Azer-dili 4s Derslik 2017 Layout 1


 Diqqətli olun. Hansı artıqdır? a) kitabın üzü         b) göyün üzü          c) bənövşəni üz          d) yorğanın üzü  8



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə13/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

7. Diqqətli olun. Hansı artıqdır?
a) kitabın üzü         b) göyün üzü          c) bənövşəni üz          d) yorğanın üzü 
8. Mətndə göy rəngdə verilmiş birləşmələrdə “baş” sözü ilə bağlı düzgün cavab hansıdır?
a)  bir söz iki mənada  işlənib – çoxmənalı sözdür   
b) mənalar tamamilə fərqlidir – sözlər omonimdir    
c) yaxınmənalı sözlərdir 
9. Mətndə çəhrayı və göy (          ), çəhrayı, göy, yaşıl (                ), çəhrayı, göy, yaşıl və qırmızı
(                   ) rənglə verilmiş sözləri seçib ayrı­ayrı sütunlarda yazın. 
Necə düşünürsünüz, göy rəngdəki və ondan sonra artırılan  şəkilçilər söz köklərinin mənasını
də yişirmi? Seçdiyiniz misallara və indiyə qədər ayrı­ayrı mətnlər üzərində apardığınız mü şa hi ­
də lərinizə əsasən fikirlərinizi açıqlayın. 
10. Mətnin sonunda işlənmiş  “alt” və “ üst” sözləri ilə bağlı düzgün cavab hansıdır?
a) yaxınmənalı sözlərdir       b) əksmənalı sözlərdir         c) çoxmənalı sözlərdir
11. Yanıltmacı oxuyun, [ç] və [ə] səslərinin düzgün tələffüzünə diqqət yetirin.
Çəmənlikdə çiçək çoxdur. Çiçəklər çətirli çiçəklərdir. Çiçəklər elə bil çələngdir. Çiçək çə ­
mən dəki çiçəklərdən çələng düzəltdi. Çiçək çox çətinlik çəkdi. Çiçəklər çətirlərindən Çiçəyə ətir
saçdılar. Çiçək ətirli çiçək çələngini kiçik bacısı Çəmənin saçına taxdı.
12. Mətndə çəhrayı və sarı (     
), çəhrayı, sarı və göy (              ), çəhrayı, sarı, göy və qırmızı
rənglə fərqləndirilmiş sözləri seçib  ayrı­ayrı sütunlarda yazın. Köklərə artırılan
sarı rəngdəki şəkilçilər həmin köklərin mənasını dəyişirmi? Bəs həmin sözlərdə göy və qırmızı
rəngdə olan şəkil çilər özlərindən əvvəlki hissələrin mənasına necə təsir edir? Qruplara bölünüb
müzakirə edin və gəldiyiniz nəticəni söyləyin.
ÇOXBİLMİŞ ÖYRƏDİR
Sevimli dostlar, artıq neçə dərsdir ki, siz sözlərə artırılan şəkilçilər üzərində mü ­
şa hi dələr aparırsınız. Müşahidələrinizdən gördünüz ki, Azərbaycan dilində şəkil çi ­
lər iki cür dür
balıq
lar

balıq
çı
nın
,
üzüm
ün

üzüm
çü

üzüm
lük

...   
Çoxbilmiş deyir ki, şəkilçilərdən bəzilərini sözlərə artırarkən kökün mənasında
heç bir dəyişiklik yaranmır. Bu şəkilçilər ancaq sözlərin formasını dəyişir və cümlədə söz ­
lərin bir­biri ilə əlaqələnməsinə kömək edir. Ona görə də biz belə şəkilçiləri sözdəyiş dirici
(qrammatik) şəkilçilər adlandırırıq: Məsələn, 
İradə
nin

uşaq
lar
,
vətən
imiz
in

ana

,
çat

lar
,
qaç
ır 


müəllim
dən
... 
Şəkilçilərin digər qrupu isə sözlərə artırılarkən kökün mənasına təsir edərək onu dəyişir,
yeni mənalı söz düzəldir. Yeni sözlər düzəltdiyi üçün Çoxbilmiş belə şəkilçiləri sözdüzəldici
(lek sik)  şəkilçilər adlandırır. Misallara baxaq: 
ətir
li

yaxın
laş 
(maq),  
bağ
ça

dəniz
çi
,  
təmiz

(mək), 
vətən
daş
,  
əl
cək
...
35
(                  ) 
çətirli – кронистый
çələng – венок
SÖZLÜK
 Çap üçün deyil


SAZLI–SÖZLÜ DİYAR  
Qazax 
sazlı

şeirli 
bir diyardır. Bu diyar xalqımızın söz sənəti tarixinə Molla Vəli Vidadi,
Mol la Pənah Vaqif, Çoban Əfqan, Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, Mirvarid
Dil bazi, İsmayıl Şıxlı, Hüseyn Arif, Aşıq Ədalət  kimi görkəmli 
sənətkarlar
bəxş etmişdir. Bu
ma hal əsrlərdən bəri aşıq sənətinin beşiyi olmuşdur. Burada 
analar
körpəsinə saz havası üstündə
layla deyir. Qazaxın hər 
kəndində 
neçə el şairinə, saz tutub söz qoşan aşığa rast gəlmək olar. Bu
obanın elə bir evi yoxdur ki, divardan saz asılmamış olsun.
Qazaxa
rəngbərəng 
xalçaları
, məşhur
diliboz atları da şan­şöhrət gətirib.
1919­cu ildə məşhur rus ədibi A.S.Qri ­
bo yedov İrana səfər edəndə 
Qa zaxın 
İncə
kəndində bir evdə qonaq  qa lıb.
Evdəki
nə ­
fis şəkildə  toxunmuş xal ça onun xoşuna
gə lib. 
Savadsız kəndli 
qa dının  toxuduğu
bu  gözəl  xalça  Qri bo ye do  vu  heyran  edib.
El adətinə görə, qo  nağın  xoşu gəldiyi əş ­
ya lardan xalça, xur  cun*, heybə* ona hə ­
diy yə  verilir.
Qazax 
şəhərinin mərkəzində Mol la Pənah Vaqifin və Səməd Vurğunun 
heykəlləri
üzbəüz
qoyulub. 
Yerli
əhali çox haqlı olaraq onları ata­oğul 
adlandırır
.        
Şəmistan Nəzirli
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Sevimli dostlar, Səməd Vurğun deyərkən, o saat  yadınıza “Azərbaycan” şeiri
düşür. Deyə bilərsinizmi, böyük şair harada və neçənci ildə anadan olmuşdur? Şair
haqqında daha nə bilirsiniz? Bildiklərinizi yoldaşlarınıza da danışın.   
2. S.Vurğunun “Azərbaycan“ şeirindən aşağıdakı  bəndi bilirsinizmi? Bu bənddə
Azərbaycan təbiətinin daha hansı məşhur yerlərinin adı çəkilir? Şeiri bütövlükdə
oxu  yun, xoşunuza gələn bəndləri əzbər öyrənməyə çalışın.
Min Qazaxda köhlən ata,
Yalmanına yata­yata,
At qan­tərə bata­bata, 
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göygölə bax!..
36
adət – обычай
diyar – страна, край
görkəmli – выдающийся
ədib – писатель, литератор
SÖZLÜK
mahal – край
bəxş etmək – дарить
saz tutub söz qoşmaq – играть на сазе, 
слагать песню
səfər etmək – путешествовать
heyran etmək – очаровать
xurcun – переметная сумка
heybə – переметная сумка
SÖZ EHTİYATI
haqlı olaraq – по праву
yerli əhali – местное население
nəfis – изящный, изысканный
oba – край
şan­şöhrət – слава
üzbəüz – лицом к лицу
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə