Vahabzadənin  “Ana dili” şeirindən aşağıdakı parçanı oxuyun
və əzbərləyin. Şair bizlərə nəyi tövsiyə edir? Qruplara bölünün və müzakirə edin. 
ANA DİLİ
Dil açanda ilk dəfə “ana” söyləyirik biz,
”Ana dili” adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə­gilə.
Bu dil – bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil – bir­birimizlə əhdi­peymanımızdır.
Bu dil – tanıtmış  bizə bu dünyada hər şeyi,
Bu dil – əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir... onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
2. Sevimli dostlar, Bəxtiyar Vahabzadə vətənpərvər bir şair olub. Vətəndən, onun keçmişindən,
dilindən, mə nəvi dəyərlərindən söhbət açanda şairin misralarına müraciət etməmək olmur. Ona
görə də Çox bilmiş sizinlə  müəyyən mövzular ətrafında müzakirələri  sevimli şairimizin şeir­
lərindən seç di yi nümunələr əsasında aparır. “Ana dili”, “Vətəndaş” şeirləri belə nümunələrdəndir!
Şairin “Gülüstan”, “Muğam”, “Vicdan”, “Atılmışlar”, “Şəhidlər” kimi poemalarını bö yü dük ­
cə oxuyacaq və Çoxbilmişlə razılaşacaqsınız.
3. Deyirlər ki, bir xalqın dilini əlindən alsalar, o xalq məhv olar. Bu fikirlə razılaşırsınızmı?
De bata qoşulun və fikirlərinizi əsaslandırmağa çalışın.
4. Konstitusiyamızın 21­ci maddəsində yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azər­
baycan dilidir”. Dövlət dili barədə fikirlərinizi yoldaşlarınızla bölüşün. Azərbaycanda başqa hansı
dillərdə danışan xalqlar yaşayır?  
5. Azərbaycan dili azərbaycanlıların ana dilidir. Niyə hər bir xalq öz dilini  “Ana dili” adlan ­
dı rır? Bu barədə siz necə düşünürsünüz? Müzakirə edin və fikirlərinizi əsaslandırmağa çalışın.
6. Azərbaycan dilinin dünyada geniş yayılmış türk dillərindən biri olduğunu bilirsinizmi?
41
MƏNƏVİ DƏYƏRLƏRİMİZ
xəzinə – клад
əcdad – предки
miras – наследство
dil açmaq –  начинать говорить
nəsil – поколение
gilə­gilə – по каплям
əhdi­peyman – клятва
ruhuna içirmək – вливать в душу
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə