Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

Sevimli dostlar, elə bilməyin ki, sizin istəyinizi unutmuşam. Heç elə də şey olar?! Axı mən
sizin dostunuz Çoxbilmişəm! Elə hey Vətəndən danışmaq, bu mövzuda şeirlər, mahnılar oxumaq
istəyirsiniz. Məgər siz hər gün dərsə Dövlət himnimizi oxumaqla başlamırsınız?!  Bəs bu,
vətəndən musiqi dilində danışmaq deyilmi?! VƏTƏN heç yaddan çıxarmı? Özü də kimin, kimin,
Çoxbilmişin yadından! 
VƏTƏN– günəşdir, havadır, sudur, torpaqdır; VƏTƏN – keçmişdir, bu gündür, gələcəkdir! 
VƏTƏN– bizik, bizim varlığımızdır, mənəvi dəyərlərimizdir: dilimiz, sazımız­sözümüz,  nəğ ­
məmiz­bayatımız, kökümüz­soyumuzdur! Burada böyük şairimiz Səməd Vurğunun dillər  əzbəri
olan misralarını xatırlamamaq olmur:
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan?!
VƏTƏN – başı qarlı dağlarımız, yeyin axan çaylarımız, sərin meşələrimiz, buz kimi bu­
laqlarımızdır. VƏTƏN – laləli­nərgizli düzlərimiz, bağlı­bağatlı ellərimiz, hər gün yeniləşən
kəndlərimiz, şəhərlərimizdir! Görün bir şair Tofiq Bayram necə də gözəl deyib:
VƏTƏN mənim bu günüm,
Sabahkı toy­düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə ! 
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə ! 
Görürsünüzmü, sevimli dostlar, vətən haqqında o qədər gözəl sözlər yazılıb ki! Axı sözlərin
şahı da  elə VƏTƏN sözüdür! Vətən müqəddəsdir. Vətən bizə doğma anadır, anamız qədər əziz ­
dir. Əgər anamızı qorumaq istəyiriksə,  onda öncə Vətəni qorumalıyıq, elə deyilmi? 
Əvvəlki siniflərdə həm rus, həm də Azərbaycan dilində vətənə aid şeirlər, nağıllar, mətnlər oxu ­
musunuz. Bu əsərləri oxuduqca vətənimizə məhəbbətinizin birə­beş artdığına inanıram. Elə mən
də vətəndən danışmaqdan doymuram. Axı hamımız müqəddəs anamıza –Vətənimizə borc lu yuq !
29
DOST­DÜŞMƏN  SEÇİLƏR, VƏTƏN  SEÇİLMƏZ !
 Çap üçün deyil


Bilirəm,  məndən VƏTƏN haqqında yeni şeirlər, mahnılar, nağıllar istəyirsiniz. Heç narahat
olmayın və ürəyinizi də sıxmayın. Sizə söz verdiyim kimi,  Çoxbilmişin sehrli torbasında Vətən
haqqında o qədər gözəl şeirlər, maraqlı hekayələr var ki !.. Təki siz Çoxbilmişdən şeir istəyin!
Ondan asan nə var ki?!
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Dostlar, deyin görək Vətən haqqında dediklərimlə razısınızmı? Sizin üçün Vətən
nə deməkdir? Fikirlərinizi yoldaşlarınızla bölüşün.
2. “Vətən keçmişdir, bu gündür, gələcəkdir” fikrini necə başa düşürsünüz?
3. Necə bilirsiniz, Vətənimizin havası, suyu, torpağı  olmasa, biz yaşaya bilərikmi?
Bu barədə düşüncələrinizi yoldaşlarınızla bölüşün. 
4. Şair Abbas Səhhətin “Vətəni sevməyən insan olmaz! Olsa da, ol şəxsdə vicdan olmaz!“
fikri ilə razısınızmı? Doğrudanmı, hamı vətənini sevir? Bəs heç vətənini sevməyənlərə rast gəl ­
miş si niz mi? Belələri haqqında nə düşünürsünüz? Debata qoşulun.
5. Çoxbilmiş bu şeiri əzbər bilir. Siz də əzbərləyin. 
VƏTƏN
Əhməd Cəmil
30
Ey Vətən, ana Vətən,
Heyranam sənə, Vətən!
Dupduru 
göllərin var, 
Yamyaşıl 
çöllərin var.
Dağ
ların baş­başadır,
Düzlərin tamaşadır.
Dərə
lərin dərindir,
Yaylaqların sərindir.
Nə gözəldir qucağın,
Doğma odun­ocağın!
Kəndlərin gül­çiçəkdir,
Şəhərlərin göyçəkdir.
Sakit
dir gen düzlərin,
Coşqun
dur dənizlərin.
Sən 
dünyanın gözüsən
,
Taleyimin özüsən.
Sevirəm bayrağını,
Öpürəm torpağını! 
varlıq – существо
döyünmək – биться
öyünmək – гордиться
yeniləşən – обновляющийся
kökümüz­soyumuz – род, племя
SÖZLÜK
yeyin – быстрый
birə­beş – в пять раз
ürəyini sıxmaq – расстраиваться
mənəvi dəyər – духовная ценность
bağlı­bağatlı – с садами и цветниками
SÖZ EHTİYATI
tale – судьба
düz – равнина, степь
dərə – долина, овраг
çöl – степь, поле, пустырь
SÖZLÜK
coşqun – бурный
tamaşa – зрелище
heyran olmaq – влюбиться
baş­başa – cтроились в ряду
SÖZ EHTİYATI
 Çap üçün deyil


ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
6. Uşaqlar, deyin görək, ” Sən dünyanın gözüsən”  misrası ilə şair nə demək istəyir?
Fikirlərinizi yoldaşlarınızla bölüşün.
7. Şeirdə yaşıl rənglə fərqləndirilmiş sözlərin mənasına uyğun olmayan cavab hansıdır?
a) çox duru, çox yaşıl             b) duruluğu, yaşıllığı az         c) əlamət bildirir
d) necə? nə cür? suallarına cavab verir                 
8. Şeirdə göy rəngdə verilmiş “dağ – dərə”, “sakit – coşqun”  sözlərinin bir­birinə münasibətini
aydınlaşdırın.
a) yaxınmənalı sözlərdir         b) əksmənalı sözlərdir           c) çoxmənalı sözlərdir
9. Bəs  “gül – çiçək”, “od – ocaq”  sözlərinin bir­birinə münasibəti barədə nə deyə bilərsiniz?
a) yaxınmənalı sözlərdir        b) əksmənalı sözlərdir       c) çoxmənalı sözlərdir 
10. Günay şeiri oxudu. Bəzi şeyləri başa düşmədi. Əvvəl fikirləşdi ki, sabah müəllimdən, ya
da yol daş larından soruşub öyrənər. Birdən yadına Çoxbilmişin sözləri düşdü: “Oxuduqlarınızı
anla maq da çətinlik çəksəniz, tez həvəsdən düşməyin”. Günay sevindi və Çoxbilmişlə  dialoqa
başladı. Onların dialoqunu siz də  oxuyun,  faydasını görərsiniz.
DİALOQ
– Çoxbilmiş, deyirdin ki, çətinliyə düşsəm, həmişə yanımda olacaqsan. Bax mən indi çətinliyə
düşmüşəm. Köməyinə ehtiyacım var. Şeiri əzbərləmişəm. Ancaq başa düşmürəm ki, ”Sən
dünyanın gözüsən”  nə deməkdir axı?! 
– Günay, heç ürəyini sıxma, Çoxbilmişə güvənə bilərsən. İndi mən sənə o sözlərdəki mənanı
aydınlaşdırmağa çalışacağam. Mənə de görüm, “göz” sözünün mənasını bilirsən? 
– Əlbəttə, bilirəm, bunu kim bilmir ki?  Göz olmasa, biz ətrafımızı əhatə edən obyektləri necə
görərik, dərslərimizi necə oxuyarıq?!
– Doğru deyirsən. Ancaq onu da bilməlisən ki, bizim dilimizdə sən bildiyin sözlərin çoxu bir
neçə mənada işlənir. Axı sən  “oxumaq”, “oynamaq” sözlərini də bir neçə mənada işlədirsən. Bir
yadına sal:  kitab oxumaq, məktəbdə oxumaq, mahnı oxumaq, futbol oynamaq, yallı oynamaq,
bir tamaşada oynamaq...
– Hə, hə, hə ... yadıma düşdü. Yəni deyirsən “göz” sözü də bir neçə mənada işlənir?
– Bəli, dostum, “göz” sözünün, eləcə də “dil, diş, baş, ayaq, əl, qol, üz, burun,  qaş” və bunun
kimi digər sözlərin bir neçə mənada işləndiyinin şahidi olacaqsan. Özün də həmin mənalardan
danışığında istifadə edəcəksən. İndiyə qədər, sadəcə olaraq, sən buna diqqət yetirməmişsən. Ancaq
darıxma, bunların hamısını birdən öyrənmək asan deyil. Sənə demişdim axı, mənimlə söhbət edə­
edə,  dilimizin zənginliyinə bələd olacaqsan! İndi görürsən ki, bizim dilimiz necə mənalı, zəngin
ifadələrlə doludur. Elə ona görə də dilimizi hamımız sevməli, öyrənməli və onun təmizliyini qo­
rumalıyıq!
–  Doğru deyirsən, Çoxbilmiş,  bundən sonra  mən də sözlərin mənalarına diqqət edəcəyəm.
– Yaxşı de görüm, iynənin gözü, tərəzinin gözü, şkafın gözü, çantanın gözü ifadələrində “göz”
sözü görmək mənasını bildirir?
– Əlbəttə, yox. Məgər iynə, tərəzi, şkaf görür?
– Deməli, yavaş­yavaş başa düşürsən. Axı mən sənə deyirdim ki, darıxma! Bu şeirdə “göz”
sözü  “bir şeyin ən gözəli, qiymətlisi” mənasında  işlənib. Ancaq bu da hamısı deyil. Sən bu
sözün başqa mənaları ilə də qarşılaşacaqsan. Şair Teymur Elçinin “Gözlər”  şeirini  də oxu və
özün nəticə çıxart!
– Mütləq oxuyaram. Çoxbilmiş, çox sağ ol, elə ona görə də sənə Çoxbilmiş deyirlər də! Mən
hər şeyi başa düşdüm. Sabah sinifdə bu sualı dostlarıma da verəcəyəm. 
31
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə